Axtarış

The search found 105785 results in 0.056 seconds.

Search results

  1. ​“Bacısının döşünə kamera qoymuşdu” – Həbsxanada olan biznesmenin HƏYAT HEKAYƏSİ - VİDEO

    “Torpağımı əlimdən almaq üçün mənə şər atmağa çalışırdılar. Axırda istəklərinə nail oldular”.
    Muxalifət.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Rezonans” verilişinin bu dəfəki qəhrəmanı Oqtay Quliyev həyat hekayəsini danışarkən bildirib.
    9 il həbs cəzası verilən Oqtay Quliyev bildirir ki, 20 il Rusiyada yaşayıb.

    Muxalifet2 - 12-05-2018

  2. İcra hakimiyyətlərində yoxlama: MALİYYƏ POZUNTULARI... – Hesabat

    Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.
    Muxalifət.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.
    Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.

    Muxalifet2 - 12-05-2018

  3. İmtahan ərəfəsində abituriyentlərin pirə axını - REPORTAJ

    Bakının Mərdəkan qəsəbəsindəki “Pir Həsən” pirində hazırda basabasdır. Dövlət İmtahan Mərkəzinin ali məktəblərə sabahkı qəbul imtahanları ərəfəsində qələmlərini pirin kəraməti ilə “sehirləyən”, imtahan günü geyinəcəkləri paltarları, özləri ilə aparacaqları çantaları ziyarətgahın türbəsinə toxunduran abituriyentlər, bu əşyaları üfürüb dua oxuyan pir mollası, övladlarını imtahan ərəfəsi “çıldağ” elətdirib onları stressdən azad etmək istəyən valideyinlər, nevroz xəstəliyindən cəmi üç dəfə pirə baş çəkməklə sağalacağına inanan əsəbi qadınlar…

    Muxalifet - 12-05-2018

  4. Qonşularını qətlə yetirən şəxsi polis yaxaladı

    DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün rayon sakinləri Teymur Sadıqovu və Kamran Yaqubovu qətlə yetirməkdə şübhəli bilinən rayon sakini, 42 yaşlı Firqət Əliyev saxlanılıb.

    Muxalifet - 12-05-2018

  5. Занзибар: самая короткая война в мире

    Muxalifet - 12-05-2018

  6. ​Taliban hücum etdi: 4 amerikalı əsgər ÖLDÜRÜLDÜ

    Əfqanıstanın şimalındakı Pervan vilayətinin Baqram əyalətində Talibanın hücumu nəticəsində ABŞ-ın 4 əsgəri öldürülüb.
    Muxalifət.az xəbər verir ki, bu barədə Talibanın sözçüsü Zebihullah Mücahid deyib.
    “Keçən gecə Baqram əyalətində ABŞ-a məxsus zirehli avtomobilə hücum edilib, içindəki 4 amerikalı əsgər öldürülüb”, - deyə o bildirib.
    Yerli mənbələr də ABŞ əsgərlərinə məxsus avtomobilə hücum edildiyini təsdiqləyib. Lakin Əfqanıstandakı ABŞ bazası məsələyə ilə bağlı heç bir açıqlama verməyib.

    Muxalifet2 - 12-05-2018

  7. ​Qocaya görə tutulan rəis və müavinləri ilə bağlı - QƏRAR

    Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətinin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
    Report-un xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
    Qərara əsasən, həmin şəxslərin həbs müddəti daha 3 ay artırılıb.

    Muxalifet2 - 12-05-2018

  8. "Qərb prezident Ərdoğanı sevmir, çünki.." – Bosniya-Herseqovinanın LİDERİ AÇIQLADI

    Bosniya Və Herseqovina Prezident Şurasının sədri Bakir İzzetbekoviç, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Müsəlmanların uzun müddət gözlədiyi böyük bir lider olduğunu və bu səbəblə Qərb tərəfindən sevilmədiyini söyləyib.
     
    İzzetbekoviç, Ərdoğanın 20 mayda Bosniya Və Herseqovinaya edəcəyi səfərə dair bəyanat verib.

    Muxalifet3 - 12-05-2018

  9. ​NASA MARSA HELİKOPTER GÖNDƏRƏCƏK - Mütəxəssislər aparatın üzərində 4 il çalışıblar

    ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) 2020-ci ildə Marsa helikopter göndərməyi planlaşdırdığını bildirib.
    Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, agentliyin mütəxəssisləri aparatın üzərində 4 il çalışıblar. Ölçüsünə görə top boyda olan qurğunun ağırlığı 1,8 kiloqramdır. Onun ikili pəri dəqiqədə 3 min dövrə vurur ki, bu da adi helikopterdə olduğundan 10 dəfə çoxdur.

    Muxalifet2 - 12-05-2018

  10. "İncirlik"dəki ABŞ hərbçilərinə tapşırıq verildi - "DİQQƏTLİ OLUN!"

    Hərbçilərə mərifətli olmaq göstərişi verilib
    Muxalifət.az xəbər verir ki, Türkiyədə yerləşən "İncirlik" hərbi bazasındakı amerikalı hərbçilər və digər işçilərə qarşıdakı ramazan ayı ilə bağlı diqqət etməli olduqları məsələlər barəsində göstərişlər verilib. Rəhbərliyin əməkdaşlara müraciətində deyilir: “Burada qonaq olan bizlər, ev sahiblərinin inanclarına hörmət etməli, müqəddəs ramazan ayında oruc saatları zamanı ictimaiyyət içərisində və küçələrdə bir şey yeyib-içməməyə çalışmalıyıq”. /Hurriyyet.org

    Muxalifet2 - 12-05-2018

  11. Yunanların Türk qorxusu! UŞAQLARI DA SİLAHLANDIRIRLAR

    Yunan ordusunun "səfərbərlər” adı verilən milis gücü son illərdə həyat yoldaşları və uşaqlarına da silahlı təlim verməyə başlayıb. Makiyajlı qadınlar və kiçik uşaqlar, əllərində avtomat silahlar, Türklərə qarşı müharibəyə hazırlaşır.
     
    1974-cü il Kipr Sülh Hərəkatında Türk ordusu qarşısında böyük bir məğlubiyyətə uğramasından sonra panika halında mülki insanları silahlandırır. Təxminən 60 min mülki şəxsə sursatları ilə birlikdə G-3 piyada tüfəngi verilib. Yunan ordusu "səfərbərlər” adı verilən bu milis gücünə hər il qısa müddətli silahlı təlim verir.

    Muxalifet3 - 12-05-2018

  12. METRO ÜÇÜN NÖVBƏTİ YENİ QATAR GƏTİRİLDİ

    Bakı Metropoliteninin Rusiyadan sifariş etdiyi ikinci qatar da Azərbaycana gətirilib.
    Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a açıqlamasında deyib.

    Muxalifet2 - 12-05-2018

  13. ​Nazir icra başçısının xalası oğlunu da vəzifədən çıxardı – KTN-də DAHA BİR TƏYİNAT

    Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi nazirliyin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunu da vəzifədən azad edib.
    Muxalifət.az Mia.az-a istinadən bildirir ki, nazirin imzaladığı əmrlə adıçəkilən mərkəzin baş direktoru, professor Rəsul Balayev dünən vəzifəsindən çıxarılıb.
    Saytın məlumatına görə, artıq Rəsul Balayevin yerinə təyinat da olub. Belə ki, həmin mərkəzin Baş direktoru vəzifəsinə Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov təyin edilib.

    Muxalifet2 - 12-05-2018

  14. Türkiyədəki SEÇKİ İKİNCİ TURA QALACAQMI?

    “Cümhur İttifaqı”nın səs nisbətini 55 faiz olaraq açıqlayan İbrahim Uslu, prezident seçkisinin ilk turda Ərdoğanın qələbəsi ilə nəticələnəcəyini söyləyib.
     
    “ANAR”-ın baş direktoru İbrahim Uslu, Bəyaz TV-də “Dinamit” proqramına qonaq olub.
     
    SON SORĞU
     
    İyunun 24-də keçiriləcək seçkilərdən əvvəl siyasi partiyaların son vəziyyətlərinin müzakirə edildiyi proqramda; İbrahim Uslu əlindəki anket nəticələrini bölüşüb.
     
    “CÜMHUR İTTİFAQI” 55 FAİZ
     

    Muxalifet3 - 12-05-2018

  15. Zirehli maşını hədəf aldılar: 4 ABŞ ƏSGƏRİ ÖLDÜ

    Talibana bağlı mənbələr tərəfindən edilən açıqlamada, Əfqanıstanın şimalında 4 ABŞ əsgərinin öldürüldüyü irəli sürülüb.
     
    Əfqanıstanın şimalındakı Qorxun vilayətinin Bagram rayonunda Taliban tərəfindən təşkil olunduğu bildirilən hücumda ABŞ-a məxsus zirehli maşının hədəf alındığı və 4 əsgərin öldüyü ifadə edilib.
     
    4 ABŞ ƏSGƏRİ ÖLDÜRÜLÜB
     

    Muxalifet3 - 12-05-2018

  16. ​Akif Nağı yenidən QAT sədri seçilib

    Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) V qurultayı keçirilib.
    APA-nın məlumatına görə, QAT sədri Akif Nağı qurultayda məruzə ilə çıxış edib, görülən işlərlə bağlı hesabat verib, hazırkı vəziyyət, çıxış yolu və vəzifələrlə bağlı fikirlərini bildirib.

    Muxalifet2 - 12-05-2018

  17. ​Gədəbəyin keçmiş icra başçısı narkotik satırmış? - SABİQ BAŞÇI VƏ QARDAŞI OĞLU HƏBS EDİLDİ - Yenilənib

    Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilib.
    Bu barədə “Report”a S.Rüstəmovun qardaşı Taleh Rüstəmov məlumat verib.

    Muxalifet2 - 12-05-2018

  18. ​Sosial şəbəkədə rüsvay edəcəyi ilə HƏDƏLƏDİ, PUL İSTƏDİ

    Mayın 11-də Zərdab rayon sakinləri F.M, B.F və A.Q Rayon Polis Şöbəsinə müraciət edərək bu ilin aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədov saxlanılıb.

    Muxalifet2 - 12-05-2018

  19. ​Göyçayda ailə üzvləri qəzaya düşdü: ÖLƏN VAR

    Göyçayda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb.
    Report-un yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabaqqal kəndi ərazisində baş verib.
    VAZ-2106 markalı avtomobillə yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Şəbiyev Rövşən hadisə yerində ölüb.
    Onun həyat yoldaşı 50 yaşlı Şəbiyeva Reyhan Kəskin qızı və qızı 17 yaşlı Şəbiyeva Kamilə isə ağır yaralanıb. Hər iki yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 12-05-2018

  20. ​AFFA Pemyer Liqada iştirak üçün lisenziya alan klubların adlarını açıqlayıb - SİYAHI

    Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
    “Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
    AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
    1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

    Muxalifet2 - 12-05-2018

Pages