Axtarış
The search found 105785 results in 0.059 seconds.
Search results
Dolların bazar ertəsinə olan MƏZƏNNƏSİ
Azərbaycanda dolların mayın 14-nə olan məzənnəsi açıqlanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
14.05.2018-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün də dolların məzənnəsi 1,7000 səviyyəsində olub.Muxalifet2 - 11-05-2018
NETANYAHU PUTİNİN ƏLİ İLƏ İRANA GÖZDAĞI VERDİ:"Deutsche Welle": "Moskvanın maraqlarına sadəcə tüpürürlər!"
Qırmızı Meydanda qələbə gününə həsr olunmuş təntənəli mərasimdə Vladimir Putinin yanında duran İsrail baş naziri Binyamin Netanyahu təbbəssümünü güclə gizlədirdi. İsrail hökumət rəhbərinin Moskvada olması mərasimin beynəlxalq əhəmiyyətini simvolik olaraq xeyli qaldırmışdı. Axı nüfuzlu Qərb siyasətçiləri 2014-cü ildən bəri Moskvada nadir hallarda gözə dəyir, əsasən isə bura heç gəlmirlər. Bu baxımdan Netanyahunun gəlişi Kreml üçün təsəlliedici hədiyyə idi.
Muxalifet2 - 11-05-2018
"Şeyx Həmzət"in adamı Atatürk aeroportunda 8 milyon 680 min DOLLARLA YAXALANDI
İstanbulun Atatürk Hava limanında İstanbul-Berlin reysi ilə üçmaq istəyən şəxsdən gömrük bəyannaməsində göstərilməyən 6 milyon 860 min dollar götürülüb.
Muxalifet2 - 11-05-2018
İvanişvili SİYASƏTƏ QAYITDI – Gürcüstanın hakim partiyasının sədri seçildi
Bidzina İvanişvili Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri seçilib.
Bu barədə qərar partiyanın bu gün keçirilmiş V qurultayında qəbul olunub. B.İvanişvili partiyanın yüksək vəzifəsinə yekdilliklə seçilib.
Qurultayda baş nazir Giorgi Kvirikaşvili, parlament sədri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, hökumət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Qurultayda “Gürcü Arzusu”nun yeni Siyasi Şurası da formalaşdırılıb.Muxalifet2 - 11-05-2018
BİNƏDƏ QEYRİ-QANUNİ MƏSCİD AŞKARLANDI
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qeyri-qanuni məscid tipli ibadət yerinə baxış keçirilib.
Muxalifet2 - 11-05-2018
Trampdan Qüds qərarı: Ağ Evdən yeni AÇIQLAMA GƏLDİ
ABŞ prezidenti Donald Tramp mayın 14-də Qüdsdə səfirliyin açılışına getməyəcək.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.
Prezident toplaşanlara video-yayımla müraciət edəcək.
ABŞ-ın nümayəndə heyətinə Dövlət katibinin müavini Con Sallivan rəhbərlik edəcək. Tədbirdə ABŞ-ın İsraildəki səfiri Devid Fridman, iqtisadiyyat naziri Stiven Mnuçin, prezident köməkçiləri Kared Kuşner, İvanka Tramp və Ceyson Qrinblat da iştirak edəcək.Muxalifet2 - 11-05-2018
Netanyahu İranı “böyük şeytan” ADLANDIRDI
İsrailin baş naziri Netanyahu, İranı “böyük şeytan” adlandırın. Xatırladaq ki, İrana qarşı istifadə olunan bu ifadəni ilk dəfə ABŞ prezidenti Tramp işlədib.
Son günlərdə İran ilə İsrail arasında gərginlik ən yüksək səviyyədə davam edərkən, İsrailin baş naziri Benyamin Netanyahudan gərginliyi daha da artıracaq bir açıqlama gəlib.
Netanyahu İranı "Böyük şeytan" adlandırıb.
İRANA MİSLİ İLƏ QARŞILIQ VERDİK
Muxalifet3 - 11-05-2018
Latviya Rusiyanın “PULYUYAN CAMAŞIRXANASI” olmaqdan qurtulmaq istəyir
Latviya Avropa Birliyinin şərq qapısı adlanır. Buna görə də bu ölkə MDB məkanından gələn çırkli pulların Birlik daxilində leqallaşdırılması üçün vasitə rolunu oynayır. Ofşor sxemləri ilə kriminal dairələrin sevimli məkanı halına gələn Baltikyanı bölgənin bu kiçik ölkəsi indi bütün bunlara son vermək istəyir.
İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin yazarı Rudolf Herman bununla bağlı xüsusi yazı qələmə alıb.Muxalifet2 - 11-05-2018
"GECƏ CANAVARLARI" AZƏRBAYCANA GƏLİR
Rusiyanın bayker klubu "Gecə canavarları"nın üzvləri motosiklet yarışı çərçivəsində Azərbaycana baş çəkəcəklər.
Virtualaz.org bildirir ki, bu barədə "Sputnik Uzbekistana” məlumat yayıb.
İnformasiyaya əsasən, motosiklet yarışı Tehran konfransının 75 illiyinə həsr olunub. Xatırladaq ki, İkinci Dünya müharibəsi illərində müttəfiq ölkələrin liderləri (İosif Stalin, Uinston Çörçill və Ruzvelt Franklin) Avropada "İkinci cəbhə"nin açılması haqda qərarı məhz həmin görüşdə qəbul etmişdilər.Muxalifet2 - 11-05-2018
Prezident Administrasiyasında YENİ TƏYINAT – Humanitar məsələlər şöbəsinə müdir təyin edildi (SƏRƏNCAM)
Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Digər sərəncamla Fərəh Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib. (Azərtac)Muxalifet2 - 11-05-2018
Stoltenberq ABŞ-a gedir: 4 XÜSUSİ GÖRÜŞ
NATO-nun Baş katibi Yens Stoltenberq 16-18 may tarixləri arasında ABŞ-a səfər edəcək.
Muxalifət.az xəbər verir ki, səfər çərçivəsində baş katib ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Stoltenberqin bundan əlavə Dövlət katibi Mayk Pompeo, Müdafiə naziri Ceyms Mettis və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla görüşlər keçirməsi nəzərdə tutulur.Muxalifet2 - 11-05-2018
Əfv Komissiyası növbəti dəfə toplaşdı – DAHA 100 MÜRACİƏTƏ BAXILDI
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
Trend-in məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxılıb.
Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.Muxalifet2 - 11-05-2018
Rövşən Nəcəf Prezident Administrasiyasının şöbə müdiri TƏYİN EDİLDİ
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilib.
Muxalifət.az-ın məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Rövşən Çingiz oğlu Nəcəf təyin olunub.Muxalifet2 - 11-05-2018
Ölkəyə gətirilən “Xiaomi” telefonları “Azərpoçt”da oğurlanır – İDDİA
Onlayn şirkətlər vasitəsilə məhsul sifariş verən müştərilər müəmmalı vəziyyətlə qarşılaşıb.
Minval.info xəbər verir ki, sifariş edilən “Xiaomi” mobil telefonlarının onlara çatmadığı bildirilir. İddiaya görə, əsasən, “Not 5” markalı telfonlar müştərilərin gözünü yolda qoyur. Onların bəziləri buna görə “Azərpoçt” ASC-yə qarşı ciddi ittiham irəli sürüb. Belə ki, əksər vətəndaşların iddiasına görə, telefonların qurumda çalışanlar tərəfindən oğurlanıb.
Məlumat qapalı “Xiaomi Azərbaycan” qurupunda yayılıb və bu halın artıq bir neçə nəfərin başına gəldiyi qeyd olunub.Muxalifet2 - 11-05-2018
İran İsraili hədələdi: TƏL-ƏVİV VƏ HAYFANI YOX EDƏRİK
İranın yüksək vəzifəli dini liderlərindən olan Xatəmi cümə xütbəsində Qərb ölkələrini yaylım atəşinə tutub, İsrailin axmaq bir hücum etdiyi təqdirdə Təl-Əviv və Hayfanın yox ediləcəyini deyib.
İranın yüksək vəzifəli dini liderlərindən olan Ayətullah Əhməd Xatəmi bu gün verdiyi açıqlamalarla Qərb ölkələrinə kəskin reaksiya göstərib.
İran dövlət televiziyasının bildirdiyinə görə, cümə xütbəsində çıxış edən Xatəmi, İsrailin axmaq bir hücum etdiyi təqdirdə Təl-Əviv və Hayfanın yox ediləcəyini deyib.
Muxalifet3 - 11-05-2018
Kürdlər müstəqillikdən çəkdi – BƏRZANİ AÇIQLADI
Şimali İraq Kürd Muxtariyyətinin Baş naziri Neçirvan Bərzani İraqda keçiriləcək parlament seçkilərindən sonra rəsmi Bağdadla normal münasibətlər qurmağa hazır olduqlarını açıqlayıb.
Muxalifət.az xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani seçkilərin Ərbil üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
O, Bağdad və muxtar hokumət arasındakı əsas anlaşılmazlığın Konstitusiya üzərində olduğunu da diqqətə çatdırıb: “Seçkilərdən sonra rəsmi Bağdadla münasibətlərimizi normallaşdırmağa və Konstitusiyanın bütün öhdəliklərini yerinə yetirməyə hazırıq”.Muxalifet2 - 11-05-2018
QILINCLAR ÇƏKİLDİ! - YOLA ÇIXACAQLAR
Rusiyadan Suriyaya S-300 göndərilməsi barəsində açıqlama: “Hücumlardan sonra hər şeyə haqqımız var”
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında Suriyaya S-300 hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı açıqlama verib. O, Suriyaya qarşı “ABŞ və müttəfiqlərinin hücumundan sonra” Rusiyanın lazım bildiyi hər bir addımı atmaq hüququna malik olduğunu deyib.Muxalifet2 - 11-05-2018
UEFA "Qalatasaraya"la bağlı QƏRƏRINI AÇIQLADI
UEFA Türkiyənin “Qalatasaray” klubu ilə bağlı qərarını açıqlayıb. Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, klubun prezidenti Mustafa Çingiz ali qurumdan telefon zəngi gəldiyini bildirib. Prezident UEFA-nın təşkil etdiyi Avropa müsabiqələrinə qatılmaqda heç bir əngəlləri olmadığını deyib. O, bu barədə klubun televiziya kanalına açıqlama verib: “Prezident olduğumdan bəri ilk dəfə “Qalatasaray”ın televiziyasına çıxıram. Hər kəs seçki üçün çalışır, amma mən “Qalatasaray” üçün. Bildiyiniz kimi, yeni studiyalar inşa edirik.
Muxalifet2 - 11-05-2018
Moskvada terakt planlaşdıran DƏSTƏ YAXALANDI
Qələbə günü Moskvada terror aktları planlaşdırılan dəstə saxlanılıb.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyat zamanı partlayışlar planlaşdıran və bunun üçün xüsusi silahlar hazırlayan bir neçə dəstə saxlanılıb.
“Onlar Suriyadan Rusiyanın Yeni Urenqoy şəhərinə gəliblər. 17 ünvanda axtarışlar aparılıb, 20 nəfər həbs edilib”, - Sıromolotov deyib.
O qeyd edib ki, aprelin 21-24-ü aralığında 26 terrorçu zərərsizləşdirilib.Muxalifet2 - 11-05-2018
Səhiyyə Nazirliyinin bu hüququ ləğv olundu
Dövlət başçısı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərmana əsasən iyulun 1-dən Səhiyyə Nazirliyi uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək.Muxalifet3 - 11-05-2018