Axtarış
The search found 105785 results in 0.067 seconds.
Search results
Putin Paşinyanla mayın 14-də GÖRÜŞƏCƏK
Rusiya prezidenti Vladimir Putin mayın 14-də Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcək.
Trend-in məlumatına görə, görüş barədə rusiyalı liderin mətbuat katibi Dmitriy Peskov xəbər verib.
D.Peskovun sözlərinə görə, görüş Soçidə baş tutacaq.
Qeyd edək ki, N.Paşinyan mayın 8-də Ermənistanın baş naziri seçilib.Muxalifet2 - 11-05-2018
Trampın gizli məktubunu Xameneiyə Putin çatdırıb? – ŞOK TƏFƏRRÜATLAR
İranın dini lideri ayətullah Əli Xamenei çərşənbə günü etdiyi çıxışında xüsusi bir məqama diqqəti yönəltdi. Xamenei ABŞ prezidenti Donald Trampın ötən günlərdə ərəb ölkələrinin liderlərinə bir məktub göndərdiyini söylədi.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Trampın nüvə razılaşmasından çəkildiyini açıqlamasından bir gün sonra – mayın 9-da tvitter hesabından paylaşım edən Xamenei Amerika liderinin körfəzdəki ərəb ölkələrinin liderlərinə göndərdiyi məktubda “7 trilyon dollar xərclədim, əvəzində bir şeylər etməlisiniz” yazdığını iddia edib.Muxalifet2 - 11-05-2018
Beynəlxalq bankın işçiləri MƏHKƏMƏDƏ SUSDULAR – 118 min manat
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Rüfət Muradov və Qoxmaz Vəliyev özlərini qismən təqsirli biliblər. Lakin onlar məhkəmədə ifadə verməkdən imtina ediblər.
Növbəti proses mayın 22-də davam edəcək.Muxalifet2 - 11-05-2018
Ukrayna Ali Məhkəməsi Saakaşvilinin ŞİKAYƏTİNƏ BAXIR
Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı iddia ərizəsi üzrə işə yenidən baxır.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, Saakaşvili Ukrayna vətəndaşlığının əlindən alınmasına dair Poroşenkonun verdiyi fərmanın qanunsuz olduğunu və ləğv edilməsini tələb edir. Budəfəki məhkəmə prosesində Saakaşvilinin şikayət ərizəsinə əsasən, şahidlər yenidən dindirilir.Muxalifet2 - 11-05-2018
Premyer Liqaya yeni komanda gəlir? - BAŞ KATİB AÇIQLADI
Topaz Premyer Liqada növbəti mövsümdə komanda sayı artırılmayacaq.
Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə açıqlama verib.
O, İcraiyyə Komitəsinin birinci divizion təmsilçilərindən ancaq "Sabah"ın sənədlərini məqbul saydığını deyib:
"Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".Muxalifet2 - 11-05-2018
Türkiyədən Paşinyana cavab: QARŞILIQ VERƏRİK
Ermənistan illərdən bəri Türkiyəyə qarşı düşmən mövqeyindən, ərazi bütövlüyümüzə, sərhədlərimizə qarşı yanlış mövqeyindən əl çəkirsə, yeni bir səhifə açmaq istəyirsə, bunlarla bağlı detalları görüb o şəkildə qarşılıq verərik.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Nikol Paşinyanın Türkiyə çağırışına cavab olaraq deyib.
“Biz heç kimlə, başda qonşularımız olmaqla münaqişə içində olmağı arzu etmirik. Belə bir yanaşma varsa, bunu təbiətinə uyğun, ölkəmizin mənfəətləri çərçivəsində dəyərləndirərik”, - Yıldırım deyib.Muxalifet2 - 11-05-2018
İran XİN İsrailin Suriyada keçirdiyi hərbi əməliyyata MÜNASİBƏT BİLDİRDİ
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi İsrailin mayın 10-na keçən gecə Suriyadakı hərbi obyektlərə zərbə endirməsinə münasibət bildirib.
Muxalifet2 - 11-05-2018
Vatikanın İslam dünyasını ayağa qaldıran MƏDİNƏ PLANI
Vatikanın Mədinədə kilsə inşa edəcəyinə dair informasiyalar İslam dünyasında ciddi reaksiyaya səbəb oldu.
Muxalifət.az xəbər verir ki, Vatikandan fransalı kardinal ötən ay Ər-Riyada səfər etdi və Səudiyyə Ərəbistanının kralı Salmanla görüşdü.
Bu səfərdən sonra Misir mediası “Ər-Riyadla Vatikan anlaşdı, Səudiyyə Ərəbistanda kilsə inşa ediləcək” xəbərini yaydı.
Vatikan bu xəbəri təkzib etmədi, lakin daha sonra kilsənin Mədinədə inşa ediləcəyinə dair xəbər də ortaya çıxdı.Muxalifet2 - 11-05-2018
“Azərbaycan Fransadan ƏDALƏT GÖZLƏMƏSİN” – Partiya sədri
Fransadan Dağlıq Qarabağ münaqişəsinin həll prosesində bitərəf mövqe gözləmək mümkün deyil.
Bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Partiya sədri hesab edir ki, erməni diasporunun fəal olduğu 5 dövlətdən biri kimi Fransa Azərbaycana münasibətdə də radikaldır:Muxalifet2 - 11-05-2018
"Rövşən Lənkəranski" necə avtoritet oldu - İllər sonra ilk dəfə AÇIQLANAN FAKTLAR
Publika.az-ın qonağı kriminal dünyanın ən məşhur şəxsləri ilə bağlı sənədli-bədii kitablar yazan, jurnalist, yazıçı Bəhram Çələbidir. “Hər şey doxsan ikinci ildən sonra başladı...” - Bəhram bəy, kriminal dünyaya marağınız necə yarandı? - 3-cü sinifdən ədəbiyyat sahəsində mütaliəyə başlamışam. Müəllimlər evinin kitabxanasındakı demək olar ki, bütün kitabları oxumuşdum. Sonra öz kitabxanamı qurmağa başladım. Hazırda 3000 kitablıq bir kitabxanam var. Tələbəlik illərində kirayə qaldığım evin sahibi əvvəllər prokuror işləmişdi. Sonra yavaş-yavaş onun vəzifəsini aşağı salmışdılar.
Muxalifet2 - 11-05-2018
Cəmil Quliyev İTV-nin baş direktorluğundan getdi, yerinə...
Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.
İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından Kult.az-a verilən məlumata görə, bu barədə qərar İTV Yayım Şurasının bugünkü iclasında qəbul edilib.
Məlumatda qeyd olunub ki, C. Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.
Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.Muxalifet2 - 11-05-2018
Bakıda Azərbaycan bayrağına həsr edilmiş layihənin təqdimat mərasimi keçirildi - VIDEO
Bakıda mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, rəsmi şəxslərin çıxışından sonra şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klipin təqdimatı olub. Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.Muxalifet - 11-05-2018
İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq AKSİYALAR KEÇİRİLİR
İran şəhərlərində bir neçə min nəfər ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmaqla bağlı qərarına etiraz əlaməti olaraq küçələrə çıxıblar.
"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyasına qoşulanların əksəriyyəti Donald Trampın qərarından narazı olduqlarını deyirlər.
Xatırladaq ki, D.Tramp mayın 8-də İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından (BHFP) ABŞ-ın birtərəfli qaydada çıxdığını elan edib.Muxalifet2 - 11-05-2018
"Fənərbaxça" futbolçularının soyunma otağında etdikləri azarkeşləri ŞOKA SALDI
Türkiyə kubokunun finalında “Akhisarspor”a məğlub olan “Fənərbaxça” komandasının oyundan sonra soyunma otağında etdikləri azarkeşləri şoka salıb.
Muxalifət.az xəbər verir ki, texniki heyət futbolçularla birgə soyunma otağında ciyər dönəri yeyiblər.
Oyundan bir gün sonra yayılan xəbər “Fənərbaxça” azarkeşlərində aqressiya yaradıb.
Qeyd edək ki, final oyunu 3:2 hesabı ilə “Akhisarspor”un xeyrinə başa çatıb.
Muxalifet2 - 11-05-2018
İTV-nin yeni rəhbəri kimdir? - BİOQRAFİYA
Bu gün İctimai Televiziyanın (İTV) Yayım Şurasının iclasında İTV-yə Balakişi Qasımov yeni baş direktor seçilib.
Teleqraf.com onun tərcümeyi-halını təqdim edir:
Balakişi Qasımov (Balakişi Ələkbər oğlu Qasımov) 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub. Bakı şəhər 1 saylı orta məktəbi, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
"Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri olub. Gametv.az prodüser mərkəzinin rəhbəri işləyib.Muxalifet2 - 11-05-2018
Əfqanıstanda taliblərin gecə həmlələri nəticəsində 43 POLİS ƏMƏKDAŞI ÖLDÜRÜLDÜ
Əfqanıstanın qərbində “Taliban” hərəkatının gecə həmlələri nəticəsində azı 43 polis əməkdaşı həyatını itirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” hərəkatının döyüşçüləri dünən gecə saatlarında Fərah əyalətinin eyni adlı administrativ mərkəzindəki polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Silahlılar polis məntəqəsinin binasını ələ keçirməyə, habelə silah və sursatı qənimət götürməyə müvəffəq olub.Muxalifet2 - 11-05-2018
Almaniya geri çəkilmədi: “ABŞ-la danışıqlar gedir” – İRAN DÜYÜNÜ
Almaniya nüvə sazişi ilə əlaqədar ABŞ-la danışıqları davam etdirir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə DLF kanalının efirində Almaniya iqtisadiyyat naziri Peter Altmayer bildirib:
“Biz amerikalı həmkarlarımız və dostlarımızla çox açıq, ədalətli və aydın danışıqlar aparırıq. Bizim hədəfimiz razılaşmanın saxlanılmasıdır. Növbəti addımları Fransa, Böyük Britaniya və Avropa İttifaqı ilə razılaşdıracayıq”.
Nazirin sözlərinə görə, ABŞ-ın İrana qarşı qəbul edəcəyi sanksiyalar dünya iqtisadiyyatının inkişafına mənfi təsir göstərəcək.Muxalifet2 - 11-05-2018
Şırnakda türk əsgəri TƏLƏYƏ DÜŞDÜ: 1 şəhid, 1 yaralı
Türkiyənin Şırnak şəhərinin Bestler-Dərələr bölgəsində partlayış baş verib.
Muxalifət.az xəbər verir ki, terrorçuların ərazidə yerləşdirdiyi kustar üsulla düzəldilmiş partladıcı türk ordusu birləşmələrinin ərazidə axtarış əməliyyatları zamanı partlayıb.
Baş verən partlayış nəticəsində 1 əsgər şəhid olub, daha biri isə yaralanıb.Muxalifet2 - 11-05-2018
Ermənistanda fermerlər ETİRAZ AKSİYASI keçirib
Ermənistanın Araqatsotn vilayətinə aid kəndin sakinləri Yerevana gedən avtomobil yolunu bağlayıblar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.
Sakinlər bildiriblər ki, müvafiq şirkət bir ay əvvəl südün litrini 180 drama (63 qəpik) alırdı, indi isə 110 dram təklif edir: “Bu, bizim üçün qəbuledilməzdir”.Muxalifet2 - 11-05-2018
Rusiyanı bitərəcək yeni faktlar – SÜBUTLAR TƏQDİM OLUNDU
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı yeni hesabatını yayımlayıb.
Muxalifət.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda Rusiyanın seçilər ərəfəsində Feysbuk üzərindən ABŞ əleyhinə 3 519 reklam və əks-təbliğat xarakterli məlumat yayımladığı bildirilir.
Yayım fəaliyyəti Rusiyada fəaliyyət göstərən “Internet Research Agency” (IRA) adlı şirkət tərəfindən həyata keçirilib. Bu məqsədlə sosial şəbəkədə 470 səhifə yaradan şirkət məlumatları 126 milyon amerikalıya çatdırıb.Muxalifet2 - 11-05-2018