Axtarış
The search found 105785 results in 0.058 seconds.
Search results
Tehran nüvə sazişindən çıxmış TRAMPDAN QİSAS ALACAQ – ABŞ-a qarşı şikayət və təzminat tələbi hazırlanır - TƏHLİL
Prezident Donald Tramp İranla müqaviləni pozduğuna görə tezliklə nüvə danışıqları qambitinin ilk ictimai testinə məruz qala bilər – ABŞ-a qarşı rəsmi şikayət.
Xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən ay ABŞ-ın razılaşmadan sazişdən çıxdığı təqdirdə, İran təzminat üçün JCPAO hazırlanması üçün yaradılan Birgə Komissiyaya müraciət edə biləcəyini qeyd edib. Komissiya ABŞ-ın sanksiya siyasətinə dair heç bir səlahiyyətə malik deyil, lakin İran və qalan tərəfləri bir-birinə yaxınlaşdıra və ABŞ-ı təcrid edə bilər.Muxalifet2 - 10-05-2018
Türkiyə prezidentliyinə 6 NAMİZƏD KİMDİR?
Türkiyədə gələn ay keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin ilkin siyahısı açıqlanıb.
Seçkilərə nəzarət edən Yüksek Seçim Kurulu (YSK) tərəfindən qeydiyyatdan keçirilmiş namizədlərin ilkin siyahısını "Resmi Gazete"də dərc olunub.
Namizədlərin yekun siyahısı mayən 13-də elan edilməlidir.
İlkin siyahıya heç bir etiraz yoxdursa və ya YSK etirazları rədd edirsə, prezidentlik uğrunda yarış altı namizəd arasında keçiriləcəkdir.
Namizədlər və onların mənsub olduğu partiyaların siyahısı aşağıdadır:Muxalifet2 - 10-05-2018
Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1420 NƏFƏR SƏNƏD VERDİ
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 1420 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, onların arasında təxminən 15-ə yaxın şəxs əvvəllər Həcc ziyarətində olanlardır.
Bildirilib ki, Azərbaycan üçün ayrılan kvotadan hazırda cəmi 20 boş yer var və bir-iki günə bu yerlərə də sənəd veriləcəyi gözlənilir. Bu il üçün kvotanın artırılması planlaşdırılmır.
Məlumata görə, Azərbaycandan gedəcək zəvvarlar üçün artıq otel tutulub.
Qeyd edək ki, Həcc ziyarəti avqust ayında olacaq.Muxalifet2 - 10-05-2018
Qazaxıstanı aksiyalar bürüdü: HƏBSLƏR VAR - Video
Qazaxıstanda hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, aksiyalar mühacir bankir Muxtar Ablyazovun dəstəyi ilə baş tutub. Ən böyük aksiyalar Alma-Atı şəhərində olub. Şəhərin mərkəzində 100-dən çox şəxs toplanıb. Polis bu aksiyada 70 nəfəri saxlayıb.
Astanada keçirilən mitinqdə etirazçılara qarşı güc tətbiq olunub. Aktobe şəhərində də bir neçə etirazçı polis tərəfindən saxlanılıb.
Etirazçılar aksiyalarda insan haqlarına əməl edilməsini və siyasi məhbusların azadlığa çıxarılmasını tələb ediblər.Muxalifet2 - 10-05-2018
Kiyevdən müharibə elanına bərabər ADDIM
Ali Radaya Rusiya şirkətləri və bankların Ukraynadakı əmlakının milliləşdirilməsi haqqında qanun layihəsi daxil olub.
Muxalifət.az UNİAN agentliyinə istinadən xəbər verir ki, layihənin müəllifi “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Roman Zvarıçdır.
Qanun layihəsinin izahedici qeydində bildirilir ki, qanunverici səviyyədə belə addım “təcavüzkar dövlət”lə təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxslərə qarşı sektor sanksiyalarının tətbiq etmə imkanı verəcək.
Qanun layihəsi müvafiq komitəsinin müzakirəsinə verilib.Muxalifet2 - 10-05-2018
Fazil Məmmədovun qudası güləş federasiyasına qaytarıldı
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib.
Muxalifət.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov güləşçilərimizin son illərdə qazandığı qələbələrdən söz açıb.
O, Avropa çempionatından 18 medal ilə vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.Muxalifet2 - 10-05-2018
Xiyabani və Səttar Xanın məzarı TEHRANDAN KÖÇÜRÜLÜR
Məşrutə inqilabının lideri Şeyx Məhəmməd Xiyabani və Milli sərdar Səttar Xanın məzarları Tehrandan Təbrizə köçürüləcək.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu İran mediasına müsahibəsində Güney Azərbaycanın millət vəkili Qulamhüseyn Məsudi Reyhan deyib.Muxalifet2 - 10-05-2018
Bakı Qarabağda bu ssenari ilə hərəkət edəcək: Paşinyandan SENSASİYALI ŞƏRT
Ermənistanın yeni baş naziri Nikol Paşinyan seçkidən dərhal sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etdi və sələfi Serj Sarkisyanın ehtiyat edərək, səsləndirmədiyi iddiaları irəli sürdü. O, erməni hərbi birləşmələrini gücləndirəcəklərini dedi və bununla müharibəyə hazırlıq prosesinə işarə vurdu. Ardınca əlavə etdi ki, “Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir, əks təqdirdə, danışıqlar heç bir effekt verməyəcək”.
Muxalifet4 - 10-05-2018
Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq
Azərbaycanda beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri dövlət qeydiyyatına alınmayacaq.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.Muxalifet4 - 10-05-2018
Bakıda "JEK"lərdə şişirdilmiş xərclər aşkar edildi
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan bəzi mənzil-kommunal təsərrüfatı birliklərində (MKTB) artırılmış xərclər aşkar olunub.
Muxalifət.az Trend-ə istinadən bildirir ki, bu barədə Hesablama Palatasının 2017-ci il üzrə hesabatında qeyd olunub.Muxalifet4 - 10-05-2018
104 yaşlı alim evtanaziya vasitəsilə həyatına son qoydu - FOTOLAR
Avstraliyanın ən yaşlı alimi Devid Qudell həyatının 104-cü ilində İsveçrədə evtanaziya ilə ömrünə son qoyub.
Avstraliyanın ABC telekanalı xəbər verir ki, evtanaziya etməmişdən əvvəl o, jurnalistləri toplayaraq mətbuat konfransı keçirib.
D.Qudell ölümü gözləməkdən yorulduğunu və insanın ölüm vaxtını seçməkdə sərbəst olmasının zəruriliyini bildirib: “Son 6 ildir kor olmuşam, artıq həyatımı davam etdirmək istəmirəm və onu başa vurmaq şansım olduğuna görə də xoşbəxtəm”.Muxalifet4 - 10-05-2018
İsmayıllıda ev quşlarını öldürən naməlum yırtıcılar tapıldı - FOTOLAR
İsmayıllı rayon Aşıqbayramlı kəndində naməlum yırtıcı heyvanlar tapılıb.
Muxalıifət.az xəbər verir ki, İsmayıllı rayon sakini Ramiz Fətəliyev həyətindəki tövlənin damında nadir rast gəlinən heyvanın balalarını tapıb.
Ev sahibinin sözlərinə görə, o, tövlənin damındakı köhnə ot bağlamalarının altından qəribə səslər eşidib və orada axtarış apararkən 4 ədəd yırtıcı heyvan balası tapıb.Muxalifet4 - 10-05-2018
Şimşək çaxacaq, leysan yağacaq - SABAHIN HAVASI
Mayın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Muxalifet4 - 10-05-2018
“Azərbaycan İpoteka Fondu”nun fəaliyyəti ilə bağlı nöqsanlar aşkar edildi
Hesablama Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin fəaliyyəti ilə bağlı həyata keçirdiyi təhlilin nəticələrini açıqlayıb.
Muxalifət.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.Muxalifet4 - 10-05-2018
Bazar günü 36559 abituriyent qəbul imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Muxalifet4 - 10-05-2018
Terrorçular tələyə düşdü: TÜRKİYƏ MÜDHİŞ ƏMƏLİYYAT HAQDA XƏBƏR VERDİ
“Reuters” xəbər agentliyi, Türkiyənin yaxalayıb, İraqa təhvil verdiyi İŞİD terrorçusu İsmayıl əl İthavi üzərindən həyata keçirilən əməliyyatı dünyaya çatdırdı.
Bağdad hökumətinə İŞİD-a yönəlik mübarizədə müşavirlik edən Hişam əl Haşiminin “Reuters” xəbər agentliyinə dedikləri dünyada gündəm olub.
Terror təşkilatı İŞİD-inən önəmli simalarından İsmayıl İthavi, fevral ayında Türkiyədə yaxalanaraq İraqa təhvil verilib.Muxalifet3 - 10-05-2018
"Paşinyanın bəyanatları danışıqlar prosesinin prinsiplərinə uyğun deyil" - NAZİR MÜAVİNİ
"Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüququn pozulması deməkdir".
Muxalifət.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Muxalifet4 - 10-05-2018
“26 qurum 83,3 mln. manat məbləğində vəsaiti səmərəsiz istifadə edib” - PALATA
Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.
Sənəddə bildirilib ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.Muxalifet4 - 10-05-2018
Elmdə orucluqla bağlı sübut olunmuş ŞOKEDİCİ FAKTLAR - Alimlərdən MÜDHİŞ RƏYLƏR
Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur. Tarixi rəvayətlərə görə, İsa Peyğəmbər 40 gün ərzində səhrada oruc tutub. Ümumiyyətlə, bütün Peyğəmbərlərin ibadətində oruc əsas yer tutub.
Uzaq Şərqdə də oruc ənənəsi var. Xüsusilə Çin və Hindistanda Daoistlər və ya bəzi Yoqlar bu üsula əl atırlar. Şaman mədəniyyətlərində də oruc tutmaq ayrıca ayin hesab olunur. Xülasə, oruc dünyanın dörd bir tərəfində keçmişdən bəri mövcuddur və hələ də həyata keçirilir.
Muxalifet4 - 10-05-2018
Baş prokuror bu işin araşdırılması üçün göstəriş verdi - İNTİHAR, YOXSA QƏTL?
Baş prokuror Zakir Qaralov Oğuzda 3 ay əvvəl baş vermiş intihar hadisəsinin araşdırılması barədə xüsusi göstəriş verib. Muxalifət.az apa-ya istinadən xəbər verir ki, yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı həmin tarixdə Oğuz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Q.
Muxalifet4 - 10-05-2018