Axtarış
The search found 105785 results in 0.13 seconds.
Search results
Ərdoğan ABŞ səfirliyinin QÜDSƏ KÖÇÜRÜLMƏSİNƏ NƏ DEDİ?
“CNN İnternational”-ın suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ səfirliyinin Qüdsə daşınması qərarı ilə bağlı suala maraqlı cavablar verib.
İSRAİL BƏZİ ŞEYLƏRDƏN MƏHRUM QALACAQ
Muxalifet3 - 10-05-2018
DOLLAR BU GÜN NEÇƏYƏDİR?
Azərbaycan Mərkəzi Bankı 10 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, mayın 10-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0185 manat təşkil edir.
1 türk lirəsi 0,3962 manat, 1 rus rublu 0,0270 manat, 100 İran rialı 0,0041 manat, 1 gürcü larisi isə 0,6951 manatdır.Muxalifet2 - 10-05-2018
Kim Çendən Trampa jest – ÜÇ NƏFƏR...
Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampın xahişini yerinə yetirib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Rönhap” agentliyi məlumat yayıb.
Kim Çen İn Trampdan saxlanılan amerikalıların azad edilməsi barədə rəsmi təklif alıb. O, amerikalıların əfv edilməsinə dair fərman verib.
Saxlanılanların hər üçü Cənubi Koreya əsilli ABŞ vətəndaşlarıdır.
Qeyd edək ki, ABŞ prezidenti mayın sonu, iyunun əvvəllərində Şimali Koreya lideri ilə görüşmək niyyətindədir.Muxalifet2 - 10-05-2018
27 ağacın əvəzi: 12 min cərimə, CİNAYƏT İŞİ
27 ədəd müxtəlif cins ağacları kökündın kəsən şəxs 12.450 manat cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının Sabunçu rayonu Yeni Ramana qəsəbəsində keçirdikləri reyd zamanı yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.
Ağacları kəsən qəsəbə sakini Elbrus İsmayılovun təbiətə 12.450 manat məbləğində ziyan vurduğu məlum olub.Muxalifet2 - 10-05-2018
İcra başçısının birinci müavini İŞDƏN ÇIXARILDI
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Muxalifət.az xəbər verir ki, icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarılıb. Onun yerinə Mansur Məmmədov təyin olunub.
Bu təyinata qədər M.Məmmədov Cəlilabad rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb./report/Muxalifet2 - 10-05-2018
Əsəd III Dünya müharibəsindən DANIŞDI: “Rusiya...”
“Rusiya Suriya münaqişəsinin Üçüncü Dünya müharibəsinə kimi böyüməsinə imkan verməyəcək”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.
“Çünki, xoşbəxtlikdən, Rusiyada müdrik rəhbərlik mövcuddur”, - Suriya lideri bildirib.
Dövlət başçısı həmçinin Rusiya və ABŞ-ın münasibətlərini “soyuq müharibə” dövründən daha mürəkkəb adlandırıb.Muxalifet2 - 10-05-2018
İsrail ordusundan İran bəyanatı: “NÖVBƏTİ HÜCUM OLSA…”
İsrail özünün şimal sərhədlərində münaqişə yaratmaqda maraqlı deyil.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib:
“Biz yüksək döyüş hazırlığı vəziyyətində qalırıq və Suriyadakı iranlıların yerdəyişməsini izləyirik. Vəziyyətin gərginləşməsinə çalışmırıq. Amma İrandan növbəti hücum olsa, buna kəskin cavab verməyə hazırıq. Odur ki, biz İranı belə davranmamağa çağırırıq”.
Qeyd edək ki, Suriya tərəfindən atılan raket zərbələri və İsrailin cavabı itkisiz ötüşüb.Muxalifet2 - 10-05-2018
NAZİR YENİ RƏİS TƏYİN ETDİ
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.
Report-un əldə etdiyi məlumata görə, bu, Mirzə Əliyevdir.
O, bundan əvvəl Azərbaycan Dəmir Yolları QSC-də, Kapital Bank ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.
Xatırladaq ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəzliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.Muxalifet2 - 10-05-2018
Alman nazir CHP və İYİ PARTİYASINA TƏLİMATINI VERDİ: XORUZUN QUYRUĞU GÖRSƏNDİ
24 iyun seçkiləri ilə bağlı AK Partiyanın Avropadakı fəaliyyətini əngəlləyən AB ölkələri, seçkilərdə İYİ Partiya və CHP ittifaqından yana ortaya mövqe qoydu. Almaniyanın Avropa Məsələləri üzrə naziri Maykl Roz, Türkiyəyə gəlib, Maral Akşənərə "Cənub-Şərq bölgəsi sizə səs verəcək" sözünü verdi.
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, baş nazir, nazirlər və digər rəsmilərin seçki təbliğatı aparmasını qadağan edən Avropa ölkələrinin nazirləri, etdiklərinin əksi olaraqTürkiyədə 24 iyunda keçiriləcək seçki fəaliyyəti aparır.Muxalifet3 - 10-05-2018
AZAL ŞEFİNİN ARVADI 31 MİLYONLUQ OTEL TİKDİRİB! – “Qrand Qloriya” gələn ay açılır - FOTO
Batumidə yeni beşulduzlu “Qrand Qloriya” oteli açılır. Bu barədə Acariya hökumətinin məlumatında deyilir. Otelin rəsmi açılışı iyuna planlaşdırılıb. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.
Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir. Hazırda oteldə 100 nəfər işə düzəlib. Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq sonradan dayandırılıb.
Muxalifet - 10-05-2018
16 mərtəbəli binada QAZSIZMA: 64 nəfər zəhərləndi
Yeni Zellandiyada 16 mərtəbəli binada qaz sızıb. Hadisə nəticəsində 64 nəfər zəhərlənib.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Auckland şəhərinin mərkəzində çoxmərtəbəli binada kondinsionerdən sızan qaz binada yaşanları təhlükə ilə üz-üzə qoyub.
Hadisə yerinə gələn təcili yadım briqadaları mədə bulantısı, qusma, baş və sinə ağrıları ilə şikayət edən 50 nəfərəyerindəcə köməklik göstərib. 14 nəfər isə şəhərin müxtəlif xəstəxanalarına yerlışdirilib.
Qaz sızıntısının səbəbi hələ ki, bəlli deyil.
Muxalifet2 - 10-05-2018
Putindən Netanyahuya “Yaxın Şərq” mesajı: VƏZİYYƏT TƏƏSSÜF Kİ, PİSDİR
Rusiya prezidenti Putin, İsrailin baş naziri Netanyahu ilə görüşüb. Putin, “Yaxın Şərqdəki vəziyyət təəssüf ki, pisdir. Sadəcə mübahisə etmək yox, həll üçün də ümidimi dilə gətirmək istəyirəm” - deyib.
Kremldən edilən yazılı açıqlamaya görə, Putin, görüş ərəfəsində etdiyi çıxışında, bölgədəki problemləri birlikdə müzakirə edəcəklərini bildirib.
Vladimir Putin, "Yaxın Şərqdəki vəziyyət təəssüf ki, pisdir. Sadəcə mübahisə etmək deyil, vəziyyəti yumşaltmağa yönəlik həll tapmaq üçün də ümidimi dilə gətirmək istəyirəm" deyə, bildirib.Muxalifet3 - 10-05-2018
Rusiyanın dağılması və Putinin... - Torpaqların azad edilməsinin İKİ VARİANTI
“Bu gün işğal edilmiş Krımın Ukraynanın tərkibinə qayıdışının iki münasib variantı var”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Krım tatarlarının işləri üzrə Ukrayna prezidentinin xüsusi nümayəndəsi, Ukraynanın Ali Radasının üzvü Mustafa Cəmilov “Apostrof” nəşrinə müsahibəsində bildirib.Muxalifet2 - 10-05-2018
Məktəbdə silahlı insident: ÖLƏN VƏ YARALANANLAR VAR
Rusiyanın Novosibirsk Nəqliyyat Texnologiyaları kollecinin birinci kurs tələbəsi dərs vaxtı odlu silahdan atəş açıb.
Muxalifət.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat katibi məlumat yayıb.
İnsident Barabinskdəki təhsil mərkəzində qeydə alınıb. Tələbə atəş açaraq, əvvəlcə qrup yoldaşını yaralayıb, daha sonra isə intihar edib. Xəsarət alan tələbə xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı məlum deyil.Muxalifet2 - 10-05-2018
PUTİNİN “QARA SİYAHI”DA SAXLADIĞI OLİQARXLAR –Kremllə əlaqə ya xeyir gətirir, ya da lənət doğurur - TƏHLİL
Stormi Danielsin vəkili Maykl Avenatti sayəsində Vladimir Putinə “rusiyalı oliqarx” (və ya “ona yaxın”) klişesi təkrarən dövriyyədədir. Bir xəbərdarlıq: Rusiyada bir çox zəngin adamın Putinlə yaxınlığı iddiası heç də iddia edildiyi kimi deyil. Avenattinin adını çəkdiyi Viktor Vekselberq istisna olmamaqla.
Muxalifet2 - 10-05-2018
Ötən həftə məmurlar haqqında ən çox bu saytlar yazdı... – STATİSTİKA
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet - 10-05-2018
Amerikalı rahib Fətullah Gülənin Türkiyəyə TƏHVİL VERİLMƏSİNİ TƏKLİF ETDİ
ABŞ-lı keşiş, casus keşiş Brunson ilə terrrorçubaşı Fətullah Gülənin mübadilə edilməsini təklif edib.
Muxalifet3 - 10-05-2018
Kiyevdə rusiyalı diplomat belə TƏHQİR OLUNDU
Ukrayna C14 qrupunun radikalları Rusiyanın Kiyevdəki Rusiya Əməkdaşlıq Təşkilatının rəhbəri Konstantin Vorobyovu “zelyonka” və nəcisə bulayıblar. Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, rusiyalı diplomat bu gün Qələbə bayramı münasibətiylə müharibədə həlak olanların xatirəsinə ucaldılan abidənin qarşısına gül qoymağa gedirmiş. Bu dəmdə diplomat evinin yanında onun gözləyən 8 radikalın hücumuna məruz qalıb. Onlar Vorobyovun üzünə və üst-başına “zelyonka” atıblar.
Muxalifet2 - 10-05-2018
Respublikaçılar Paşinyanın hökumətindən İMTİNA ETDİLƏR
Ermənistanın Respublika Partyası Nikola Paşinyanın hökumətinin işini sabotaj etməyə hazırlaşmır. Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu parlamentin vitse-spikeri, partiyanın mətbuat katibi Eduard Şarmazanov yerli “Joxovurd” qəzetinə bildirib. “Biz populist addımlara getməyə və Nikol Paşinyanın başçılıq edəcəyi yeni hökumətin işini sabotaj etməyə hazırlaşmırıq. Respublika Partiyası müxalifətə keçib və yeni hökumətdə hansısa postları götürməyə hazırlaşmır.
Muxalifet2 - 10-05-2018
Binəqədinin icra başçısı ilə müavini arasında qarşıdurma – XALƏDDİN İSGƏNDƏROV YENƏ DİQQƏT MƏRKƏZİNDƏ!
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet - 10-05-2018