Axtarış
The search found 105793 results in 0.064 seconds.
Search results
Ermənistan MN: Azərbaycandan keçənlər banqladeşlilərdir
Ermənistan ərazisinə daxil olmağa cəhd etmiş xaricilər Banqladeş vətəndaşlarıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” Ermənistanın Müdafiə naziri v.i.e Viqen Sarkisyana istinadən məlumat yayıb.
“Sərhədi pozanlar Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistanın Milli təhlükəsizlik xidmətinə təhvil verilib.”, - deyə Sarkisyan bildirib.
İnsidentin təfərrüatı barədə məlumat verilmir.
Azərbaycanın Müdafiə nazirliyi altı nəfərin Ermənistan sərhədinə keçməsi ilə bağlı informasiyanı təsdiq etməyib.Muxalifet3 - 9-05-2018
Trampdan SƏRT QƏRAR: İran dövlət rəsmiləri AYAQLANDI
Prezident Donald Trampın ABŞ-ın İran ilə Qərb dövlətləri arasında imzalanmış sazişdən birtərəfli qaydada çıxmasını bəyan etdikdən sonra İran Nazirlər Kabinetinin təcili iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, bu gün Prezident Həsən Ruhaninin sədrliyi ilə keçən iclasda İranın bundan sonra atacağı addımlar nəzərdən keçirilib. Prezident H.Ruhani nazirliklərə müvafiq göstərişlər verib.
Muxalifet3 - 9-05-2018
ABŞ-ın MKİ rəhbəri söz verdi: Təkrar etməyəcəm
ABŞ Prezidenti Donald Trampın MKİ rəhbərliyinə namizədi Cina Haspelin Senatda təsdiqlənməsi ilə bağlı iclas başlayıb.
Muxalifet.az xəbər verir ki, 11 sentyabr terror hadisələrindən sonra terror törətməkdə şübhəli bilinən şəxslərin əsir düşməsi və işgəncə edilməsi proqramını tətbiq edənlərdən biri olan Cina Haspel Senatda çıxışı zamanı bu əməllərini qətiyyən təkrar etməyəcəyinə söz verib.
Muxalifet3 - 9-05-2018
SON DƏQİQƏ: Türkiyə çox məntiqsizdir! Azərbaycandan sizə nə? Qarabağ Ermənistanındı - PAŞİNYAN
Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazırdır.
Muxalifet.az xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə mətbuat konfransında bildirib.
“Siz bilirsiniz ki, şərtləri Türkiyə irəli sürür. Türkiyənin tələbi məntiqsizdir. Ona görə ki, hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkə barədə şərtləri irəli sürmək məntiqsizdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlərsiz münasibətləri qurmağa hazırıq. Eyni zamanda, erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq”, - Paşinyan vurğulayıb.Muxalifet3 - 9-05-2018
Baxçalı: Kimin nə həddi var ki...
Kimin nə həddi var ki, Allahın ayələrini dəyişsin.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransada imzalanan və yəhudilərə qarşı olan bölmələri çıxarılan "Quran bəyannaməsi" nə sərt reaksiya verən MHP lideri Dövlət Baxçalı deyib.
Qeyd edək ki, Fransada keçmiş prezident Nikola Sarkozinin də olduğu 300-ə yaxın siyasətçi və yazardan ibarət qrup bəzi ayələrin guya "zorakılığı və yəhudi düşmənçiliyini" təbliğ etməsi səbəbindən müqəddəs Qurani-Kərim kitabından çıxarılması kampaniyası başladıb.
Muxalifet3 - 9-05-2018
Səfirimiz etimadnaməsini vitse-prezidentə təqdim etdi
Mayın 8-də Azərbaycanın iqamətgahı Brazilia şəhərində olan Ekvadordakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti vəzifəsini icra edən, vitse-prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib.
Azərbaycanın Braziliyadakı səfirliyindən bildiriblər ki, görüşdə xanım Maria Vikunya Azərbaycan Prezidentinə və xalqına öz səmimi salamlarını çatdıraraq ölkələrimiz arasında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Qeyd edib ki, hər iki ölkə bir sıra beynəlxalq təşkilatlara üzvdür.Muxalifet3 - 9-05-2018
İran: ABŞ bunu riskə atır, geri çəkilməyəcəyik
Bu addım ABŞ üçün utancvericidir. Trampın bu qərarına görə ABŞ-a dünyada inamsızlıq artıb. Muxalifet.az xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib. O bildirib ki, İran ABŞ-ın qərarından sonra bir müddət gözləmə mövqeyində olacaq: “İran dünyaya problemin sülh yolu ilə həllinə cəhd etdiyini sübut edəcək. Biz dialoqa üstünlük verdiyimizi və problemlərin həllində siyasi yollar axtardığımızı sübut etdik. ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır. Trampla güc işlədərək danışmaq daha yaxşı olar.
Muxalifet3 - 9-05-2018
Putindən örnək addım: veteranı xilas etdi
Moskvada "Qələbə" günü münasibəti ilə keçirilən paradda mühafizə xidməti qoca veteranın Rusiya Prezidenti Vladimir Putinə yaxınlaşmasına imkan verməyib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, Putin serbiyalı həmkarı Aleksandr Vuçiç və İsrail Baş naziri Benyamin Netanyahu ilə tədbir meydanında irəliləyərkən bir veteran rus liderinə yaxınlaşmağa cəhd edib, ancaq mühafizəçilər bunun qarşısını alıb. Həmin anı görən Putin ayaq saxlayaraq veterana yaxınlaşıb və bir müddət söhbət ediblər.
Muxalifet3 - 9-05-2018
Ərdoğan: ABŞ əsl dostlarını itirdi, çünki...
YPG terror təşkilatı ABŞ-dan aldığı silahlarla sərhədlərimizi təhdid edib.
Muxalifet.az xəbər verir bu sözləri "CNN İnterneyşnl"a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
ABŞ-ın əsl dostlarını itirdiyini bildirən Ərdoğan ABŞ səfirliyinin də Qüdsə köçürülməsini səhv hərəkət olaraq qiymətləndirib. Ərdoğan F-35 döyüş təyyarələrinin Türkiyəyə satılmamasının müttəfiqlik ruhuna uyğun olmadığını bildirib.
Muxalifet3 - 9-05-2018
Moqerini Paşinyanı Brüsselə dəvət edib
Avropa İttifaqının (Aİ) xarici məsələlər üzrə ali baş komissarı Federika Moqerini Nikol Paşinyanın baş nazir seçilməsi münasibətilə ona zəng edib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, telefon danışığı zamanı onlar Aİ ilə Ermənistan arasında əməkdaşlığın vacibliyini müzakirə ediblər.
Aİ diplomatik missiyasının rəhbəri ilk fürsətdə Paşinyanı Brüsselə dəvət edib.Muxalifet3 - 9-05-2018
Hakimlər Messini əfv etdi
İspaniya Çempionatının hakimlər korpusu hesab edir ki, “Barselona”nın hücumçusu Lionel Messi “Real” ilə oyun zamanı arbitrı təhqir etməyib.
Muxalifet.az lenta.ru-ya istinadla xəbər verir ki, arbitrlar forvardın müdafiəsinə qalxıb.
Hakimlər korpusu bildirib ki, matçın protokolunda Messinin və ya başqa oyunçunun arbitrı təhqir etməklə bağlı qeyd olunmayıb.
Muxalifet3 - 9-05-2018
Ermənistan MN: Azərbaycandan keçənlər banqladeşlilərdir
Ermənistan ərazisinə daxil olmağa cəhd etmiş xaricilər Banqladeş vətəndaşlarıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” Ermənistanın Müdafiə naziri v.i.e Viqen Sarkisyana istinadən məlumat yayıb.
“Sərhədi pozanlar Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistanın Milli təhlükəsizlik xidmətinə təhvil verilib.”, - deyə Sarkisyan bildirib.
İnsidentin təfərrüatı barədə məlumat verilmir.
Azərbaycanın Müdafiə nazirliyi altı nəfərin Ermənistan sərhədinə keçməsi ilə bağlı informasiyanı təsdiq etməyib.Muxalifet3 - 9-05-2018
Tramp HƏDƏLƏDİ: İran bunu edərsə yer üzündən silinər
İran nüvə proqramını başladacağı təqdirdə çox ciddi nəticələri olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Tramp bu gün hökumət üzvləri ilə keçirdiyi görüşdə deyib.
Tramp bildirib ki, ya İran müzakirə edəcək, ya da bir şeylər olacaq.
Qeyd edək ki, Trampın ötən gün İranla nüvə anlaşmasından çıxdığını bəyan edib. Buna görə də Tehranın nüvə proqramını bərpa edəcəyi ehtimalı yaranıb.
Muxalifet3 - 9-05-2018
Bozdağ: İqtidara gəlməyin yolu buradan keçir
İqtidar Tvitterdən deyil, sandıqdan çıxacaqdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ deyib.
“Millətimiz onu necə 15 iyulda müdafiə etdisə, 24 iyunda da mühafizə edəcək. Bizim ölkənin seçkilərində başqa ölkənin vətəndaşları deyil, bizim vətəndaşlarımız səs verəcək. 24 iyuna çox qalmayıb. Özünüzü çox yormayın”,- Bozdağ bildirib.Muxalifet3 - 9-05-2018
Azərbaycanın qonşusu üçün dəhşət - Ssenarisi
ABŞ Prezidentinin İranla imzalanmış nüvə sazişindən çıxmaqla bağlı qərarı regionda onsuz da kövrək olan stabilliyi kifayət qədər gərginləşdirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri, professor Fikrət Yusifov qeyd edib. O bildirib ki, hadisələrin inkişafının daha real görünən ssenarisi budur ki, İrana qarşı tətbiq ediləcək iqtisadi sanksiyalar sonda İran hökumətini öz nüvə proqramını reallaşdırmağa vadar edəcək:Muxalifet3 - 9-05-2018
XİN-dən Paşinyanla bağlı açıqlama: Təəssüf edirik ki...
Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə, Dağlıq Qarabağ mövzusuna müraciət edərək, siyasi təşviqata üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir.
Muxalifet3 - 9-05-2018
Merkel Medvedevi təbrik edib
Almaniyanın kansleri Anqela Merkel Dmitri Medvedevin yenidən Rusiyanın baş naziri seçilməsi münasibətilə təbrik edib, bundan sonra da ikitərəfli və iqtisadi münasibətlərin genişləndirilməsi üçün etibarlı tərəfdaş olmağa əminliyini bildirib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə teleqramda deyilir:
“Almaniya Rusiya ilə birgə qarşılaşdığı çoxsaylı problemləri həll etmək istəyir”.
Muxalifet3 - 9-05-2018
"Namaz qılmıram, amma ürəyim təmizdir. Cənnətə gedəcəm..." deyənlər - MÜTLƏQ OXUYUN
Günümüzdə bir çox insanlar yaxşılıq etmək, ürəyi təmiz olmaq, paxıllıq etməmək və s. yaxşı əməllərin Cənnətə girmək üçün kifayət olduğunu, namazın isə vacib olmadığını düşünürlər.
Halbuki Uca Allah və onun Rəsulu namazı əmr etmiş və bunu əvəz edəcək heç bir əməl olmadığını bizə açıq-aydın bildirmişlər. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir”. (əl-Ənkəbut, 45).Muxalifet3 - 9-05-2018
SON DƏQİQƏ: Türkiyədən Paşinyanın Qarabağ açıqlamasına CAVAB GECİKMƏDİ – Razılaşarıq...
Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında söhbət belə gedə bilməz.
Muxalifet.az xəbər verir ki, bunu trend -ə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı etdiyi bəyanatları şərh edərkən Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.Muxalifet3 - 9-05-2018
Şimali Koreyadan ABŞ-a tarixi jest: Azadlıq...
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında qeyd edib. Tramp onların ABŞ Dövlət katibi Mayk Pompeonun KXDR-ə səfəri zamanı azad edildiyini və onunla birlikdə vətənə yola düşdüklərini yazıb.
Qeyd edək ki, ABŞ vətəndaşı olan Kim Donq-çul, Kim Sanq-duk və Kim Hak-sonq bir müddətdir ki, casusluq ittihamı ilə Şimali Koreyada saxlanılırdı.
Muxalifet3 - 9-05-2018