Axtarış

The search found 105785 results in 0.06 seconds.

Search results

  1. ​ƏSƏD: 2013-dən bizdə belə silah olmayıb...

    2013-cü ildən bu yana Suriya kimyəvi silaha malik deyil.
    Muxalifət.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.

    Muxalifet2 - 10-05-2018

  2. ​Bakıda məktəbdə yanğın - FOTO

    Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.
    Muxalifət.az xəbər verir ki, şagirdlər dərhal təxliyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.
    Hadisənin doğruluğunu Bakı Şəhər Təhsil İdarəsindən də təsdiqlədilər.

    Muxalifet2 - 10-05-2018

  3. ​İŞİD lideri oğlu və kürəkəni ilə bu ünvanda gizlənir - KƏŞFİYYAT

    “İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadi ehtimal ki, oğlu ilə birlikdə Suriyanın şərqində İraq sərhədinin yaxınlığında gizlənir.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İraq kəşfiyyatındakı anonim mənbəyə istinadən “Al Sharq Al Awsat” qəzeti bildirib.
    “Əbubəkr Əl-Bağdadi indiyə kimi nəzarətində saxladığı Suriyanın İraqla sərhəd rayonundadır”, - mənbə deyib.
    O, həmçinin qeyd edib ki, qruplaşmanın başçısı dörd-beş nəfərlə, o cümlədən oğlu və kürəkəni tərəfindən əhatə olunub.

    Muxalifet2 - 10-05-2018

  4. ​Tramp və Kim Çen İnin görüş yeri bəlli oldu - CNN

    ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn arasında görüş Sinqapurda baş tutacaq.
    Muxalifət.az xəbər verir ki, bu barədə CNN iki müxtəlif mənbəyə istinadən məlumat yayıb.
    Artıq prezident administrasiyasına görüşə hazırlaşmaq barədə tapşırıq verilib.
    Tramp mayın 9-u Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən görüşün yerini üç gün ərzində açıqlayacağını bildirmişdi.
    Pxenyandan uzaqda yerləşən Sinqapur tərəflərin görüşməsi üçün uyğun yer hesab olunur. Vaşinqton isə bu məlumatı şərh etməkdən imtina edib.

    Muxalifet2 - 10-05-2018

  5. ​Rusiya Ukrayna şirkətlərinə kompensasiya ödəyəcək - HAAQA MƏHKƏMƏSİNDƏN QƏRAR

    Haaqa Arbitraj Məhkəməsi bir neçə Ukrayna şirkətinin iddia ərizəsi üzrə qərar verib. Həmin şirkətlər Rusiyadan Krımın ilhaqına görə kompensasiya tələb ediblər. Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, mayın 2-də arbitraj “məsuliyyət və zərər məsələlərinə dair yekdil qərar qəbul edib”. Ukrayna KİV-lərinin yazdığına görə, Krımın ilhaqına görə Rusiya bu ölkənin şirkətlərinə 159 milyon dolar kompensasiya ödəməlidir. İddia ərizəsi 2015-ci ildə verilib. İddiaçı qismində “Everest Estate” şirkəti və daha 17 şirkət, həmçinin fiziki şəxs Aleksandr Dubilet çıxış ediblər.

    Muxalifet2 - 10-05-2018

  6. ​Nazirlik bələdiyyə sədrini 3000 MANAT CƏRİMƏLƏDİ – Şikayət əsasında

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kürdəmirdə bələdiyyə sədrini 3 min manat cərimələyib.
    Strateq.az ETSN-ə istinadən xəbər verir ki, nazirliyin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb:
    “Araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

    Muxalifet2 - 10-05-2018

  7. ​Göygöldə ər arvadını QƏTLƏ YETİRDİ

    Göygöl rayonunda qətl hadisəsi baş verib.
    APA-nın qərb bürosunun xəbərinə görə, Kəlbəcər rayonundan olan məcburi köçkün, Göygöl rayonunda məskunlaşan 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayevanı bıçaqlayaraq öldürüb.
    Hadisə yerindən qaçan F. Ələsgərovun tapılması üçün əməliyyat tədbirləri görülür.
    Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet2 - 10-05-2018

  8. ​"Nədən çəkindiniz? Sosial şəbəkələrdən?" - BAHAR MURADOVA DEPUTATLARA SƏSLƏNDİ

    "Zamanında Heydər Əliyevi özlərinə qarşı güc kimi görənlər bu gün onun Azərbaycanı irəli aparan güc olduğunu dərk etməkdədirlər. Heydər Əliyevin böyüklüyü bunda idi”.
    Muxalifət.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında deyib.

    Muxalifet2 - 10-05-2018

  9. ​Komissiya işləyir: ƏFV SƏRƏNCAMI OLACAQMI?

    Əfvlə bağlı hazırladığımız siyahı hələ tam hazır deyil. Siyahı tamamlanandan sonra cənab prezidentə təqdim olunacaq.
    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Axar.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Cümhuriyyətin 100 illik yubileyi ərəfəsində imzalanacağı gözlənilən əfv sərəncamı ilə bağlı danışarkən deyib.
    Ə.Nuriyev bildirib ki, hazırda əfv olunacaq şəxslərin müəyyənləşdirilməsi üçün müraciətlər araşdırılır:

    Muxalifet2 - 10-05-2018

  10. ​Prokuror reket jurnalistlərə cəza istədi - MTN işi

     “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
    Prokuror Surxay Əliyevin və Hikmət Nəcəflinin hər birinin 5 il 3 ay, S.Məmmədsalayevanın 6 il 6 ay və M.Abbasovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
    G.Əliyeva və İ.Qasımovaya isə şərti cəza verilməsini tələb edib

    Muxalifet2 - 10-05-2018

  11. ​Bakı məktəbində yanğın: ARAŞDIRMA BAŞLADI

    273 saylı məktəbdəki yanğının səbəbi araşdırılır. İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.
    Bu barədə Bakı şəhəri Təhsil İdarəsindən bildirilib. Məlumatda qeyd edilib ki, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb.
    Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. Məktəbdən şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

    Muxalifet2 - 10-05-2018

  12. ​İRAN İLƏ RUSİYA ƏL-ƏLƏ VERDİLƏR! - ABŞ HİDDƏTLƏNƏCƏK

    Muxalifət.az xəbər verir ki, Rusiyadan İranla bağlı son dəqiqə açıqlaması gəlib. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın ABŞ-ın nüvə müqaviləsindən imtina etməsi və Tehrana qarşı yeni sanksiyalar tətbiq eləmək qərarı verməsinə rəğmən, ölkəsinin İranla münasibələri qətiyyətlə davam edəcəyini bildirib.

    Muxalifet2 - 10-05-2018

  13. ​ŞƏNBƏ GÜNÜ BU YOL DA BAĞLANIR

    Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 12-də gecə saatlarından nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
    Muxalifət.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
    Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

    Muxalifet2 - 10-05-2018

  14. Əmanətlərin Sığortalanması Fonduna qarşı CİNAYƏT İŞİ AÇILDI

    Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib.

    Muxalifet2 - 10-05-2018

  15. Rusiya niyə İran-İsrail müharibəsinə qarışmır?

    Suriyada İran və İsrail arasında əməlli-başlı müharibə gedir.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran-İsrail qarşıdurmasını şərh edən politoloq Şahin Cəfərli deyib. O qeyd edib ki, Tramp nüvə sazişindən çıxmaq qərarını açıqladıqdan dərhal sonra İsrail aviasiyası Şam ətrafındakı Kisvada İran qüvvələrini bombaladı:

    Muxalifet2 - 10-05-2018

  16. ​ABŞ SƏFİRİ AÇIQLADI - ALMANLAR AYAĞA QALXDI

    Muxalifət.az xəbər verir ki, ABŞ-ın Almaniyadakı yeni səfiri Riçard Qrenellin vəzifə başına keçəndən sonra “Tvitter” şəbəkəsində paylaşdığı ilk mesaj Almaniyada etirazlara səbəb olub. Səfir Qrenell çərşənbə axşamı günü etimad məktubunu təqdim etdikdən sonra belə bir mesaj paylaşıb: “Donald Trampın dediyi kimi, ABŞ sanksiyaları İran iqtisadiyyatının əsas sektorlarını hədəfə alır. İranda işləyən alman şirkətləri dərhal əməliyyatları dayandırmalıdırlar”.
    Hökumətin mətbuat katibi dünənki mətbuat konfransında məsələnin gündəmə gətirilməsinə rəğmən, bu paylaşmaya şərh verməyib.

    Muxalifet2 - 10-05-2018

  17. ​Bu qurumun 9 vəzifəli şəxsi İŞDƏN AZAD EDİLDİ

    Hesablama Palatasının 2017-ci ildə sona çatdırılmış nəzarət tədbirləri üzrə nöqsanlara yol vermiş 258 nəfər vəzifəli şəxsə qarşı müxtəlif intizam tədbirləri tətbiq olunub.
    Report bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqqında hesabata istinadən xəbər verir.
    Onlardan 9 nəfəri işdən azad olunub, 14 nəfərinə şiddətli töhmət və 138 nəfərinə töhmət verilib, 8 nəfərə ciddi xəbərdarlıq edilib.

    Muxalifet2 - 10-05-2018

  18. ​Azərbaycan neft hasilatını azaldıb – OPEC-ə HESABAT VERİLDİ

    Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmaya uyğun olaraq, Azərbaycan üzrə cari ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
    Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, həmin məlumatlara əsasən, cari ilin aprel ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,7 min barel olub:

    Muxalifet2 - 10-05-2018

  19. ​LAVROV: “ABŞ bu qərarla BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini pozdu”

    ABŞ-ın İranla nüvə sazişindən çıxması BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasıdır.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda mətbuat konfransı zamanı Rusiya Xarici İşlər Nazirliyinin başçısının vəzifələrini icra edən Sergey Lavrov bildirib.
    “ABŞ administrasiyasının nüvə sazişi üzrə Birgə hərtərəfli İş Planından çıxması barədə qərarı ciddi narahatlığa səbəb olur. ABŞ bununla da bu planı bəyənən Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub”, - nazir deyib.

    Muxalifet2 - 10-05-2018

  20. ​Hakim tanınmış idmançıya HÖKM OXUDU

    Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
    Hökmə əsasən, Rövşən Heybətov barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
    Qeyd edək ki, prokuror Rövşən Heybətovun 8 il müddətinə azadliqdan məhrum edilməsini təklif etmişdi.
    Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

    Muxalifet2 - 10-05-2018

Pages