Axtarış

The search found 105785 results in 0.104 seconds.

Search results

  1. ​NAZİR BAŞ HƏKİMİ İŞDƏN ÇIXARDI

    Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.
    Report xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
    Əmrə əsasən Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib.
    E.Məmmədov öz ərizəsi ilə işdən ayrıldığını bildirib:
    "8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam".

    Muxalifet2 - 10-05-2018

  2. Tramp “İran” QƏRARINDA YENƏ TƏKLƏNDİ

    ABŞ prezidenti Donald Tramp, İranla imzalanan nüvə müqaviləsindən çəkilmə qərarı almasından sonra dünya səhnəsində yenə tək qaldı. Trampın daha əvvəl ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında verdiyi qərarında da dünya onu dəstəkləməmişdi. Fransa prezidenti Emmanuel Makron da Trampın bu qərarına qarşı çıxdığını dilə gətirdi. Makron, Trampın bu qərarını “səhv” kimi qiymətləndirdi.
     

    Muxalifet3 - 10-05-2018

  3. ​Əli Abbasovun qohumu 2 qadınla hakim qarşısında - PROSES

    Güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəməsi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Həbsdə olan Natiq Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub.

    Muxalifet2 - 10-05-2018

  4. ​“Həbsimə sifarişi Eldar Mahmudov verib, iki nəfər isə...” – İDDİA

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq baş idarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevə qarşı Mətləb Mustafayevin iddiası üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutan prosesdə iddiaçı Mətləb Mustafayev çıxış edib.
    O bildirib ki, Nəsimi rayon məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qərarı ilə onun yaşadığı mənzildə axtarış aparılıb.

    Muxalifet2 - 10-05-2018

  5. ​ABŞ-ın İran düşmənçiliyinin əsl səbəbi budur - XAMENEİ

    Trampın çıxışı yalandır.
    Bunu Tehranın Ferhengiya Universitetində çıxışı zamanı İranın Ali dini lideri Əli Xamenei deyib.
    “ABŞ prezidenti çıxışında 10-dan çox yalan dedi. Həm nizamı, həm də İran millətini təhdid etdi. Mən İran milləti tərəfindən onun qələt etdiyini deyirəm.

    Muxalifet2 - 10-05-2018

  6. ​Əsəd Qərbin Suriyanı niyə vurduğunun SƏBƏBİNİ AÇIQLADI: "Əlimizdə heç bir kimyəvi silah bazası yoxdur, ancaq..."

    “Bizim əlimizdə heç bir kimyəvi silah və onun bazası yoxdur”.
    Bunu Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
    Onun sözlərinə görə, 2013-dən bəri Suriyada heç bir kimyəvi silah bazası saxlanılmayıb: “Bunu beynəlxalq qurum da araşdırıb, sənədləşdiriblər. Bu,  bizim əlimzdə heç bir kimyəvi bazanın olmadığına dair açıq sübutdur. O üzdən Şərqi Qutadakı kimyəvi silah tətbiqi haqda iddialar uydurmadan başqa bir şey deyildir. Həmin iddialar bu axmaqlıq idi”.

    Muxalifet2 - 10-05-2018

  7. ​İrəvanda etiraz aksiyaları yenidən başladı – İstefa TƏLƏBİ

    İrəvan meriyasının binasının qarşısında etiraz aksiyası keçirilir.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxt meri Taron Markaryanın istefasını tələb edirlər.
    Tədbirin təşəbbüskarları əmin edirlər ki, aksiya baş nazir Nikol Paşinyan və onun komandası ilə heç bir əlaqəsi yoxdur.

    Muxalifet2 - 10-05-2018

  8. ​Rusiyada maraqlı QADAĞA: kabab bişirmək olmaz

    Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçiriləcəyi şəhərlərdə yanğın əleyhinə xüsusi rejim tətbiq olunacaq.
    Muxalifət.az report.az-a istinadən xəbər verir ki, belə tövsiyəni regionlara Fövqəladə Halların Ləğvi üzrə Dövlət Komissiyası verib. Çempionat oyunlarının keçiriləcəyi şəhərlərin ərazisində bütün kateqoriyalı torpaqlarda ocaq qalanması, habelə quru otun yandırılması qadağan ediləcək. Meşə yanğını vəziyyəti mürəkkəbləşsə, vətəndaşlara meşələrə giriş qadağan oluna bilər.

    Muxalifet2 - 10-05-2018

  9. ​"Hər kəs əməlinə görə cavab verməlidir" - Aydın Əliyevdən həbs iddialarına REAKSİYA

    Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılır.
    Muxalifət.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalan adlandırıb:

    Muxalifet2 - 10-05-2018

  10. ​Son həftədə ikinci qum fırtınası: 12 ÖLÜ

    Hindistanın Uattar-Pradeş ştatında qum fırtınası və güclü leysan yağışları ölümə səbəb olub.
    Teleqraf.com xəbər verir ki, bu barədə “New Indian Express” nəşri yerli polisə istinadən məlumat yayıb.
    Xəbərə əsasən, təbii fəlakət nəticəsində azı 12 nəfər həlak olub.
    Bu son həftədə baş verən ikinci qum fırtınasıdır. Mayın 2-dən 3-nə keçən gecə baş verən təbii fəlakət nəticəsində azı 134 nəfər ölüb, daha 400 nəfər isə xəsarət alıb.

    Muxalifet2 - 10-05-2018

  11. "Qaçqınkom”un iki departamentinə yeni direktor təyin edildi - RÖVŞƏN RZAYEVDƏN ƏMR

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.
    Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departametinin direktoru, Natiq Hüseynov Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.
    Qeyd edək ki, bir müddət əvvəl Dövlət Komitəsinin Mənzil İstismar Departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

    Muxalifet2 - 10-05-2018

  12. ​Sanksiyalar İranın bu sahələrini iflic edəcək – EKSPERT

    İran iqtisadiyyatında neft-qazdan sonra 2-ci yerdə avtomobil sənayesi gəlir ki, bu da ÜDM-nin təxminən 10 faizini formalaşdırır. Bu sözləri İran iqtisadiyyatının hazırkı durumunu dəyərləndirən iqtisadçı ekspert Rövşən Ağayev deyib.

    Muxalifet2 - 10-05-2018

  13. Cavid Qurbanov haqda ŞOK SƏNƏD - "Azərbaycan Dəmir Yolları" QSC sədrinin keçmişi yenidən gündəmdə

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet - 10-05-2018

  14. Paşinyan Ermənistanın güc nazirlərinin azad edilməsini PREZİDENTƏ TƏKLİF ETDİ

    Ermənistanın baş naziri Nikol Pashinyan ölkə prezidentinə Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Corc Kutoyanu vəzifədən azad etmək təklifini irəli sürüb. Bu barədə Nikol Paşinyan Facebook səhifəsində yazıb. "Mən ölkə prezidentinə Ermənistan Polis İdarəsinin rəhbəri Vladimir Gasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Corc Kutoyanun işdən çıxarılması ilə bağlı təkliflər imzalamışam". Müxalifət.az

    Muxalifet3 - 10-05-2018

  15. ​Oğru Əlibayramskinin qardaşı Bakıda hakim qarşısında - QƏRAR

    Kriminal aləmdə Rafət Əlibayramski kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov, onunla birlikdə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Hakimlər cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediblər. Növbəti proses mayın 23-də davam edəcək.

    Muxalifet2 - 10-05-2018

  16. CHP rəzil oldu: İYİ PARTİYAYA GÖNDƏRDİYİ 15 DEPUTAT GERİ DÖNDÜ

    İYİ Partiyaya Akşənərin prezidentliyə namizədliyinin önünü açmaq üçün CHP-dən “ixrac” edilən 15 deputat yenidən CHP-yə geri qayıdıb. CHP-dən saat 12.00-da bununla bağlı açıqlama veriləcəyi bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 10-05-2018

  17. Rusiya bəyan etdi: İSRAİL RAKETLƏRİNİN YARISI..

    Suriya və ətrafındakı İran-İsrail gərginliyi artaraq davam edir. İsrail, Suriyanın cənubundakı Kuneytra rayonuna bağlı Baas və Hadar bölgələrinə tank atəşləri və havadan hücum həyata keçirib. İsrail ordusundan edilən yazılı bəyanatda isə İran İnqilab Keşikçiləri Ordusuna bağlı “Qüds Qüvvəsinin” Suriyadan İsrailin işğalı altındakı Holan Təpələrindəki bazalarına doğru iyirmiyədək raket atdığı qeyd olunub. İsrail müdafiə naziri Aviqdor Liberman, Suriyadakı bütün İran hərbi bazalarının və infrastrukturunun vurulduğunu bildirib: “Ümid edirəm ki, bu hissə sona çatmışdır”.

    Muxalifet3 - 10-05-2018

  18. Yaxın Şərq YENİ BİR MÜHARİBƏYƏ “HAMİLƏDİR”

    Günlərdir artan gərginlik fırtınaya çevrildi, Suriya torpaqlarından İsrailə atılan raketlərdən sonra Təl-Əviv rəhbərliyi şiddətli bir cavab tədbirlərilə cavab verdi. Rusiya İsrailin 28 hərbi təyyarəni havaya qaldırdığını və 70 raket atdığını açıqladı.Mərkəzi Londonda olan Suriya İnsan Haqları Təşkilatı, İsrail hücumlarında ən az 23 milisin öldüyünü bildirib. Bu səhər Holan Təpələrində çəkilən fotoşəkillər, yan-yana düzülmüş, İsrail tanklarını göstərir.
     

    Muxalifet3 - 10-05-2018

  19. ​Ermənistan SİLKƏLƏNİR: Saakyan da GETDİ

    Ermənistanın dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsinin sədri Arman Saakyan istefa verib.
    Muxalifət.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu haqda feysbuk səhifəsində yazıb.Saakyan mayın 8-də “Vətəndaş müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanın baş nazir seçilməsi ilə müxalifətə keçən Respublika Partiyasının (Partiyanın rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır - red.) üzvüdür.

    Muxalifet2 - 10-05-2018

  20. Rusiya ekspertləri mümkün İsrail-İran savaşı haqda: “BÜTÜN YAXIN ŞƏRQİ FƏLAKƏT GÖZLƏYİR” – Təhlil

    İrana görə Yaxın Şərqdə əhatəli savaşın başlamaq üzrə ola biləcəyi  haqda heç də təkcə Fransa prezidenti Emmanuel Makron əndişə ifadə etmir. İsrail baş naziri Benyamin Netanyahu çərşənbə axşamı bildirib ki, “İran yəhudi dövlətini məhv etmək qəsdilə Suriyada çox təhlükəli silah yerləşdirməyə can atır”.

    Muxalifet2 - 10-05-2018

Pages