Axtarış
The search found 105793 results in 0.067 seconds.
Search results
Rauf Talışinski ilə vida mərasimi keçirilir
Təzə Pir məscidində "Exo" qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.
Muxalifət.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Rəşad Məcid, Elçin Şıxlı, Arif Əliyev və digər jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.
Vida görüşündən sonra Rauf Talışinskinin cənazəsi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.Muxalifet2 - 9-05-2018
Tramp İranla sazişin ləğvində haqlıdır - ANALİZ
2015-ci ildə İranın nüvə proqramı üzrə imzalanmış hərtərəfli fəaliyyət planı İran diplomatiyasının parlaq qələbəsidir. Obama ilə Kerri ABŞ siyasi tarixinin bəlkə də ən pasifist cütlüyüdür və belə bir sənədə ABŞ tərəfindən ancaq liberal siyasilərin dövründə imza atıla bilərdi. ABŞ və İsrailin maraqları baxımından yanaşdıqda, anlaşmanın qənaətbəxş olmadığını anlamaq çətin deyil. Müqavilə İranın nüvə proqramının ləğvini nəzərdə tutmur.
Muxalifet2 - 9-05-2018
Azərbaycanda vəkillərin sayı açıqlanıb - RƏSMİ
“Mayın sonunadək tədrisi uğurla keçmiş 100 nəfər vəkilliyə namizədin and içməsinin təşkili planlaşdırılır”.
“Report”un məlumatına görə, bunu Vəkillər Kollegiyasinin (VK) sədri Anar Bağırov jurnalistlərə deyib.
O, Azərbaycanda vəkillərin sayını da açıqlayıb: “Bu planlarımız həyata keçərsə, onda mayın sonunadək Azərbaycanda vəkillərin sayı 1100 nəfəri keçəcək. Beləliklə, ötən illə müqayisədə vəkillərin sayı 20 faiz çox olacaq”.Muxalifet2 - 9-05-2018
İsrailin Suriyaya hava hücumunda ÖLƏNLƏRİN SAYI AÇIQLANDI
İsrailin dünən Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən İrana məxsus hərbi kompleksə təşkil etdiyi hücumda 15 adamın öldüyü bildirilib. Ölənlərin 8-nin İran əsgəri olduğu qeyd edilib.
Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı, İsrailin Dəməşqin cənubundakı İrana məxsus hərbi obyektlərə təşkil etdiyi hücumda 8-i İran hərbçisi olmaqla, 15 nəfərin həyatını itirdiyini açıqlayıb.Muxalifet3 - 9-05-2018
62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirildi - SUMQAYITDA
Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.
Muxalifət.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi "Mercedes" markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır./report/Muxalifet2 - 9-05-2018
Türkiyə prezidentinin sözçüsü: "ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması yeni QARŞIDURMALARA SƏBƏB OLACAQ"
ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxması sabitsizliyə və yeni qarşıdurmalara səbəb olacaq.
Muxalifət.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın açıqlamasını şərh edən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O qeyd edib ki, çoxtərəfli razılaşma digər ölkələrlə davam etdiriləcək. Türkiyə nüvə silahının hər növünə qarşıdır və bu mövqeyində qalır.Muxalifet2 - 9-05-2018
Bakıdakı kəskin iy-qoxunun SƏBƏBİ NƏDİR? - Nazirlik
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib.Muxalifet2 - 9-05-2018
İranın dini liderindən TRAMPA AĞIR SÖZLƏR
ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən çəkilməsinə İranın dini lideri Ayətullah Əli Xameneyi ilk təpkisini göstərib. Xameneyi, "Tramp sən səhv etdin" - deyib.
“Tramp, sən səhv etdin" - deyən Xameneyi, ABŞ prezidenti Donald Trampnın qərarını açıqladığı çıxışında "ən az 10 yalan" söylədiyini irəli sürüb.
Xameneyi, Trampın çıxışının "axmaq və səthi olduğunu" söyləyib.
Müxalifət.azMuxalifet3 - 9-05-2018
Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyinin İQTİSADİ ƏSASLARI...
Natiq Cəfərli: “İnkişaf göstəriciləri ilə bağlı müsbət proqnozların verilməsi neftlə bağlıdır”
Muxalifet2 - 9-05-2018
ABŞ siyasətçisi İsrail bayrağını tapdaladı! "BU TERRORÇU BAYRAĞI..”
ABŞ-da Sionizm əleyhinə davranışlar artır. Seçki kampaniyası aparan Respublikaçı namizəd Patrik Little, bunun ən mühüm nümunələrindən birini nümayiş etdirib.
Sionizm əleyhinə əhvali-ruhiyyənin getdikcə artdığı Amerikada, Kaliforniya senat kreslosunun Respublikaçı namizədi bunun bariz nümunəsini ortaya qoyub.
"YƏHUDİLƏRİN HAKİMİYYƏTİNİ SON VERƏK" - DEDİ, İSRAİL BAYRAĞINI TAPDALADI
Muxalifet3 - 9-05-2018
Bakı sakinlərini boğan zəhərli qazı yayanların KİMLİYİ AÇIQLANDI
Muxalifet4 - 9-05-2018
Победа — как ее отмечают в Азербайджане, России и Германии
Горечь войны: азербайджанцы воевали друг с другом
***
B России отмечают праздник, как-будто победили вчера
С уходом даты 9 мая 1945 года вглубь истории, меняется отношение к этому дню Победы во всем мире, кроме России. Если в остальном мире 9 мая все больше становится одной из многих исторических дат в календаре, то значимость дня победы для россиян и Российской Федерации растет.
Muxalifet4 - 9-05-2018
3 ölkədən Türkiyə əleyhinə ANLAŞMA
Cənubi Kipr, Yunanıstan və İsrailin, Ağdənizdə birgə qaz kəməri yaradılması ilə bağlı anlaşdığı bildirilir.
Cənubi Kiprin lideri Nikos Anastasiadisin ev sahibliyində Yunanıstan baş naziri Aleksis Çipras və İsrail baş naziri Benyamin Netanyahu arasında yüksək səviyyəli əməkdaşlıq üçlü zirvə toplantısı Nikosiyada keçirilib.
MƏQSƏD TÜRKİYƏNİ KƏNARDA TUTMAQDIR
Görüşün ən mühüm hissəsi isə Türkiyədən yan keçmək üçün planlaşdırılan Şərqi Ağdəniz boru kəməri layihəsi olub.Muxalifet3 - 9-05-2018
İsrail Suriya bazalarını darmadağın etdi - VİDEO
İsrail ordusu ölkənin şimal sərhədində həyəcan siqnalı ilə hazır vəziyyətə gətirilib.
Muxalifet.az xəbər verir ki, raketdən müdafiə sistemləri döyüşə hazır vəziyyətə gətirilib və sığınacaqların açılması barədə əmr verilib.
Məlumata görə, Suriya sərhədində İran hərbi qüvvələrinin aktiv fəaliyyətinin müşahidə edilməsi İsrail ordusunun belə qərar qəbul etməsinə səbəb olub.
Qeyd edək ki, az öncə Tramp İranla nüvə razılaşmasından çıxdığını elan etdi.
***
Muxalifet4 - 9-05-2018
Ermənistanda hakimiyyət bölgüsü: Çarukyan Paşinyandan bunları istəyir
Qagik Çarukyan Nikol Paşinyanın formalaşdıracağı hökumətə öz adamlarını daxil edə bilər.
Bu barədə məlumatı "Jamanak" qəzeti yayıb.
"Çarukyan öz blokunun deputatları ilə görüşündə deyib ki, Nikol Paşinyanın hökumətinin formalaşdırılmasında yalnız onlara nüfuzlu vəzifələrin veriləcəyi zaman iştirak edəcək. Söhbət təkcə vəzifələrin sayından yox, həm də onların nüfuzundan gedir. Çarukyan məhz hansı vəzifələri istədiyini tərəfdarlarına söyləməyib", - məqalədə bildirilib.Muxalifet4 - 9-05-2018
Türkiyə nüvə anlaşmasında olsaydı, Tramp MÜQAVİLƏNİ LƏĞV EDƏ BİLMƏZDİ
ABŞ prezidenti Trampın pozduğu nüvə müqaviləsinin memarı Türkiyədir. Keçmiş ABŞ prezidenti Obama, 2010-cu ildə Türkiyənin səyləri ilə hazırlanan müqaviləni rədd etmiş, illər sonra Türkiyəni oyundan kənar buraxaraq, İranla masaya oturdu.
Əgər Obama, Ərdoğanın sabiq İran prezidenti Əhmədinecatla imzaladığı müqaviləni qüvvədə saxlasaydı, bu gün Trampın müqaviləni ləğv etmək üçün uran deyə bir əsası olmayacaqdı.
TÜRKİYƏ KƏNARDA SAXLANMASAYDI..
Muxalifet3 - 9-05-2018
Putinin mühafizəçiləri ilə müharibə veteranı arasında insident
Moskvanın Qızıl Meydanında Qələbə gününün bayram edilməsi zamanı insident baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, prezident Vladimir Putinin mühafizəçiləri dövlət başçısına yaxınlaşmaq istəyən müharibə veteranını itələyərək oradan uzaqlaşdırmaq istəyiblər.
Bunu görən Putin veteranın yanına gələrək onun əlini sıxıb və Aleksandr bağında naməlum əsgərin qəbirinə gül qoymağa dəvət edib.
Muxalifet - 9-05-2018
ABŞ-dan yeni Menbiç həmləsi: hərbi baza... - Foto
ABŞ hərbçiləri Menbiç ərazisində yeni bir hərbi baza inşa ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi yazıb.
Xatırladaq ki, YPG qüvvələri Menbiç şəhərini 2016-cı ildə ABŞ-ın dəstəyi ilə İŞİD-dən azad edib.
Muxalifet - 9-05-2018
İran böhranı: Avropa təslim olacaq
Avropa İranla nüvə razılaşmasına yenidən baxmağa razılıq verməli olacaq.
Muxalifet.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə açıqlamasında amerikalı eks-diplomat Cim Catras deyib. Onun sözlərinə görə, avropalı liderlər şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməməsi üçün Tehranla ticarət əməkdaşlığını azaltmalı olacaq:Muxalifet3 - 9-05-2018
Rusiyalı jurnalistlər saxlanıldı: 3 il müddətinə qadağa...
“Rossiya” və Rusiyanın “Pervıy kanal”ının müxbirləri Valentina Solovyeva ilə Olqa Yuryeva Ukraynada saxlanılıb.
Muxalifet.az xəbər verir ki, "Qələbə" günü ilə əlaqədar Rusiyada keçirilən tədbirdən videomaterial hazırlamaları üçün Kiyevə ezam edilən müxbirlər Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onlar Rusiya və Qazaxıstana deportasiya edilərək 3 il müddətinə Ukraynaya girişinə qadağan qoyulub.Muxalifet3 - 9-05-2018