Axtarış

The search found 105785 results in 0.104 seconds.

Search results

  1. ​Ərdoğan əsas rəqibi ilə görüşür

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Məhərrəm İncə arasında görüş keçirilir.
    Muxalifet.az xəbər verir ki, görüş AKP Mərkəzində yerli vaxtla 21:00-da başlayıb.
    Məlumata görə, görüşdə CHP və AKP-dən olan deputatlar da iştirak edir.
     

    Muxalifet3 - 9-05-2018

  2. ​Türkiyədən Trampa cavab: Əlimizdən gələni...

    Dövlətlər imzaladıqları razılaşmaların öhdəliklərini yerinə yetirməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasına münasibət bildirərkən deyib.
    O, dövlətlərin ortaq qərara varması üçün Türkiyənin də əlindən gələni etməyə hazır olduğunu bildirib.
    Qeyd edək ki, Trampın ötən gün İranla nüvə anlaşmasından çıxdığını bəyan edib. Buna görə də Tehranın nüvə proqramını bərpa edəcəyi ehtimalı yaranıb.
     

    Muxalifet3 - 9-05-2018

  3. ​Türkiyədə FETÖ əməliyyatında şok fakt – 49 milyon seçicinin...

    Türkiyənin Afyonkarahisar bölgəsində keçirilən FETÖ əməliyyatı çərçivəsində 37 nəfər saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Afyonkarahisar şəhərinin prokurorluğundan məlumat verilib.
    Saxlanılan şəxslərdən FETÖ-nun bölgə imamı olduğu iddia edilən terrorçuya məxsus kompüter və yaddaş qurğusunda 2009-cu il siyahılarına əsasən, 49 milyon seçicinin kimlik məlumatları və ünvanları aşkar edilib.
     

    Muxalifet3 - 9-05-2018

  4. ​Makrondan Trampa qarşı demarş: Ruhani ilə razılaşdı

    Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhani ilə ABŞ-ın nüvə sazişindən çıxmasını müzakirə edib.
    Muxalifet.az xəbər verir ki, Yelisey sarayından yayılan məlumatda prezidentlərin razılığa gəldiyi bildirilib.
    “Fransa və İran prezidentləri nüvə sazişinə əməl etmək və regionda sabitliyi qorumaq üçün dövlətlərin maraqları daxilində birgə işi davam etdirməyə qərar verdilər”, - məlumatda vurğulanıb.
    Makron Ruhanini əmin edib ki, Fransa İranla imzalanan “P5+1” razılaşmasına sadiq qalacaq. Makron Ruhanini də anoloji addım atmağa çağırıb.

    Muxalifet3 - 9-05-2018

  5. ​ŞoK AÇIQLAMA: “Məsələ çox uzandı. Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək...” - PAŞİNYAN

    Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan torpaqlarında qurulmuş qondarma “Dağlıq Qarabağ respublikasının” Ermənistana birləşməsi perspektivlərinə münasibət bildirib. Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb. “DQR”in beynəlxalq ictimaiyyət tərəfindən tanınması buna doğru aparan yollardan biridir. "DQR” beynəlxalq aləmdə tanınsa, Ermənistan və Qarabağ xalqları öz mövqelərini ifadə edəcək”, - deyə Nikol Paşinyan Xankəndidə verdiyi mətbuat konfransında bildirib.

    Muxalifet3 - 10-05-2018

  6. TRAMP SURİYAYA QARŞI SANKSİYALARIN MÜDDƏTİNİ UZATDI

    ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin daha bir il uzadılmasına dair qərar verib.
    Muxalifət.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
    Rəsmi Vaşinqton Suriyaya qarşı sanksiyaları 2004-cü ildən etibarən tətbiq etməyə başlayıb.
    Bildirilir ki, Ağ Ev administrasiyası qərarla bağlı Konqresə müvafiq sənəd ünvanlayıb.

    Muxalifet2 - 10-05-2018

  7. Yəhudi Ravvindən ŞOK AÇIQLAMA:”DƏRHAL YOX OLSUNLAR”

    Yəhudi Ravvin Weiss, “Allahdan diləyirik ki, sionist dövlət bir an əvvəl yox olub, getsin. Biz istəyirik ki, Fələstin xalqı öz torpaqlarında, dövlətini quraraq əbədi azad yaşasın” deyib.
     
    Bu fikri Sionizm əleyhdarı Yəhudilərin qurduğu "Neturei Karta International-Jews United Against Zionism" adlı təşkilatın rəhbəri Ravvin Yisroel Dovid Weiss, İstanbul Mədəniyyət Universitetində keçirilən konfransda bildirib.

    Muxalifet3 - 10-05-2018

  8. Rövşənin adamını öldürən 2 azərbaycanlı yaxalandı - VİDEO

    Ukraynanın Xarkov şəhərində azərbaycanlılara məxsus “Ağdam” restoranının qarşısında “Kalaşnikov” avtomatlarından atəş açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.
    Muxalifət.az Kriminal.az-a istinadla xəbər verir ki, killerlər 26 və 32 yaşlarında iki Azərbaycan vətəndaşıdır. Onlar Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Əməliyyatı xüsusi təyinatlılar həyata keçirib.

    Muxalifet2 - 10-05-2018

  9. ​Trampdan İrana HAVA ZƏRBƏSİ: 40 milyard dollarlıq sazişlər ləğv edilir

    ABŞ prezidentii Donald Tramp İranla imzalanan nüvə sazişindən imtina haqqında qərarını elan etdikdən sonra hava sənayesinin iki nəhəngi “Airbus” və “Boeing” şirkəti İrana 40 milyard dollarlıq təyyarə satışından vaz keçdiklərini açıqlayıblar.
    Musavat.com “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ maliyyə naziri Stiven Mnuçin açıqlama yayaraq adı çəkilən hər iki şirkətin İrana təyyarə satışı ilə əlaqədar lisenziyalarının dondurulduğunu bildirib.

    Muxalifet2 - 10-05-2018

  10. Cəbhədə GƏRGİN GECƏ

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

    Muxalifet2 - 10-05-2018

  11. ​Süleymani İsrailə RAKET ATDI: “Dəmir Gümbəz” işə düşdü

    İranın tabeliyi altından olan qüvvələr Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endiriblər.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Konrikus deyib. Onun sözlərinə görə, hücumu Qüds briqadası təşkil edib.
    O, İsrail ərazisinə 20 raketin buraxıldığını və “Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib.
    Qeyd edək ki, Qüds briqadasına məşhur İran generalı Qasım Süleymani rəhbərlik edir.

    Muxalifet2 - 10-05-2018

  12. Paşinyanı Şuşaya gətirən vertolyot NIİYƏ VURULMADI?

    Nikol Paşinyan baş nazir seçiləndən yarım gün sonra özü ilə bağlı Azərbaycandakı gözləntilərin üstündən qara xətt çəkdi – Qarabağa qanunsuz soxulmaqla.

    Muxalifet2 - 10-05-2018

  13. İrana ABŞ tərəfindən tətbiq olunacaq SANKSİYA HANSI SAHƏLƏRİ ƏHATƏ EDİR?

    ABŞ-ın nüvə müqaviləsinin ləğvi ilə bağlı İrana tətbiq edəcəyi embarqonun şərtləri məlum olub. Gətirilən qadağaların İranla ticarəti olan Avropa İttifaqını da vurması Avropa paytaxtlarında sərt reaksiyalara səbəb olub. AB, şirkətlərinin embarqodan zərər gördüyü halda ABŞ-ı Dünya Ticarət Təşkilatına şikayət etməyə hazırlaşır
     
    6 AVQUSTDA QÜVVƏYƏ OLUNACAQ İLK EMBARQOLAR
     
    İran hökumətinin ABŞ dolları ilə mübadiləsi qadağan olunacaq.
    Qızıl və qiymətli metal alverinin qarşısı alınacaq.

    Muxalifet3 - 10-05-2018

  14. ​Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib – Türkiyədə + FOTO

    İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.
    Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.
    Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.

    Muxalifet2 - 10-05-2018

  15. ​“Mançester Siti”dən ÜÇQAT REKORD

    “Mançester Siti” klubu İngiltərə Premyer Liqasının 31-ci turdan təxirə salınmış matçda “Brayton”la qarşılaşıb.
    APA-nın məlumatına görə, doğma meydanda rəqibini 3:1 hesabı ilə məğlub edən “şəhərlilər” üçqat rekorda imza atıblar.
    “Mançester Siti” İngiltərə premyer liqası tarixində bir mövsüm ərzində ən çox qələbə əldə edən, xal toplayan və qol vuran klub olub.
    Xosep Qvardiolanın yetirmələri 31 matçda qələbə qazanıb, 97 xal toplayıb və 105 dəfə rəqiblərinin qapılarına yol tapıblar.

    Muxalifet2 - 10-05-2018

  16. ​Erməni başçılarının Xankəndi səfərini önləmək üçün… - POLİTOLOQ

    Ermənistanda 10 prezident və baş nazir dəyişsə də, seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq: birinci Xankəndinə gələcək, sonra Moskvaya ağalarının yanına uçacaq.
    Muxalifət.az-ın xəbrinə görə, teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

    Muxalifet2 - 10-05-2018

  17. Almanlar yayınladı: ƏRDOĞAN SEÇKİDƏ BUNA GÖRƏ QALİB GƏLİR

    Almaniyada nəşr edilən “Fokus” jurnalı, Türkiyə prezidenti Ərdoğanın 24 iyun seçkilərini asanlıqla əldə edəcəyini yazıb.
     
    Türkiyə, 24 iyunda seçkini keçirmək üçün səsvermə keçirəcək. Siyasi partiyalar, 44 gün sonra keçiriləcək seçkilər üçün çalışmalarını sürətləndirib.
    Avropa mətbuatı da Türkiyədəki seçki gündəliyini yaxın izləməkdə davam edir.

    Muxalifet3 - 10-05-2018

  18. Azərbaycan Türkcəsində Tayyib Ərdoğan mahnısı - VİDEO

     Söz və musiqisi Ceyhun Ağdamlıya aid olan və Azərbaycan Türkcəsində səsləndirilən Tayyib Ərdoğan mahnısı diqqətləri cəlb edib.
    Müxalifət.az

    Muxalifet3 - 10-05-2018

  19. ​Havası çirkli olan ölkələrin adları AÇIQLANDI

    Ümumdünya Səhiyyə Təşkilatı hava çirkliliyi ilə bağlı yeni hesabat hazırlayıb.
    Muxalifət.az xəbər verir ki, hesabata görə, dünyada havası ən çirkli olan ölkə Hindistan, Avropanın ən çirkli havaya sahib ölkəsi isə Polşadır.
    ÜST bu hesabat üçün 4300 şəhərdə araşdırma aparıb. Hesabat hava çirkliliyinin nə qədər böyük bir problem olduğunu bir daha sübut edir. Təşkilatın açıqlamasına görə, dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır. Astma, ağciyər xərçəngi və ürək xəstəliklərinə səbəb olan hava kirliliyindən ən çox zərər görən Hindistandır.

    Muxalifet2 - 10-05-2018

  20. ​Türk lider ABŞ-a gedir: TRAMPLA GÖRÜŞ

    Özbəkistan Prezidenti Şövkət Mirziyayev mayın 15-də ABŞ-a səfər edəcək.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Mirziyayevin mətbuat xidməti yayıb. Səfərin iki gün davam edəcəyi bildirilib.
    Rəsmi Daşkənd səfərin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutduğunu açıqlayıb.
    Səfər zamanı Mirziyayev Trampla bərabər, konqresmenlər, müdafiə naziri və dövlət katibi ilə də görüşəcək. Onun həmçinin Dünya Bankını da ziyarət etməsi planlaşdırılır.

    Muxalifet2 - 10-05-2018

Pages