Axtarış

The search found 105785 results in 0.182 seconds.

Search results

  1. ​Mayın 11-nə MANATIN MƏZƏNNƏSİ

    Mayın 11-nə manatın məzənnəsi açıqlanıb.
     

    Muxalifet4 - 10-05-2018

  2. ​Ermənistan prezidenti Paşinyana qulaq asdı - 2 MƏMUR İSTEFAYA GÖNDƏRİLDİ

    Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Baş Polis İdarəsinin rəisi Vladimir Qasparyanı və Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanı vəzifələrindən azad edib.
     
    Muxalifət.az xəbər verir ki, A.Sarkisyan artıq bununla bağlı müvafiq fərman imzalayıb.
    Qeyd edək ki, bu gün səhər saatlarında baş nazir Nikol Paşinyan həmin şəxslərin vəzifədən azad edilməsi ilə bağlı A.Sarkisyana müraciət etmişdi.
    Xatırladaq ki, mayın 8-də parlament N.Paşinyanı Ermənistanın baş naziri seçib./trend/

    Muxalifet4 - 10-05-2018

  3. “Neftçi”də növbəti QALMAQAL: Futbolçudan klub prezidentinə qeyri-etik JEST

     “Neftçidə prezident təyinatından bəri qalmaqallar bitmək bilmir.
     

    Muxalifet4 - 10-05-2018

  4. ​Xələf Xələfov: “Bu məsələnin razılaşdırılmasına çox yaxınıq”

    “Bakı və Aşqabad arasında gündəlikdə olan əsas məsələ Xəzər dənizinin Türkmənistan və Azərbaycan sektorlarının delimitasiyasıdır. Bunun üzərində iş davam edir”.
     
    Muxalifət.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
    O qeyd edib ki, iki ölkə nümayəndələri arasında son görüş 2-3 ay əvvəl Bakıda keçirilib: “Növbəti görüşün payıza qədər Türkmənistanda baş tutması gözlənilir. Düşünürəm ki, bu məsələnin razılaşdırılmasına çox yaxınıq”./apa/

    Muxalifet4 - 10-05-2018

  5. ​Xalq artistindən Zaur Kamala ağır sözlər: “Axmaq-axmaq sualları ilə…”

    Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.
     
    Muxalifət.az xəbər verir ki, yenicag.az-a açıqlama verən diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:
     

    Muxalifet4 - 10-05-2018

  6. ​Sərkisyanın istefadan qabaq Moskva ilə intensiv danışıqları üzə çıxdı - "ONA DEDİLƏR Kİ......"

    Ermənistanın eks-prezidenti və baş naziri Serj Sərkisyan istefa barədə qərar verməzdən əvvəl Moskva ilə intensiv təmaslarda olub, bir sıra yüksək vəzifəli şəxslərlə danışıqlar aparıb.
     
    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Reuters”in araşdırmasında deyilir.
     
    “Serj Sərkisyan istefasına qədər son 24 saat ərzində Moskvadan rəsmi şəxslərlə telefon söhbətləri aparıb. Bu söhbətlərin təfərrüatları məlum deyil” - diplomatik mənbələr bildirib.
     

    Muxalifet4 - 10-05-2018

  7. ​Roma Papası “Lamborghini”sini satır

    Roma Papası I Fransiskə məxsus "Lamborghini Huracan" Sotbiz hərracında satışa çıxarılacaq.
     
    Muxalifət.az xəbər verir ki, hərrac mayın 12-də keçiriləcək.
    Avtomobilin 350-450 min avro civarında satıla biləcəyi ehtimal olunur. Gəlirin bir hissəsi Afrika ailələrinə yardım edən iki xeyriyyə fonduna, qalan hissəsi isə İraq xristianlarının yardımına yönəldiləcək.

    Muxalifet4 - 10-05-2018

  8. ​Avtomobil 9 yaşlı uşağı vurdu - SUMQAYITDA

    Sumqayıt şəhərində 9 yaşlı uşağı avtomobil vurub.
     
    Muxalifət.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.
    Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Yusif Elçin oğlu Əkbərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Yeniyetmə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 10-05-2018

  9. ​Rusiyadan həyəcanlı çağırış: İran və İsrail...

    İran və İsrail arasında artan gərginliyin həyəcan təbili çaldığı qənaətindəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    “Bütün problemlərin dialoqla həll edilməsinin tərəfdarıyıq. İsrail tərəfi ilə aparılan danışıqlarda tərəflərə gərginlikdən uzaq durmağa çağırış edilib. Prezident Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında dünənki danışıqda da bu barədə fikir mübadiləsi aparıldı”, - XİN rəhbəri bildirib.

    Muxalifet3 - 10-05-2018

  10. ​Bakıda Heydər Əliyevlə bağlı təntənəli mərasim keçirilir

    Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir.
    Muxalifet.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak edirlər.
    Dövlət başçısı mərasimdə nitq söyləyir.
     

    Muxalifet3 - 10-05-2018

  11. ​İŞİD-ə böyük zərbə: Əbubəkrin sağ qolu ələ keçdi

    İŞİD liderinin Türkiyədə yaxalanan sağ qolu İsmail İthavi (Əbu Zeyd əl İraqi) bizə təslim edilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İraqın hökumətinin təhlükəsizlik müşaviri Hişam Haşimi deyib.
    O bildirib ki, sözügedən şəxsin telefonunda olan tətbiqetmə sayəsində 4 İŞİD komandanı da nəzarətə götürülüb:

    Muxalifet3 - 10-05-2018

  12. SON DƏQİQƏ: İsrail İran bazalarını bombalayır – ANONSU GEDƏN MÜHARİBƏ BAŞLADI

    İsraillə İran arasında gərginlik azalmaq bilmir.
    Muxalifet.az xəbər verir ki, gərginliyi şərh edən BBC-nin Yaxın Şərq mütəxəssisi Ceremi Boven artıq hədə-qorxuların bitdiyini, İsraillə İran arasında savaşın an məsələsi olduğunu deyib.
    ABŞ-ın İranla nüvə anlaşmasından çəkilməsindən bir gün sonra, İsrail və İran gücləri raketlərlə bir-birinə hücum edib. Gün ərzində də gərginlik azalmayıb. İsrailin işğal altında saxladığı Colan təpələrində dəqiqələr öncə çəkilən fotoşəkillərdə yan-yana düzülmüş tanklar gözə çarpır. Bölgədəki hərbi hərəkətlilik diqqəti çəkir.

    Muxalifet3 - 10-05-2018

  13. ​Arda Turana rekord cəza

    Türkiyə Futbol Federasiyası (TFF) "Başakşehir" komandasının oyunçusu Arda Turanı 16 rəsmi matçda oynamaqdan məhrum edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Hüriyyət” məlumat yayıb.
    Qeyd edək ki, Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşehir" - "Sivasspor" matçında Arda yan hakimin qərarına etiraz edib və onu itələyib. Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra o, baş hakimin üstünə yeriyərək yumruğunu göstərməklə onu hədələyib.
     

    Muxalifet3 - 10-05-2018

  14. ​Trampla diktatorun görüş tarixi bəlli oldu

    ABŞ Prezidenti Donald Tramp iyunun 12-də Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək.
    Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb.
    “Mənim Kim Çen İnlə çoxdan gözlənilən görüşüm iyunun 12-də Sinqapurda baş tutacaq. Hər ikimiz həmin anı bütün dünyada sülh üçün xüsusi etməyə çalışacağıq”, - deyə Tramp bildirib.
     

    Muxalifet3 - 10-05-2018

  15. ​Çexiya da ABŞ-a qarşı çıxdı - Nüvə sazişi

    Çex Respublikası İran və bir qrup dövlətlə hərtərəfli birgə fəaliyyət planını bundan sonra da dəstəkləyəcək. Çünki bunu təsirli tədbir hesab edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın ölkənin İranın nüvə proqramının məhdudlaşdırılması sazişindən çıxması haqqında bəyanatına cavab olaraq mətbuat üçün məlumatında bildirib.

    Muxalifet3 - 10-05-2018

  16. ​Putin hokkey matçının bombardiri oldu

    Rusiyanın dövlət başçısı Vladimir Putin Soçidə keçirilən qala-matçda  “Hokkey əfsanələri” komandasının heyətində seçilib.  
    Muxalifet.az “RenTv”yə istinadən xəbər verir ki, 11 nömrə ilə çıxış edən Putin rəqib komandanın qapısına nə az, nə çox, beş şayba vurub.
    Gecə Hokkey Liqasının yığmasına qarşı keçirilən matçda Rusiyanın müdafiə naziri v.i.e. Serqey Şoyqu onunla komanda yoldaşı olub.
    Hesab prezidentin komandasının 12:7 hesablı qələbəsi ilə yekunlaşıb.
    Qeyd edək ki, Rusiyanın Gecə Hokkey Liqasında ilk qala-matç 2012-ci ildə keçirilib.
     

    Muxalifet3 - 10-05-2018

  17. ​Ucarda 3 otaqlı ev yanıb

    Ucar rayonunda ev yanıb. Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndində baş verib. Nəticədə ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet3 - 10-05-2018

  18. 11 əri olan qadın daşqalaq edildi

    Somalidə “Əş Şabab” qruplaşmasının məhkəməsi bir qadını daşqalaq edərək öldürüb.
    Muxalifet.az xəbər verir ki, Şükri Abdullahi Varsame adlı qadın əvvəlki ərlərindən boşanmadan 11 dəfə evləndiyi üçün ittiham edilib.
    Hadisə Somalinin cənubundakı Sablale şəhərində baş verib. Qadını torpağa basdırıblar. Qruplaşma silahlıları qadını ölənə qədər daşqalaq ediblər. “Əş Şabab” qruplaşmasının hökm etdiyi ərazilərdə Şəriət qanunları tətbiq edilir.
    Qruplaşmanın region üzrə nümayəndəsi Məhəmməd Əbu Usama deyib:

    Muxalifet3 - 10-05-2018

  19. ​Rusiya bu sahədə Ermənistana qadağa qoya bilər

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan göndərilən pomidor və xiyar məhsullarında karantin məhsulu aşkar edildiyi üçün onların idxalına müvəqqəti olaraq məhdudiyyət tətbiq edə bilər.

    Muxalifet3 - 10-05-2018

  20. ​Erməni nazir açıqladı: Donbası ələ keçiririk...

    Donbasın Kiyevin nəzarətinə verilməsi ilə bağlı plan hazırlanır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər naziri Arsen Avakov deyib.
    O bildirib ki, plan bu ilin yayında hazır olmalıdır:
    “Plan iki hissədən ibarət olmalıdır: Hazırlıqlar və praktika. Planın əsas hədəfi müəvəqqəti işğal edilən torpaqların azad edilməsi, Ukrayna konstitusiyasının həmin ərazilərdə bərpası və vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması...”, - deyə nazir bildirib.
     

    Muxalifet3 - 10-05-2018

Pages