Axtarış
The search found 105785 results in 0.088 seconds.
Search results
Paşinyan NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ GEDƏ BİLƏCƏKMİ?
Nikol Paşinyan baş nazir seçiləndən sonra nəzəri olaraq növbədənkənar parlament seçkiləri və Seçki Məcəlləsində dəyişiklik etmə təşəbbüsü mümkün olmayacaq.
Bunun Respublika Partiyasının gələcək planları və siyasi maraqları kontekstində düşünəndə RP deputatları yeni hökümətin proqramını təsdiqləyərkən çox ehtimal ki, parlamentin buraxılması və Seçki Məcəlləsinin dəyişdirilməsini istisna edəcəklər. Əks təqdirdə parlamentdəki RP çoxluğu proqramı təsdiq etməyəcəklər.Muxalifet3 - 11-05-2018
GÖMRÜKÇÜ GENERAL EV DUSTAĞI EDİLDİ! - Saxta dərman şəbəkəsinin deputatla əlaqəsi təsdiqlənir - FOTOLAR
Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə uzanan cinayət işi davam edir. “Yeni Müsavat”a daxil olan məlumata görə, Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidmətigeneral-mayoru Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Muxalifet - 11-05-2018
TANAP qaz layihəsinin AÇILIŞ TARİXİ BƏLLİ OLDU
Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Berat Albayrak, TANAP layihəsinin 12 iyunda prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılışının ediləcəyini bildirib.
Albayrak, TANAP layihəsinin 12 iyunda fəaliyyətə başlayacağını qeyd edib.
Albayrak, Ağdənizdə də bu yay ilk dərin dəniz özülünün qoyulacağını deyib.
Müxalifət.azMuxalifet3 - 11-05-2018
“İslahat zamanı öz torpaqlarını sənədlərdə gizlədiblər” – TOVUZDA TORPAQ QALMAQALI
Tovuz rayonunun Ağdam kənd sakini Bağırov Nəsimi Teymur oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb.
O, yaşadığı rayondakı əlaqədar qurumların apardığı torpaq islahatından və bu islahat sahiblərinin ədalətsiz qərarı üzündən iki qonşu kənd camaatı arasında yaranan gərginlikdən narazıdır.Muxalifet - 11-05-2018
Trampın Ərəb liderlərə yazdığı MƏKTUB ORTAYA ÇIXDI
İranın dini lideri Ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampın Ərəb ölkələrinin liderlərinə məktub göndərdiyini və regionda daha çox şey etmələrini istədiyini bildirib. Xameneyi, “Məktub əlimizdədir” deyə, bildirib.
Trampın nüvə müqaviləsindən çəkildiyini açıqlamasından 1 gün sonra Twitter hesabından bir bölgü paylaşan Xameneyi, Trampın Körfəzdəki Ərəb ölkələrinin liderlərinə məktub göndərdiyini, məktubda "7 trilyon dollar xərclədim, əvəzində bir şeylər etməlisiniz" yazdığını iddia edib.Muxalifet3 - 11-05-2018
ERMƏNİ EKSPERTDƏN ŞOK AÇIQLAMA: “Biz 7 rayonu qaytarırdıq, Bakı razı olmadı”
Ermənistanın siyasi rəhbərliyi Azərbaycana hər zaman Qarabağ məsələsində güzəştə getməyə hazır olub.
Bunu jurnalistlərə açıqlamasında erməni ekspert Ara Papyan deyib.
“Kazanda erməni tərəfi Azərbaycana ərazi güzəştləri edib qarşılığından Dağlıq Qarabağın siyasi statusunun tanınmasını istəyirdi. Biz onlara 7 rayonu verib, özümüzdə yalnız Dağlıq Qarabağı saxlayacaqdıq. Azərbaycan buna razılaşmadı və razılaşmayacaq” – deyə o bildirib.Muxalifet - 11-05-2018
İtkin alpinistlər SAĞDIR: Vatsap qrupundan özləri çıxdılar? - FOTOFAKT - YENİLƏNDİ
Dekabrda itkin düşən alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.
Bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.Muxalifet2 - 11-05-2018
Sanksiya iş adamını TƏYYARƏSİZ QOYDU – Üçünü də geri aldılar
ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara görə, ciddi zərərlə üzləşmiş alüminium nəhəngi “Rusal” şirkətinin sahibi, oliqarx Oleq Deripaska kreditlə aldığı 3 özəl təyyarəsini geri vermək məcburiyyətində qalıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, artıq o, bundan sonra sanksiyalara görə xüsusi təyyarələrindən istifadə edə bilməyəcək.
Oliqarxın geri verdiyi təyyarələr artıq satışa çıxarılıb. İki təyyarə üçün 30 milyon dollar qiymət müəyyən edilib.Muxalifet2 - 11-05-2018
Oliqarxlar hansı rayonlarda torpaqları qanunsuz zəbt ediblər? - SİYAHI
Azərbaycanın bəzi rayonlarında 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkərək, “ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”, deyə bildirmişdi: “Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var.
Muxalifet2 - 11-05-2018
Türkiyənin yeni silahı - “F-35”lər GƏLİR
Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılan birinci F-35 qırıcısı ilk sınağını edib.
Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Kokpit Aero” portalı məlumat yayıb.
İlk sınaq Texasdakı “Lockheed Martin” şirkətinə məxsus ərazidə həyata keçirilib. “18-001” nömrəli təyyarənin test pilotu Commander Uilson olub.
Təyyarənin 21 iyunda Türkiyə Hava Qüvvələrinə təhvil verilməsi gözlənilir.
Sözügedən təyyarələrin Malatyadakı 7-ci Əsas Təyyarə Baza Komandanlığına gətirilməsi planlaşdırılır.Muxalifet2 - 11-05-2018
Tramp Merkeli Putinə zəngə VADAR ETDİ
Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Telefon danışığı zamanı əsas müzakirə mövzusu ABŞ-ın İranla imzalanan nüvə razılaşmasından çıxması olub.
Qeyd edək ki, Merkel dünən Avropanın ABŞ-ın müdafiəsindən imtina etməsi gərəkdiyini bildirib.Muxalifet2 - 11-05-2018
İlham İsmayıl ajiotaj yaradan statusundan danışdı - “BU, ZARAFAT DEYİLDİ”
“Mən o statusu Tərtərdə, Qarabağın ortasında əsəb, gərginlik keçirə-keçirə yazdım”
Muxalifet2 - 11-05-2018
“Nazir vəzifədən gedən kimi düşürlər üstünə, 5 MİLYARD YEDİ, 2 MİLYARD YEDİ...”
“Hesablama Palatası Milli Məclisin qurumu olduğu üçün bütün məsələlərlə bağlı məqamlar, məlumatlar deputatlara da çatdırılmalıdır. Bəzən elə olur ki, parlamentin rəhbərliyinin xəbəri olur, amma biz millət vəkillərinin yox. Hesab edirəm ki, bu məsələdə millət vəkilləri də nəzərə alınmalıdır, onlar da vaxtında məlumatlandırılmalıdır”.
Muxalifet2 - 11-05-2018
Bakıda FACİƏ - Fəhlə traktorun altında qaldı
Bakıda söküntü sahəsində faciə baş verib.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan "Mənzərə" MMC-nin söküntü sahəsində baş verib.
Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. (trend)Muxalifet2 - 11-05-2018
İstanbulda 150 hərbçi SAXLANILDI
Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda FETÖ terror təşkilatilə əlaqədə şübhəli bilinən 150 hərbçini həbs edib.
"Anadolu" agentliyi xəbər verir ki, ümumilikdə 300 nəfərə qarşı həbs orderi çıxarılıb, onlardan 211 nəfəri fəaliyyətdə olan hərbçilərdir.
Həbs olunanlar 2016-cı il 16 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilirlər.Muxalifet2 - 11-05-2018
Nikol Paşinyan Serj Sarkisyana EV VERƏCƏK
Mayın 1-də Ermənistanın yeni seçilmiş baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin ilk iclası keçirilib. Baş nazirin qərarı ilə, hökumət iclasları bundan sonra media üçün açıq olacaq.
Ermənistanın baş naziri Nikol Pashinyan öz heyətinin rəhbəri Eduard Ağacanyanla Ermənistan Respublikasının keçmiş prezidenti Serj Sarkisyanın qanunla müəyyən edilmiş qaydada mənzillə təmin edilməsi ilə bağlı təkliflərini təqdim etməsini tapşırıb.
Müxalifət.azMuxalifet3 - 11-05-2018
PUTİNİN İSRAİL VƏ İRANLA BƏRABƏR OYUNU:Kremlin "nə yardan doyur, nə əldən qoyur" siyasəti - TƏHLİL
Baş nazir Benyamin Netanyahu çərşənbə axşamı saat 11:00-da İsrailə qayıtdı. Moskvada keçirdiyi bircə gündə o, Rusiya dövlət başçısı Vladimir Putinlə görüşlər keçirmişdi.
Bundan dörd saat əvvəl İsrail jurnalistləri ilə keçirilən mətbuat konfransında “Rusiyanın Suriyada İsrailin manevr imkanlarını məhdudlaşdıracağını düşünməyə əsas yoxdur”, – dedi.
O, görünür, nəyə isə arxayın olaraq danışırdı. Çünki İsrailə döndükdən 75 dəqiqə sonra iranlılar Colan Təpələrindəki İsrail ordusu (IDF) mövqelərinə 20 raket atdılar.Muxalifet2 - 11-05-2018
Müəllimlərin işə qəbul imtahanında YENİLİK
Bu il müəllimlərin işə qəbul imtahanında dəyişiklik olacaq.
Muxalifət.az xəbər verir ki, bu sözləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Təhsil” Tv-yə açıqlamasında deyib.Muxalifet2 - 11-05-2018
BAKIDA OĞRU DƏSTƏSİ TUTULDU
Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 4 nəfərdən ibarət qrup üzvləri saxlanılıb.Muxalifet2 - 11-05-2018
Hikmət Hacıyev: "ƏVVƏLLƏR SƏSİ ÇIXMAYAN BU ADAM..."
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin açıqlamasına münasibət bildirib.
Muxalifet2 - 11-05-2018