Axtarış

The search found 105785 results in 0.057 seconds.

Search results

  1. ​Nazirin oğluna yüksək VƏZİFƏ VERİLDİ

    Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının yeni rəhbərinin adı məlum olub.
    Muxalifət.az report.az-a istinadən xəbər verir ki, Fariz Məmmədov hüquq məsləhətxanasının müdiri seçilib.
    Qeyd edək ki, Fariz Məmmədov həm də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.
    O, ədliyyə naziri Fikrət Məmmədovun oğludur.

    Muxalifet2 - 12-05-2018

  2. QÜDSDƏ ƏZANA QADAĞA!

    ABŞ səfirliyinin açılış günündə “bayram” tədbirləri üçün Qüdsdə azan qadağan olunacaq.
     
    Qüdsdə açılacaq ABŞ səfirliyinin təbrik tədbiri səbəbiylə Qüdsdə azan qadağan olunacaq.
    İsrailin 2-ci kanalının xəbərinə görə, bazar ertəsi günü Qüdsdə açılacaq olan ABŞ səfirliyinin təbrik tədbiri səbəbiylə İsrail polisi Qüdsdə azanı qadağan edəcək.
    Eyni xəbərə görə, İsrail təhlükəsizlik qüvvələri təbrik tədbirinin təhlükəsizliyini təmin etmək üçün daha əvvəl bənzəri görülməmiş bir şəkildə ciddi hazırlıqlar və tədbirlər görür.

    Muxalifet3 - 12-05-2018

  3. ​“PALMALI” RƏSMƏN MÜFLİS OLUR

    Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali Shipping” şirkətlər qrupunun törəmə şirkəti olan “Palmali” MMC-yə qarşı müflisləşmə prosedurunu başladıb. Virtualaz.org xəbər verir ki, məhkəmə müflisləşmə prosedurunun başlanğıcı olaraq şirkət üzərində müşahidə tətbiq edib. “Palmali” MMC-nin müflis elan edilməsinə dair iddianı “Lukoil” şirkətinin Sankt-Peterburqdakı törəmə şirkəti “Lukoul-Bunker” qaldırıb. İddiaçının təklifi ilə məhkəmə “Palmali” MMC-yə kənar idarəçi qismində Ravil Latıpovu təyin edib.

    Muxalifet2 - 12-05-2018

  4. ABŞ İranı DANIŞIQ MASASINA QAYTARMAQ İSTƏYİR

    Nüvə müqaviləsindən çəkilən Tramp rəhbərliyi, İrana qarşı sanksiya dalğası üçün düyməyə basıb. ABŞ Xəzinə Nazirliyi İnqilab Mühafizəçiləri Qvardiyasına maliyyə qaynağı təmin edən şirkət və iş adamlarını qara siyahıya alarkən, Amerika Xarici İşlər Nazirliyi isə hədəfin Tehranı masaya qaytarmaq olduğunu bildirib.
     

    Muxalifet3 - 12-05-2018

  5. ​Kərimlinin “bir qapı” siyasəti: sistem necə iflic edilir - FOTO

    Prezidentin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılan Bakı Nəqliyyat Agentliyinin əsas məqsədi Bakı şəhərində nəqliyyat sistemini təkmilləşdirməkdir. Hətta bunun üçün Avropa Oyunları ərəfəsində xaricdən gətirilən yüksək keyfiyyətli və son texniki göstəricilərə cavab verən avtobuslar da yeni yaradılan BNA-nın tabeliyinə verildi.
    Bütün bunların illərlə Nəqliyyat Nazirliyinin iflic vəziyyətə saldığı paytaxtın nəqliyyat sistemində köklü dəyişikliklərə və sərnişinlərin rahatlığına səbəb olacağı gözlənilirdi.

    Muxalifet2 - 12-05-2018

  6. Cərimələri ödəməyən nəqliyyat vasitələri qeydiyyata alınmayacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

    “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”də dəyişikliklər edilib. Muxalifət.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələr nəzərə alınacaq.

    Muxalifet2 - 12-05-2018

  7. RUSİYA YAXIN ŞƏRQDƏ İSRAİLDƏN ÇƏKİNİRMİ

    Moskva növbəti dəfə Suriyaya S-300 satmaqdan vaz keçdi, Moskva dünyanın ən böyük lobbisi ilə qarşı-qarşıya gəlmək istəmir

    Muxalifet2 - 12-05-2018

  8. Argentina prezidenti DÇ-2018-də iştirak üçün Rusiyaya getməyəcək - BU SƏBƏBDƏN

    Argentina prezidenti Maurisio Makri ölkədə yaranmış iqtisadi böhran səbəbindən futbol üzrə dünya çempionatında iştirak üçün Rusiyaya getməkdən imtina edib.
    “Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Nacion” nəşri məlumat yayıb.
    Bildirilir ki, Makri üçün hazırda ölkədəki çətin iqtisadi vəziyyəti yoluna qoymaq ən vacib məsələdir.
    Son bir neçə gündə Argentina pesosunun məzənnəsi ABŞ dollarına nisbətdə tarixi minimumuna düşüb.
    Makri yaranmış vəziyyətlə əlaqədar Beynəlxalq Valyuta Fondundan yardım istəyib.

    Muxalifet2 - 12-05-2018

  9. ​Tiflisdə gənclərin yeni aksiyası başlayır: ELAN VERİLDİ - VİDEO

    Tiflisdə yüzlərlə gənc Gürcüstan parlamentinin binası qarşı səhər saatlarına qədər mitinq keçirib.
    Muxalifət.az xəbər verir ki, etiraza səbəb paytaxtın gecə klublarında aparılan genişmiqyaslı əməliyyatlar olub. Aksiyaların keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Bura başqa istiqamətlərdən gənclərin gəlməsinə izn verilməyib.

    Muxalifet2 - 12-05-2018

  10. MİDA-nın 15 evin puluna yığılan şübhəli saytı niyə çökdü? - "RİSK"LƏ APARILAN ŞÜBHƏLİ ƏMƏLİYYATLAR

    “MİDA-nın güzəştli mənzil satışında uğursuzluğa əsas səbəb olan, mənzillərin onlayn satışı günü “çökən” “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün “RİSK” şirkətinə 260 min manat vəsait ayrılıbmış”. Belə sensasiyalı açıqlama ilə informasiya texnologiyaları mütəxəssisi Osman Gündüz çıxış edib.
     

    Muxalifet2 - 12-05-2018

  11. ​“Azərbaycan” qəzeti: "Haradan götürülüb, necə hesablanıb bu soyğunçu qiymətlər?!"

    Rəsmi “Azərbaycan” qəzetinin bugünkü sayında kənd təsərrüfatı məhsulları qiymətlərinin baha qiymətə satılmasını tənqid edən məqalə dərc olunub. Muxalifət.az “Report”a istinadla “Nübar… qiymətlər” adlı həmin məqaləni təqdim edirik: Bu iqtisadiyyat ki var, hamımızın dəfələrlə baxdığı məlum filmdə aktyor Səməndər Rzayevin personajının dediyi kimi, həm vacibdir, həm də qəliz. Vacibliyini bilməyən, görməyən, yaşamayan yoxdur. Qəlizliyinə gəldikdə isə, burada məsələ bir qədər başqa cürdür.

    Muxalifet2 - 12-05-2018

  12. ​Saatlı və Sabirabadda QƏTL TÖRƏDİLDİ

    Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.
    APA-nın məlumatına görə, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.
    Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.
    Hər iki fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.

    Muxalifet2 - 12-05-2018

  13. İsrail kəşfiyyatı İrana və bütün Yaxın Şərqə NECƏ NƏZARƏT EDİR: 9900 bölməsi haqda bilmədiklərimiz... – ARAŞDIRMA

    İşğal edilmiş Holandakı ön mövqelərə yönəlmiş raket zərbələri bölgənin şimalında sionist kəşfiyyatın hazırlığını pozub. Məhv edilən hədəflərin çoxunun yüksək həssaslığı var. Axı sionist kəşfiyyatın potensialını və təhlükəsizlik sahəsində qərar alan hərbçilərin və şəxslərin inamını bunlar formalaşdırır.
     
    Bu hədəflər
    1) idarəetmə və nəzarət;
    2) texniki tərkib, informasiya savaşı və insan resursları haqda məlumat toplamaq;
    3)strateji müşahidə;

    Muxalifet2 - 12-05-2018

  14. Bakıda həkim qadın məhəllə sakinləri ilə birlikdə QULDURU MÜHASİRƏYƏ ALARAQ TUTDU

    Hədəfi yalnız qadınlar olub, kişiləri soymaq ağlının ucundan belə keçməyib. Günün günorta çağı, hamının gözü qarşısında qurbanlarına hücum çəkib, onları soymağa imkan tapıb. Nə münasib yer seçib, nə də havanın qaralmasını gözləyib. Bəzilərinə “bağışlayın, buna ehtiyacım var” deməklə özünü “sığortalamağı”da unutmayıb...
    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Qazaxıstan Respublikası vətəndaşı, 33 yaşlı Alı Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Muxalifet2 - 12-05-2018

  15. ​İRAN LİDERİNİN MÜTALİƏ ETDİYİ KİTABLAR: "Tibo ailəsi", "Qəzəb salxımları", "Hərb və sülh", "Sakit Don"... - ARAŞDIRMA

    Donald Tramp İranla nüvə sazişinin (JCPAO) qüvvədə qalması əvəzinə, vaxtından əvvəl (mayın 8-də) razılaşmadan çıxdıqda, gözlənilən bu idi ki, Ayətullah Xamnəi vədinə əməl edəcək. O, “ABŞ sazişdən çıxacağı halda, müqaviləni yandıracağam” demişdi, amma ali rəhbərin yerinə nüvə razılaşmasının bir nüsxəsini parlamentdəki prinsipçilər odladılar.
    Çoxları indi də Xamnəinin niyə “vədinə xilaf çıxdığını” sorğulayır. Analitiklərin bir qismi bu rəydədir ki, sazişin digər tərəfləri öhdəliklərini yerinə yetirdikcə, Tehran körpüləri bütünlüklə yandırmayacaq.

    Muxalifet2 - 12-05-2018

  16. ​BU SƏFİRLİKLƏRDƏ MALİYYƏ NÖQSANLARI AŞKARLANDI

    Azərbaycanın Gürcüstan Respublikası, Mərakeş Krallığı və Qazaxıstan Respublikasındakı səfirliyində maliyyə nöqsanları aşkarlanıb.
    Bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

    Muxalifet2 - 12-05-2018

  17. ​Gürcüstana gedən AVTOBUS UÇURUMA AŞDI: 4 ölü, 22 yaralı

    Türkiyənin Iğdır bölgəsindən Gürcüstana gedən mikroavtobus Ardahan şəhərində uçuruma aşıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində biri sürücü olmaqla 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
    Avtobusda qalanlar isə səhiyyə işçiləri və polisin köməyi ilə çıxarılıb. Yaralılar Ardahan dövlət xəstəxanasına çatdırılıb.
    Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu deyilir.
     

    Muxalifet2 - 12-05-2018

  18. ​İraq generalı ABŞ-a qarşı: QIRĞINI ONLAR BAŞLATDI

    İraqdakı böhranlar və dinlərarası, təriqətlərarası nifaqa görə məsuliyyətin böyük hissəsi ABŞ-ın payına düşür.
    Bunu “RİA Novosti” agentliyinə müsahibəsində İraqın keçmiş müdafiə naziri Xalid əl-Übeydi deyib.
    “Məhz onlar dini kvotalar əsasında ilk dəfə hökumət formalaşdırmağa başladılar. ABŞ-ın İraqdakı müvəqqəti administrasiyasının rəhbəri Pol Bremerin zamanında sünnilərə 5, şiələrə 11, kürdlərə isə 7 nazirliyin verilməsi haqqında qərar verildi. Bu, dini və milli parçalanmanın əsasını qoydu”, – deyə o bildirib.

    Muxalifet2 - 12-05-2018

  19. ​İraqın seçki məntəqəsində terrora cəhd - GÜC STRUKTURLARI QARŞISINI ALIB

    İraqın güc strukturları şənbə günü səhər tezdən Diyala əyalətində iki terrorçu-kamikadzeni məhv edib. Terrorçular şənbə günü başlayan parlament seçkiləri zamanı seçki məntəqələrindən birinə hücum planlaşdırıblar.
    “Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli qanunverici məclisin Təhlükəsizlik Komitəsinin başçısı “Əs-Sumariya” telekanalına bildirib.
    Onun sözlərinə görə, terror aktını planlaşdıran radikallar avtomat silahlarla silahlanmış və partlayıcı qurğu ilə dolu olan “kamikazde kəmər”ini taxıblarmış.

    Muxalifet2 - 12-05-2018

  20. İrana hücumun GERÇƏK SƏBƏBİ - Bjeziniskinin vəsiyyəti NƏ İDİ?

    “İrana hücumun əsas hədəflərindən biri Türkiyədir”.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Araşdırmalar İnstitutu rəhbərinin müavini, Yaxın Şərq üzrə mütəxəssis Yelena Suponina KAFKASSAM-a açıqlamasında deyib.

    Muxalifet - 12-05-2018

Pages