Axtarış

The search found 105785 results in 0.058 seconds.

Search results

  1. ​Bakıda yanğın: 40 nəfər təxliyə olundu

    Bakıda yanğın hadisəsi qeydə alınıb.
    Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 4 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 10 m² sahədə və məişət texnikası qarsalanıb.
    Yanğın zamanı 40 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
     

    Muxalifet3 - 13-05-2018

  2. ​Hamilton İspaniya Qran-prisinin qalibi oldu

    “Formula-1” İspaniya Qran-pri yarışının qalibi məlum olub.
    Muxalifet.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Barselonada keçirilən yarışın qalibi “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton olub.
    Finişə ikinci L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas çatıb. Üçüncü yerin sahibi “Red Bull” komandasının pilotu, hollandiyalı Maks Ferstappen olub.
    “Formula-1” yarışmasının növbəti mərhələsi 24-27 may tarixlərində Monakoda keçiriləcək.
     

    Muxalifet3 - 13-05-2018

  3. SON DƏQİQƏ: Prezidentdən əhaliyə gözlənilən MÜJDƏ

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır.
    Muxalifet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.

    Muxalifet3 - 13-05-2018

  4. ​Koreya və Türkiyə təyyarələri toqquşdu - Video

    Atatürk Hava Limanında Cənubi Koreyaya məxsus təyyarə ilə Türkiyə Hava Yollarının təyyarəsi toqquşub.
    Muxalifet.az  xəbər verir ki, hadisə nəticəsində THY-yə məxsus təyyarənin quyruq hissəsi qırılıb. Toqquşma zamanı sərnişinlər böyük həyəcan keçiriblər.
    Məlumata görə, olay nəticəsində Cənubi Koreya təyyarəsi də zərər görüb.
     

    Muxalifet3 - 13-05-2018

  5. İsrailli nazirdən şok sözlər: İRANIN VARLIĞI MƏHV EDİLMƏLDİR

    İsraiin məskunlaşma naziri Yoav Galant, Suriyadakı bütün İran hərbi varlığının məhv edilməsi lazım olduğunu söyləyib.
     
    İsrailin Suriyadakı İran hədəflərinə qarşı təcavüzündən sonra təzyiq getdikcə artır. İsrailin məskunlaşma naziri Yoav Galant, İranın Suriyadakı bütün hərbi varlığının məhv edilməsi lazım olduğunu söyləyib.

    Muxalifet3 - 14-05-2018

  6. İraq seçkilərndə “Sairin” KOALİSİYASI BİRİNCİ OLDU

    İraqdakı seçkilərdə Şiə lideri Sadrinin dəstəklədiyi “Sairin” koalisiyası, parlamentdə 18 yerllə Bağdadda birinciliyi əldə edib.
     
    Anadolu Agentlyinin bildirdiyinə görə, İraqdakı seçkilərdə Şiə lideri Sadrinin dəstəklədiyi “Sairin” koalisiyası, 18 deputat yeri qazanmaqla Bağdadda birinciliyi əldə edib.

    Muxalifet3 - 14-05-2018

  7. Ərdoğandan SİLLƏ KİMİ “QÜDS” AÇIQLAMASI

    Türkiyənin prezidenti Ərdoğan Londonda Türkan Fondunun keçirdiyi tədbirdə çıxış edib. Ərdoğan, "Qüdsü, İsrailin paytaxtı kimi nə qədər tanıyırsınız, tanıyın. 128 ölkə mövqeyini çox aydın ortaya qoydu ki, Qüds Fələstinin paytaxtıdır" deyib.
     
    Türkiyə prezidenti Ərdoğan, İnterkontinental Oteldə təşkil olunan axşam yeməyində Turan Fondunun mənsubu olan tələbələrlə bir araya gələrək, iştirakçılara müraciət edib.

    Muxalifet3 - 14-05-2018

  8. İsraildə həyəcan! ORDU “HAZIR” VƏZİYYƏTƏ GƏTİRİLDİ

    İsrailin təhlükəsizlik qüvvələrinin, “Nekbe”nin 70-ci ildönümü və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə etiraz üçün sabahdan etibarən keçirilməsi planlaşdırılan nümayişlər səbəbindən həyəcan vəziyyətinə keçirildiyi bildirilib
     
    İsrail mətbuatında yer alan xəbərlərə görə, sabah və çərşənbə günü Fələstinlilər tərəfindən keçiriləcək etiraz aksiyaları ilə əlaqədar İsrail ordusu və hüquq-mühafizə orqanları yüksək həyəcan vəziyyətinə keçirilib.

    Muxalifet3 - 14-05-2018

  9. Ərdoğan ABŞ və İSRAİLİ İTTİHAM ETDİ

    Türkiyə prezidenti Ərdoğan, İsrailin Suriyada lazımsız zorakılığını tənqid edərkən, Trampın ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsini də böyük bir xəta dəydi.
     
    Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “BBC Ərəbcə”yə açıqlama verib. İsrail mətbuatında da geniş yer alan müsahibədə Ərdoğan, regionda baş verən son vəziyyəti qiymətləndirib.
     
    İSRAİL YAXIN ŞƏRQİ MÜHARİBƏNİN ASTANASINA GƏTİRİR
     

    Muxalifet3 - 14-05-2018

  10. ABŞ və Birləşmiş Əmirlikdə TÜRKİYƏYƏ “ƏFQAN” OYUNU

    Türkiyənin humanitar yardım həssaslığı bəzi ölkələr tərəfindən ona qarşı bir strateji silaha çevrilmək istənilir. İran üzərindən Türkiyəyə gələn Əfqan qaçqınları məsələsinin arxasından ABŞ və BƏƏ kimi Körfəz ölkələri çıxdı.
     

    Muxalifet3 - 14-05-2018

  11. Türkiyəni QARIŞDIRMA PLANI!

    ABŞ-dakı Səudiyyə lobbisindən olan Saudi American Public Relation Affairs Committee (SAPRAC) şirkətinin təsisçisi və sədri Salman Al-Ənsari, körfəz ölkələri və öz ölkə vətəndaşlarını xüsusilə də bu yaz heç vaxt Türkiyəyə getməmələri barədə xəbərdarlıq etməsi diqqətlərdən yayınmayıb.
     
    2016-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda qurulan Saudi American Public Relation Affairs Committee (SAPRAC) şirkətinin Səudiyyə Ərəbistanlı qurucusu və sədri Salman Al-Ənsari sosial media hesabı Twitter üzərindən Türkiyə ilə bağlı paylaşma edib.
     

    Muxalifet3 - 14-05-2018

  12. Gələn həftə böyük ƏFV OLACAQ - siyahı yekunlaşır

    Əliməmməd Nuriyev: “Komissiyaya elə şəxslər müraciət edib ki...”

    Muxalifet2 - 14-05-2018

  13. FETÖ-nün əsas imamlarından biri SAXLANILDI

    Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı aparılan istintaq tədbirləri çərçivəsində İ. S. adlı şəxs saxlanılıb.
    Muxalifət.az xəbər verir ki, İ.S şəbəkənin söz sahibi olan imamlarından sayılır. O, Bursada həyat yoldaşı ilə gizləndiyi evdə saxlanılıb.
     

    Muxalifet2 - 14-05-2018

  14. ​Sumqayıtda DƏHŞƏT: İmtahanda az bal toplayan 17 yaşlı gənc özünü eyvandan atdı

    Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.
    2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.
    Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.
    Faktla bağlı araşdırma aparılır. (report)

    Muxalifet2 - 14-05-2018

  15. ​Bakıda lift şaxtaya düşdü: 4 NƏFƏR...

    Bakının Nəsimi rayonunda binada bədbəxt hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
    "Report"un xəbərinə görə, hadisə Abdulvahab Salamzadə küçəsi 9 ünvanında baş verib.
    Hündürmərtəbəli binada 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb. Nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Poladov Vaqif Əfqan oğlu, 1996-ci il təvəllüdlü Məmmədov Təbriz Hüseynağa oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Fərid Fərman oğlu və Əliyev Seymur İbad oğlu müxtəlif dərəcəli sınıq xəsarətləri alıb.

    Muxalifet2 - 14-05-2018

  16. NATO QORXUDA: “Moskvanın gözü” Türkiyədə...

    Rusiyanın S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyədə yerləşdirilməsi NATO üçün əsl provokasiyadır.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Şpigel” nəşri məlumat yayıb. Bildirilir ki, alyans Rusiyanın sözügedən sistemlər vasitəsilə F-35-lərin güclü və zəif tərəflərini aşkara çıxaracağından ehtiyat edir:
     “Taleyin ironiyasına bax ki, S-400 çoxfunksiyalı qırıcıların əsas düşmənlərindən sayılır. Hansı ki, bu qırıcılar (F-35) yaxın illərdə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalının əsasını təşkil edəcək”.

    Muxalifet2 - 14-05-2018

  17. ​İndoneziyada kilsələri bir ailənin üzvləri partladıb – İKİSİ AZYAŞLIDIR

    İndoneziyada 3 kilsəyə hücumu bir ailənin üzvləri edib.
    Trend-in məlumatına görə, polis rəisi Tito Karnaviananın sözlərinə əsasən, ailə “JAD” terror qruplaşmasının üzvü olub. Onlar İndoneziyaya yaxınlarda Suriyadan qayıdmışdılar.
    Məlumata əsasən, ailənin atası partlayıcı qurğu ilə avtomobildə kilsənin həyətinə daxil olub, onun 16 və 18 yaşlı oğulları motosikletlərdə digər kilsəyə partlayıcı qurğu ilə daxil olublar, ana isə 9 və 12 yaşlı qızları ilə birlikdə digər kilsədə özlərini partladıblar.

    Muxalifet2 - 14-05-2018

  18. ​Paşinyan bu gün “Məhşər ayağı”na çəkilir - KREMLİN QARABAĞ ŞƏRTİ

    Soçidə Ermənistanın yeni baş naziri “xalça üzərinə” çağırılacaq; Putin Saakaşvili olmaq istəyən Nikol Paşinyanı sərkisyanlaşdıra biləcəkmi? - rəy və gözləntilər... Ermənistanın yeni baş naziri və eyni zamanda, 1-ci şəxsi Nikol Paşinyan erməni ənənəsinə uyğun olaraq xaricə ilk səfərini Rusiyaya edəcək. Bu gün Soçidə o, Avrasiya İqtisadi Birliyinin toplantısına qatılacaq və tədbir çərçivəsində ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Səfərlə bağlı ən mühüm məqam da elə budur.

    Muxalifet2 - 14-05-2018

  19. Kim Çen İn əsl peşəkardır - POMPEO

    Şimali Koreya lideri Kim Çen İn danışıqları peşəkarcasına aparır.
    Muxalifət.az xəbər evrir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo “Foks Nyus”a müsahibəsində deyib.
    “Mən Kimlə xeyli vaxt keçirdim, onunla dialoqumuz peşəkar səviyyədə oldu. O, nəyə nail olmaq istədiyini bilir və çətin danışıqlara qadirdir”, - Pompeo bildirib.
    Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı ölkəsindəki nüvə təsisatlarına yoxlanış keçirilməsinə icazə vermişdi.

    Muxalifet2 - 14-05-2018

  20. ​Nazirlik bələdiyyə sədrini CƏRİMƏLƏDİ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
    Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, reyd zamanı Qəbələ rayonu Vəndam qəsəbə bələdiyyəsi ərazisində məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.

    Muxalifet2 - 14-05-2018

Pages