Axtarış
The search found 105785 results in 0.07 seconds.
Search results
Trampdan istədim, vermədi, ona görə də… - ƏRDOĞAN
NATO-nun Baş katibi Yens Stoltenberq çox açıq və qəti şəkildə açıqlama verib: “Üzvlərimiz istədikləri ölkədən istədikləri kimi silah ala bilərlər”.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əgər mən Türkiyə olaraq ABŞ-dan və ya bir başqa NATO ölkəsindən istədiyim silahı ala bilmirəmsə, bu silahı hardan tapsam, ordan da alaram. Biz Rusiyadan ortaq istehsal etmək şərti ilə belə bir anlaşmanı imzaladıq və Rusiyadan bu S-400-ləri alırıq”, - Türkiyə lideri bildirib.Muxalifet2 - 14-05-2018
İŞİD-çi azərbaycanlının ŞOK ƏMƏLİ: İnsanları öldürüb videoya çəkirdi – FOTO
İrqa Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü, “Abu Cihad” ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 24-ə təyin edilib.Muxalifet2 - 14-05-2018
Milli Məclisin ən çox maaş alan deputatları - SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqlədikdən sonra deputatların maaşı artırılıb. Dəyişiklik mayın 1-dən qüvvəyə mindiyindən, deputatlar bu ayın maaşını artımla alacaqlar.
Muxalifət.az bildirir ki, “Report” artımdan sonra ən çox maaş alacaq deputatların siyahısını hazırlayıb. Maaş bölgüsü belədir:
Milli Məclisin sədri Oqtay Əsədov – 3 min 712 manat 50 qəpik,
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov – 3 min 340 manat 50 qəpik,Muxalifet2 - 14-05-2018
Əl-Qaidə liderindən “QÜDS” ÇIXIŞI!
Əl-Qaidə lideri El-Zevahiri, Qüds üçün cihad çağırışı etdi.
Zevahir-i verdiyi açıqlamada bunları deyib: “Amerikanın, səfirliyini Təl-əvivdən Qüdsə köçürməsi, Fələstinlilərin bir daha arxadan bıçaqladığını göstərərək ABŞ-ın razılaşma mövzusundakı gerçək üzünü və saxtakarlığını üzə çıxarmış oldu”.
5 dəqiqəlik video çəkilişdə danışan Zevahir-i bunları qeyd edib: “Tramp bu qərarı ilə səlib yürüşü planlarının çoxdan başladığını açıq bir şəkildə ortaya qoymuş oldu. Müsəlmanlar bu qərara qarşı hərəkət keçib, cihada başlaması lazımdır”.Muxalifet3 - 14-05-2018
Rusiya üçün QOXUNC PLAN - Britaniya kəşfiyyatı bu gün AÇIQLAYACAQ
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi hadisəsindən sonra təcrid olunmaq riski ilə üz-üzədir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, belə xəbərdarlıqla bu gün Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin başçısı Endrü Parker Avropanın xüsusi xidmət orqanlarının başçıları ilə görüşündə çıxış etməyi planlaşdırır.Muxalifet2 - 14-05-2018
MƏZHƏBÇİLİYİN SƏRGİLƏNMƏDİYİ İRAQ SEÇKİLƏRİ:seçicilərin təxminən yarısı öz hüququndan niyə imtina edib? - TƏHLİL
Dörd il əvvəl iraqlılar öz ölkələrinin mövcudluğuna təhlükə saydıqlarını məhv etmək üçün birləşdi; İŞİD İraq ərazisinin təxminən üçdə birini ələ keçirmişdi.
Bu həftəsonu millət, ekstremist qrupu məğlub etdikdən sonra ilk seçkisini keçirib və əsas gündəm – təhlükəsizlik deyil, korrupsiya və işsizlik kimi sıradan bir gündəlik güzəran problemləri idi.
Mayın 12-də 2014-cü ildən etibarən keçirilməyən, olduqca dinc seçkilərdə təxminən 37 milyonluq xalq səsverməyə qatılmaqla, problemlərin dərinliyini nümayiş etdirib.Muxalifet2 - 14-05-2018
209 GÖMRÜK ƏMƏKDAŞI CƏZALANDIRILIB
2017-ci il ərzində aşkar edilmiş xidməti pozuntulara görə 209 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Muxalifət.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirədə deyib.Muxalifet2 - 14-05-2018
Dünyanın din tarixində ilk dəfə: Qadın... - FOTO
Kanadada Anqlikan kilsəsinin rəhbəri tarixdə ilk dəfə qadın olacaq.
Muxalifət.az-ın məlumatına görə, xanım Melissa Skelton Britaniya Kolumbiyası vilayətində və Yukon ərazisində kilsənin arxiyepiskopu və mitropoliti olacaq.
Bu yeni postla yanaşı, M.Skelton Nyu Uestminster şəhər yeparxiyasında yepiskop vəzifəsində çalışmaqda davam edəcək.
Qeyd edək ki, M.Skelton ABŞ-da vəkil ailəsində anadan olub. Bundan əvvəl, o, "Proctor & Gamble" və "Tom's of Maine" şirkətlərində ticarət markasının idarəçisi olub.Muxalifet2 - 14-05-2018
Bu gün ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçiriləcək - TRAMP CANLI EFİRLƏ MƏRASİMƏ QOŞULACAQ
Bu gün ABŞ-ın İsraildəki səfirliyi Tel-Aviv şəhərindən Qüds (Yerusəlim) şəhərinə köçürülür.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 17.00-da səfirliyin rəsmi açılış mərasimi keçiriləcək.
ABŞ prezidenti Donald Tramp mərasim iştirakçılarına vidiekonfrans vasitəsilə müraciət edəcək. Tədbirdə iştirak edən ABŞ nümayəndə heyətinə D. Trampın qızı İvanka, kürəkəni Jared Kuşner, maliyyə naziri Stiven Mnuçin daxildir.Muxalifet2 - 14-05-2018
İvanişvilinin oğlu marixuananın leqallaşdırılmasına DƏSTƏK VERDİ
Gürcüstanın hakim partiyası "Gürcü arzusu - demokratik Gürcüstan"ın sədri Bidzina İvanişvilinin oğlu Bera Tbilisinin mərkəzində keçirilən etiraz aksiyalarının fonunda özünün Facebook sosial şəbəkəsindəki səhifəsində "Leqallaşdırma" adlı klip yayıb.
Partiya liderinin oğlu narkotik tərkibli bitki sayılan marixuananın (anaşa) leqallaşdırılmasını açıq şəkildə müdafiə edib, narkomanların və narkotacirlərin həbs edilməsinə qarşı çıxıb. Mahnıda "Mən hakimiyyətdən qorxmayan nəsli təmsil edirəm" kimi sözlər də var.Muxalifet2 - 14-05-2018
Keçmiş Komitə sədri haqda SENSASİON FAKTLAR – İş istəyən xanımları öncə xarici səfərə apararmış...
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində son günlər ciddi kadr dəyişiklikləri həyata keçiriməkdədir. Xüsusən da keçmiş sədr Nazim İbrahimova yaxın kadrların vəzifədən uzaqlaşdırıldığı mətbuatdan bəllidir. Bütün bunlarla yanaşı, keçmiş rəhbərliyin fəaliyyətinin də təftiş olunduğu istisna deyil. Əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsində aparılan araşdırmaların ciddi nəticələr ortaya çıxaracağına şübhə yoxdur. Amma burada bizim diqqətimizi çəkən dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi ilə yanaşı, keçmiş rəhbərliyin bəzi qanunsuz əməllərinin də ifşa olunmasıdır...
Muxalifet - 14-05-2018
RUSİYALI OLİQARX SANKSİYALARIN HƏDƏFİNDƏ – Deripaska ABŞ-dan aldığı iki təyyarəsini satışa çıxardı
“Rusal” şirkətinin rəhbəri, Rusiyanın ən varlı adamlarından sayılan Oleq Deripaska ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsiri altına düşüb.
Muxalifet2 - 14-05-2018
Astanada 9-cu SURİYA TOPLANTISI BAŞLADI
Astanada keçirilən Suriya mövzusunda 9-cu iclas, təminatçı ölkələr olan Rusiya və İran arasında ikitərəfli görüşlərlə başlayıb.
Qazaxıstanın paytaxtı Astanada Suriya mövzusunda keçirilən 9-cu toplantı, tərəflər arasındakı ikitərəfli görüşlərlə başlayıb. ABŞ-ın qatılmadığı danışıqlarda “Gərginliyi Azaltma Bölgələri”ndəki son vəziyyət, Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzarətindəki konstitusiya komitəsi işləri və həbsdə olanların sərbəst buraxılması müzakirə olunur.Muxalifet3 - 14-05-2018
ABŞ bu gün müsəlman ölkəsində DƏHŞƏTLİ ADDIM ATIR - İsrail ordusu HƏRƏKƏTƏ KEÇDİ
ABŞ prezidenti Donald Trumpun Qüdsü İsrailin paytaxtı kimi tanımasının ardınca bu gün ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürür.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu hadisə şəhərdəki gərginliyin artmasına səbəb olub.
Fələstinlilərin Qəzza-İsrail sərhədində genişmiqyaslı nümayişlərin keçirməsini istəməyən İsrail ordusu hərəkətə keçib. Xarici mətbuatının yazdığına görə, İsrail ordusu sərhədə yaxınlaşmaması barədə xəbərdarlığın yer aldığı broşuraları havadan fələstinlilərə atıblar.Muxalifet2 - 14-05-2018
Qarabağda erməni hərbçi AĞIR YARALANDI
Qarabağda erməni əsgər güllə yarası alıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən informasiya yayılıb.
Məlumata görə, hadisə mayın 13-də saat 22:35 radələrində baş verib. Ağır yaralanan erməni hərbçi Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində xidmətdə olan 1988-ci il təvəllüdlü Şamxal Petrosyan olub.Muxalifet2 - 14-05-2018
Bu TV-yə baş direktor axtarılır - MÜSABİQƏ
Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.
Şuradan verilən məlumata görə, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:
- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Namizəd ali təhsilli olmalıdır.Muxalifet2 - 14-05-2018
Türkiyədə 72 polkovnikin tutulması barədə SANKSİYA VERİLİB
Türkiyə Silahlı Qüvvələrinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən 72 polkovnikinin tutulması barədə sanksiya verilib.
“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, onların tutulması ilə bağlı qərarı Ankara Prokurorluğu çıxarıb.
Hüquq-mühafizə orqanları polkovniklərin saxlanılması üçün Türkiyənin 14 əyalətində əməliyyat keçirib.
Tutulması barədə qərar çıxarılan polkovniklərdən 25-i hazırda orduda xidmət edir, 47-si isə istefadadır.Muxalifet2 - 14-05-2018
Sergey Lavrov: "İranın nüvə proqramı ilə bağlı BÖHRAN VƏZİYYƏT YARANIB"
Rusiya, "avroüçlük" (Fransa, Almaniya, Böyük Britaniya), İran və Çin rəsmi Tehranın nüvə proqramı ilə bağlı sazişin yerinə yetirilməsinin tərəfdarıdır.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşdə bildirib.
"Rusiyanın bu müqavilədə müəyyən edilmiş qanuni maraqları var və onları müdafiə etməliyik", - S.Lavrov deyib.
Onun sözlərinə görə, Vaşinqton nüvə sazişindən çıxmaqla əsas beynəlxalq müqavilələri yenidən nəzərdən keçirmək istəyir.Muxalifet2 - 14-05-2018
İŞİD-in komandanlığının qərargahı MƏHV EDİLDİ
İraqın hərbi hava güclərinə məxsus F-16 qırıcıları Suriyada İŞİD terror qruplaşmasının komandanlığının qərargahını məhv edib.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda “Al Sumaria” telekanalı bildirib.
Aviazərbələr nəticəsində, həmçinin qruplaşmanın lojistik dəstək mərkəzi məhv edilib.
Daha əvvəl İraq kəşfiyyatındakı anonim mənbəyə istinadən “Al Sharq Al Awsat” qəzetinin yazdığına görə, İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin oğlu ilə birlikdə Suriyanın şərqində İraq sərhədinin yaxınlığında gizləndiyini xəbər verib.Muxalifet2 - 14-05-2018
Günay İbrahimli ''BANDOTDEL''Ə APARILDI - Müğənni iş adamına "atıb"?
Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər. Artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkdirməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb. Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatları alınıb.
Muxalifet2 - 14-05-2018