Axtarış
The search found 105785 results in 0.068 seconds.
Search results
İşdən çıxarılan nazir 2 ZAVOD TİKDİRİR
Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Salyan rayonunda 2 zavod inşa etdirir.
Unikal.org-un əldə etdiyi məlumata görə, Hüseynqulu Bağırov rayonun Xıdırlı kəndində Zeytun Yağı Emalı zavodu və Quru meyvələr hazırlanması üçün müəssisə tikdirir.
Məsələ ilə bağlı açıqlama verən Salyan Rayonu Xıdırlı kənd icra nümayəndəsi Elçin Nəzirov keçmiş nazirin müəssisə tikdirməsini təsdiqləyib:Muxalifet2 - 14-05-2018
RONALDO NEYMARA MÜKAFAT TƏQDİM ETDİ
Fransanın PSJ klubunun hücumçusu Neymar 2017/2018 mövsümündə Liqa 1-in ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, braziliyalı forvarda mükafatı həmyerlisi Ronaldo təqdim edib.
PSJ-ni tərk edəcəyi açıqlanan Unay Emeri mövsümün məşqçisi, “Marsel”dən Stiv Mandanda ən yaxşı qapıçı seçilib. Parislilərin forvardı Kilian Mbappe isə “Liqanın ümidi” mükafatını alıb.Muxalifet2 - 14-05-2018
“Bandotdel”də olduğu deyilən GÜNAYDAN XƏBƏR VAR - Açıqlama
Müğənni Günay İbrahimlinin mətbuat xidmətinin rəhbəri sənətçinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması ilə bağlı yayılmış məlumata münasibət bildirib.
Muxalifət.az-ın xəbrinə görə, bu barədə Teleqraf.com-a açıqlama verən Elvin Elxan mətbuatda sənətçi ilə bağlı yayılmış iddianın əsassız olduğunu deyib:
“Belə bir rəsmi məlumat yoxdur. Mətbuatda yayılmış məlumatlarla tanışam. Əsassız iddialardır. Günay İbrahimli hazırda Türkiyədədir”, - deyə o qeyd edib.Muxalifet2 - 14-05-2018
İmişli DSMF-də QALMAQAL: Müdir işçiyə külqabı atdı, nazirə teleqram vuruldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində insident baş verib.
Muxalifət.az mia.az-a istinadən xəbər verir ki, şöbənin müdiri İntiqam Əliyevlə fondun əməkdaşı Mübariz Şükürov arasında gərginlik yaşanıb.Muxalifet2 - 14-05-2018
Jirinovski: "ABŞ ermənilərin əli ilə Türkiyəni parçalayacaq"
ABŞ kürdlərin və ermənilərin əli ilə Türkiyədə narahatlıq yaratmaq niyyətindədir.
Muxalifet2 - 14-05-2018
Trampdan qandonduran açıqlama: MÖHTƏŞƏM GÜNDÜR!
Qəzza zolağında yüzlərlə fələstinlinin yaralandığı və çoxlu sayda adamın dünyasını dəyişdiyi etiraz aksiyaları davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın sözləri bütün dünyada rezonans doğurub.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Tvitter səhifəsində səfirliyin Qüdsə köçürülməsi barədə yazan Tramp açılışın elanını böyük təntənə ilə edib.
“ABŞ səfirliyinin Qüdsə köçürülməsi “Foks Nyus” və “Foks Biznes” kanallarından canlı yayımlanacaq. İsrail üçün möhtəşəm bir gün!” - Tramp yazıb.Muxalifet2 - 14-05-2018
"Qəbələ" - "Qarabağ" oyununun YERİ VƏ VAXTI DƏYİŞDİRİLDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişdirilib.
Muxalifət.az xəbər verir ki, bu barədə report-a "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib. Görüş isə Qəbələdə yox, Bakıda olacaq. Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.Muxalifet2 - 14-05-2018
Dünyadan Israilə təpkilər yağır! TRAMPDAN QEYRİ CİDDİ AÇIQLAMA
ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsinə dünyadan təpkilər davam edir. Birləşmiş Millətlər Təşkilatı (BMT), Almaniya, Rusiya, İngiltərə və İrandan bəyanatlar verilib. ABŞ prezidenti Donald Tramp isə qətliamın keçirildiyi saatlarda Twitter hesabından pişkin açıqlama yayıb.
Muxalifet3 - 14-05-2018
ABŞ Astana sammitindən İMTİNA ETDİ
ABŞ Astana sammitində iştirak etməyəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anuar Jaynakov yayıb.
O, Vaşinqtonun Astana danışıqlarının 9-cu raundunda iştirakdan imtina etməsinin səbəbini açıqlamadığını deyib.
Qeyd edək ki, Suriya böhranının həlli üzrə Astana sammiti bu gün başlayıb. Görüşdə Rusiya, Türkiyə, İran, Suriya hökuməti və müxalifəti iştirak edir.Muxalifet2 - 14-05-2018
Afrin əməliyyatından sonra bir ilk! ABŞ GENERALI TERRORÇULARLA GÖRÜŞDÜ
“Zeytun Budağ” Hərəkatının başlanğıcından bu yana, İraq və Suriyada olan İŞİD ilə mübarizə koalisiyasındakı Amerikalı generallar ilk dəfə əsas onurğasını terror təşkilatı YPG-nin yaratdığı Demokratik Suriya Qüvvələrinin (DSG) nümayəndələri ilə bir araya gəldi.
1 mayda başlanan Deyrizor əməliyyatının müzakirə olunduğu toplantının fotoları koalisiyanın sosial media hesabından paylaşılıb.
KOALİSİYANIN HESABINDAN PAYLAŞDILAR
Muxalifet3 - 14-05-2018
İsrail əsgərləri atəş açdı: 37 ŞƏHİD!
ABŞ prezidenti Trampın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıma qərarından sonra Təl-Əvivdəki ABŞ səfirliyi bu gün Qüdsə köçürülür. İsrail əsgərləri, mühasirə altındakı Qəzza sərhədində keçirilən etiraz aksiyalarında 37 Fələstinlini şəhid edib, 1700 Fələstinli də yaralanıb.
Muxalifet3 - 14-05-2018
ABŞ-ın QÜDS SƏFİRLİYİ AÇILDI!
ABŞ prezidenti Donald Trampın 6 dekabrda Qüdsü İsrailin paytaxtı kimi tanımasından təxminən 5.5 ay sonra ABŞ səfirliyi Təl-Əvivdən köçərək Qüdsə daşındı. Yeni səfirliyin açılış mərasimində ABŞ prezidenti Donald Trampın qızı Ivanka Tramp və kürəkəni Jared Kuşner iştirak edir.
ABŞ prezidenti Donald Trampın qızı Ivanka Tramp və kürəkəni Jared Kuşner və İsrail rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə ABŞ-ın Qüdsdəki səfirlik binası rəsmən açılmış oldu.
Müxalifət.azMuxalifet3 - 14-05-2018
“Nar” yeni “Avropa” paketini təqdim etdi
“Nar” tamamilə yeni “Avropa” paketini təqdim etdi. Hər bir anı dostlarla paylaşmaq üçün artıq xaricdə Wi-Fi axtarmağa ehtiyac yoxdur. Belə ki, bu fürsətdən istifadə edərək Avropanın bir çox ölkələrinə internetlə bərabər səyahət etmək və rominqdə hər 1 MB üçün cəmi 2 qəpik ödəyərək internetdən bolluca faydalanmaq olar. Trafik 200 MB təşkil edir, paketin qiyməti isə 4 AZN-dir.
Muxalifet - 14-05-2018
İcra başçısı onu sosial şəbəkdə tənqid edən ikinci qrup əlili həbs etdirdi – PREZİDENTƏ MÜRACİƏT
Zərdab rayonu Çalıı kənd sakini Məmmədov Tehran Qənimət oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, Zərdab rayon icra başçısı Lütvəli Babayev onun oğlu Qəniməti qanunsuz olaraq həbs etdirib: “Mənim oğlum Qəniməti 11 may 2018-ci il tarixdə Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbs ediblər. Səbəb isə Qənimətin icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi olub.
Muxalifet - 14-05-2018
İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49-a çatıb, minlərlə yaralı var - YENİLƏNİB - VİDEO
İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.
“The Jerusalem Post” xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb.
***
İsrail əsgərlərinin açdığı atəş nəticəsində sərhəddəki nümayişlərdə iştirak edən fələstinlilərdən 37-si ölüb. Yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidranın məlumatına görə, yaralıların sayı 1700-dən çoxdur. Ölənlər arasında uşaq da var. Toqquşmalar davam edir.
Muxalifet - 14-05-2018
Azərbaycanın bu kəndində heç vaxt işıq olmayıb...
Bu kəndin heç vaxt elektriklə bağlı problemi olmayıb, çünki indiyə kimi kəndə elektrik xətti çəkilməyib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Camping Azerbaijan" turizim şirkətinin fotoqrafı Elşən Baba Astaranın Siyov kəndindən bəhs edərkən yazıb. Fotoqrafın sözlərinə görə, kənd Hirkan Milli Parkının dərinliklərində yerləşir:Muxalifet - 14-05-2018
İRAN HƏDƏLƏDİ: “ABŞ-ın Fələstin əleyhinə cəhdləri cavabsız qalmayacaq”
İranın paytaxtı Tehranda İranın məclis başçısı Əli Larincaninin rəhbərliyi altında İslam Əməkdaşlıq Təşkilatı üzvü olan Ölkələrin Parlament Birliyi (İSİPAB) Fələstinlə bağlı fövqəladə iclas keçirib.
Hurriyyet.org xəbər verir ki, İranın məclis başçısı Əli Larincani deyib: “ABŞ-ın Fələstin əleyhinə cəhdləri cavabsız qalmayacaq. Trampın səfirliyi Qüdsə köçürmək qərarını şiddətlə qınayırıq”.Muxalifet - 14-05-2018
İntihar edən şagirdin vida məktubu - "Ana, mənə görə özünə heç nə etmə..." - FOTO
Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.
Muxalifet.az xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıb. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.
Muxalifet - 14-05-2018
Səlim Müslümovun qaynının rəhbərlik etdiyi idarə yoxlanır - PALATA HƏRƏKƏTƏ KEÇDİ
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.
Muxalifet.az xəbər verir ki, Hesablama Palatası “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.
Muxalifet - 14-05-2018
Abadi azərbaycanlı liderə söz verdi
İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi İraqın Baş naziri Heydar Abadi ilə görüşüb.
Bu haqda məlumatı Ərşad Salehi özü verib.
Onun sözlərinə görə, Bağdaddan gələn komissiya doqquz vilayətin səslərinin nəticələrini elan etsə də, Kərkükdə hələ də sıxıntı yaşanmaqdadır:
“Bir neçə dəqiqə öncə cənab Abadi ilə görüşdük. Baş nazir bizi dəstəklədiyini və səslərin yenidən sayılmasının tərəfdarı olduğunu vurğuladı”.Muxalifet3 - 14-05-2018