Axtarış
The search found 105785 results in 0.064 seconds.
Search results
Türkiyə ABŞ VƏ İSRAİL SƏFİRLƏRİNİ GERİ ÇAĞIRDI
Türkiyə hökumətinin sözçüsü Bozdağ, Türkiyənin Təl-Əviv və Vaşinqton səfirlərinin məşvərət üçün Ankaraya çağrıldığını bildirib.
ABŞ prezidenti Donald Tramp 6 dekabrda açıqladığı qərardan sonra dünən ABŞ-ın İsrail səfirliyinin Təl-əvivdən Qüdsə köçürüldü.
Qəzzadakı etirazlarda İsrail əsgərlərinin açdığı atəş nəticəsində 57 nəfər şəhid oldu, 2 min 410 Fələstinli yaralandı.
ƏRDOĞAN DA AÇIQLAYIB
Muxalifet3 - 15-05-2018
Britaniyanın baş kəşfiyyatçısından XƏBƏRDARLIQ: “Rusiyanın təcrid olunmuş məzluma çevrilmək riski var”
“Rusiya Avropa demokratiyalarına zərbə vurmağa, məkrli fəaliyyət və “yalanlar dumanı” ilə Qərb cəmiyyətlərinə şübhə toxumu səpməyə çalışır”.
Strateq.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Britaniyanın “MI5” kəşfiyyat idarəsinin rəhbəri Andrev Parker mayın 14-də Berlində deyib.
Parkerin sözlərinə görə, Rusiya “aqressiv və çox ziyanlı hərəkətlər” edir, “təcrid olunmuş məzlum”a çevrilmək riski var. O, Almaniyanın “BfV” kəşfiyyat xidmətinin toplantısında çıxış edib, bu, “MI5” rəhbəri kimi onun ilk ictimai çıxışıdır.Muxalifet2 - 15-05-2018
Netanyahudan qalmaqal “FƏLƏSTİN” AÇIQLAMASI
Qəzzada, İsrailin Fələstinlilərə törətdiyi qırğından sonra baş nazir Binyamin Netanyahu qalmaqal bir bəyanat verib.
Dünyadan təpki alsa da, israil ABŞ səfirliyinin Qüdsdə açılışını bayram etdi. Bölgədə yaşayan Fələstin xalqı isə açılışa etiraz etmək üçün dinc nümayişlər keçirdi. İsrail ordusu nümayişçilərə müdaxilə edərək qırğın törətdi.
Dünya ictimaiyyətinin gözü önündə Fələstinlilərə böyük bir qətliam həyata keçirilib. 57 Fələstinli şəhid olub, 2000-ə yaxın adam da yaralanıb.Muxalifet3 - 15-05-2018
Soçidə kritik görüş: Putin təlimat, PAŞİNYAN SÖZ VERDİ
Kreml başçısı yeni erməni baş nazirini “dişinə vurdu” və “Yol xəritəsi” cızdı; Paşinyan Rusiyadan xarici investorlara səsləndi; müharibə-blokada şəraitində, Rusiya asılılığında olan ölkəyə yatırım qoyan tapılacaqmı Ermənistanda küçə hərəkatı nəticəsində baş nazir olmuş Nikol Paşinyan dünən Soçidə ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. “Yeni Müsavat”ın öncədən xəbər verdiyi kimi, bu görüş ən əvvəl gizli qərbçi sayılan Paşinyanın yeni postda siyasi taleyi üçün mühüm önəm daşıyırdı.
Muxalifet2 - 15-05-2018
Bu xəstəxanada bir gecədə iki körpə öldü – ŞİKAYƏT
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində doğuşdan sonra ölən körpənin valideynləri xəstəxananı və tibb personalını günahlandırır.
Baş vermiş hadisə ilə əlaqədar Axar.az-a danışan körpənin atası Hikmət Əhmədov bildirib ki, uşaq təbii doğuşla gecə saat 3 radələrində sağlam şəkildə dünyaya gəlib. Uşağın ağlamaq səslərini ana da eşidib:Muxalifet2 - 15-05-2018
Ermənistanda etiraz aksiyası: fəhlələr tətilə başladı - VİDEO
Ermənistanın Ararat vilayətində sement zavodunun işçiləri etiraz aksiyası keçirirlər.
Muxalifət.az xəbər verir ki, tətil edən işçilər maaşın vaxtında ödənilməsini, həmçinin hazırda 60-80 min dram (təxminən 120-160 dollar) olan maaşların artırılmasını tələb edirlər.
Onlar həmçinin, zavodun sahibi, “Çiçəklənən Ermənistan” Partiyasının sədri, milyarder Qagik Çarukyanla görüş tələb edirlər.
Zavod direktoru Manuk Arakelyan işçiləri aksiyanı dayandırmağa inandırmağa çalışsa da, onun səyləri nəticə verməyib.Muxalifet2 - 15-05-2018
YOL POLİSİ ƏMƏKDAŞI APTEKİN QARŞISINDA KEÇİNDİ
Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci ildə anadan olmuş polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də elə aptekin qarşısında dünyasını dəyişib.Muxalifet2 - 15-05-2018
“LƏNKƏRANSKİNİ MƏN ÖLDÜRÜMÜŞƏM” - Sank Peterburqdakı qətlin sirləri
Artıq iki ilə yaxındır ki, bu qətl işinə görə axan qanlar durmur, amma...
Muxalifet2 - 15-05-2018
GÜRCÜSTANDA FƏTÖ GÜCÜ - Keçmiş məhbus əvvəl azadlığa buraxıldı, sonra dövlət mühafizəsi ilə təmin edildi
15 iyul xaininə dövlət mühafizəsi
Muxalifet2 - 15-05-2018
Şeyxdən Qüds qətliamı ilə bağlı - AÇIQLAMA
Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik.
Report xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdırumalar və çətinliklər əmələ gətirir:
"Televiziyalarda baxanda 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz bunun 20 Yanvar hadisəsi zamanı şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik".
A.Paşazadə qeyd edib ki, o yer bütün dinlər üçün müqəddəsdir:Muxalifet2 - 15-05-2018
Ermənistanı kimlər idarə edir:Paşinyana ingilis dilini öyrədən qadın repetitor mədəniyyət naziri təyin olunub – ARAŞDIRMA
Ermənistan etirazlarının baş nazir postunu tutan və dövlətin faktiki rəhbəri yeni hökumətin formalaşdırılmasını başa çatdırıb.
Nəzərə almaq lazımdır: yeni nazirlər kabineti hakimiyyətin tamamilə yenidən formatlaşdırılması prosesində yalnız aralıq mərhələdir. Ermənistan parlamenti hələ də etiraza qədərki durumu əks etdirir. Paşinyanın seçilməsindən sonra müxalifətə keçdiyini elan edən Respublika Partiyası parlamentdə çoxluqda qalıb.Muxalifet2 - 15-05-2018
İraq seçkilərində Sadr sürprizi! İRAN TƏRƏFDARLARI HÖKÜMƏTDƏN KƏNARDA QALACAQ
İraqdakı seçkidə sürpriz oldu. Şiələrin dəstəklədiyi Əmiri və hazırkı baş nazir İbadinin yerinə, Sadrinin koalisiyası birinci oldu. Sadr, İrana yaxın keçmiş baş nazir Maliki və Haşdi Şabiyi hökumətə yaxın buraxmayacağını bildirib.
İraqdakı parlament seçkiləri proqnozları boşa çıxardı. Seçki komissiyası hələlik rəsmi nəticələri açıqlamasa da, koalisiyaların yarışdığı seçkinin birincisi dini lider Mukteda əs Sadrın rəhbərlik etdiyi Sairin ittifaqı oldu.Muxalifet3 - 15-05-2018
QMİ Ramazan ayının başlanması ilə bağlı FƏTVA verdi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
Bu gün QMİ-nin Qazılar Şurasının iclası keçirilib. İclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.
Fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.Muxalifet2 - 15-05-2018
ABŞ-ın müttəfiqi Trampa QARŞI ÇIXDI
ABŞ öz səfirliyini Qüdsə köçürməsi beynəlxalq hüququn pozulmasıdır.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyi yayıb. Rəsmi İslamabad Vaşinqtonun bu qərarlar BMT Təhlükəsizlik Şurasının iki dövlət prinsipini pozduğunu bildirib. Pakistan Qüds məsələsində Fələstinin yanında olduğunu açıqlayıb.Muxalifet2 - 15-05-2018
RUSİYAYA GÖZLƏNİLMƏZ HƏMLƏ - Münaqişə bölgəsi Avropa İttifaqına verilə bilər
Ukrayna Prezidenti Pyotr Poroşenko Avropa İttifaqına Donbas bölgəsində yerləşən şəhərləri himayəyə götürməyi təklif edib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Poroşenko və ATƏT Parlament Assambleyasının sədri Georgi Çereteli arasında keçirilmiş görüşdə Donbas məsələsi müzakirə edilib.
Görüşdə rus separatçıların nəzarətində olan bölgəyə BMT-nin sülhyaratma missiyasının göndərilməsi də müzakirə edilən məsələlər sırasında olub.Muxalifet2 - 15-05-2018
İsrail terroruna QARŞI ÇIXAN İLK AMERİKALI
ABŞ-da Demokratların önəmli şəxslərindən olan və sabiq prezidentliyə namizəd Vermont Senatoru Bernie Sanders, İsrailin silahsız nümayişçilərə atəş açmasına təpki göstərib.
Twitter hesabından açıqlama edən Bernie Sanders, qısa müddət ərzində çox sayda Fələstinlinin İsrail hərbçiləri tərəfindən vurulmasına diqqət çəkib.Muxalifet3 - 15-05-2018
İki abituriyentin intiharı Milli Məclisdə MÜZAKİRƏ OLUNDU
“Valideynlər uşaqlara “Sən oxumasan, vəziyyətin pis olacaq”, “Hüquq fakultəsinə və ya hansısa fakultəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakultəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər”.
Muxalifet2 - 15-05-2018
Planetdəki bütün canlılar məhv olacaq – DƏHŞƏTLİ XƏBƏRDARLIQ
“ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Üçüncü Dünya müharibəsi, ehtimal ki, olmayacaq”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Tibet buddistlərinin lideri Dalay Lama bildirib.
Ancaq o, xəbərdarlıq edib ki, nüvə müharibəsi olarsa, planetdəki bütün canlılar məhv olacaq.Muxalifet2 - 15-05-2018
BÖYÜK BİR ORDU QURULACAQ!
ABŞ-dan Riyada NATO bənzəri dəstək!
Muxalifet2 - 15-05-2018
Fələstinin və Türkiyənin Azərbaycandakı səfirliklərində DÖVLƏT BAYRAĞI ENDİRİLDİ
Fələstin və Türkiyənin Azərbaycandakı səfirliklərində dövlət bayrağı endirilib.
"Report" xəbər verir ki, bu, Qəzzadakı hadisələr zamanı çox sayda fələstinlinin həlak olması ilə bağlıdır.
Qeyd edək ki, Qəzzə sektoru sərhədində İsrail hərbçiləri ilə toqquşmalar zamanı Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edən, təqribən, 60 fələstinli ölüb, 3 min nəfər isə yaralanıb.
Xatırladaq ki, Türkiyədə və Fələstində üçgünlük matəm elan edilib.Muxalifet2 - 15-05-2018