Axtarış
The search found 105785 results in 0.057 seconds.
Search results
Tərtərdə qəza: ölən və yaralanan var
Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki,hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Muxalifet3 - 15-05-2018
ABŞ İsraili cəsarətləndirdi - Ərdoğan
ABŞ-ın qərarları İsraili cəsarətləndirib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Tereza Meylə birgə media konfransı zamanı çıxışında deyib.Muxalifet3 - 15-05-2018
Tramp dünya müsəlmanlarına səsləndi
ABŞ prezidenti Donald Tramp dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlaması münasibəti ilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, prezidentin təbriklə bağlı bəyanatı Ağ Evin rəsmi saytında dərc olunub.
“Ramazan bizə müsəlmanların Amerika dini həyat tərzinə gətirdiyi zənginliyi xatırladır.
Bizim konstitusiya müsəlmanların öz istəklərinə uyğun və hökumət tərəfindən hər hansı maneçilik olmada Ramazan bayramını keçirməsinə zəmanət verir...Muxalifet3 - 15-05-2018
Mahmud Abbasdan qərar: ABŞ-dakı səfir geri çağırıldı
Fələstin hökuməti ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz olaraq Vaşinqtondakı səfirini geri çağırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
“Fələstin lideri Mahmud Abbasın birbaşa göstərişindən sonra XİN Fələstin Azadlıq Təşkilatı missiyasının rəhbəri Husam Zomlotun geri çağırlması barədə qərar qəbul edib”, - deyə bildirilib.
Muxalifet3 - 15-05-2018
İsmayıllıya yağan dolu təsərrüfata ciddi ziyan vurdu
İsmayıllı rayonunda yağan dolu və leysan yağışı fəsadlar törədib.
Muxalifet.az-ın xəbərinə görə, bu gün axşam saatlarında İsmayıllı şəhərinə və bir neçə kəndə dolu düşüb.
Təxminin 10 dəqiqə yağan dolunun ardınca isə güclü küləklə müşayiət olunan leysan xarakterli yağış yağmağa başlayıb. Meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan dəyib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən təsərrüfata dəymiş ziyan hesablanır.
Muxalifet3 - 15-05-2018
Uzunömürlülük xəritəsi hazırlandı - Azərbaycanda ilk
Azərbaycanda ilk dəfə olaraq ölkənin uzunömürlülük xəritəsi tərtib edilib.
Bunu Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
U.Həşimova bildirib ki, Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir:Muxalifet3 - 15-05-2018
In Cənubi Koreya ilə danışıqları dayandırdı
Rəsmi Pxenyan barışıq prosesi ilə bağlı Cənubi Koreya ilə aparılan yüksək səviyyəli danışıqları təxirə salıb.
Muxalifet.az BBC-yə istinadən xəbər verir ki, KXDR Seulun ABŞ ordusu ilə birgə hərbi təlimlər keçirməsindən hiddətlənib.
Rəsmi Pxenyan eyni zamanda ABŞ-KXDR sammitini ləğv edəcəyi ilə bağlı hədələyib.
Muxalifet3 - 15-05-2018
Türkiyə Qüdsü niyə Kıprıs və Qarabağdan daha çox sevir?
Fələstin məsələsinə Türkiyədə müşahidə etdiyimiz xüsusi həssaslıq bizdə bir çox insanda qıcıq doğurur.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, bu münasibəti təkcə Türkiyənin indiki prezidentinin və iqtidar partiyasının siyasi-ideoloji xətti, dünyagörüşü, bölgə siyasəti ilə izah etmək yanlışdır:Muxalifet3 - 15-05-2018
Fələstin Vaşinqtondakı səfirini geri çağırdı
Fələstin ABŞ-dakı səfirini geri çağırıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Fələstin XİN-i bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, bu addım ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə cavab olaraq atılıb.
Qeyd edək ki, Türkiyə ötən gün analoji addım atıb. Həmçinin Türkiyənin İsraildəki səfiri də geri çağırılıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili terrorçu ölkə, fələstinlilərə qarşı əməllərini isə soyqırımı adlandırıb. Qəza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölənlərin xatirəsinə Türkiyə və Fələstində üçgünlük matəm elan edilib.
Muxalifet4 - 16-05-2018
Şimali Koreyadan ŞOK QƏRAR – Trampla görüş ləğv edilir
Pxenyan Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələyib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Yenxap” agentliyi bildirib.
Agentliyin məlumatına görə, buna səbəb Seul və Vaşinqtonun birgə hərbi təlimləridir. Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen Inla görüşünün tarixi və yerini açıqlamışdı.Muxalifet4 - 16-05-2018
“Ermənilər Paşinyanı hakimiyyətə gətirdikləri üçün peşman olacaqlar” - JİRİNOVSKİ
Ermənilər Paşinyanı hakimiyyətə gətirdikləri üçün peşman olacaqlar.
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dumada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, inqilab istəyənlər bilməlidir ki, ondan sonra həmişə pis olur:
“Paşinyan yaxşı nəsə etmək istəyir, amma onda heç nə alınmayacaq. Blokadada olan Ermənistanı çiçəkləndirmək olmaz. Onun daxili resursu yoxdur”(milliyol).Muxalifet4 - 16-05-2018
Avtomobil sahiblərinin DİQQƏTİNƏ – Arxa və yan şüşələrə pərdələrin vurulması…
Ölkədə yay fəsli ilə əlaqədar olaraq avtomobillərə jalüz tipli pərdələrin vurulmasına icazə verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis mayoru Rüfət Quliyev deyib.Muxalifet4 - 16-05-2018
Ev almaq istəyənlərin nəzərinə - QAYDALAR ASANLAŞDI - VİDEO
Azərbaycanda ipoteka kreditlərinə əlçatanlığıasanlaşdırmaq məqsədi ilə qaydalar dəyişdirilib. Beləki artıq qeyri-dövlət sektorunda fəaliyyət göstərən şəxslər daha rahat şərtlərlə bu krediti ala biləcək. Bundan başqa xdiməti müqavilə ilə işləyən şəxslər üçündə güzəştlər nəzərdə tutulub. Muxalifet.az-ın məlumatına görə, ipoteka kreditlərinin verilməsi qaydasına dəyişiklik edilib. Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qaydalara əsasən qeyi- dövlət sektorunda çalışanların bu kreditin alması asanalaşdırlır.
Muxalifet4 - 16-05-2018
Amerikalı Konqresmenlərdən TRAMP VƏ İSRAİLƏ SƏRT REAKSİYA
ABŞ Konqresinin 5 vəkili, birgə bəyanat verərək İsrailin Qəzzadakı qırğınlarına sərt təpki göstərib.
ABŞ Nümayəndələr Palatasının 5 üzvü - Minnesota vəkili Keyt Elisson, Viskonsin vəkili Mark Pocan, Vaşinqton vəkili Pramila Jayapal, Georgia vəkili Henri Conson Jr. və Arizona vəkili Raul Grijalva Qəzzadakı qətliamla bağlı birgə bəyanat yayıb.Muxalifet3 - 16-05-2018
Merkel İslam düşməni olduğunu göstərdi: İSRAİLİ DƏSTƏKLƏDİ
Almaniyanın baş naziri Angela Merkel, telefonda İsrailin baş naziri Binyamin Netanyahu ilə Qüdsdə baş verən hadisələri müzakirə edib. Merkel, nümayişçilərin regionda əmin-amanlığı təhlükəyə atdığını deyib.
Merkel, telefon danışığında İsrail dövlətinin 70-ci quruluş ildönümünü təbrik edərək, Qəzzədəki proseslərin işığında, zorakılığın artmasından duyduğu narahatlığı dilə gətirib.
MERKEL İSRAİLİN YANINDA
Muxalifet3 - 16-05-2018
Türkiyə Fələstinin səsi olacaq: ANKARA DİPLOMATİK HÜCUMA KEÇDİ
İsrailin dövlət terroruna qarşı Türkiyə Fələstinli məzlumların dünyadakı səsi olmağa davam edəcək. Qətliamdan sonra yas elan edən və hazırda sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatını İstanbulda fövqəladə toplantıya çağıran Türkiyə, dünya ictimaiyyətinin bu qətliama diqqətinin yönləndirilməsi üçün yenidən rəhbərlik edəcək.
Muxalifet3 - 16-05-2018
“Tarix ABŞ və İsraili bağışlamayacaq” - ƏRDOĞAN
Taix ABŞ və İsraili bağışlamayacaq və dünya bunun şahidi olacaq. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan Qəzzada onlarla fələstinlinin ölümü ilə nəticələnən toqquşmaları şərh edərkən bildirib.
“Taix ABŞ və İsraili bağışlamayacaq, biz bunun şahidi olacağıq... BMT qətnamələri beynəlxalq sazişlərlə təmin olunmuş Qüdsün statusunun dəyişməsinə yönələn istənilən addımları qadağa edir”, deyə Ərdoğan Londonda Böyük Britaniyanın baş naziri Tereza Mey ilə birgə mətbuat konfransında bildirib.Muxalifet4 - 16-05-2018
Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yandı, 1 NƏFƏR...
Cəlilabadda mikroavtobus yanıb.
Hadisə Əliqasımlı kəndində baş verib.
Belə ki, Biləsuvar rayonuna məxsus fəhlə daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır(report).Muxalifet4 - 16-05-2018
Avropa Şurası Səməd Seyidova qarşı sanksiya qəbul etdi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.
Virtualaz.org-un məlumatına görə, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya da toxunub.
Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində qeyd etdiyi kimi, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.Muxalifet4 - 16-05-2018
Avropanın ən homofobiya ölkəsində - AZƏRBAYCANDA GEY OLMAQ NECƏDİR? (18+)
Azərbaycan lezbiyanların, geylərin, biseksualların və transseksualların hüquqlarının müdafiə olunması səviyyəsinə görə yenə də 49 Avropa ölkəsi sıralamasında sonuncu yerdə olub. Siyahını tərtib edən ILGA-Europe təşkilatı (lezbiyanların, geylərin, biseksualların, transseksuallarınn və interseksualların beynəlxalq assosiasiyası) problemlər arasında sığınacaq yerinin olmaması, nifrət dili, ailədə problemlər, ayrı-seçkilik və LGBT hüquqlarını müdafiə edən qanunların yoxluğunu qeyd edib.
Muxalifet4 - 16-05-2018