Axtarış

The search found 105785 results in 0.11 seconds.

Search results

  1. ​RUHANİ ADAMINI ƏRDOĞANLA GÖRÜŞƏ GÖNDƏRDİ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İran Prezidenti Həsən Ruhaninin xüsusi nümayəndəsi, Rabitə naziri Mahmud Vaizi ilə görüşəcək.
    Muxalifət.az xəbər verir ki, görüş saat 14:30-a nəzərdə tutulub.
    Görüş zamanı ABŞ-ın nüvə sazişini tərk etməsi və Qüds məsələsinin müzakirə ediləcəyi bildirilir.

    Muxalifet2 - 16-05-2018

  2. KOMİTƏ SƏDRİ: “Qeyri-rəsmi nikaha girib uşaq doğurlar, sonra da...”

    Muxalifət.az-ın xəbrinə görə, teleqraf.com-un suallarını Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı cavablandırıb.
    - Dünən komitə iclasında boşanmalar, aztəminatlı ailələrin övlad sayı barədə fikirləriniz, gənclərə “Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər” çağırışınız birmənalı qarşılanmadı. İstərdik fikirlərinizə aydınlıq gətirəsiniz...

    Muxalifet2 - 16-05-2018

  3. ​İsrail və Misir Türkiyə təyyarələrinin enməsinə İCAZƏ VERMƏDİ

    Türkiyə: “İsrail ilə Misir yardım təyyarələrinin enməsinə izin vermir”
     

    Muxalifet2 - 16-05-2018

  4. ​Səudiyyə Ərəbistanında DAHA BİR İLK - Qadınlar üçün avtomobil sərgisi

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ilk dəfə qadınlar üçün avtomobil sərgisi keçirilir.
    Trend-in məlumatına görə, sərgi 3 gün davam edəcək.
    Sərgi zamanı qadınlar avtomobillərə baxış keçirməklə yanaşı, satıcılarla və sığorta şirkətlərinin nümayəndələri ilə danışıqlar apara biləcək. Sərgidə 80 minə yaxın qadının iştirak edəcəyi gözlənilir.
    Qeyd edək ki, Səudiyyə Ərəbistanında iyunun 24-dən başlayaraq qadınların avtomobil idarə etməsinə icazə veriləcək.

    Muxalifet2 - 16-05-2018

  5. Yerevan yenə “QAYNAYIR”- Etirazçılar şəhər meriyasına daxil oldular

    Yerevan səhər saatlarından başlayaraq yenə etiraz aksiyaları ilə silkələnir. Muxalifət.az "Trend"-ə istinadən xəbər verir ki, paytaxt küçələrinə axışan etirazçılar bu dəfə Yerevan merinin istefasını tələb edirlər. Hazırda etirazçıların şəhər administrasiyasının binasına daxil olduqları bildirilir.

    Muxalifet2 - 16-05-2018

  6. ​Bakıda kompyuter dələduzluğu - AŞIQ NAMİQ DƏ ALDADILIB

    Bakıda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə "BestComp Group" şirkətinə və zərərçəkmişlərə dəymiş zərərin ödənildiyi elan olunub. Daha əvvəl ki, iclaslarda zərərçəkmiş qismində tanınan aşıq Namiq Fərhadoğlu və digər zərərçəkmişlər zərərin ödənilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib. Xatırladaq ki, prokuror çıxışında Rəşad Babayevin 8 il, Elnur Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet2 - 16-05-2018

  7. ​PAŞİNYANIN ARVADI GÖRMƏDİYİ GÜNLƏRİ YAŞAYIR

    Ermənistan Baş naziri Nikol Paşinyan öz iqamətgahına köçüb.
    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Paşinyanın həyat yoldaşı Anna Akopyan paylaşıb. O, artıq Serj Sərkisyan və XİN-in keçmiş rəhbəri Edvard Nalbəndyanla qonşu olduqlarını bildirib.
    Akopyan bir ay öncə bu şəxslərlə qonşu olmağı xəyalından belə keçirə bilmədiyini etiraf edib.

    Muxalifet2 - 16-05-2018

  8. ​AVROPA İTTİFAQI İRANLA TİCARƏTDƏ AVROYA KEÇİR

    Avropa İttifaqı İrandan idxal edilən neftə görə dollarla ödənişi avro ilə əvəz etmək niyyətindədir.
    Bu haqda “RİA-Novosti” agentliyinə Brüsseldəki diplomatik mənbə bildirib.

    Muxalifet2 - 16-05-2018

  9. Həyat imtahanından “kəsilənlər” - iki abituriyentin intiharının ŞOK TƏFƏRRÜATLARI

    Pənah Quliyevin atası bir ay əvvəl qətlə yetirilibmiş, ailənin tək uşağı olan Faiq Rüstəmov isə intihar etdiyi binanın damına tez-tez çıxırmış 

    Muxalifet2 - 16-05-2018

  10. Azərbaycan Səudiyyə Ərəbistanına MÜRACİƏT EDƏ BİLƏR - Həcc ziyarətinə əlavə yerlərin ayrılması üçün

    Azərbaycan Həcc ziyarətinə kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət edə bilər.
    Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota üzrə 1440 zəvvar sənəd verib. Ancaq Həcc ziyarəti üçün əlavə müraciət edənlər var və müraciətlər davam edir.
    QMİ-dən bildirilib ki, məsələnin həlli istiqamətində məsləhətləşmələr aparılır və əgər qərar qəbul olunsa, kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət olunacaq.

    Muxalifet2 - 16-05-2018

  11. ​Əli Həsənov: "Görünür qəzetin müxbiri yalnız 20 ildən sonra komitənin qəbul günləri ilə maraqlanmağa başlayıb"

    Baş nazirin müavini Əli Həsənov mətbuatda barəsində yayılan xəbərlərə münasibət bildirib.
    Nazirlər Kabinetinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “Yeni Müsavat” qəzetinin 16 may tarixli sayında dərc olunan “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı ilə əlaqədar mövqeyini açıqlayan Ə.Həsənov deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür.

    Muxalifet2 - 16-05-2018

  12. ​İsraildən Türkiyəyə qarşı ERMƏNİ HƏMLƏSİ

    ABŞ-ın səfirliyini Qüdsə köçürdüyü gün İsrail ordusunun Qəzzada etiraz aksiyası keçirən fələstinlilərə atəş açmasından sonra Ankara-Təl-Əviv münasibətlərindəki gərginlik daha da artır.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə İsrail səfirinə ölkəni tərk etmək göstərişi verdi, ardınca İsrail də türk səfirinə qarşı eyni addımı atdı.
    İsrail Türkiyəyə qarşı yeni həmləyə əl atır. Məlumatlara görə, İsrail parlamenti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.

    Muxalifet2 - 16-05-2018

  13. NOVELLA CƏFƏROĞLUNUN ÜRƏYİNDƏ PROBLEM YARANDI

    Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlunun ürəyində problem yaranıb.
    Muxalifət.az xəbər vereir ki, N.Cəfəroğlu “Report”a açıqlamasında deyib ki, İsraildə olarkən həkimi müayinəsindən keçib.

    Muxalifet2 - 16-05-2018

  14. ​Misirin kəşfiyyat rəisi HƏMAS liderini söydü, Qəzzadakı yürüşü dayandırmağı TƏLƏB ETDİ

    Mayın 14-də Qəzza sektoru ilə İsrailin nəzarətində olan ərazilərin sərhədlərində son illərin ən qanlı iğtişaşlarından birinin yaşandığı vaxtda İsrail üzərinə yürüşün təşkilatçısı olan HƏMAS lideri İsmayıl Haniyə təcili Misirə aparılıb.
    Virtualaz.org xəbər verir ki, bu barədə “İsrael a-Yom” qəzeti yazır.

    Muxalifet2 - 16-05-2018

  15. Roma Papası Yaxın Şərqdəki vəziyyətlə bağlı: "ZORAKILIQ HEÇ VAXT SÜLH GƏTİRMİR"

    Roma Papası I Fransisk Fələstin və İsrail arasında gərginliklə bağlı narahatlığını bildirib.
    Vatikanda keçirilən mərasim zamanı çıxış edən Roma Papası tərəfləri sülh və əmin-amanlıq naminə dialoqa çağırıb.
    I Fransisk bildirib ki, zorakılıq nəticəsində həlak olanlar və onların yaxınları üçün dualarını davam etdirir:
    “Zorakılıq heç vaxt sülhə gətirib çıxarmır. Müharibə müharibəni, zorakılıq zorakılığı cəlb edib. Mən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıram ki, ədalət və sülh qələbə çalsın”./trend/  

    Muxalifet2 - 16-05-2018

  16. Səlim Müslümovun həbs təhlükəsi - APARILAN TƏFTİŞİN SABİQ NAZİRİ BİTİRƏ BİLƏCƏYİ İDDİA OLUNUR

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet - 16-05-2018

  17. Türkiyə ilə İngiltərə ABŞ-a qarşı BİRLƏŞİR: Ankara və Londonun HƏDƏFLƏRİ

    Türkiyə ilə İngiltərə arasında tarixdə heç olmadığı qədər yaxınlaşma var.
    Bu barədə “Milliyet” qəzetinin yazarı Verda Özer Ərdoğanın London səfəri haqda yazıb.
    Türkiyəli yazar Ankara-London xəttində yaxınlaşmanın üç səbəbinə diqqət çəkib.
     
    İngiltərənin maraqları
    Milli maraqlar: İngiltərədə Brexitdən sonra qarışıqlıq var. Baş nazir Tereza Mey kimi bəzi siyasətçilər “sərt Brexit”i, digər siyasətçilər isə “yumşaq Brexit”i dəstəkləyir. Lakin bu prosesin necə nəticələnəyi qeyri-müəyyən olaraq qalır. Hər şey 2019-cu ilin martında məlum olacaq.

    Muxalifet2 - 16-05-2018

  18. Həmsədrlər Paşinyanla görüşəcək – VAXT AÇIQLANDI

    ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanın yeni rəhbərliyi ilə görüşü iyunda olacaq.
    Muxalifət.az Aysor.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.
    Onun sözlərinə görə, həmsədrlər yaydıqları bəyanatda Ermənistanın yeni hakimiyyəti ilə iyunda görüşəcəklərini qeyd ediblər.

    Muxalifet2 - 16-05-2018

  19. ​Avropa liderləri ABŞ-ın yox, İRANIN YANINDA OLDU: "Nüvə anlaşması tam formada qüvvədə qalır!"

    İran, Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi birgə bəyanat yayaraq nüvə anlaşmasının tam formada qüvvədə qaldığını bildiriblər.
    İranın Xarici İşlər Nazirliyindən bildiriblər ki, ABŞ-ın nüvə anlaşmasından çıxdığını elan etməsindən sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri Brüsseldə İran xarici işlər naziri ilə görüşüblər.

    Muxalifet2 - 16-05-2018

  20. ​CNN: “TÜRKİYƏ ABŞ İLƏ İSRAİLİN PLANLARINI POZDU!"

    Muxalifət.az xəbər verir ki, Amerikanın CNN kanalı Qəzza sərhədində baş verən hadisələrdən sonra Vaşinqton iqtidarı ilə qalan dünya arasındakı uçurumun daha da dərinləşdiyini bildirib.
    Fransa öz açıqlamasında ABŞ-ın səfirliyi köçürmək addımını dəstəkləmədiyini bəyan edib.
    Küveyt isə fələstinlilərin müdafiəsi üçün hazırlanan qanun layihəsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirib.
    Almaniyanın baş naziri Angela Merkel də israilli həmkarı Benyamin Netanyahu ilə telefonla danışaraq, zorakılıq hadisələri ilə bağlı narahatlığını çatdırıb.

    Muxalifet2 - 16-05-2018

Pages