Axtarış
The search found 105785 results in 0.092 seconds.
Search results
Halı pisləşdi, qadağan olunmuş yerdə maşını saxladı və ...cərimə olundu - QANUN BUNA NƏ DEYİR?
Bu günlərdə Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsində 90-SV-103 nömrəli “Land Rover” markalı avtomobilin sürücüsü dayanma-durmanı qadağan edən nişanın təsir dairəsində avtomobilini saxlayıb. Bu zaman DYP əməkdaşı sürücüyə yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildirib və protokol tərtib etmək üçün sənədləri istəyib. Lakin sürücü barəsində protokol tərtib edilməsinə etiraz edib, bildirib ki, həmin nişanın təsir zonasında məcburi dayanıb. Çünki halı pisləşib, başı hərlənib və avtomobili idarə edə bilməyib.
Muxalifet4 - 16-05-2018
İqtisad Universitetində yeni prorektor təyinatı oldu
Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin olunub.
Hurriyyet.org-un məlumatına görə, Anar Yaşar oğlu Rzayev 1973-cü ildə anadan olub. Bakalavr təhsilini Xəzər Universitetində alıb. “ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskvada qalib gələrək təhsilini ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində davam etdirib.Muxalifet4 - 16-05-2018
"Məni 3 saat dindirdilər, təsir göstərirdilər ki..." - SƏMƏD SEYİDOV
“AŞPA-da bu gün tətbiq olunan sanksiyalarla bağlı yaradılan qrup 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”.
Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.Muxalifet4 - 16-05-2018
Türkiyəyə istirahətə gedən 5 azərbaycanlı qızı kişilərə satdı - Aynur Məmmədovanın ŞOK ƏMƏLLƏRİ
İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Muxalifet4 - 16-05-2018
Angela Merkel niyə orduya pul xərcləməyə xəsislik edir? - Bir vaxtların alman döyüş maşını indi pas atır - TƏHLİL
Adam Tooze, Şahin Vallee
“Project Syndicate”
Avrozonanın inteqrasiyası ilə əlaqədar Almaniyanın iki mantrası var: məsuliyyət və nəzarətin tənzimlənməsi; Aİ üzvləri arasındakı risklərin birləşdirilməsindən qabaq əvvəlki risklər aradan qaldırılmalıdır.
2010-cu ildən etibarən bu iki mantra Avrozonanın necə möhkəmləndiriləcəyi barədə bütün müzakirələri formalaşdırıb və onlar əsasən, Avropa bank ittifaqının yaradılması ilə bağlı başlıca irəliləyişləri izah edir.
Muxalifet4 - 16-05-2018
“Naxçıvan mühasirədən canını qurtaracaq” - PREZİDENT
“Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir. Hər halda planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaq”.
Muxalifet4 - 16-05-2018
"Saxta dərman satışına qarşı mübarizə davam edəcək" - BAŞ NAZİRİN MÜAVİNİ
Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib.
Muxalifət.az xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.Muxalifet4 - 16-05-2018
Anar Məmmədovu Türkiyə şou-biznesi ilə nə bağlayır...
Keçmiş nazirin oğlu atasının pullarını Türkiyə sənətçilərinə dağıdırmış...
Son vaxtlar keçmiş nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı Türkiyə şou-biznesi ilə birgə hallanmaqdadır. Əvvəlcə bir müddət gözdən “itən” Anar Məmmədov İstanbulda məşhur müğənni Alişanın toyunda üzə çıxdı.Muxalifet4 - 16-05-2018
50 min azərbaycanlı ABŞ-a köçmək üçün müraciət edib
2019-cu ilin “Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb, 22 noyabrda bitdi. Proqramının nəticələri isə dünən – 15 may 2018-ci il tarixində elan edildi.
Əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən “Greencard” lotereyası almaq üçün Azərbaycan vətəndaşları da canfəşanlıq edirlər. Bu baxımdan hazırda əksəriyyətin yeganə maraq obyekti nəticələri öyrənməkdir.Muxalifet4 - 16-05-2018
İlham Əliyev Naxçıvanla bağlı bir neçə sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet4 - 16-05-2018
İdman zalından pul oğurlayan şəxs saxlanıldı
Muxalifət.az bildirir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, mayın 14-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Quba Taekvando” idman zalından seyfdə olan 900 manat pulun ogurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu torətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlərlə” saxlanılıb. Araşdırmalarla onun rayon sakini Qalib Əlibəyov olduğu məlum olub.Muxalifet4 - 16-05-2018
Ərdoğan dünya liderləri ilə Fələstindəki vəziyyəti müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani ilə Fələstindəki hadisələri müzakirə edib.
Muxalifət.az xəbər verir ki, R.T.Ərdoğan hər üç ölkənin lideri ilə telefonla danışıb.
Bundan başqa, Türkiyə prezidenti Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani, İndoneziya prezidenti Coko Vidodo, Sudan prezidenti Ömər əl-Bəşirlə də telefonla danışıb və Fələstində yaranmış vəziyyəti müzakirə edib.Muxalifet4 - 16-05-2018
Gəncədə təmizlik idarəsinin işçisi döyüldü
Gəncədə döyülmə faktı qeydə alınıb.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik İdarəsinin işçisi, 1986-cı il təvəllüdlü Allahverdiyev Vüsal Sabir oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, V. Allahverdiyev iş başında olan zaman döyülüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 16-05-2018
Qazaxıstanda niqab qadağan olundu
Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib.
“Ferqana” agentliyi xəbər verir ki, belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.
Qadağa niqab daşıyanlara da şamil olunacaq.
Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir.Muxalifet4 - 16-05-2018
Sumqayıtda BƏDBƏXT HADİSƏ: usta dördüncü mərtəbədən yıxılaraq öldü
Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.
Muxalifət.az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.Muxalifet4 - 16-05-2018
Əfran İsmayılov "Qarabağ"dan ayrıldı
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Qarabağ klubu ilə yollarını ayırıb.
Muxalifət.az bildirir ki, bu barədə report-a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm".Muxalifet4 - 16-05-2018
Magistr olmaq istəyənlər üçün ayrılan vaxt başa çatır
Bakalavrlar mayın 17-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Muxalifet4 - 16-05-2018
Sabah Bakının bu hissəsində içməli su olmayacaq
Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sabah gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Muxalifet4 - 16-05-2018
İtkin düşən alpinistlərdən birindən xəbər var - Təcili
Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.
FHN-dən verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.Muxalifet3 - 16-05-2018
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - Foto
Təmir işləri ilə əlaqədar, may ayının 16-dan 17-nə keçən gecədən etibarən paytaxtın Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə edilir.
Muxalifet3 - 16-05-2018