Axtarış

The search found 105785 results in 0.061 seconds.

Search results

  1. ​Türkiyə bu gedişlə Avropa Birliyinə üzvlüyü “yuxuda görəcək” - Makron

    Türkiyənin mövqeyi Avropa Birliyinə (AB) üzvlük danışıqlarını davam etdirilməsinə icazə vermir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
    “Türkiyə tərəfinin mövqeyi danışıqların davam etdirilməsinə şərait yaratmır və mən düşünürəm ki, bu uzunmüddətli prosesdir. Mən bu məsələni artıq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Parisdə müzakirə etmişəm. Yeni əməkdaşlıq parametrlərinin müəyyən edilməsinin vacibliyi vurğulanıb”, - fransız lider vurğulayıb.

    Muxalifet3 - 17-05-2018

  2. “Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və “Nar” operatorunun sponsorluğu ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

    Muxalifet - 17-05-2018

  3. ​Bakının girişində nəqliyyatın istiqaməti dəyişdirilir

    Bakı Dairəvi-1 avtomobil yolunda Moskva prospektinin "Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunur.

    Muxalifet3 - 17-05-2018

  4. ​Azərbaycanda qida əlavələri ilə bağlı— YENİ TƏLƏB

    Azərbaycanda bioloji fəalllığa malik qida əlavələri ilə bağlı yeni tələbin qoyulması təklif edilir.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna əlavələr edilir.
    Qanuna təklif edilən əlavəyə əsasən, bioloji fəalllığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.

    Muxalifet3 - 17-05-2018

  5. ​Roma bələdiyyəsinin qərarı: “Parkları qoyunlar təmizləsin”

    Roma bələdiyyəsi işçi və texnika çatışmazlığı səbəbindən baxılmayan park və bağçaların təmizlənməsi üçün yeni qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bələdiyyənin planına əsasən, bu parklar qoyun və keçilər tərəfindən təmizlənməlidir.
    Bələdiyyə məclisinin üzvü Montanari bu barədə “Facebook” səhifəsində məlumat verib:
    “Bu, sadə, faydalı və maraqlı üsuldur. Berlin kimi böyük şəhərlərdə də tətbiq edilir”.
     

    Muxalifet3 - 17-05-2018

  6. ​Heydər Əliyev prospektində qəza: Tıxac yarandı

    Bakının Heydər Əliyev prospektində, şəhər istiqamətində (Bağırov körpüsünün altında) yol nəqliyyat hadisəsi baş verib.
    Bu barədə  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
    "Bu səbəbdən hazırda həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir", - deyə məlumatda vurğulanıb.
     

    Muxalifet3 - 17-05-2018

  7. ​Rusiyalı diplomatdan çağırış: Onu dərhal azadlığa buraxın!

    “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskin dərhal azadlığa buraxılmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
    “Ukraynanın vicdanlı jurnalistlərə qarşı təzyiqləri artdı. 15 maydan Vışinski saxlanıldı. Rusiyalı jurnalist Ukraynadakı həqiqətləri çatdırdığı üçün cəzalandırıldı”, - deyə Lukaşeviç bildirib.
    Qeyd edək ki, bu gün Vışinski Ukraynanın Xerson bölgə məhkəməsi tərəfindən 2 ay müddətinə azadlıqdan məhrum edib.
     

    Muxalifet3 - 17-05-2018

  8. ​Azərbaycanlılar artacaq, ermənilər azalacaq - BMT

    Ermənistanın əhalisi 2050-ci ilə kimi 2,7 milyon nəfərə qədər azalacaq.
    Muxalifet.az xəbər verir ki, bu haqda BMT-nin "Qlobal urbanizasiyanın perspektivləri 2018” adlı icmalında deyilir.
    BMT-nin proqnozlarına görə, qeyd olunan ilə kimi Azərbaycan əhalisi bir milyon artaraq 11 milyon təşkil edəcək.
    Ermənistanın daimi əhalisinin sayı 1 aprel 2018-ci il statistikasına əsasən təxminən 3 milyon nəfər təşkil edir. 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə əhalisi 11,6 min nəfər azalıb.

    Muxalifet3 - 17-05-2018

  9. ​Rus polkovnikdən etiraf: İki azərbaycanlını öldürmüşəm

    Ötən ilin oktyabrında çoxsaylı qətllərdə ittiham olunaraq həbs edilən Moskva polisinin keçmiş polkovniki Aleksey Jdanov istintaqa yeni ifadələr verib.
    Muxalifet.az-ın məlumatına görə, Jdanov bildirib ki, Moskva şəhəri Novoslobodsk küçəsində 38 yaşlı azərbaycanlını onun maşınına yol vermədiyi üçün qətlə yetirib. Sonra isə onun maşınını yandırıb. Yeri gəlmişkən, Jdanov bu qətldən sonra həbs olunub.

    Muxalifet3 - 17-05-2018

  10. ​Putin açıqladı: 10 döyüş gəmisi, 160 uçuş aparatı...

    Bu il ərzində Rusiya ordusunun inventarına 10 döyüş gəmisi və 160 ədəd uçuş aparatı daxil ediləcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə çıxışı zamanı deyib.
    “Dövlətin müdafiə sifarişləri çərçivəsində razılaşmaların böyük qismi artıq hazırdır. Hərbi Hava Qüvvələrinin tərkibinə yeni Su-34, Su-35S və Su-30SM qırıcı təyyarələrlə, modern Mi-28, Mi-35M və Ka-52 helikopterləri daxil ediləcək”, - deyə dövlət başçısı bildirib.
     

    Muxalifet3 - 17-05-2018

  11. ​Su anbarı çökdü, 5 nəfər öldü: Əhali təşvişdə

    Kolumbiyada inşa edilməkdə olan İtuanqo su anbarında baş verən çökmə nəticəsində 5 nəfər ölüb.
    Muxalifet.az xəbər verir ki, yarana biləcək daşqın səbəbindən bölgədə yaşayan 5 minə yaxın insan təxliyə edilib.
    Məlumata görə, hadisənin baş verdiyi Antioqiua bölgəsinin administrasiyası fövqəladə vəziyyət elan edib.
    Ehtimallara görə, yaxın zamanda daha çox insan ərazidən evakuasiya ediləcək. 
     

    Muxalifet3 - 17-05-2018

  12. ​Cəlilabadda kütləvi dava: Xəsarət alan var

    Cəlilabad sakini döyülüb.
    Muxalifet.az-ın məlumatına görə, hadisə tanışlar arasında düşən kütləvi dava zamanı baş verib.
    Döyülən şəxs rayonun Babaxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Əkbər oğlu Qaraşovdur. Yaralı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 17-05-2018

  13. ​Ağ Ev açıqladı: Görüşə hazırlıq görürük

    ABŞ Prezidenti Donald Tramp əvvəl olduğu kimi indi də Şimali Koreya lideri Kim Çen İnlə görüşə hazırdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Sara Sanders deyib.
    “Prezident görüşə hazırdır və həmişə hazır olacaq. Biz hazırlıqlar görürük. Mövqeyimiz dəyişməyib”, - Sanders bildirib.
    Qeyd edək ki, bir neçə gün əvvəl rəsmi Pxenyan Vaşinqton-Seul birgə hərbi təlimləri səbəbindən KXDR-ABŞ sammitinin ləğv ediləcəyi ilə bağlı Ağ Evi hədələmişdi.
     

    Muxalifet3 - 17-05-2018

  14. ​Bakıda beynəlxalq mahnı müsabiqəsi başlayır

    Mayın 21-26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “Youthvision” III beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
    ATGTİ-dan  bildiriblər ki, müsabiqənin qala konserti mayın 25-də Bakıdakı “Elektra Events Hall”da təşkil olunacaq.

    Muxalifet3 - 17-05-2018

  15. ​“Amerika demokratiyası böhran içindədir” – TİLLERSON

    ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson prezident Donald Trampın yürütdüyü siyasəti tənqid edərək, “həqiqəti gizlədən” liderlərin təhlükəsinə dair xəbərdar edib. 
    “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barə R.Tillerson Virciniya Hərbi İnstitutunda buraxılış mərasimində çıxışı zamanı bildirib.

    Muxalifet4 - 17-05-2018

  16. Paşinyandan erməni xalqına “tərs sillə”: “Hər deyiləni etmək olmaz..”

    Məmurların hamısının və dərhal istefaya göndərilməsi tələbi düzgün deyil.
    Muxalifet.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
    Son günlər Yerevan merinin və Ermənistan baş prokurorunun istefası tələbi ilə artan etirazları şərh edən N.Paşinyan bunun üçün vaxt lazım olduğunu bildirib:
    "Bu mənim işimdir. Hər deyiləni yerində etmək olmaz. Hamının və dərhal istefaya göndərilməsi düzgün olmazdı. Fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır".

    Muxalifet3 - 17-05-2018

  17. ​Putin Bəşər Əsədlə bir arada - Gözlənilməz görüş

    Rusiya Prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd Soçi şəhərində görüşüb.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
    O, görüşlə bağlı təfərrüatlı məlumat verməyib.
     

    Muxalifet3 - 17-05-2018

  18. ​Vətəndaşlara beş min manatadək güzəşt qərarı verildi

    İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) dəyişiklik edilib.

    Muxalifet3 - 17-05-2018

  19. ​Havay adasında vulkan yenidən püskürdü - Foto

    Havay adasında yerləşən Kilauea dağında yenidən vulkan püskürüb.
    Muxalifet.az xəbər verir ki, dağın zirvəsindən 31 km hündürlüyə kimi püskürən lavalar 36 min kv/m-lik əraziyə yayılıb.
    Lava axınının nə qədər davam edəcəyi bəlli deyil.
    Vulkanın yerdə əmələ gətirdiyi dərin çatlardan zəhərli qazlar və buxar çıxmağa davam edir.
     

    Muxalifet3 - 17-05-2018

  20. Ramazan ayı ərzində toy etmək olarmı?

    Ramazan ayının başlaması ilə şadlıq evlərinə toy üçün müraciət edənlər demək olar ki yoxdur. İlahiyyatçılar isə bildirir ki, islam dinində Ramazan ayında toy etmək qadağası yoxdur. Sadəcə bəzi məqamlara diqqət etmək lazımdır.
    Muxalifet.az-ın məlumatına görə, ilahiyyatçı Mirhəmid Məmmədov ramazan ayında iftara qədər toy, qonaqlıq və digər yeməkli məclislərin keçirilməsinin qadağan olunduğunu bildirir.

    Muxalifet3 - 17-05-2018

Pages