Axtarış
The search found 105785 results in 0.067 seconds.
Search results
Ziyafət Əsgərov deputatların çıxışlarına hirsləndi: “HEÇ HƏNANIN YERİDİR? Bəsdirin də...”
Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deputatlara ciddi irad tutub.
Gündəlikdəki məsələnin müzakirəsi zamanı Z. Əsgərov deputatların çıxış zamanı gündəlikdən yayınmasını etiraz edib.
O, Zahid Orucun çıxışından sonra onun qismində digərlərinə də irad tutub: “Burda AZAl-dan danışdınız, təyyarədən danışdınız, Gürcüstandan danışdınız, amma gündəlikdəki məsələ qaldı qıraqda. Heç hənanın yeridir? Bəsdirin də, mövzudan nə qədər yayınmaq olar?” (APA)Muxalifet2 - 18-05-2018
Azərbaycanlı qadın İstanbulda İsrail jurnalistlərinə HÜCUM ÇƏKDİ
Qəzzadakı qətliamdan sonra İstanbulun mərkəzi Taksim meydanında reportaj hazırlayan iki israilli jurnalist hücuma məruz qalmaları ilə bağlı polisə müraciət edib.
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar bir azərbaycanlı qadın saxlanılıb.
Mənbənin yazdığına görə, ötən gün “Hadashot TV News”un operatoru Oded Bino və müxbir Ohad Hemo Taksim meydanından reportaj hazırlayıblar.Muxalifet2 - 18-05-2018
“Qaçqınkom”un yeni sədri 100 yaşlı köçkünə ev verdi –FOTO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Vətən müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğluna ev verib.
Modern.az saytının məlumatına görə, köçkünə Xətai rayon ərazisində 2 otaqlı ev verilib.Muxalifet2 - 18-05-2018
Daha bir bankın vəzifəli şəxslərinə cinayət işi açıldı – KORRUPSİYA
“Bank Respublika” ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev və filialın digər vəzifəli şəxsi Pərvin Həşimov, Məmməd Abbasov və Nicat Cəfərovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, “Bank Respublika” ASC-nin İmişli filialının vəzifəli şəxsləri tərəfindən 12 avqust 2014-cü ildən 2015-ci ilin oktyabrın 31-dək olan müddətdə Mərkəzi Bankın “Banklarda kredit verilməsi” qaydalarının tələblərini kobud şəkildə pozublar.Muxalifet2 - 18-05-2018
Rusiya hökumətinin tam tərkibi BƏLLİ OLDU
Rusiya baş naziri Dmitri Medvedev prezident Vladimir Putinə hökumətin tam tərkibini təqdim edib.
Musavat.com Ruisya mətbuatına istinadən xəbər verir ki, hökumət üzvləri aşağıdakı adlardan ibarətdir.
Baş nazir müavinləri:
Baş nazirin birinci müavini - Maliyyə naziri: Anton Siluanov
Baş nazir müavini Dmitri Kozak (sənaye və enerji siyasətindən məsuldur)
Baş nazir müavini Tatyana Qolikova (sağlamlıq, təhsil və sosial siyasət)
Baş nazir müavini Aleksey Gördeyev (Kənd təsərrüfatı)Muxalifet2 - 18-05-2018
Paşinyan Sarkisyanı Qarabağ danışıqlarına gətirir: İrəvanda Əliyev QORXUSU
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarından çəkilir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Stanislav Tarasov deyib.
Rusiyalı ekspert hesab edir ki, Paşinyanın Xankəndini danışıqların tərəfi kimi təqdim etməsi onun prosesdə iştirakını məhdudlaşdırır: “Çünki bu, Ermənistanın danışıqları pozması görüntüsü yaradır. Bu baxımdan, onun danışıqlarda iştirak etməyəcəyi gözləniləndir”.
Tarasova görə, Paşinyan Qarabağ danışıqlarında Azərbaycan lideri ilə masaya başqasını oturda bilər.Muxalifet2 - 18-05-2018
Rövşən Rzayev şöbə müdirini İŞDƏN ÇIXARDI
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") daha bir şöbə müdiri işdən çıxarılıb.
Report xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.
Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.
Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.
Qeyd edək ki, "Qaçqınkom"da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.Muxalifet2 - 18-05-2018
Mərhum nazirin villası sökülür - FOTOLAR
Sabiq energetika naziri, mərhum Natiq Əliyevin paytaxtın Teymur Əliyev küçəsində olan villası sökülür.
Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, sabiq nazirin villası ailə üzvləri tərəfindən satılıb. Hazırda Natiq Əliyevin villasının sökülməsinə başlanılıb.
Unikal.org-un həmin ərazidə olan əməkdaşına iş icraatçıları villanın yerində otelin tikiləcəyi ilə bağlı məlumat veriblər.Muxalifet2 - 18-05-2018
Rauf Talışinskinin ölümündən sonra DAHA BİR PİS XƏBƏR
Rus dilində dərc olunan “Exo” qəzeti öz fəaliyyətini dayandırır.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Minval.az” saytı yayıb.
Qəzetin saytının da fəaliyyətini dayandıracağı bildirilib.
Qeyd edək ki, “Exo” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski 8 mayda vəfat edib.
“Exo” qəzeti 2001-ci ildən, qəzetin saytı isə 2004-cü ildən fəaliyyət göstərir. Gündəlik qəzet hazırda 6 min tirajla çap olunur.Muxalifet2 - 18-05-2018
Ermənistanda ETİRAZLAR SƏNGİMİR: "Rəhbərlik istefa versin!"
Ermənistanda etirazçılar Sotk şəhəri yaxınlığındakı iri qızıl yatağına aparan yolu bağlayıblar.
Trend xəbər verir ki, ölkədə qiymətli metalların hasilatı ilə məşğul olan GeoProMining Gold" şirkətinin məlumatına əsasən, etirazçılar mayın 17-dən etibarən Sotk yatağına gedən yolu bağlayıblar:
"Onlar vətəndaş hərəkatının iştirakçısı olduqlarını və öz haqları uğrunda mübarizə apardıqlarını bildirirlər".
Aksiya iştirakçıları qızıl yatağının rəhbərliyinin istefasını da tələb edirlər.Muxalifet2 - 18-05-2018
Xarici iş adamları Dövlət Miqrasiya Xidmətinin rəisinə birbaşa müraciət edə biləcəklər - YENİLİK
"İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət imkanını təmin edən qaynar xətt yaradılıb".
Muxalifət.az xəbər verir ki, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov yerli və xarici iş adamları ilə görüşü zamanı deyib.
V.Hüseynov xidmətin rəsmi saytında xüsusi pəncərədə qaynar xətt nömrəsi və elektron ünvan yerləşdirildiyini bildirib:Muxalifet2 - 18-05-2018
İsrail İordaniya ilə sərhəddə divar tikintisini YEKUNLAŞDIRDI
İsrail İordaniya ilə sərhəddə müdafiə divarının strateji sahəsinin tikintisini başa çatdırıb.
Trend-in məlumatına görə, divar Eylat şəhəri yaxınlığında "Ramon" beynəlxalq aeroportunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə ucaldılıb.
Bildirilir ki, hündürlüyü 26 metr təşkil edən divarın uzunluğu 46 km-dir.
=Qeyd olunur ki, divar sadəcə sədd rolunu oynamayacaq. Belə ki, divar raketləri müəyyən etmək üçün xüsusi müasir texnologiyalar, silahlılar tərəfindən mümkün raket zərbələrinə cavab verə biləcək hərbi qurğularla təchiz edilib.Muxalifet2 - 18-05-2018
Ərdoğanın təklifini qəbul etməyən Türk futbolçu "Yuventus"da
“Liverpul”da çıxış edən türk əsilli futbolçu Emre Can İtaliyanın “Yuventus” klubu ilə razılaşıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, mövsümün sonunda İngiltərə təmsilçisi ilə müqavilə müddəti başa çatacaq futbolçunun İtaliya nəhəngi ilə 5 illik razılaşdığı bildirilib.
“The Sun” nəşrinin xəbərinə görə, “Liverpul” – “Real Madrid” matçından sonra Emrenin transferi rəsmi şəkildə baş tutacaq.
“Yuventus” yeni futbolçusuna həftəlik 85 000 avro vəd edib. Transfer gerçəkləşsə, Emre Can “Yuventus”da Hiquan və Dibaladan sonra ən çox maaş alan futbolçu olacaq.Muxalifet2 - 18-05-2018
YƏHUDİ DÖVLƏTİNİN TÜRKİYƏ İLƏ BARIŞMASI İMKANI HƏLƏ QALIR –"Times of İsrael" Ankaranın "qırmızı xətlər"ini vurğulayır - TƏHLİL
Türkiyə ilə İsrail arasında davam edən diplomatik döyüşdə qarşılıqlı ittihamlar, şəxsi təhqirlər və misilsiz siyasi xətalara baxmayaraq, ikitərəfli münasibətlər bir neçə ay ərzində normallaşa bilər.
Qəzza sərhədində vəziyyət daha da gərginləşməzsə, İsrail müəyyən türk “qırmızı xətlər”ini keçməzsə, Ankara İsrailə qarşı əlavə addımlar atmayacaq və hər iki tərəf status-kvo durumuna qayıdacaq.
Bunu martın 17-də Türkiyə-İsrail əlaqələri üzrə bir neçə ekspert bildirib.Muxalifet2 - 18-05-2018
Müsavat Partiyası başqanının müavini İSTEFA VERDİ
Yadigar Sadıqov Müsavat Partiyası başqanının müavini vəzifəsindən istefa verib.
“Report”un əldə etdiyi məlumata görə, o, bununla bağlı ərizə yazıb.
Y.Sadıqov deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılıqlarının olmasıdır: “Bunlar partiyadaxili məsələlərdir”.
O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.Muxalifet2 - 18-05-2018
QMİ Ramazan təqvimi ilə bağlı BƏYANAT YAYDI
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan təqvimi ilə bağlı bəyanat yayıb.
İdarədən verilən məlumata görə, Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib. Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur: "İmsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub.Muxalifet2 - 18-05-2018
BMT-dən Qəzza AÇIQLAMASI : “İsrailin etdikləri müharibə cinayətidir”
BMT-nin İnsan Haqları Üzrə Xüsusi məruzəçisi Maykl Lynk, İsrailin fələstinli etirazçıları qəsdən öldürməsi və yaralamasının Roma statusuna görə müharibə cinayəti olduğunu deyib.
Avropa.info xəbər verir ki, Maykl Lynkın bu açıqlaması, BMT-nin Qəzza qətliamı ilə bağlı verdiyi ən sərt bəyanat olub.
Qeyd edək ki, bir neçə gün öncə, İsrail əsgərlərinin Qəzza sərhədində ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən və Nekbenin (Böyük Fəlakət) 70-ci ildönümünü anmaq istəyən fələstinlilərə atəş açması nəticəsində 62 nəfər ölüb, 3 mindən artıq adam yaralanmışdı.Muxalifet2 - 18-05-2018
İki nüvə dövləti arasında silahlı toqquşma: YARALILAR VAR
Kəşmirdə Hindistan və Pakistan ordularının təmas xəttində toqquşma baş verib.
Muxalifət.az xəbər verir ki, hər iki ölkə baş verən insidenti təsdiqləyib. Tərəflər insidentlə bağlı ziddiyyətli bəyanatlar yayıb.
Rəsmi Dehli baş verənlərdə Pakistanı günahkar bilib. Dehlinin iddiasına görə, hücum nəticəsində 1 Hindistan əsgəri və 6 mülki vətəndaşı həlak olub, 7 nəfər isə yaralanıb.
Pakistan ordusu isə yaydığı açıqlamada insidentdə Hindistanı günahkar bilib. Rəsmi İslamabad Hindistanın hücumu nəticəsində 10 pakistanlının yaralandığını vurğulayıb.Muxalifet2 - 18-05-2018
Sarkisyan Qarabağla bağlı Əliyevlə razılaşmışdı, lakin... - Papyan HƏR ŞEYİ AÇDI
“Danışıqlar masasında “Madrid prinsipləri” əsasdır. Bu, yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi müzakirə olunur”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan deyib.
Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək çətindir.Muxalifet2 - 18-05-2018
Suriyada 4 PARTLAYIŞ: Silah anbarı…
Suriyanın Hama hərbi hava limanında 4 partlayış baş verib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Röyter” Agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, partlayış yaxınlıqdakı silah anbarında baş verib.Muxalifet2 - 18-05-2018