Axtarış
The search found 105785 results in 0.13 seconds.
Search results
“Krımın işğalına hərbi yolla son qoymaq mümkün deyil” – MUSTAFA CƏMİLOĞLU
Krım Tatar xalqının ümummilli lideri Mustafa Cəmiloğlu (Abdülcəmil Kırımoğlu), yarımadanın azad edilməsinin açarının Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sərtləşdirilməsi olduğunu ifadə edib.
Krım Tatar xalqının milli lideri, Ukrayna prezidentinin Krım Tatarları Üzrə rəsmisi, Ukraynanın millət vəkili Mustafa Abdülcəmil Kırımoğlu, hərbi yolla Krımın işğalına son verilməsinin mümkünsüz olduğunu bildirib.Muxalifet3 - 19-05-2018
“İsrailin diz çöktürə BİLMƏDİYİ TƏK ÖLKƏ TÜRKİYƏDİR”
Professor Saleh Yılmaz, İsrailin Türkiyə və Rusiya strategiyasını şərh edib. "İsrailin siyasəti Netanyahu və Tramp siyasətləridir" deyən Yılmaz, “Netanyahu rəhbərliyinin hədəf aldığı, ancaq dağıda və ya diz çöktürə bilmədiyi yeganə ölkə Türkiyədir” deyə, professor Yılmaz bildirib.
Muxalifet3 - 19-05-2018
DSMF-nin 5 rayon şöbəsinə - TƏYİNATLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.
Muxalifət.az xəbər verir ki, müvafiq əmrlə fondun Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.Muxalifet2 - 19-05-2018
Молчание - «наш ответ Чемберлену»
Пашинян сорвал переговоры, требуя выполнения «Венских договоренностей»
Muxalifet4 - 19-05-2018
Torpaqları qaytarmaq üçün ƏFQAN MODELİ İŞƏ SALINIR: ABŞ bunu edir ki, Rusiya...
Ukraynanın Donbas regionuna səfərinin gedişatında ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna artıq Rusiya tərəfindən tutulmuş ərazini qaytara bilməyəcəyini bildirdi. Rusiyanın çox güclü olduğunu deyən amerikalı diplomat eyni zamanda vurğuladı ki, amma Rusiya üçün bundan sonrakı hücumun qiyməti daha da artacaq.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ukraynanın “Apostrof” nəşrinə müsahibə verən hərbi ekspert və bloger Aleksey Arestoviçin sözlərinə görə, Amerika diplomatının sözlərindən təlaşa düşmək lazım deyil.Muxalifet2 - 19-05-2018
ABŞ SURİYAYA YARDIMI DAYANDIRDI
ABŞ hakimiyyəti Suriyanın şimal-qərbinə yardım proqramını dayandırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “CBS Nyus” televiziyası yayıb.
Yardım hər il yerli ictimaiyyatın stabilləşməsi və müstəqil cəmiyyət və KİV-in yaradılması məqsədilə ayrılırdı.
Yardımın kəsilməsilə bağlı ABŞ Avropadakı həmkarlarını xəbərdar edib.
Muxalifet2 - 19-05-2018
İraqda parlament seçkilərində iranyönlülər QALİB GƏLDİ
İraqda keçirilən parlament seçkilərində tanınmış din xadimi Müqtəda əs-Sədrin “As-Sayrun” bloku qalib gəlib.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, mayın 19-da gecə saatlarında seçkilərin yekun nəticələri açıqlanıb.
Bildirilib ki, “As-Sayrun” bloku parlamentdə 54 yer qazanıb. İranyönlü “Fəth” alyansı 47 yerlə ikinci, hazırki baş nazir Heydər əl-İbadinin tərəfdarları isə 42 deputatla 3-cü olub.Muxalifet2 - 19-05-2018
BU GÜN ATATÜRKÜ ANMA BAYRAMIDIR
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd edilir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk Samsunda türk gəncliyi qarşısında çıxış edərək, Türkiyə ərazilərini işğal edənlərə qarşı səfərbərlik elan edib. Atatürkün bu çıxışı türk xalqının milli azadlıq savaşını başladıb.
Türkiyənin müstəqillik və inkişafının əsas hərəkətverici qüvvəsi olan gənclərin şərəfinə sonradan 19 May - İdman və Gənclik bayramı kimi qeyd edilməyə başlanıb.Muxalifet2 - 19-05-2018
HESABLAMA PALATASI: "Bələdiyyələrin dövlət büdcəsindən subvensiya ayrılması prosesinin konkret mexanizmi yaradılmayıb"
“2014-cü ildə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanununa edilən müvafiq dəyişiklikdən sonra bələdiyyələr dövlət büdcəsindən məqsədli transfertlər-subvensiya almaq üçün müraciət etmək imkanı qazanıblar”.
“APA-Economics” xəbər verir ki, bu, Hesablama Palatasının ilk dəfə dərc olunan rəsmi məlumat bülletenində öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması prosesinin konkret mexanizminin yaradılmaması bələdiyyələrin bu dövlət maliyyəsindən faydalanmasına hələ də imkan verməyib.Muxalifet2 - 19-05-2018
Yerevan polisi silahlı qruplaşma üzvlərini məhkəmə zalından çıxara bilib - 3 GÜNLÜK MÜHASİRƏDƏN SONRA
Ermənistan polisi üç günlük mühasirədən sonra “Sasna tsrer” silahlı qruplaşmasının üzvlərini Yerevandakı məhkəmə zalından çıxara bilib.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin mətbuat və təhlil bölməsinin rəisi Edqar Canoyan bildirib.
“Polis əməkdaşları zəncir təşkil edərək məhkumları məhkəmə binasından çıxarıb”, – deyə o vurğulayıb.Muxalifet2 - 19-05-2018
YENİ İCRA BAŞÇISI KİMİN OĞLUDUR?
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilir.
Muxalifət.az-ın xəbərinə görə, icra hakimiyyətindən Axar.az-a verilən məlumata görə, kollektivə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak edir.
Qeyd edək ki, yeni təyin edilən Naftalan ŞİH başçısı R.İbrahimovun yaşı, təhsili və təcrübəsi ilə bağlı heç bir məlumat yoxdur.Muxalifet2 - 19-05-2018
Rusiya XİN-in Departament rəhbərinin “DQR” nümayəndəsi ilə görüşü - MOSKVA İLƏ BAKI ARASINDA DAHA BİR QALMAQAL?
Ötən gün Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev rəsmi Bakının diplomatik kanallarla Rusiya tərəfinə sərt etiraz bildirəcəyi barədə bəyanat yayıb. Bəyanata əsasən Rusiya ilə diplomatik münasibətlərdə yaranmış növbəti problemin səbəbi bu ölkənin Xarici İşlər Nazirliyinin 4-cü MDB Departamentinin direktoru Aleksey Pavlovskinin mayın 17-də Suxumidə separatçı Abxaziya rejiminin “xarici işlər nazirliyinin” yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən qəbul zamanı digər qondarma “respublikanın”-“DQR”in “xarici işlər nazirliyinin” nümayəndəsi ilə bir masa arxasında oturmasıdır.
Muxalifet2 - 19-05-2018
Kadırovun sabiq köməkçi Azərbaycan biznesmeninin qətlində İTTİHAM EDİLİR
Çeçenistan lideri Ramzan Kadırovun sabiq köməkçisi və Ukraynada keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayev qətldə ittiham olunur.
Virtualaz.org xəbər verir ki, bu barədə “Rosbalt”a danışan mənbə onun azərbaycanlı biznesminin qətlini sifariş etdiyini yazıb.
Cambulat Madayevin cinayət işini aparan müstəntiqlərlə əməkdaşlıq edən mənbə nəşrə bildirib ki, Ramzan Tsitsulayevin təkcə biznesmen Əli Zəkriyevin oğurlanmasında rolu olmayıb, o həmçinin azərbaycanlı biznesmenin qətlini də sifariş veribmiş.Muxalifet2 - 19-05-2018
8500 manat dəyərində qızıl oğurlandı - ŞƏKİDƏ
Şəkidə 8500 manat dəyərində qızıl və məişət əşyaları oğurlanıb.
Muxalifət.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Aqil Sadıqovun ətrafında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun evlərin birindən 8500 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.Muxalifet2 - 19-05-2018
Qərb Trampın qərarından sonra TEHRANA İLK ADAMINI GÖNDƏRİR
Avropa Komissiyasının Energetika üzrə komissarı Migel Arias Kanete Tehrana bu gün səfər edəcək.
Muxalifət.az xəbər verir ki, Kanete Tehranda İran Atom Enerjisi Qurumu rəhbəri Əli Əkbər Salehi, Ətraf Mühit naziri İsa Kələntəri, Neft naziri Bijən Namdar Zəngəni ilə görüşəcəyini bildirilib.
Kanetenin İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşməsi də nəzərdə tutulub.Muxalifet2 - 19-05-2018
ÜST-dən HƏYƏCAN TƏBİLİ: Dəhşətli virus yenidən aşkarlandı
Bir neçə il öncə bütün dünyanı cənginə alan ebola virusu yenidən yayılmağa başlayıb.
Muxalifət.az xəbər verir ki, virus bu dəfə Konqo Demokratik Respublikasının iki şəhərində aşkarlanıb. Bunu Konqonun Səhiyyə Nazirliyi bəyan edib.
Artıq 14 nəfər bu virusun daşıyıcısı kimi xəstəxanaya yerləşdirilib. Xəstəliyin sürətlə yayılmasına və digər qitələri də öz cənginə almasıa imkan verməmək üçün Ümumdünya Səhiyyə Təşkilatı Afrika qitəsində bir sıra preventiv addımlar atmağı planlaşdırdığını açıqlayıb.Muxalifet2 - 19-05-2018
DGK Azərbaycandan Rusiyaya qanunsuz qərənfil daşınmasına MÜNASİBƏT BİLDİRİB
Dövlət Gömrük Komitəsi (DGK) Dağıstan Gömrük İdarəsinin “Məhərrəmkənd” gömrük postunda Azərbaycandan Rusiyaya gedən “Mercedes Benz” markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə yayılan məlumata aydınlıq gətirib.
DGK-dan Trend-ə verilən məlumata görə, 17 may 2018-ci il tarixdə Azərbaycan Respublikasından Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib:Muxalifet2 - 19-05-2018
İLİN TOYU: Tereza Mey şahzadə Harrini və Meqan Marklı təbrik edib
Böyük Britaniyanın Baş naziri Tereza Mey şahzadə Harri və amerikalı aktrisa Meqan Markla toy günü ünvanlandığı müraciətində onlara ən xoş arzularını çatdırıb.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya hökumətinin başçısı bəy və gəlinə müraciətini mayın 19-da özünün “Twitter” səhifəsində yerləşdirib. “Şahzadə Harri və Meqan Marklın toy gününə ən xoş arzularla. El şənliyinə, xalq gəzintisinə və digər tədbirlərə qoşulan hər kəsə xoş gün arzulayıram”, – deyə kansler yazıb.Muxalifet2 - 19-05-2018
Məşhur terrorçu Mamayı Ukrayna məhv edib - YAROŞ
Donbasda rus terrorçusu Oleq Mamiyevi üç Ukrayna hərbçisi məhv edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu iddianı öz Feysbuk səhifəsində ukraynalı deputat, Sağ Sektor təşkilatının keçmiş lideri Dmitri Yaroş paylaşıb. O, Mamiyevi məhv edən hərbçilərin yalnız ləqəblərini sadalayıb.
Qeyd edək ki, Mamiyev “Mamay” ləqəbi ilə daha çox məşhur olub. O, dünən Adeyevki rayonunda məhv edilib.
Mamay Donbasa 2014-cü ildə gəlib. O, əslən Şimali Osetiyadandır. Müharibə zamanı Pyatnaşka batalyonuna rəhbərlik edib.Muxalifet2 - 19-05-2018
Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR - Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR
Ermənistanın polisi “Sasna Çrer” silahlı qrupun üzvlərini İrəvanda məhkəmə binasından çıxarıblar.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan polisinin KİV-lə əlaqələr və analiz şöbəsinin rəhbəri Edqar Canoyan bildirib.
Bina onların azad edilməsini tələb edən “Sasna Çrer”in tərəfdarları tərəfindən mühasirəyə alınmışdı.
“Polislər zəncir yaradaraq müqəssirləri məhkəmə binasından sakitcə çıxardılar. Hüquq-mühafizə orqanları tərəfindən nümayişçilər barəsində heç bir güc tətbiq olunmadı”, - Edqar Canoyan deyib.Muxalifet2 - 19-05-2018