Axtarış
The search found 105785 results in 0.097 seconds.
Search results
Bakının mərkəzində "Qalatasaray" coşqusu - VİDEO
"Qalatasaray" Türkiyə Super Liqasının qalibi olub.
Bu qələbədən sonra Bakıda da izdiham yaşanır. Yüzlərlə insan "Qalatasaray"ın çempionluğunu qeyd edir. (fanat.az)Muxalifet4 - 20-05-2018
“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib+ Fotolar
Sosial şəbəkələrdə İngiltərə şahzadəsi Henri ilə ailə quran amerikalı aktrisa Meqan Marklın gəlinliyi, saç düzümü geniş müzakirə obyektinə çevrilib.
Belə ki, bu məqamda internet-istifadəçiləri Kembric duşesi Keyt Midltonun gəlinliyini Meqanın gəlinliyi ilə müqayisə etməyə başlayıblar.
Muxalifet4 - 20-05-2018
23 yaşlı gənci maşın vurub - ŞƏKİDƏ
Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.
Xəstəxanadan Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.Muxalifet4 - 20-05-2018
LG şirkətlər qrupunun sədri dünyasını dəyişdi
Cənubi Koreyada LG şirkətlər qrupunun sədri Ku Bon Mu dünyasını dəyişib.
Trend-in Cənubi Koreya KİV-lərinə istinadən verdiyi məlumata görə, şirkətə 23 il rəhbərlik edən biznesmenin 73 yaşı olub. O, son zamanlarda bir neçə beyin əməliyyatı keçirib.
Qeyd edək ki, Lg Electronics-in məhsulları sayəsində beynəlxalq şöhrət qazanmış korporasiyanın rəhbərliyi biznesmənə 1995-ci ildə atasınnan keçib. Hazırda LG şirkətlər qrupuna onun qardaşə Ku Bon Çjuna rəhbərlik edir.Muxalifet4 - 20-05-2018
SON DƏQİQƏ: FTX “pomidor kralı” Vahid Novruzovu həbs etdi
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində iri azərbaycanlı biznesmen, “pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.
Muxalifet.az-ın məlumatına əsasən, virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.Muxalifet4 - 20-05-2018
RƏSMİ: Azərbaycanda əhali 4 aya 16 milyard manat qazanıb
2018-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 16 milyard 272,8 milyon manat olub.
“Trend”in məlumatına görə, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 1662,1 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14944,7 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,5 faiz çox vəsait qalıb.
Muxalifet4 - 20-05-2018
“Bu baş versə, Kreml Avropanı məhv edəcək” – POROŞENKO
“Şimal axını-2” qaz kəməri layihəsinin məqsədi Avropanı məhv etməkdir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Şimal axını-2” qaz kəmərinin tikintisi Kremlin iqtisadi və şəxsi maraqlarla heç bir əlaqəsi olmayan, aşkar bir geosiyasi layihəsidir. Məqsəd sadəcə Avropanın bütövlüyünü pozmaq, yekun nəticədə isə onu məhv etməkdir. Bu həmişə Kremlin enerji siyasətinin ideologiyası olmuşdur”, - Poroşenko bildirib.Muxalifet4 - 20-05-2018
33 yaşlı kişi özünü öldürdü - ŞİRVANDA
Şirvanda intihar hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə rayon sakini, 33 yaşlı Məmmədov Rəşad Ağaxan özünü asıb.
Hadisə mərhumun yaşadığı evdə baş verib.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.Muxalifet4 - 20-05-2018
Bakının mərkəzində 17 yaşlı oğlan bankı yarmaq istədi - ƏMƏLİYYAT
Bakıda bankdan oğurluğa cəhd etmiş gənc oğlan tutulub.
Mayın 19-da gecə saat 01:22 radələrində “Kapital Bank” ASC-nin Nəsimi rayon Asif Məhərrəmov küçəsində yerləşən “Binəqədi” filialından polisə həyəcan siqnalı daxil olub. Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki, naməlum şəxs bankın şüşə konstruksiyalı əsas giriş qapısını sındıraraq içəri daxil olmaq istəyir. Keçirilən əməliyyatla banka soxulmağa çalışan paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub.
Muxalifet4 - 20-05-2018
Putin Merkelə: "Hər yerdə "ağa" mənəm"
Putinlə Merkel arasında keçirilən görüşdən sonra siyasi sferada "ağalıq" uğrunda söz savaşı başlayıb.
Belə ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə görüş zamanı Soçidə Almaniyanın kütləvi cinayətlərdə ittiham elədiyi Bəşər Əsədlə görüşməkdə ittiham edilib. Putin Merkelə yalnız iqamətgahında deyil, hər yerdə "ağa" olduğunun mesajını verib.Muxalifet4 - 20-05-2018
Berluskoniyə 3 milyon avro miras qaldı...
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə 3 milyon avro dəyərində miras qalıb.
Muxalifet.az xəbər verir ki, dünyasını dəyişən hökumət sarayının baş katibliyinin keçmiş əməkdaşı bütün mülkiyətini siyasətçiyə bağışlayıb.
Muxalifet4 - 20-05-2018
Amerikanın hərbi yükləri Azərbaycandan keçəcək - NAZARBAYEV TƏSDİQLƏDİ
Bir neçə ay öncə məlum oldu ki, son mənzili Əfqanıstan olan Amerikanın xüsusi yükü Azərbaycan ərazisindən keçəcək.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdurəhmanov demişdi.
Elə həmin vaxt da söz-söhbət gəzməyə başladı ki, Qazaxıstanın Xəzər dənizindəki limanlarında Amerikanın hərbi bazaları peyda olacaq. Qazaxıstanın Rusiyadakı səfirliyində bu məlumatları “qeyri-səhih” adlandırmışdılar.Muxalifet4 - 20-05-2018
Rusiyanın Ermənistana YENİ SİLAHLAR VERƏCƏK
Bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu “Tor M2” zenit-raket komplekslərini alacaq. Bu məlumat Ermənistan Müdafiə Nazirliyinin xüsusi televiziya proqramında açıqlanıb.
Muxalifet4 - 20-05-2018
“Real”ın azarkeşləri Kiyevə gəlməkdən imtina etdilər
İspaniyanın "Real" klubunun 2200-dən çox azarkeşi futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul" (İngiltərə) ilə keçiriləcək matçın biletlərini geri qaytarmaq qərarına gəlib.
TASS xəbər verir ki, bu barədə "As" nəşri məlumat yayıb.
Bildirilir ki, qərarın qəbul edilməsinə, əsasən Kiyevdə keçiriləcək matçın biletlərinin baha olması, həmçinin bəzi logistika çətinlikləri səbəb olub.
Muxalifet4 - 20-05-2018
Neftçalada 17 yaşlı qızı vurub qaçmış sürücü tapılıb – TƏFƏRRÜAT
Mayın 2-də Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonunun Qədimkənd kəndindən keçən hissəsində piyada - Neftçala rayonunun Kürqarabucaq kənd sakini, 2001-ci ildə anadan olmuş Nuray Mirzəağa qızı Məmmədovanı vuraraq hadisə yerindən uzaqlaşmış avtomobil və sürücüsü müəyyən olunaraq məsuliyyətə cəlb olunub.
Muxalifet4 - 20-05-2018
Trampı ərəb şahzadələri prezident edib? - YENİ İDDİA
ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən Rusiyanın tək olmadığı faktı ortaya atılıb. Yeni iddialara görə, ABŞ lideri Donald Trampı prezident kürsüsünə şəhzadələr çıxarıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Donald Trampın seçkiqabağı komandası maddi və mənəvi dəstək üçün BƏƏ şahzadələrinə, yəhudilərə, ruslara və respublikaçı investorlara yardım üçün müraciət edib. Bu iddiaların yekun olaraq sübuta yetirilməsi tələb edilir.Muxalifet4 - 20-05-2018
AVROPA ŞOKDA: 20 mindən çox türk Ərdoğanın görüşünə gəlir
Bu gün Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Bosniya-Herseqovinanı paytaxtı Sarayevoda minlərlə türkün qarşısında çıxış edəcək.
Qeyd edək ki Türkiyədə elan edilən növbədənkənar prezident seçkiləri məsələsindən sonra Avstriya və Hollandiyada türkiyəli siyasilərin seçki kampaniyası aparmasına etirazlar baş qaldırıb.
Bütün bu söhbətlərə son vermək məqsədilə R.T.Ərdoğan Avropada yaşayan türklərlə Sarayevoda bir araya gələcək.
Ankaradan Bosno-Herseqovinaya səfər edəcək Türkiyə prezidentinin burada bir neçə rəsmi görüşlər də keçirəcəyi qeyd edilir.Muxalifet4 - 20-05-2018
CƏBHƏDƏ ERMƏNİ TƏXRİBATI – Azərbaycan ordusu itki verdi
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Muxalifet4 - 20-05-2018
Rus milyarderə Britaniyada şok qadağa
Rusiyalı iş adamı və “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin Böyük Britaniya vizasının müddəti uzadılmayıb.
Axar.az xəbər verir ki, bu barədə “Bell” nəşri yazıb.
Məlumata görə, məhz bu amil Abramoviçi komandasının “Mançester Yunayted”lə İngiltərə kubokunun final matçını izləməkdən məhrum edib. Onun vizasının müddəti artıq 3 həftə əvvəl bitib və ona yeni viza verilməyib.Muxalifet4 - 20-05-2018
Tramp koreyalı liderə zəng etdi: Tarixi görüşə günlər qaldı...
ABŞ Prezidenti Donald Trampla Cənubi Koreya lideri Mun Çje İn arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Bildirilib ki, liderlər Koreya yarımadası ətrafındakı vəziyyəti müzakirə ediblər:
“Prezidentlər Koreya yarımadası ətrafında cərəyan edən son siyasi durumu və 12 iyunda Şimali Koreya lideri ilə Tramp arasında Sinqapurda baş tutacaq görüşlə bağlı fikir mübadiləsi aparıblar”.
Muxalifet4 - 20-05-2018