Axtarış
The search found 105785 results in 0.089 seconds.
Search results
KİM Kİ, ÜÇ UŞAQ DOĞMADI....
Cümləni kontekstdən çıxaranda pis səslənir. Qəddarca görünür bəlkə də. Amma dərindən düşünəndə... Deputat, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı ailə planlaması barədə bir qədər “qayınanasayağı”, amma bir o qədər də realist bir açıqlama verib. Hərəmiz bir qılınc alıb, üstünə düşsək də... Qadın haqlıdır, bəylər və xanımlar, kənara çəkilin...
Muxalifet2 - 21-05-2018
Trampla Mun Çje İn arasındakı telefon danışığının DETALLARI açıqlandı
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşünü Cənubi Koreya lideri ilə müzakirə edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ lideri ötən gün Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı aparıb. Liderlər öz aralarında Şimali Koreyadakı son hadisələri müzakirə ediblər. Bundan başqa, D.Tramp Kim Çen İn ilə görüşü baş tutana qədər Cənubi Koreya ilə sıx əlaqələrin vacibliyini vurğulayıb.Muxalifet2 - 21-05-2018
GİZLİ TOPLANTI İFŞA OLUNDU
ABŞ-da Trampın prezident kürsüsündə oturduğu seçkiyə yönəlik "hiylə” araşdırmasında Birləşmiş Ərəb Əmirliyi(BƏƏ) və İsrailin izlərinə rast gəlinib. Seçkidən 3 ay əvvəl Trampın oğlu Donald Tramp ilə gizli görüşən BƏƏ nümayəndəsi Corc Nadir və İsrailli Joel Zamilin "seçkiyə müdaxilə” təklif etdiyi bildirilir. Zamil, sosial mediada manipulyasiya edə bilən bir şirkətə sahibdir.
ABŞ-da xüsusi prokuror Müller tərəfindən aparılan prezident seçkilərinə müdaxilə araşdırmasında BƏƏ və İsrailin də seçkilərdə barmağı olduğu ortaya çıxıb.Muxalifet3 - 21-05-2018
Azərbaycan ABŞ səfirliyinin Qüdsə köçürülməsini pislədi: “BU QƏRAR HUMANİTAR FƏLAKƏTƏ YOL AÇDI"
Azərbaycan Qəzzədə qan axıdılmasını və ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsini pisləyir. Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun mayın 18-də İstanbulda İslam Həmrəyliyi Təşkilatının fövqəladə sammitində çıxışının əsas fikri bundan ibarət idi. Qəzzədə son qarşıdurmalara toxunan Məmmədyarov 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanmasını qəbuledilməz adlandırıb: “Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq”, deyə o bildirib.
Muxalifet2 - 21-05-2018
Güzəştli evlər bu cür bölünsün – TƏKLİF
Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərinin tətbiqi daha da aktuallaşıb.
Muxalifet2 - 21-05-2018
ABŞ-dan yeni İran planı - BÖLGƏ YENİDƏN QARIŞACAQ!
ABŞ-ın İrana qarşı beynəlxalq koalisiya qurmağı planlaşdırdığı açıqlanıb. Regionda İranın nüfuzunu azaltma məqsədli bu koalisiyanın hərbi hədəflərinin olub-olmadığı isə bilinmir.
ABŞ BÖLGƏNİ YENƏ QARIŞDIRACAQ
ABŞ-ın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən strategiya ABŞ-ın İran ilə aparılan nüvə müqaviləsindən çəkilməsindən sonrakı prosesdə həyata keçiriləcək yol xəritəsini ehtiva edir.Muxalifet3 - 21-05-2018
Maşını restoranda ailəsinin üzərinə sürdü: 2 ÖLÜ, 2 YARALI
ABŞ-ın Şimali Karolina ştatında sürücü avtomobili restoranda oturan ailəsinin üzərinə sürüb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Gaston Gazette” nəşri məlumat yayıb.
Polisin verdiyi açıqlamaya görə, insident bazar günü Bessemer Siti şəhərindəkii restoranlardan birində baş verib.
Şahidlərin sözlərinə görə, ailə yemək üçün restorana girib. Bir qədər sonra masadan duran ailə başçısı çölə çıxıb və avtomobilə əyləşərək maşını restoranın binasına çırpıb.Muxalifet2 - 21-05-2018
Putinlə Modi arasında KRİTİK GÖRÜŞ – İttifaq güclənir
Bu gün Soçidə Hindistan Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır.
Muxalifət.az xəbər verir ki, tərəflər arasındakı görüşün 3 saat davam edəcəyi bildirilib.
Görüş zamanı regional və beynəlxalq məsələlərlə bağlı müzakirə aparılacaq.Muxalifet2 - 21-05-2018
Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək
Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək.
“Report” xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin Raket Hücumundan Müdafiə Qoşunları İdarəsi rəisinin müavini Artur Poqosyan yerli televiziyalardan birinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları yaxın aylarda Rusiya istehsalı olan “Tor” zenit-raket kompleksi ilə təchiz olunacaq.
Qeyd edək ki, bu sistem müasir zenit-raket komplekslərdən sayılır və şəxis heyət olmadan avtomatik rejimdə işləyə bilir.Muxalifet2 - 21-05-2018
Bayılda daha bir BİNA ÇÖKDÜ - Ekspedisiya rəisi
Bayıl yamacında Buxta küçəsi, 9 ünvanındakı sürüşmə ərazisinə 11 mayak quraşdırılıb.
Muxalifət.az-ın xəbrinə görə, bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsinə vəziyyətin dəyərləndirilir: “Bir saatdan sonra bizim əməkdaşlar ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində hansı dəyişikliklərin olması barədə məlumat verəcəklər”.Muxalifet2 - 21-05-2018
70 yaşlı nənə 3 yaşlı nəvəsi ilə HOVUZDA BOĞULDU
Hovuza düşən qadın nəvəsi ilə birlikdə boğulub.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Aydın Kuşadası adlandırılan bölgəsində yaşayan 70 A.Ayşə 3 yaşlı nəvəsini gəzdirmək üçün evin həyətindəki hovuz kənarına gəlib. Hovuzun ətrafında dolaşan zaman müvazinətlərini itirərək suya düşüblər.
70 yaşlı qadın danışma və eşitmə əngəlli olduğu üçün kömək çağıra bilməyib və 3 yaşlı nəvəsi ilə boğularaq ölüb.
Uşağın atası bir müddət sonra onları hovuzda ölü halda tapıb.
Hadisə yerinə tibbi briqada və polis dəstələri çağırılıb.Muxalifet2 - 21-05-2018
EVİNİ YANDIRAN VETERAN İTKİN DÜŞÜB
Xəbər verdiyimiz kimi, mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini icra nümayəndələrinə etiraz əlaməti olaraq yandırıb.
Muxalifət.az oxu.az-a istinadən xəbər verir ki, hazırda müharibə əlili itkin düşüb.
Məlumat ölkənin hüquq mühafizə orqanlarından verilib. Həmçinin veteranın həyat yoldaşı Tamam Əkbərova da müxbirimizə məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, Əkbərovun atası oğlunun itkin düşməsilə bağlı polisə müraciət edib.Muxalifet2 - 21-05-2018
Menbiç xalqı üsyan etdi! BİZİ PKK-dan XİLAS EDİN
PYD/PKK işğalı altındakı Menbiçdə dükançı gənclər, onları terror təşkilatına almaq istəyən terrorçulara qarşı birləşərək etiraz ediblər.
Terror təşkilatı YPG/PKK-nın Suriyanın şimalında işğal etdiyi Menbiç rayonunda xırda ticarətlə məşğul olan dükançı gənclər, terror təşkilatının onları zorla silah altına almağa çalışmasına etiraz edərək bütün dükanların qapılarını bağlayıblar.
Menbiçdəki yerli mənbələrdən əldə edilən məlumata görə, terror təşkilatı YPG/PKK, işğal etdiyi Menbiçdə 5 maydan bu yana onlarla gənci zorla silah altına almağa çalışıb.Muxalifet3 - 21-05-2018
Afrində ələ keçirilən kamikadze qadın: "Bizi partlatmazdan əvvəl döyür, təcavüz edirdilər"
Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində apardıqları "Zeytun Budağı" hərəkatı zamanı ələ keçən PKK/YPG terror qruplaşmalarının üzvlərindən biri Türkiyə mediasına danışıb. Zərərsizləşdirilən terrorçu qadın adının Y.Leyla olduğunu deyib.
Muxalifet2 - 21-05-2018
“Türk axını” əvəzinə “Bolqar axını” yaradaq – PREZİDENT
Bolqarıstanın Qara dəniz vasitəsilə rus qazının birbaşa tədarükünə ehtiyacı var.
Muxalifət.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Bolqarıstan Prezidenti Rumen Radev deyib.
“Bunu “Bolqar axını” adlandıra bilərik. Bu cür yanaşmanı sağlam məntiq, Bolqarıstan, eləcə də Avropa Birliyinin enerji təhlükəsizliyi diktə edir”, – deyə o bildirib.Muxalifet2 - 21-05-2018
RUSİYA BÖLGƏDƏ YENİ MÜHARİBƏ İSTƏYİR – Naxçıvanda atəşkəsin arxasında duran səbəblər hansıdır? (TƏHLİL)
Ermənistanda inqilab yolu ilə hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinə necə təsir göstərəcəyi Azərbaycanda ən çox dartışılan məsələ idi. Habelə Rusiyanın bölgəyə yönəlik xarici siyasətində hansı yeniliklərin olacağını da səbirsliklə gözləyirdik. Çünki münaqişə tərəflərindən birində – Rusiyanın forpostunda vəziyyət kökündən dəyişib, baş verənlərin regionda hərbi-siyasi duruma hansısa formada təsiri mütləq idi.
Muxalifet2 - 21-05-2018
Bakıda daha bir qadın plastik əməliyyatın QURBANI OLDU
Bakıda xəstə əməliyyat masasında vəfat edib.
Hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da baş verib.
Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.
E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.
Plastik cərrah Elçin Zodan məlumatı təsdiqləyib. (qafqazinfo)Muxalifet2 - 21-05-2018
GÖMRÜKÇÜLƏR HEROİN AŞKARLADI
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan verilən məlumata görə, yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 21-05-2018
ÇAY İDXALININ HƏCMİ 4 DƏFƏ AZALDILIB – Sabiq sədrlə bağlı daha bir fakt açıldı
Əminəm ki, Azərbaycanda hər kəs Seylon çayının dadına ən azı bir dəfə baxıb. Lakin Şri-Lankadan Azərbaycana idxal marşrutu boyunca uzanan milyonlarla dollarlıq korrupsiya barədə heç də hamının məlumatı yoxdur.
Muxalifet2 - 21-05-2018
Pakistan və Hindistan bir-birini məhv edər, İsrail mövcud olmaz, ABŞ isə... – ŞOK İDDİA
“Nüvə silahı böyük zərər və əziyyətlər gətirsə də, o ölkələr arasında münaqişələri məhdudlaşdırılmış miqyaslarda saxlamağa imkan verir”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, belə nəticəyə Avstriyanın “Contra Magazin” nəşrinin jurnalisti Marko Mayer gəlib.
“Əgər Rusiya və Çində nüvə bombaları olmasaydı, amerikalılar öz müttəfiqləri ilə birlikdə çoxdan hücum edərdilər. Nüvə bombaları olmayan Hindistan və Pakistan bir-birini çoxdan məhv edər, İsrail bu silahsız daha mövcud olmazdı”, - o yazıb.Muxalifet2 - 21-05-2018