Axtarış
The search found 105785 results in 0.148 seconds.
Search results
“Məmur uşaqları xaricdə oxuyur, kasıb balaları səngərdə qırılır” - PARTİYA SƏDRİ
“Belə söz-söhbətlərin kəsilməsi üçün Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir”.
Muxalifət.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında ailənin tək oğullarının ön cəbhəyə göndərilməsinə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.Muxalifet2 - 21-05-2018
Qlobal istiləşmə canlıların sayını 50% AZALDACAQ
Qlobal istiləşmə Yerdəki canlıların, bitkilərin və həşəratların sayını iki dəfə azalda bilər.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə Avstraliya və Britaniya alimləri çıxış ediblər. Alimlərin fikrincə, Yerdəki canlıların sayının azalması xüsusilə temperaturun 2 dərəcə artması zamanı müşahidə ediləcək.
Temperaturun hətta 1,5 dərəcə artacağı zaman belə canlılara zərər dəyəcəyi müəyyən olunub. Bu zaman bitki növlərinin 8%, həşərat növlərinin 6%, onurğalıların isə 4% azalacağı müəyyən edilib.Muxalifet2 - 21-05-2018
İrandan Avropa İttifaqına MÜHÜM MESAJ: “Top sizdə…”
Avropa İttifaqı ABŞ-ın sanksiyaları nəticəsində Tehrana dəyən zərəri kompensasiya etsə, İran nüvə proqramı üzrə sazişə riayət etməyi davam etdirəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“İndi top Avropanın tərəfindədir”, - deyə İranın atom enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
Fransanın iqtisadiyyat naziri Bryuno Le Mer isə bundan əvvəl Brüsselin ABŞ sanksiyaları nəticəsində dəyən zərərin kompensasiyasını üzərinə götürə biləcəyini bəyan edib.Muxalifet2 - 21-05-2018
Prezidentliyə nazmizəd vəd verdi: "Türkiyə NATO-dan çıxacaq"
Türkiyə prezidentliyinə namizəd, "Vətən" partiyasının lideri Doğu Perinçek bu vəzifəyə seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını bildirib.
Muxalifət.az xəbər verir ki, D.Perinçek Türkiyə ilə bu qurum arasında münasibətlərin yaxşı olmadığını deyib:Muxalifet2 - 21-05-2018
Qəbul imtahanlarının nəticələri 2 gün ərzində ELAN OLUNACAQ – DİM
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
DİM-dən verilən məlumata görə, imtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq.
I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları aşağıdakı kimidir:
Azərbaycan bölməsi – I qrupMuxalifet2 - 21-05-2018
Gülən ABŞ-a xüsusi adamlar çağırdı - 7 GİZLİ MADDƏ
Türkiyədə hərbi çevrilişə cəhd etmiş Fətullah Güləni mühafizə etmək məqsədi ilə ABŞ-a gedən FETÖ üzvləri haqda maraqlı sənədlər üzə çıxıb.
Muxalifət.az xəbər verir ki, sənədlərdə Güləni mühafizə edəcək şəxslərə səyahət zamanı davranış qaydalarına riayət etmələri və özlərini şübhəli aparmamaları ilə bağlı ciddi təlimatların verildiyi qeyd edilib.
Bundan başqa, sözügedən şəxslərin sahib olacağı üstünlüklər də yazılıb:
1. Həmin şəxs FETÖ-ya hələ də sadiq olmalıdır.
2. Səhhətində heç bir problem olmamalı, siqaret çəkməməlidir.Muxalifet2 - 21-05-2018
“Oğlumu icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbsə atıblar” – HƏBS OLUNAN İKİNCİ QRUP ƏLİLİN ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ
Ötən həftə Muxalifet.az-da “İcra başçısı onu sosial şəbəkdə tənqid edən ikinci qrup əlili həbs etdirdi” sərlövhəli yazı dərc etmişdik. Zərdab rayonu Çallı kənd sakini Məmmədova Sehri Nizami qızının redaksiyamıza şikayəti əsasında dərc olunan yazıda icra başçısı tərəfindən həbs olunduğu iddia edilən Məmmədov Qənimət Tehran oğlunun valideynləri prezident İlham Əliyevə müraciət etmişdilər.
Muxalifet - 21-05-2018
Məleykə Əsədovaya 200 minlik ərəb atını kim hədiyyə edib? - FOTO
Xalq artisti Məleykə Əsədovaya bahalı ərəb atı hədiyyə edilib.
Muxalifət.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Məleykə Əsədovaya "Uğur" adlı bahalı ərəb atı bağışlayıblar. Məsələ ilə bağlı saytımıza açıqlama verən xalq artisti at saxladığını və atın hədiyyə olduğunu bildirib:
"Mənim 3 ildir atım var. Mehdiabad qəsəbəsində 2-ci Savxozda yerləşən atçılıq mərkəzində saxladıram. Həmin at ərəb atıdır. Çoxdandır atımı görməyə getmirdim, sırağa gün - şənbə günü getmişdim".Muxalifet2 - 21-05-2018
Əbülfəs Qarayevə yeni müavin TƏYİNATI
Azərbaycan prezidentinin 18 may tarixli sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Bu barədə APA-ya nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Muxalifet2 - 21-05-2018
İş adamı məhkəmə zalında HƏBS EDİLDİ – Kahinin dələduzluğu
Bakıda küllü miqdarda dələduzluqda təqsirləndirilən Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Kahin Gərayev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Bakı şəhər sakini Kahin Gərayevin “Arazavia” şirkətinə məxsus Binə ticarət mərkəzində şuba dükanları olub.
O, iş qurmaq adı ilə tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilib.Muxalifet2 - 21-05-2018
İran XİN: “Bəşər Əsəd deməyincə, SURİYADAN ÇIXMAYACAĞIQ”
“Terrorizm mövcud olduqca, rəsmi Dəməşq istədikcə, İran Suriyada qalacaq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.
Rusiyanın istəyi ilə əcnəbi qüvvələrin Suriyadan çıxmasına dair yayılan məlumatlara münasibət bildirən B. Qasımi qeyd edib ki, heç kim İranı hansısa işi görməyə məcbur edə bilməz: “Suriya hökumətinin icazəsi olmadan həmin ölkəyə girənlər Suriyanı tərk etməlidir”.Muxalifet2 - 21-05-2018
Moskvada naməlum şəxs ticarət mərkəzində ATƏŞ AÇIB
Rusiya paytaxtı Moskvada naməlum şəxs ticarət mərkəzində atəş açıb.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Qeyd olunur ki, hadisə Tişinskaya meydanında yerləşən ticarət kompleksində baş verib. Gənc adam xuliqanlıq məqsədi ilə 43 yaşlı mühafizəçiyə atəş açıb, ardından şüşə qapını qıraraq qaçmağa çalışıb. Mühafizəçi onu tutmağa çalışan zaman gənc oğlan ona iki dəfə atəş açıb.Muxalifet2 - 21-05-2018
İqtisadiyyat Nazirliyində yeni - TƏYİNAT
İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsinə müvəqqəti təyinat olub.
Muxalifət.az-ın məlumatına görə, nazirliyin Hüquq şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq Tural İsgəndərova həvalə edilib.
Qeyd edək ki, həmin vəzifəni əvvəl Əliyev Anar Rəhim oğlu icra edib. A.Əliyev hazırda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icra edir.Muxalifet2 - 21-05-2018
Beynəlxalq ekspert: “DOLLAR ÇÖKÜR...”
“Commerzbank” dolların dünyanın aparıcı valyutası statusunu itirməyə başladığını açıqlayıb. Bunun qismən ABŞ-ın sanksiya siyasətindən qaynaqlandığı iddiası irəli sürülüb.
“Commerzbank”ın baş iqtisadçısı Corc Kraemer tərəfindən hazırlanan hesabata əsasən, Donald Tramp hökumətinin Avropa ilə münasibətləri pozulduqca dolların dünyanın aparıcı valyutası statusunu itirməsi tendensiyası güclənir: “Dünyada dolların ehtiyat valyuta statusunun sonudur? Bu sual İkinci Dünya Müharibəsinin sonundan indiyə qədər bir neçə dəfə gündəmə gəlib.Muxalifet2 - 21-05-2018
Müəllimlər sertifikasiyaya CƏLB OLUNACAQLAR
Azərbaycanda müəllimlər və digər təhsil verənlər sertifikasiyaya cəlb edilirlər.
Muxalifət.az-ın apa-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib.
Layihəyə əsasən “Təhsil haqqında” qanunun 1-ci maddəsinə 6-1 və 8-1 bəndləri əlavə edilir.Muxalifet2 - 21-05-2018
Sərkisyan dönəmi bitdi, Qarabağda inqilab... - QRİQORYAN
Ermənistanda Serj Sərkisyanın devrilməsi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə keçir.
Muxalifət.az xəbər verir ki, erməni siyasi şərhçi Arutün Qriqoryan Qarabağda qondarma rejimin “prezidenti” Bako Saakyana qarşı üsyanın başlayacağını yazıb.
Erməni şərhçi qeyd edir ki, İrəvandakı proseslər Xankəndinə də təsir edir:Muxalifet2 - 21-05-2018
Artıq ödəmə terminalları pulun qalığını qaytaracaq
“Modenis” şirkətinin “eManat” ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, vəsait əskinas və ya sikkə şəklində yox, xüsusi 10 işarəli promo-kod şəklində qaytarılacaq:Muxalifet2 - 21-05-2018
Bakıda kafedə PARTLAYIŞ: xəsarət alanlar var
Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.
Hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.
Hazırda yaralılar “Təcili yardım”la xəstəxanaya aparılır. (report)Muxalifet2 - 21-05-2018
MİLLİ MƏCLİS NÖVBƏDƏNKƏNAR TOPLANACAQ
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, növbədənkənar sessiya bir qrup deputatın müraciəti əsasında keçiriləcək.
Sessiyanın ilk iclasının tarixi də müəyyənləşib. İyunun 12-də keçiriləcək plenar iclasın gündəliyi gələn ayın əvvəlində müəyyənləşəcək.
Qeyd edək ki, MM-in yaz sessiyasında son plenar iclası mayın 31-də keçiriləcək.Muxalifet2 - 21-05-2018
Yeni nazir Faiq Şahbazlıya VƏZİFƏ VERDİ
Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub.
Muxalifət.az xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.Muxalifet2 - 21-05-2018