Axtarış

The search found 105785 results in 0.056 seconds.

Search results

  1. ​Neftlə bağlı sevindirən proqnoz: 100 dollar olacaq

    Bazarda neftə güclü təlabat var. OPEK və Rusiya bu məsələdə güclü siyasət yürüdürlər. Eyni zamanda İran məsələsi də bu işə öz təsirini göstərir.
    Muxalifet.az xəbər verir ki, Fransanın "Total” şirkətinin baş direktoru Patrik Puyanne deyib.
    O bildirib ki, yaxın aylarda neftin barreli 100 dollara satılacaq:
    "Bu hallar neftin qiymətini artıracaq. Yaxın aylarda neftin bir barrelinin qiyməti 100 dollar olsa, təəccüblənmərəm".
     

    Muxalifet4 - 19-05-2018

  2. "Yalan deyirəmsə, anam ölsün" - Azərbaycanlı uşağın bu sözləri çox DANIŞILACAQ - VİDEO

    Muxalifet.az sosial şəbəkədə yayımlanan həmin maraqlı görüntüləri təqdim edirik

    Muxalifet4 - 19-05-2018

  3. ​İsrail fələstinli uşaqlardan qorxur - Türkiyə

    İsrail daş atan fələstinli uşaqlardan qorxur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail əsgərlərinin 62 fələstinlini öldürməsi ilə bağlı açıqlama verən Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın deyib.
    O bildirib ki, İsrail Fələstin xalqını dünyadan silmə strategiyasına sadiq qalacaq. Həmçinin Qalın fələstin xalqının məhv olma təhlükəsi ilə üz-üzə qaldığını bildirərək bütün dünyadan fələstinlilər üçün yardım istədi.
     

    Muxalifet4 - 19-05-2018

  4. Rusiya XİN-i Azərbaycanın tənqidinə reaksiya verib

    Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə orada təsadüfən Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmurdu.
    Muxalifet.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

    Muxalifet4 - 19-05-2018

  5. ​"Maşın" şounun başlayacağı tarix bəlli oldu

    Hamının maraqla gözlədiyi “Maşın” şou may ayının 29-da yenidən tamaşaçı qarşısına çıxacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi İnstaqram səhifəsində məlumat yayılıb.
    Müəllif və aparıcısı Murad Dadaşov olan veriliş saat 22:15-də ATV kanalında yayımlanacaq. Layihədə kimlərin iştirak edəcəyi hələlik gizli saxlanılır.
    Qeyd edək ki, bu il “Maşın” şounun 16-cı buraxılışı baş tutacaq.
     

    Muxalifet4 - 19-05-2018

  6. ​Kral ailəsində toy: 30 min polis, məşhurlar və fantastik rəqəmlər

    Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklinin toy mərasimində təhlükəsizliyin təmin edilməsi üçün 30 min ingilis polisi xidmət göstərib.
    Muxalifet.az xəbər verir ki, “St George Şapeli”də baş tutan nikah mərasiminə kral ailəsinin bütün üzvləri qatılıb. Cütlük rəsmi mərasimdən sonra at arabası ilə şəhərin küçələrindən keçərək xalqı salamlayıb.

    Muxalifet4 - 19-05-2018

  7. ​"Qalatasaray" Türkiyə çempionu oldu

    “Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.
    Muxalifet.az xəbər verir ki, sonuncu tur ərəfəsində rəqiblərindən üç xal öndə olan “Sarı-qırmızılar”a çempion olmaq üçün səfər matçında heç-heçə də kifayət edirdi. Fatih Terimin komandası rəqibinə 1:0 hesabı ilə qalib gələrək 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub.

    Muxalifet4 - 19-05-2018

  8. SON DƏQİQƏ: ​Azərbaycanda ali məktəblərə pulla qəbul mümkün olacaq - QAYDALAR

    "Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.
    Muxalifet.az xəbər verir ki, hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 
    14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. 

    Muxalifet4 - 19-05-2018

  9. ​Məşhurlardan həbs qərarına etiraz

    Narkotik maddə ticarətində ittiham olunan məşhurlar məhkəmənin qərarına etiraz edəcək.
    Muxalifet.az xəbər verir ki, barələrində müxtəlif iddialarla həbs qərarı olan aktyor Çağatay Ulusoy, aktrisa Gizəm Qaraca, müğənni Cenk Ərən qərarın dəyişdirilməsi üçün İstanbul Ədliyyə Məhkəməsinə müraciət edəcək.
    Qeyd edək ki, ötən gün türkiyəli məşhur aktyor Çağatay Ulusoy, aktrisa Gizəm Qaraca və müğənni Cenk Ərən narkotik maddə ticarətində ittiham olunub. Məhkəmənin qərarına əsasən, Ç. Ulusoy və G.Qaraca 4 il 2 ay, müğənni, C.Ərən isə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet4 - 19-05-2018

  10. ​ABŞ-da bir gündə iki məktəbə hücum edildi

    ABŞ-ın Gürcüstan vilayətində yerləşən məktəbə silahlı hücum təşkil edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, Texas ştatının Santa Fe şəhərindəki məktəbə təşkil edilən hücumun üzərindən 24 saat keçməmiş baş verən silahlı hücumda 1 nəfər ölüb, 1-i isə yaralanıb. Məktəbdə keçirilən məzuniyyət tədbirində baş verən atışmada ölən və yaralanan şəxslərin ikisi də qadındır.
    Qeyd edək ki, ötən gün ABŞ-ın Santa Fe şəhərində məktəbdə baş verən silahlı insidentdə 10 nəfər həyatını itirmişdi.

    Muxalifet4 - 19-05-2018

  11. ​Qroznıda kilsəyə hücum

    Rusiyanın Qrozni şəhərində kilsəyə hücum olub.
    Muxalifet.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hücum nəticəsində 2 polis əməkdaşı və bir dinc sakin həlak olub, 2 polis əməkdaşı isə yaralanıb.
    Məlumata əsasən, hücum edən 4 silahlı polis əməkdaşları tərəfindən məhv edilib.
     

    Muxalifet4 - 19-05-2018

  12. ​İngiltərə kubokunu “Çelsi” qazandı

    Mayın 19-da futbol üzrə İngiltərə kubokunun final qarşılaşması keçirilib.
    Muxalifet.az xəbər verir ki, kubok uğrunda yarışında finalında “Çelsi” komandası “Mançester Yunayted” klubu ilə qarşılaşıb. Görüş Antonio Kontenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 22-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən dəqiq yerinə yetirən Eden Hazard vurub. Beləliklə, görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
    Bununla da “Çelsi” klubu tarixində beşinci dəfə bu titulun sahibi olub.
     

    Muxalifet4 - 19-05-2018

  13. ​Ərdoğan: 18 yaşlı millət vəkillərinə ehtiyac var

    Millət vəkilliyinə namizəd olan şəxslərin siyahısını Ali Seçki Qurumuna (YSK) bazar ertəsi saat 17: 00-dək verməliyik. Bu siyahıda 18-19 yaşında olan gənclərimizin də olamağını istəyirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə gənclər və idmançılar ilə birlikdə keçirilən iftar süfrəsində deyib. O bildirib ki, gənc və dinamik gücə ehtiyacı var:

    Muxalifet4 - 19-05-2018

  14. ​Ərdoğan Balkan ölkələrinə səfəri zamanı ÖLDÜRÜLƏCƏKMİŞ – Türkiyə kəşfiyyatından açıqlama – YENİLƏNİB

    Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir.
    TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.      
    Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.
    Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.

    Muxalifet4 - 20-05-2018

  15. ​Qərbi Azərbaycanda 721 nəfər göbələkdən zəhərləndi - 9 NƏFƏR ÖLÜB, 50 NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR

    İranın qərb vilayətlərində 721 nəfər göbələkdən zəhərlənib, daha 9 nəfər ölüb.
    “RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin qəza xidmətinin nümayəndəsi Müctəba Xalidiyə istinadən ISNA məlumat yayıb.
    Onun sözlərinə görə, Kirmanşah, Kürdüstan, Luristan, Zəncan, Qərbi Azərbaycan və Qəzvin əyalətlərində 721 nəfər göbələkdən zəhərlənib. Lakin təqribən 50 nəfərin vəziyyəti ağırdır, onlardan bəzilərinin qaraciyər köçməsinə ehtiyacı var.

    Muxalifet4 - 20-05-2018

  16. ​Melaniya Tramp əməliyyatdan sonra Ağ Evə qayıtdı

    Prezident Donald Trampın həyat yoldaşı Melaniya Tramp böyrək əməliyyatından sonra şənbə günü Ağ Evə qayıdıb.
    48 yaşlı birinci xanım bazar ertəsindən etibarən Uolter Rid tibbi mərkəzində keçirilən böyrək əməliyyatından sonra bərpa olunurdu.
    Birinci xanımın sözçüsü Stefani Qrişam verdiyini bəyanatda bildirib ki, Melaniya Tramp şənbə günü Ağ Evə qayıdıb.
    “O, hazırda istihat edir və yüksək əhval ruhiyyədədir.” – deyən Qrişam əlavə edib ki, “bizim ofisimiz xanım Trampa şəfalar arzuları ilə minlərlə zənglər və email-lər alıb və biz hər kəsə təşəkkürümüzü bildiririk.”

    Muxalifet4 - 20-05-2018

  17. ​Rusiya yeni nüvə silahları üzərində işləyir – PUTİNDƏN AÇIQLAMA

    Prezident Vladimir Putin deyir ki, qarşıdan gələn illərdə Rusiya ordusu yeni nüvə silahları əldə etməyə başlayacaq.
    Cümə günü Soçidə keçirilən görüşdə çıxış edən Putin bildirib ki, yeni Avanqard hipersonik qurğusu növbəti ildən, yeni Sarmat qitələrarası ballistik raketi isə 2020-ci ildə etibarən istifadəyə veriləcək.

    Muxalifet4 - 20-05-2018

  18. ​Türkiyə klubunun fəxri olan azərbaycanlı nazir nəvəsi

    İngilislər kimi futbol oynamaq xəyalı ilə liseyin türk şagirdləri tərəfindən qurulmuş “Qalatasaray” Türkiyəyə idmanın bir çox növünü Qərbdən gətirmiş qurumdur.
     
    Kult.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Türkiyədə 19 May - Atatürkü anma, gənclik və spor (idman) bayramı günü kimi qeyd edildiyi gün 1905-ci ildə qurulmuş “Qalatasaray” klubunun idmançıları - futbolçuları növbəti çempionluğunu qazandı:
     

    Muxalifet4 - 20-05-2018

  19. ​Tramp arvadının adını səhv yazdı, xəbər tutunca...

    ABŞ Prezidenti Donald Tramp paylaşdığı statusda xanımının adını səhv yazıb. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, "Hill" əməliyyatdan sonra evə qayıdan Melaniya Tramp haqda yazdığı statusda Donald Trampın ciddi səhvə yol verdiyini və xanımının adını "Melani" kimi qeyd etdiyini bildirib. "Bizim füsunkar birinci ledinin Ağ Evə qayıtması çox gözəldir. Melani özünü çox yaxşı hiss edir. Dualarınıza və dəstəyinizə görə çox sağ olun", - Tramp Tvitterdə yazıb. Az sonra Tramp bu paylaşımını silib və xanımının adının düz yazıldığı status paylaşıb.

    Muxalifet4 - 20-05-2018

  20. ​“Paşinyanın bu işləri qaydaya salması sual altındadır” - POLİTOLOQ

    Formalaşma prosesi ərzində Paşinyanın dövlət qurması xeyli vaxt alacaq. Buna da erməni əhalisinin dözümünün olub-olmayacağını söyləmək çətindir.
     
    Bu sözləri politoloq Qabil Hüseynli son günlər Ermənistanda aksiyaların kəsilmədiyi və hətta Ermənistanın yeni Baş naziri Nikol Paşinyana qarşı da yönəldiyini şərh edərkən deyib. O bildirib ki, Paşinyan demokratik hərəkat dalğasında hakimiyyətə gəldi:
     

    Muxalifet4 - 20-05-2018

Pages