Axtarış

The search found 105785 results in 0.135 seconds.

Search results

  1. TƏHSİL İŞÇİLƏRİNDƏN ETİRAZ: Gəncənin icra başçısı müəllimlərə 50 manata Filarmoniyaya məcburi bilet satdırır

    Gəncə şəhərindən Muxalifet.az-ın redaksiyasına bir qrup təhsil işçisi tərəfindən maraqlı yazı göndərilib. Müəlliflərin xahişini nəzərə alıb, anonimliyini qorumaq şərtilə həmin məqaləni dərc edirik:

    Muxalifet - 18-05-2018

  2. ​DGK sədri sərhəddəki yoxlamalardan danışdı

    "Beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda baytarlıq, fitosanitar, sanitar nəzarəti üzrə sərhəd yoxlanılması Dövlət Gömrük Komitəsinə həvalə edilib".
    Muxalifət.az xəbər verir ki, bunu komitənin sədri Səfər Mehdiyev deyib.
    O bildirib ki, bu, gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən qida məhsullarının gömrük orqanları tərəfindən "bir pəncərə" prinsipi əsasında baytarlıq, fitosanitar nəzarətdən keçirilməsi zamanı süni maneələrin aradan qaldırılmasına xidmət edəcək.

    Muxalifet2 - 18-05-2018

  3. ​MİLLİ MƏCLİSİN PLENAR İCLASI BAŞLADI

    Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
    Hurriyyet.org-un məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.
    İclasın gündəliyinə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatı ilə birgə 10 məsələ daxildir.

    Muxalifet2 - 18-05-2018

  4. İngiltərə Premyer Liqasında sonuncu yeri tutan klub Çempionlar Liqasının qalibindən DAHA ÇOX QAZANIB

    2017/2018 mövsümü üçün İngiltərə Premyer Liqası klublarına ödənilən mükafatın məbləği müəyyənləşib.
    “Report” xəbər verir ki, ən çox qazanc yarışı 2-ci pillədə başa vuran “Mançester Yunayted”ə nəsib olub. "Qırmızı şeytanlar" 149,8 milyon funt sterlinq əldə ediblər. Çempion “Mançester Siti”yə 149,4 milyon avro ödənilib. “Şəhərlilər”in ikinci olmasına səbəb Böyük Britaniya ərazisində “qırmızı şeytanlar”ın daha çox oyununun canlı yayımlanmasıdır .
     “Üçlüy”ü 145,9 milyonla “Liverpul” tamamlayır.

    Muxalifet2 - 18-05-2018

  5. ​Arvadının üstünə benzin töküb yandırdı – BAKIDA DƏHŞƏT

    Bakıda arvadının üzərinə benzin törərək yandırmaqda təqsirləndirilən Mayis Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
    Mayis Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    İttihama görə, Mayıs Həsənov həyat yoldaşı Güldəstə Ağayeva ilə mübahisə etdikdən sonra maşından benzin götürüb evə qayıdıb. Qaz sobasında yemək bişirən arvadı Güldəstə Ağayevanın üzərinə töküb.

    Muxalifet2 - 18-05-2018

  6. ​Ərəblər fələstinlilərin qətliamını niyə görməzdən gəlir? - POLİTOLOQDAN AÇIQLAMA

    Natiq Miri: "Bu ölkələrinin bir çoxu kağız üzərində müstəqil olsalar da, əslində ABŞ və İsrailin təsir dairəsindədir"
     

    Muxalifet2 - 18-05-2018

  7. ​Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi 763 civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

    Muxalifet2 - 18-05-2018

  8. ​Rusiyadan Azərbaycana qarşı GÖZLƏNİLMƏZ İDDİA: Qarabağ... - ŞOK SÖZLƏR

    Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlama verib.
    Muxalifət.az xəbər verir ki, Jirinovski Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR rejiminin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib: “Çünki onların “torpaqlarının” taleyi həll olunur”.
    Jirinovski daha sonra qondarma iddia irəli sürərək, Dağlıq Qarabağın SSRİ vaxtında Azərbaycanın tərkib hissəsinə daxil edildiyini bildirib.

    Muxalifet2 - 18-05-2018

  9. ​Rusiyanı sanksiyalara düçar edən sabiq CASUS XƏSTƏXANADAN BURAXILDI – Bu gün evinə gedib

    Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Böyük Britaniyanın Solsberi xəstəxanasından buraxılıb.
    Trend-in məlumatına görə, o, iki aydan çox müddət müalicə aldıqdan sonra bu gün onun xəstəxanadan buraxılmasına icazə verilib.
    Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti S.Skripal Londonda öz qızı ilə birlikdə zəhərlənib. S.Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.
     

    Muxalifet2 - 18-05-2018

  10. "RAMAZAN İLAHİ ZİYAFƏT AYIDIR" - HACI ŞAHİN HƏSƏNLİ

     “Ramazan Azərbaycanda bu il 29 gün olacaq”
     
    “Müxtəlif ölkələrdəki ixtilafı qabartmağa gərək yoxdur”

     
    Müsəlman dünyası üçün əlamətdar olan Ramazan ayı başladı. Hər dəfə olduğu kimi, bu dəfə də orucluğun başlama tarixi ilə bağlı müxtəlif fikir ayrılıqları var. Kimi Ramazanın ayının 16-da, kimi də 17-də başladığını iddia edir.

    Muxalifet2 - 18-05-2018

  11. ​Türkiyə səfirini geri çağırdı - AĞ EVDƏN MÖHTƏŞƏM CAVAB

    Türkiyənin Vaşinqtondakı səfirini Ankaraya geri çağırması münasibətlərimizə təsir göstərməyəcək.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.
    “Türkiyənin səfirini geri çağırdığının fərqindəyik və Türkiyənin bunu etməyə haqqı var. Ancaq bunu bizim türk hökuməti ilə münasibətlərimizə təsir edəcək bir vəziyyət olaraq görmürük. Türkiyə önəmli bir NATO müttəfiqimiz olaraq qalmağa davam edir və türk hökuməti ilə gələcəkdəki danışıqları səbirsizliklə gözləyirik”, - Noyert bildirib.

    Muxalifet2 - 18-05-2018

  12. İmsakda bunları yemək TƏHLÜKƏLİDİR - Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ

    Oruc tutulduğunda orqanizmdə bir sıra dəyişikliklər meydana gəlir. Orucun ilk günlərində baş ağrısı, mədə ağrısı kimi problemlərlə qarşılaşa bilərsiniz.
    Araşdırmalara görə, gündəlik həyatda tez-tez işlətdiyimiz bir çox məhsulları imsakda yemək olmaz. Çünki onlar müəyyən sağlamlıq problemlərinə yol açır.
    Muxalifət.az “Milliyet”ə istinadən xəbər verir ki, imsakda xüsusilə pomidordan imtina etmək məsləhət görülür.
     
    Tikəni 40 dəfə çeynəyin

    Muxalifet2 - 18-05-2018

  13. ​İRAN PREZİDENTİ İSTANBULA GETDİ

    Bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammitində iştirak etmək məqsədilə İstanbula yola düşüb.
    AzərTAc xəbər verir ki, sammitdə Fələstində baş verən hadisələr, ABŞ səfirliyinin Qüdsə köçürülməsi kimi məsələlər nəzərdən keçiriləcək. Prezident Ruhani İran İslam Respublikasının bu məsələlərlə bağlı mövqeyini sammit iştirakçılarının diqqətinə çatdıracaq.

    Muxalifet2 - 18-05-2018

  14. Həsən Həsənovdan Azərbaycan tarixi ilə bağlı yeni elmi iddia:“Rusiyada dedilər mənim mövqeyim dünya elminə ziddir” ARAŞDIRMA

    Mayın 17-də Moskvada M.İ. Rudomino adına Ümumrusiya Xarici ədəbiyyat Kitabxanasında Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabının təqdimat mərasimi keçirilib.
    APA-nın Moskva müxbiri Həsən Həsənovla kitabın yaranması, mahiyyəti və Rusiya elmi cameəsinin münasibəti barədə söhbət edib.

    Muxalifet2 - 18-05-2018

  15. “Arif Alışanov ona mənim yanımda 2-3 milyon verib..." – AzTV SƏDRİNİN BACISI OĞLU

    Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Muxalifət.az "Report"a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Q.Cəbiyevin vəkilinin məhkəməyə gəlmədiyi elan olunub.

    Muxalifet2 - 18-05-2018

  16. ​Təhsil naziri rektorlara tapşırıq verdi - ƏMR

    Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili üçün təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlarını verib.
    Muxalifət.az xəbər verir ki, nazir bununla bağlı əmr imzalayıb.
    Əmrim imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

    Muxalifet2 - 18-05-2018

  17. ​Şirvanda marketə maskalı BASQIN EDİLDİ

    Şirvan şəhərində marketə basqın edilib.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin T.İsmayılov küçəsində yerləşən marketlərin birinə naməlum maskalı şəxs hücum edib.
    O, marketin 2 işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, pul tələb edib. Lakin səs-küy yarandığından həmin şəxs istəyinə nail ola bilməyib və aradan çıxıb.
    Market sahibi baş verən olayla bağlı Şirvan şəhər polis şöbəsinə müraciət edib.

    Muxalifet2 - 18-05-2018

  18. ​Ziya Məmmədovun qardaşı: “Nə hadisə, hansı Hadisə, plyaj nədir? – AÇIQLAMA

    “Əlağa Hüseynov bu dövlətin inkişafı üçün çalışan, Cənab Prezident İlham Əliyevə sədaqətlə xidmət göstərən bir deputatdır və onun haqqında mətbuatda aparılan şər-böhtan kampaniyası məqsədli şəkildə tirajlanır”.
    Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin sabiq deputatı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yaxın qohumu, millət vəkili Əlağa Hüseynovun jurnalisti təhqir etməsinə və mətbuatda ittiham olunmasına münasibət bildirərkən belə deyib.

    Muxalifet2 - 18-05-2018

  19. ​Bakıda YOL ÇÖKDÜ - Foto

    Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində avtomobil yolunda asfalt çöküb. Oxu.az xəbər verir ki, həmin ərazi bir neçə gün öncə çökmüş və təmir olunmuşdu. Ancaq bir neçə saat əvvəl yolda yenidən çöküntü meydana gəlib. Hadisə yerinə Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları cəlb olunub. Hazırda bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, tıxac müşahidə olunur.

    Muxalifet2 - 18-05-2018

  20. ​Şimali İraqda əməliyyat: PKK obyektləri MƏHV EDİLDİ

    Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimal bölgəsində əməliyyat keçirib.
    Muxalifət.az xəbər verir ki, 4 rayonda keçirilən əməliyyatlarda kürd terror təşkilatlarının mövqeləri hədəfə alınıb.
    Terrorçuların 12 məntəqəsi məhv edilib.
    Qeyd edək ki, Türkiyə HHQ mayın 17-dən etibarən İraqın şimalında PKK terror təşkilatının mövqelərinə qarşı hərbi əməliyyatlara başlayıb.
     

    Muxalifet2 - 18-05-2018

Pages