Axtarış

The search found 105785 results in 0.143 seconds.

Search results

  1. ​Yunanıstanda gürcü oğrulara qarşı kütləvi reydlər

    Yunanıstanda hüquq mühafizə orqanları əməkdaşları müxtəlif rayonlarda qarətlər törədən 21 nəfəri həbs edib.
    Muxalifet.az xəbər verir ki, həbs olunanlardan 18-i Gürcüstan vətəndaşı, qalanları Yunanıstan, İraq və Bolqarıstan vətəndaşlarıdır.
    Yunanıstan polisinin sözçüsü İoana Rotzioku, Attikanın rayonlarında sistematik qarətlər törədən ən iri mütəşəkkil dəstələrdən birinin zərərsizləşdirildiyini bildirib.

    Muxalifet3 - 22-05-2018

  2. ​Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı

    Uşaqlarda kəskin limfoblast leykozu əksər hallarda genetik meyl və ətrafın həddindən artıq steril olması ilə əlaqəli olur.
    Muxalifet.az xəbər verir ki, britaniyalı alimlərin elmi işinin nəticələri “MedicalXpress”də dərc olunub.
    Tədqiqatçılar limfoblast leykozla bağlı onlarla elmi işin meta-analizini aparıb və belə bir nəticəyə gəlib ki, bu xəstəyilin formalaşması iki mərhələdə baş verir.

    Muxalifet3 - 22-05-2018

  3. ​Ölkənin qızıl-gümüş bazarı bahalaşdı

    Mayın 22-də Azərbaycanda qiymətli metalların qiyməti bahalaşıb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti mayın 21-i ilə müqayisədə 1,8105 manat artaraq 1 troy unsiyası üçün 2191,5635 manat təşkil edib.
    Gümüş 0,1365 manat bahalaşaraq 1 unsiya üçün 27,9847 manata bərabər olub.
    Platinin qiyməti 21,675 manat artaraq 1523,3785 manat, palladiumun qiyməti 30,923 manat artaraq 30,923 manat təşkil edib.
     

    Muxalifet3 - 22-05-2018

  4. Nazir şadlıq evlərinə xəbərdarlıq etdi: Cərimələr çox olacaq

    Paytaxtın Nizami, Xətai, Binəqədi rayonlarında yerləşən şadlıq saraylarına xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı həmin restoran və şadlıq evlərinin atmosferi kanserogen maddələrlə çirkləndirdiyi müəyyən edilib.
    Muxalifet.az-ın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Real TV-ə müsahibəsində bildirib ki, bu restoranların ərazisindən qalxan tüstü saat 8-dən sonra ərazinin atmosferini bürüməklə yanaşı çirklənməyə də səbəb olur.

    Muxalifet3 - 22-05-2018

  5. ​Coğrafiyaçı alim: Meyitləri tapılan alpinistlərin səhvi o olub ki...

    "Qubada alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqununun baş verməsi gözlənilən haldır".
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
    Onun sözlərinə görə, alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqunu həmişə baş verib və bu ərazi üçün uçqunun baş verməsi normal haldır:

    Muxalifet3 - 22-05-2018

  6. ŞOK AÇIQLAMA: Türkiyə və Rusiyanın qarşısını alın! - AB və NATO BİRLƏŞƏCƏK

    Rusiya və Türkiyənin Balkan yarımadasında güclü təsiri var.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstan baş nazirinin müavini və müdafiə naziri Krasimir Karakaçanov deyib.
    O, NATO və Avropa Birliyinə səslənərək Rusiya və Türkiyənin qarşısının alınmasını istəyib:
    “Siyasi mövqeyimiz bəllidir. Üzvlük məsələsinin dəqiqləşməsini, region ölkələrinin tamamilə NATO və AB üzvü olmasını istəyirik. İllərdir ki, bölgəyə 3-cü ölkələr müdaxilə edir. Burada Rusiya və Türkiyənin nüfuzundan söhbət gedir. İki ölkə 200 ildir ki, Balkanlardadır”
     

    Muxalifet3 - 22-05-2018

  7. ​İsrail-İran müharibəsi başladı – İRAN ƏRAZİSİ POLİQONA ÇEVRİLƏCƏK

    Ehtimal edilən İsrail-İran müharibəsi üçün poliqon artıq hazırdır. Müharibə perspektivli gərginlik tərəfləri Livana çəkir.
    Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, ABŞ kəşfiyyatı İsrail-İran gərginliyinə dair ilginc faktlar əldə edib.
    Kəşfiyyat orqanlarından KİV-ə sızdırılan məlumata görə, bir neçə gün əvvəl İsrail qırıcılarının ("F-35") Livanın paytaxtı Beyrut üzərində manevr etməsi təsadüfi deyildi. Bu, mümkün müharibəyə hazırlığın yekun mərhələsi, yaxud, İsrail kəşfiyyatının poliqona son baxışıdır.

    Muxalifet3 - 23-05-2018

  8. ABŞ terrorçulara söz verdi! - TERROR LIDERLƏRİ BƏYAN ETDİ

    Suriyanın şimalındakı Menbiç şəhərini “ziyarət” edən ABŞ rəhbərliyi ilə koalisiya güclərinin, terror təşkilatı YPG/DSG-yə Menbiçi hər cür hücuma qarşı qoruma sözü verdiyi bildirilir.
     

    Muxalifet3 - 23-05-2018

  9. ABŞ-a 48 saat vaxt verildi: ÖLKƏNİ TƏRK EDİN

    Venesuela prezidenti Nikolas Maduro, ABŞ-ın Caracas səfiri Todd Robinsona ölkədən ayrılması üçün 48 saat vaxt verib.
     
    Maduro televiziyadan verdiyi açıqlamada, Robinson və köməkçisi Brayan Naranjoya Venesuela hökumətinə qarşı sui-qəsd qurduğu səbəbilə ölkədən ayrılmaları üçün 48 saat vaxt verdiyini bildirib.
    Maduronun ittihamı ilə bağlı ABŞ tərəfindən hələ bir açıqlama gəlmədi.
     
    ABŞ SEÇKİDƏ SAXTAKARLIQ OLDUĞUNU DEMİŞDİ
     

    Muxalifet3 - 23-05-2018

  10. Rusiya və Yaponiyadan ABŞ HƏMLƏSİ

    Rusiya və Yaponiya ABŞ-ın polad və alüminium məhsullarının idxalına qoyduğu əlavə vergi tətbiq etməsinə etiraz olaraq, ABŞ-dan idxal olunacaq mallara tətbiq olunan gömrük vergisini artırma qərarı verib.
     
    Rusiya və Yaponiya ABŞ prezidenti Donald Trampın ötən günlərdə polad və alüminium məhsullarının idxalına qoyduğu əlavə vergilər mövzusunda əks həmləyə keçib.
     
    REAKSİYA SƏRT OLACAQ
     

    Muxalifet3 - 23-05-2018

  11. ABŞ dövlət katibi Pompeodan İRAN XALQINA ÜSTÜÖRTÜLÜ MESAJ

    ABŞ-ın dövlət katibi Mayk Pompeo, "İran xalqının, ölkələrinin bu şəkildə davranmasını sona çatdıracaq bir yol gördüyü təqdirdə, o yolu seçəcəyinə inamım tamdır" deyə, bildirib.
     
    ABŞ dövlət katibi Pompeo, ABŞ Xarici İşlər Nazirliyində təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Muxalifet3 - 23-05-2018

  12. Daha bir təyyarə qəzası - 111 NƏFƏR ÖLDÜ

     
    Kubanın paytaxtı Havana yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ qalan 3 qadından biri ölüb.
     
    APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Kuba vətəndaşı, 23 yaşlı Qrettel Landrove xəstəxanada vəfat edib.
     
    Beləliklə, ölənlərin sayı 111 nəfərə çatıb. İndiyədək 40 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Qəzada sağ qalan daha iki qadının vəziyyəti kritik olaraq qalır.
     

    Muxalifet4 - 23-05-2018

  13. ​Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verildi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb.
    “Report” xəbər verir ki, sənədə əsasən, Torpaq Məcəlləsinin 47-ci maddəsinə əlavə edilib.
    Əlavə ilə bundan sonra qəbiristanlıqların altındakı torpaqlar bələdiyyələrin mülkiyyətinə verilib.

    Muxalifet4 - 23-05-2018

  14. ​ABŞ Ermənistana 140 milyon dollar yardım ayırır – İSLAHATLARA DƏSTƏK…

    Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi yeni Ermənistan hökumətində islahatların aparılmasına 140 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır. TASS xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun çərşənbə axşamı Amerikanın Erməni Milli Komitəsinin saytında dərc olunan məktubunda qeyd olunur. "Biz "Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması məsələsini nəzərdən keçirməyə hazırıq.

    Muxalifet4 - 23-05-2018

  15. ​BAKIDA KÜTLƏVİ DAVA: Binəqədi sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

    Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.
    Belə ki, 9-cu mikrorayonda 1982-ci il təvəllüdlü Rzayev İqbal İbrahim oğlu tanımadığı iki şəxslə əlbəyaxa dava edib.
    Həmin şəxslər İ.Rzayevi ölümcül döyüblər. O, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.

    Muxalifet4 - 23-05-2018

  16. İsrailin törətdiyi qətliam üçün ARAŞDIRMA BAŞLADILDI

    Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Bensuda, Fələstin hökumətinin İsrailin qırğınlarına dair onlara təslim etdiyi işlə bağlı ön araşdırma başlanıldığını qeyd edib.
     
    Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Fatou Bensuda, bu gün Fələstin hökumətinin İsrailin qırğınları ilə bağlı BCM-yə təqdim etdiyi qətliam dosye məsələsində məhkəmə sədrini məlumatlandırdığını açıqlayıb.

    Muxalifet3 - 23-05-2018

  17. ŞOK AÇIQLAMA: "Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı"

    Muxalifet.az rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsovun axar.az-a müsahibəsini təqdim edir:

    – Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacizadə Rusiya XİN nümayəndəsinin Abxaziyada Qarabağ separatçıları ilə görüşünə görə Moskvaya etiraz ediləcəyini və bu görüşün regionda sülhə xidmət etmədiyini bildirdi. Bu diplomatik açıqlamaya Rusiya XİN sözçüsü Mariya Zaxarova qeyri-diplomatik və sərt cavabı Rusiyanın İrəvana son günlər artan qayğısını gündəmə gətirdi. Sizcə, Paşinyan hakimiyyətə gələndən sonra Kreml rəsmi İrəvana dəstəyini artırıb?

    Muxalifet4 - 23-05-2018

  18. "İntiqam almaq üçün cinsiyyətini dəyişdirmək istəyən xəstələr olur" - TANINMIŞ CƏRRAH

    İnsanın həyatda ala biləcəyi ən ciddi qərarlardan biri bəlkə də cinsiyyətini dəyişməsidir. Bu təkcə cinsiyyətini deyil, insanın bütün həyatını dəyişməsi deməkdir. Bir insan 20-30 yaşına qədər bir həyatı, ondan sonra başqa bir həyatı necə yaşaya bilər? Mütəxəssislərin bir çoxu bu fikirdə olan insanların ciddi psixoloji problemləri olduğunu düşünür. Bir qrup həkim isə bu prosesin müəyyən şərtlər altında vacibliyini vurğulayır. Bəs görəsən cinsi seçimlərini dəyişdirmək fiziki xəstəlikdir, yoxsa daxili sıxıntıların yaratdığı psixiki pozuntu?

    Muxalifet4 - 23-05-2018

  19. ​OPEC iyunda neft hasilatını artıra bilər

    OPEK-in iyunda keçiriləcək iclasında neft hasilatı həcminin artırılmasına dair qərar qəbul edilə bilər. Bu barədə “Röyters” OPEK-dəki mənbələrinə istinadən məlumat yayıb. “Bütün variantlar nəzərdən keçirilir”, - deyə Fars körfəzi ölkələrindən birindəki mənbə agentliyə bildirərək, hasilatın artırılmasına dair qərarın OPEK-in iyun sammitində veriləcəyini bildirib. Mənbə hasilatın həcminin nə qədər artırılacağı ilə bağlı hələlik konkret məlumatın olmadığını bildirib.

    Muxalifet4 - 23-05-2018

  20. ABŞ İRANI İÇDƏN DAĞITMAQ İSTƏYİR:Tehran geriyə addım atacaqmı? - TƏHLİL

    ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton Tehrana misilsiz maliyyə təzyiqi göstərəcək. RİA “Novosti” Pompeonun bəyanatından sitat gətirir: “Biz İran rejiminə misilsiz maliyyə təzyiqi edəcəyik. İran liderlərində bizim ciddiyyətimizlə bağlı hər hansi bir şübhə olmayacaq”.

    Muxalifet2 - 23-05-2018

Pages