Axtarış

The search found 105785 results in 0.07 seconds.

Search results

  1. ​ADB Azərbaycanla bağlı əsas STRATEGİYASINI AÇIQLAYIB

    Asiya İnkişaf Bankının (ADB) 2016-2017-ci illərdə Azərbaycanla bağlı əsas strategiyası makroiqtisadi və maliyyə sabitliyinin bərpası, iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi siyasət sahəsində islahatların dəstəklənməsi olub.
    “Report” xəbər verir ki, bu barədə bankın “2011-2017-ci illərdə Azərbaycanla bağlı strateji prioritetlər hesabatı”nda bildirilib.
    Sənədə əsasən, bu strategiyanın reallaşdırılması 2018-2020-ci illərdə də davam etdiriləcək.

    Muxalifet2 - 23-05-2018

  2. ​Təhsil Nazirliyi qrant müsabiqəsinin NƏTİCƏLƏRİNİ AÇIQLADI

    Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Bununla bağlı keçirilən mətbuat konfransında müsabiqə nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, iştirakçıların sayında 3 dəfədən çox artım müşahidə edilib. E.Əmrullayev bildirib ki, qalib layihələrin bir qismi bu il icra ediləcək: “Bu il ərzində baş tutacaq layihələrə ayrılan vəsait 1 milyon manat dəyərindədir. Bakı ilə yanaşı bölgələrdən də müraciətlər olub.

    Muxalifet2 - 23-05-2018

  3. ​Zakir Həsənov NATO generalları ilə görüşdü

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 23-də NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-mayor Odd Egil Pedersen və Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun ilə görüşüb.

    Muxalifet2 - 23-05-2018

  4. ​Aksiz markasız araqların realizə edilməsinin QARŞISI ALINDI

    Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.
    DGK-dan verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.

    Muxalifet2 - 23-05-2018

  5. İki azərbaycanlı qadın Quşadasında SAXLANILDI

    Türkiyədə saxlanılmış yüngül həyat tərzi sürən əcnəbi qadınları həkim müayinəsindən keçirmək üçün xəstəxanaya aparıblar.
    Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əxlaqsızlıqla məşğul olan iki azərbaycanlı qadın Quşadasında polislər tərəfindən saxlanılıb. İnsan alverinə qarşı mübarizə aparan polis əməkdaşları yüngül həyat tərzi sürən qadınlarla birlikdə otel sahibini və qeydiyyat şöbəsinin əməkdaşını da yaxalayıblar.

    Muxalifet2 - 23-05-2018

  6. Nikol Petrosyana vəzifə verərsə... - Qarabağın həll prosesi

    Petrosyan özündə güc tapsa, köhnə təkliflərə yeni don geyindirsə və mövcud siyasəti aktual etsə, onun reytinqi qalxacaq.
    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Axar.az-a Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın son zamanlar aktivləşməsi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Petrosyanın bütün hallarda Ermənistan siyasi səhnəsində fəallaşacağı gözlənilirdi.

    Muxalifet2 - 23-05-2018

  7. İsrailli nazirdən AVROPAYA SÖYÜŞLÜ TƏHQİR

    Qəzza sərhədində Fələstinlilərə atəş açılmasını və törədilən qətliamı sərt bir dillə tənqid edən Avropa İttifaqına, İsrailin enerji naziri Steinitz, görünməmiş bir təpki göstərib. Hansı ki, Steinitz, iki həftə əvvəl Aİ-İsrail münasibətlərini tərifləmişdi.
     
    ABŞ-ın Qüdsə səfirliyini daşıması və arxasınca gələn etiraz dalğasında 60-dan çox Fələstinlinin qətl edilməsi, Avropa Birliyi ilə (Aİ) İsrail münasibətləri silkələyib.
     
    CƏHƏNNƏMƏ GEDİN
     

    Muxalifet3 - 23-05-2018

  8. "Grand Hospital"dan çıxarılan HƏKİMLƏR ÜSYANA QALXDI: "Adamın kişiliyi, mərdliyi olar"

    “Grand Hospital”ın bir neçə aparıcı həkimi işdən çıxarılıb.

    Yenicag.az-ın əldə etdiyi məlumata görə, onlara bu barədə əvvəllcədən heç bir xəbərdarlıq olunmayıb.

    Məlumatı saytımıza açıqlamasında eyni aqibətlə üzləşən uroloq-androloq Namiq İsmayılov da təsdiqləyib:

    Muxalifet - 23-05-2018

  9. ​“Şimali Koreya birtərəfli qaydada silahsızlaşmayacaq” – Pxenyandan ŞƏRTLƏR

    Şimali Koreya ehtimal ki, birtərəfli qaydada denuklearizasiyanı həyata keçirməyə başlamayacaq.
    Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “IHS Markit” beynəlxalq konsaltinq şirkətinin tədqiqatçıları bildirirlər.
    Onlar hesab edirlər ki, bu proses Koreya yarımadasında nüvə silahının yerləşdirilməsindən imtina barədə ABŞ tərəfindən veriləcək təminatla bağlıdır.

    Muxalifet2 - 23-05-2018

  10. ABŞ YƏHUDİLƏRİ İKİ YERƏ BÖLÜNDÜ –Yevangelist-neokon ittifaqıyla liberal yəhudilərin daxili savaşı başlayıb - TƏHLİL

    Bir müddətdir ki, yevangelistlərin neokonlarla olan ittifaqının Vaşinqtonu və Ağ Evi necə təslim etdiyini anladıram. Bu artan güc qurulu nizamın – isteblişmentin qəbul etdiyi bütün dəyərlərə də hücum edirdi. Misal üçün, prezidentlərin səfirliyi Qüdsə daşıma səlahiyyəti həmişə mövcud olub, lakin bunun Trampın gəlişinədək icra edilməməsi bu qurulu nizamın pərdə arxasında gördüyü işlərlə bağlı idi.

    Muxalifet2 - 23-05-2018

  11. Azərbaycanda neft yataqları olan milyarder Kremldə nələr etdi? – PARTİYA SƏDRİ, ULDUZLAR, TƏRİFLƏR…

    Azərbaycanda bəzi neft yataqlarında böyük payı olan rusiyalı biznesmen Mixail Qutseriyev Moskvanın Kreml sarayında özünə ad günü və şeir gecəsi keçirib. 

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, ad günündə onun şeirlərinə bəstələnmiş mahnılar oxunub, 60 ilin yubileyi ilə bağlı təbriklər səsləndirilib.

    Muxalifet - 23-05-2018

  12. ​Ermənistan getdikcə kiçilir… - XAÇİK HAKOBYAN

    Ermənistanın əkinə yararlı torpaqları sürətlə şoranlaşır.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ekologiya naziri Xaçik Hakobyan məlumat verib.
    Nazir son iki ildə torpaqların 2.67 faizinin şoranlaşaraq sıradan çıxdığını bildirib.
    Ərazilərin 28 faizinin potensial təhlükə qarşısında olduğunu deyən Hakobyan qeyd edib ki, hər il əkinə yararlı torpaqların sahəsinin kiçilməsi müşahidə olunur.

    Muxalifet2 - 23-05-2018

  13. Kanada planı: İRANI BU QIZ PARÇALAYACAQ

    Amerikada ona görə çevriliş olmur ki, Vaşinqtonda ABŞ səfirliyi yoxdur.
    Bu sözləri ABŞ-ın İraqdakı keçmiş səfiri Con Neqroponte demişdi.
    Maraqlıdır, deyilmi? Bunu özünüifşa kimi də anlamaq olardı, amma biz o qədər sadəlövh yanaşmayaq məsələyə. Dünyanı idarə etməyi qarşısına məqsəd qoyan bir dövlətin belə səhv buraxacaq siyasətçisi ola bilməz, təbii ki, bu olsa-olsa, meydan oxumağın ən yumşaq formasıdır.

    Muxalifet2 - 23-05-2018

  14. ​“Park Bulvar”da 14 yaşlı QIZ İTKİN DÜŞDÜ

    Bakıda 14 yaşlı qız itkin düşüb.
    Hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.
    2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
    İtmiş qızın axtarışları davam etdirilir. (report)

    Muxalifet2 - 23-05-2018

  15. ​“Facebook”da təhlükəsizlik gücləndirildi - SƏBƏB

    “Facebook” sosial şəbəkəsi ehtimal olunan “Rusiya müdaxiləsi”nə görə informasiyaların qorunması tədbirlərini gücləndirib.
    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bunu “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq deyib.
    O bildirib ki, bu, 2016-cı ildə ABŞ-da prezident seçkilərindən sonra baş verib.
    Zukerberq deyib: “Seçkilər dövründə, xüsusən Fransa və Almaniyada, ABŞ-da keçirilən 2016-cı il seçkilərindən sonra Rusiya tərəfdən gələ biləcək müdaxilələri nəzərə alaraq təhlükəsizliyi gücləndirmişik”.

    Muxalifet2 - 23-05-2018

  16. Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”

    “Şotlandiyalı bir mühasibin adına keçmiş SSRİ ərazisindən çıxarılan “pulların yuyulması”nda istifadə edilməsi üçün 4 firma yaradılıb. Həmin firmaların Kremlə yaxın şəxslərlə bağlı olduğu bildirilir”.
    Musavat.com xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “The Herald” qəzetində Devid Lisk və Riçard Smitin imzası ilə xüsusi məqalə dərc olunub. Yazıda firmaları təsis edən adamın adı da göstərilib - Marios Papantoniu

    Muxalifet2 - 23-05-2018

  17. ​135 nömrəli avtobusda SİLAHLI İNSİDENT - DİN rəsmi məlumat yaydı

    135 nömrəli avtobusda insident baş verib.
    Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, mayın 22-də saat 22 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub.

    Muxalifet2 - 23-05-2018

  18. ​Məktəb direktorunun həyətindən silah tapıldı: SAXLANILANLAR VAR

    Ağdamda məktəb direktorunun həyətində aşkarlanan silah-sursatla bağlı aparılan araşdırmalar nəticəsində saxlanılanlar var.

    Muxalifet2 - 23-05-2018

  19. ​Xankəndində ÜSYAN HAZIRLIĞI: Bakı hərəkətə keçə bilər

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin keçmiş “müdafiə naziri”, hazırda həbsdə olan Samvel Babayan Xankəndində “məxməri inqilab” hazırlayır.
    Muxalifət.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti şəxsi mənbələrə istinadən yazıb.
    Qəzet qeyd edir ki, Xankəndində erməni hərbi-siyasi mənbələri Savel Babayanın həbsdən azad olunandan sonra Qarabağa gedəcəyindən və orada inqilab törədəcəyindən əmindirlər.
    “Babayanın siyasi meydana qayıdışından ciddi narahatlıq var”, - deyə qəzet yazıb.

    Muxalifet2 - 23-05-2018

  20. İsraili qəzəbləndirəcək daha BİR “FƏLƏSTİN” QƏRARI

    İsrailə qarşı İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Zirvə Konfransı Fövqəladə Toplantısında alınan qərarlardan sonra tarixi bir həmlə də Beynəlxalq təşkilat Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatından (OPCW)gəldi. OPCW, Fələstinin təşkilata üzv dövlət kimi qəbul edildiyini bildirib.
     
    Fələstinin Kimyəvi Silahlar Konvensiyasına (CWC) tərəf olması üçün iştirak sənədini təqdim etdiyi bildirilib.

    Muxalifet3 - 23-05-2018

Pages