Axtarış
The search found 105785 results in 0.067 seconds.
Search results
SON DƏQİQƏ: Səudiyyə Ərəbistanı Fransaya hücum edəcək
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Fransa Prezidenti Emmanuel Makrondan S-400 zenit raket komplekslərinin Qətərə satışının qarşısını almağı tələb edib.
Muxalifet.az xəbər verir ki bu barədə məlumatı Fransanın "Le Monde" qəzeti yazıb. Məlumata görə, kral Fransa prezidentinə yazdığı məktubda S-400 raketlərinin satışı dayandırılmasa, sərt tədbirlər görəcəyini qeyd edib:Muxalifet3 - 2-06-2018
Kim Çenin Sinqapurda otel pulunu ABŞ ödəyəcək?
Donald Trampın və Kim Çen İnin iyunun 12-nə təyin olunmuş görüşünə hazırlıq işləri aparan ABŞ nümayəndə heyəti Şimali Koreya liderinin sammit zamanı oteldə qalma pulunu ödəmək üçün yol axtarır.
Muxalifet.az xəbər verir ki, Pxenyan tərəfi nümayəndə heyətinin “Fullerton” otelində qalma haqqının ödənilməsini xarici dövlətin öz üzərinə götürülməsini xahiş edib. Bu oteldə prezident otağının bir gecəlik qiyməti 6 min dollardan yuxarıdır.Muxalifet3 - 2-06-2018
Ərdoğan millət vəkillərinə səsləndi: İncəni məhkəməyə verin!
Türkiyə Böyük Millət Məclisinin bütün deputatları Məhərrəm İncəni məhkəməyə versin.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı söyləyib.
“Biz xidmət əhliyik. Cənab incə Yalovaya rahat gedib gəlsin deyə körpü salmışıq. Bu millətə əfəndilik etməyə gəlməmişik. Biz etdiklərimizdən və görəcəyimiz işlərdən danışırıq. Digərlərini isə “yıxacağıq”, “keçmişə qayıdacağıq” deyirlər. Millət vəkillərini oğru adlandırırlar. Bütün millət vəkilləri İncəni məhkəməyə verin”.
Muxalifet3 - 2-06-2018
"Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir. Azanın səsi 500 metrdən kənara yayılmamalıdır..." – Əli Həsənov
Qaynarinfo xəbər verir ki, bu sözləri Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.
Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur: "Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.
Prezidentin köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir.
Muxalifet3 - 2-06-2018
Koalisiya hücum etdi: bir ailənin 12 üzvü öldürüldü
ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın Haseke şəhərinə havadan hücum təşkil edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Təşkilatı yayıb. Məlumata görə, hücum nəticəsində bir ailənin 12 üzvü həyatını itirib.
Qeyd edək ki, koalisiyanın hesabatında 2014-ci ilin avqustundan 2018-ci ilin aprelinə qədər 29 min 358 dəfə hücum təşkil edildiyi qeyd edilib. Bu hücumlarda 892 mülki vətəndaşın öldüyü bildirilib.
Muxalifet3 - 2-06-2018
Tiflisdə aksiya davam edir: "Məni öldürmə"
Tiflisdə keçirilən “Məni öldürmə” şüarlı kütləvi aksiya parlamentin binası qarşısında yenidən bərpa olunub.
Muxalifet.az xəbər verir ki, yağışlı havaya baxmayaraq, aksiya iştirakçıları parlamentin qarşısına toplaşmağa başlayır.
Aksiyaçılar ötən ilin dekabrında qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasına etiraz edirlər.Muxalifet3 - 2-06-2018
İranın hərbi təyyarəsi qəzaya uğradı
Bu gün İranın Hərbi-Hava Qüvvələrinə məxsus F-7 tipli təyyarə İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, qəza anında pilotlar katapult ediblər və xilas olublar.
Hadisə yerinə hərbi mütəxəssislər cəlb edilib.
Qəzanın səbəbləri araşdırılır.
Muxalifet3 - 2-06-2018
Aviatorlarımız 5 min kəlbəcərlinin təxliyəsi üçün... - Polkovnik
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Muxalifet3 - 2-06-2018
Göyçayın 30 kəndi ilə əlaqəsi kəsildi - Yeniləndi
Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqları güclü selin təsiri nəticəsində çökmək üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb.
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay çayı üzərindən keçən körpüsündə bu gün günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılıb. Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.Muxalifet3 - 2-06-2018
DGK sədri tapşırıq verdi: Rusiyaya daha asan keçid üçün...
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
DGK-dan verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.
Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.Muxalifet3 - 2-06-2018
Sisi and içdi: 21 dəfə atəş açıldı
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi Qahirədə yerləşən parlament binasında ikinci prezidentlik dövrü üçün and içib.
Muxalifet.az xəbər verir ki, andiçmə mərasimindən sonra hərbi təyyarələr havada dövrə vurub, 21 dəfə topdan atəş açılıb.
Qeyd edək ki, Əbdülfəttah Sisi mart ayında baş tutan seçk
Muxalifet3 - 2-06-2018
Nazir: Türk ordusu İraqın daxilinə doğru irəliləyir
Türkiyə qoşunları Şimali İraqın daxilinə doğru irəliləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı xalq qarşısında çıxış edən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
Nazir həmçinin İraqın 26-27 kilometrinə qədər daxil olan türk əsgərlərinin Qandil şəhərinə çatmasına az qaldığını bildirib. Soylu ordunun İraqdakı PKK terror təşkilatının üzvlərini məhv edəcəyini bildirib.
Muxalifet3 - 2-06-2018
ŞOK: Bütün məktəblər “haqq” verir – Azərbaycanda RÜSVAYÇILIQ
Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev məktəbin direktoru Maya Həsənovanın rüşvətxorluğuna dözmədiyi üçün işdən azad olunması haqqında Təhsil Nazirliyinə məktub yazacağını bildirib. Muxalifet.az xəbər verir ki, axar.az-a açıqlama verən Fuad Mehrəliyev direktorun məktəbdəki qanunsuz əməllərinə biganə yanaşdığı üçün Astara rayon Təhsil Şöbəsini də qınayıb. O bildirib ki, direktorla bağlı Rayon Təhsil Şöbəsinin verdiyi rəsmi açıqlama yalandır: “Təhsil qanunericiliyinə görə, məktəbdə problem olarsa, pedoqoji şura çağırılmalıdır.
Muxalifet3 - 2-06-2018
SON DƏQİQƏ: Türkiyə və Rusiya NATO-ya qarşı birləşir - KABUS BAŞLAYACAQ
ABŞ Konqresinin Türkiyəyə F-35 hərbi təyyarələrinin verilməsinin qarşısını almaq cəhdləri Ankaranın Rusiyadan silah almasına səbəb ola bilər. Bu vəziyyət NATO və təyyarələri üçün ciddi bir təhdiddir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Biznes İnsaydır” portalı məlumat yayıb.
“Türkiyə də Rusiya istehsalı S-400 hava müdafiə sistemlərini almağı qəbul edib. Beləliklə, Moskva NATO-nun müdafiə sisteminə daxil olmaq fürsəti qazana bilər. Bu da alyansın kabusu olacaq”.Muxalifet3 - 2-06-2018
Suriya: İsrail yalan məlumat yayır, İrana minnətdarıq
ABŞ Suriyanın cənubundakı Tanf bölgəsində qurduğu hərbi bazadan dərhal çıxmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib. O bildirib ki, ABŞ bölgədən ayrılmasa, hər hansı razılıqdan söhbət gedə bilməz:
“Suriyanın təhlükəsizliyi ilə bağlı sazişi yalnız ABŞ öz ordusunu bölgədən geri çağırdığında əldə edə bilərik”.
Müəllim ABŞ ordusunun Suriyadan çıxması ilə bağlı İsrailin yalan xəbər yaydığını və İran əsgərlərinin Suriyada olması məsələsini İsrailin şişirtdiyini bildirib:Muxalifet3 - 2-06-2018
Rusiyanın bu bölgəni Suriyaya verməsini dəstəkləyirik - İran
Rusiyanın Suriyanın cənubunda təhlükəsizlik bölgəsinin nəzarətini Suriya ordusuna təhvil verməsinə yönəlik səyləri Tehran dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Şamxani söyləyib.
"Rusiyanın səylərini Suriya hökumətinin terrorçu qrupların işğal etdiyi torpaqlar üzərində hakimiyyəti qazanmasına yönəlik müsbət bir addım olaraq görürük", - Şamxani söyləyib.
Muxalifet3 - 2-06-2018
Məmur dağlara qaçdı: Azərbaycana keçmək istəyir
Qonşu Dağıstanda casus-döyüş filmlərini xatırladan hadisələr baş verir.
Muxalifet.az xəbər verir ki, Dağıstanın tibbi-sosial ekspertiza Bürosunun rəhbəri, respublika parlamentinin deputatı Maqomed Maxaçev mayın 31-də işdən azad edilib. Maxaçev həmin Büroya 2013-cü ildən başçılıq edirdi və hüquq-mühafizə orqanları onun saxta sənədlərlə yüzlərlə dağıstanlıya əlillik statusu verdiyini, nəticədə Rusiyanın Dövlət Pensiya Fonduna on milyonlarla rubl ziyan vurdğunu müəyyən ediblər.Muxalifet3 - 2-06-2018
Kor qızı hamamda kameraya çəkib şantaj etdi - HƏYATININ DƏRSİNİ ALDI - VİDEO
Kor qızı hamamda kameraya çəkib şantaj etdi - HƏYATININ DƏRSİNİ ALDI - VİDEO
Muxalifet3 - 2-06-2018
NATO-nun şok planı: 30 gündə 30 min əsgər...
NATO 30 gün ərzində hərəkətə keçməyə hazır 30 min əsgərdən ibarət birlik yaratmağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə Almaniyanın "Velt am Zontaq” qəzeti çıxış edib. Qəzet NATO diplomatlarına istinad etdiyi xəbərdə ittifaqın Rusiyanın hücumlarına qarşı hazırlıq gördüyü, böhran vəziyyətində hərəkətə keçmək üçün qüvvə topladığı, eyni zamanda birliyin yüzlərlə hərbi təyyarə və gəmilərlə təchiz ediləcəyini yazıb.Muxalifet3 - 2-06-2018
Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb
Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, regionda təhlükəsizliyin təmin edilməsi üçün “Həyat Təhrir Şam” qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı İdlibin şimalında İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.
Öldürülənlər arasında Əbu Cəmal Azəri ləqəbli azərbaycanlı komandir də olub.
Muxalifet3 - 2-06-2018