Axtarış
The search found 105785 results in 0.104 seconds.
Search results
Trampla Kim Çenin görüşünə daha bir ƏNGƏL: Hərəkat işə qarışdı
ABŞ prezidenti Donald Tramp ilə Şimali koreyalı həmkarı Kim Çen In arasında 12 iyun tarixində Sinqapurda baş tutacaq zirvə görüşünə daha bir əngəl çıxıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Şimali Koreya liderlərin Sinqapurda yerləşəcəkləri hotelin hesabını ödəmək istəmir.
Kim və onun heyəti Sinqapurda 5 ulduzlu “Fullerton” hotelində qalmağı üstün tutub. Hotelin VİP bölməsinin bir gecəsi isə 6000 dollardır. Ancaq Şimali Koreya hökuməti bu xərci ödəmək niyyətində deyil.Muxalifet2 - 4-06-2018
İran çəkilsə, ABŞ BAZASI BAĞLANACAQ
İranın dəstəklədiyi milsiərin Suriyanın cənubunu tərk etməsi müqabilində Əsəd rejiminin sərhədləri nəzarətinə almasına dair İsrail-Rusiya razılaşmasından sonra Moskva rəhbərliyi, indi də ABŞ ilə razılığa gəlməyə hazırlaşır.
Muxalifet3 - 4-06-2018
İran Suriyada Rusiya-İsrail basqısı qarşısındadır:“Tehran 100 milyard dollardan çox yatırım qoyduğu Suriyanı tərk etməyəcək” – TƏHLİL
Tehran Suriya prezidenti Bəşər Əsəd rejiminin müdafiəsinin təminatı üçün çox böyük resurslar göndərib. Şübhəlidir ki, çıxıb getməyə hazırlaşır. İsrail israr edir ki, Rusiya – Əsədin əsas müttəfiqi – və başqa beynəlxalq oyunçular İranı Suriya ərazisini tərk etməyə məcbur qoysunlar və əks halda, Suriyada İran mövqelərinə aviazərbələrin sayını artırmaq hədəsi gəlir.
Muxalifet2 - 4-06-2018
Tbilisidə metro işini dayandırdı – Etiraz olaraq TƏTİL ELAN EDİBLƏR
Gürcüstanın paytaxtı Tbilisidə maşinistlərin tətilə çıxması metropolitenin işinə təsir göstərib.
Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, səhər saatlarından qatarların heç biri xəttə çıxmayıb. Qeyd edək ki, bu gün tətillə bağlı paytaxtda avtobuslar pulsuz fəaliyyət göstərəcək.Muxalifet2 - 4-06-2018
F-35A döyüş təyyarələrinin təhvili üçün TÜRKİYƏYƏ RƏSMİ DƏVƏT GƏLDİ
Türkiyənin, Rusiyadan S-400 hava müdafiə raketləri almasına təpki olaraq bəzi Amerikalı senatorların Türkiyəyə verilməsinə qarşı çıxdığı beşinci nəsil F-35A müştərək hücum təyyarəsinin (Joint Strike Fighter) 21 iyundakı ilk təhviliylə bağlı Türkiyə rəsmilərinə dəvət göndərilib.
F-35-lərin əsas istehsalçısı “Lockheed Martin”-in rəsmi dəvət mətnində, "Lockheed Martin” olaraq 21 iyun 2018-ci ildə” Fort Worzh”da keçirəcəyimiz “Türkiyə Cümhuriyyəti F-35 Təhvil Mərasimi”ndə sizləri yanımızda görməkdən məmnun olacağıq” deyə, qeyd edilib.Muxalifet3 - 4-06-2018
Göyçayda selin dağıtdığı körpünün yerində YENİSİ TİKİLİR
Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün yerində yeni körpünün, 200 metr aralıda isə alternativ körpünün tikintisinə başlanılıb.
Muxalifet2 - 4-06-2018
Tovuzda üç yaşlı oğlan zəhərlənib ÖLDÜ
Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.
Rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.
Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. (apa)Muxalifet2 - 4-06-2018
İran Prezident Aparatının rəhbəri MAHMUD VAEZİ BAKIDADIR - Prezident İlham Əliyevlə görüşəcək
İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycana rəsmi səfərə gəlib.
İran səfirliyindən APA-ya verilən məlumata görə, iyunun 3-dən başlayan səfər çərçivəsində M.Vaezi prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlər keçirəcək.
Səfər bu gün başa çatacaq.Muxalifet2 - 4-06-2018
İki uşaq atası özünü asdı - TOVUZDA
Tovuzda intihar hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, rayonun Xatınlı kənd sakini, 1966-cı il təvəllüdlü Hüseynov Vasif Zeynalabdin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, V. Hüseynov bir müddət əvvəl yaxın qohumu dünyasını dəyişən vaxtdan depressiyaya düşüb.
Onun iki övladı var.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır./apa/Muxalifet2 - 4-06-2018
NAZİRƏ YENİ MÜŞAVİR TƏYİN OLUNDU
Elman Cəfərov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib.
Bundan əvvəl Anar Əliyev və Vüsal Nəsirli nazirin müşaviri vəzifələrinə təyin edilmişdilər. Yeni təyinatlardan sonra müşavirlərin sayı ümumilikdə 4-ə çatıb.
Bundan başqa, Bəxtiyar Əzizova Aparat rəhbərinin müavini postu həvalə olunub.
Qeyd edək ki, A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi.Muxalifet2 - 4-06-2018
Trampın Kim sevgisinin sirri - Ağ Ev başçısı nəyə can atır?
Ekspert: “Tramp əslində özünü təlxək kimi aparsa da, çox böyük siyasət aparır”
Muxalifet2 - 4-06-2018
Kim Çen Indan GÖZLƏNİLMƏZ QƏRAR – Hərbi rəhbərliyi vəzifədən azad etdi
Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi rəhbərliyinin üç nümayəndəsini dəyişdirib.
APA-nın “Renhap” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) xalq silahlı qüvvələr naziri Pak En Zik, Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Men Su, eyni zamanda ordunun Baş Siyasi İdarəsinin rəisi Kim Çon Qak vəzifələrindən azad ediliblər.Muxalifet2 - 4-06-2018
Paşinyan proqramını müzakirəyə çıxarır: NƏLƏR YAZILIB?
Ermənistan hökumətinin proqramında yeni heç nə yoxdur.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın hökumətinin 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq proqramını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi proqramın xarici siyasət hissəsinə diqqət çəkib:Muxalifet2 - 4-06-2018
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb.
Mərkəzdən "Report"a verilən məlumata görə, Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Bakalavrlar Apelyasiya Komissiyasına 4-6 iyun saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.Muxalifet2 - 4-06-2018
Yaponiya: ABŞ dünya ticarətində XAOS YARADIR
ABŞ-ın hazırkı administrasiyasının ticarət sahəsində fəaliyyəti dünya bazarında xaosa səbəb ola bilər.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya hökumətinin katibi Yosixide Suqa deyib. Onun sözlərinə görə, Vaşinqtonun məhdudiyyətləri Yaponiya-ABŞ iqtisadi əməkdaşlığına da təsir edəcək.
Qeyd edək ki, ABŞ bundan öncə Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polad və alüminiuma əlavə gömrük rüsumu tətbiq edib.Muxalifet2 - 4-06-2018
Paytaxtın bu yollarında nəqliyyatın HƏRƏKƏT İSTİQAMƏTİ DƏYİŞDİRİLİR
İyunun 5-9 tarixlərində Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.
Muxalifet2 - 4-06-2018
Qəndil yaxınlığında KÜRD XALQI TÜRK ƏSGƏRİNƏ İFTAR SÜFRƏSİ AÇDI
Terror təşkilatı PKK-nı küncə sıxışdıran Türk əsgəri, Şimali İraqdakı xalqdan da böyük bir dəstək görməyə başlayıb.
Terrorla mübarizədə hücum mərhələsinə keçən Türk Silahlı Qüvvələri, Suriyanın şimalında terror təşkilatlarına vurduğu zərbələrdən sonra istiqaməti İraqın şimalına çevirib.
Bölgədə yuvalanan terrorçuları bir-bir zərərsizləşdirməyi bacaran Türk əsgəri, təşkilatın idarəetmə mərkəzi kimi göstərilən Qəndilə doğru irəliləməyə başlayıb.
11 BAZA YARADILIB
Muxalifet3 - 4-06-2018
Hakimdən Röyanın şәriki ilə bağlı QƏRAR
Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Səbinə Hüseynovanın apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Səbinə Hüseynova İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.Muxalifet2 - 4-06-2018
Bakı Metropoliteninə yeni mətbuat katibi TƏYİN EDİLDİ
Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə ayrılan Nəsimi Paşayevi hazırda Bəxtiyar Məmmədov əvəz edir.
Modern.az xəbər verir ki, bu gün Bakı Metropolitenini QSC-nin sədri Zaur Hüseynov B.Məmmədovu kollektivə təqdim edib.
B.Məmmədov qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin müavini vəzifəsini tutur.Muxalifet2 - 4-06-2018
Qarabağda iğtişaşlar: yerli ermənilər paqonlulara qarşı qiyama qalxıblar – TƏHLİL
Ermənistanda baş vermiş məxməri inqilabdan sonra aydın idi ki, Artsaxda da (mətndə bu cürdür-red.) dəyişikliklərə müəyyən ehtiyac meydana çıxacaq. Bu o şəraitlə şərtlənir ki, əslində, Ermənistan və Artsax eyni siyasi-iqtisadi sistemdə yerləşir, bu halda isə Artsaxdakı siyasi status-kvo Ermənistandakı əhatəli dəyişikliklər kontekstində donuq qala bilməz.
Başqa yandan, problem qəliz və dərindir və səthi mülahizələr səviyyəsində Artsaxda hansısa inqilab və ya fors-major durum proqnozlaşdırmaq lazım deyil.Muxalifet2 - 4-06-2018