Axtarış
The search found 105785 results in 0.098 seconds.
Search results
Pərviz Bülbülə və Türkan Vəlizadənin düşdüyü dəhşətli qəzanın VİDEOSU
Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə dünən gecə avtomobil qəzası keçirib. Muxalifet.az azxeber.az-a istinadla xəbər verir ki, müğənnilərin düşdüyü qəzanın görüntüləri yayılıb. Videoda avtomobillərdən birinin qırmızı işıqda keçdiyi aydın görünür. Hadisə zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb. Sənətçilərin hər ikisi xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 3-06-2018
İsrail “soyqırım” müzakirələrini təxirə saldı – ƏRDOĞANA GÖRƏ
İsrail hökuməti qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin bu həftə nəzərdə tutulan müzakirəsini təxirə salıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, müzakirələrin Türkiyədə keçiriləcək seçkilərdən sonra baş tutacağı bildirilib.
Müzakirələrin vaxtının dəyişməsinə səbəb kimi soyqırım məsələsinin seçkilərdə Ərdoğanın xeyrinə işləyə biləcəyi ehtimalı göstərilib.
Muxalifet4 - 3-06-2018
20 milyonluq korrupsiya faktı haqda ŞOK SƏNƏDLƏR – “Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması...”
Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan İsmayılov Elnur Mənsur oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, bu günə qədər aidiyyatlı orqanlara 300-ə yaxın məktub ünvanlasa da, müraciətinə baxan olmayıb. Odur ki, saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən müəllif yazır:
“Cənab Prezident!
Mən 2014-ci ildən düçar olduğum haqsızlıqlara qarşı bu günə qədər çalışsam da, müsbət nəticə əldə edə bilməmişəm.Muxalifet4 - 3-06-2018
55 YAŞLI KİŞİ İNTİHARA CƏHD ETDİ - Bıçaqla özünə xəsarət yetirib
Şəmkir rayonunda yerli sakin özünə xəsarət yetirib.
Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 55 yaşlı Abdullayev Asif Rüstəm oğlu yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib. Yaxınlarının bildirdiyinə görə, o, əsəbi halda, hələ ki bilinməyən səbəbdən özünün qol və qarın nahiyələrinə xəsarət yeririb. Yaralının vəziyyəti ağırlaşdığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır(report).Muxalifet4 - 3-06-2018
50 manat üstündə xalası oğlunu bıçaqladı – 3 GÜN ƏVVƏL BORC VERMİŞDİ....
Abşeron polisi bir müddətdir axtarışda olan şəxsi yaxalayıb.
Belə ki, 50 manat pul üstündə xalası oğluna qarşı cinayət törədən İlham Qədirov tutularaq Abşeron Polis İdarəsinə gətirilib.
Əvvəllər məhkumluq həyatı yaşayan İlham Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün əvvəl borc kimi verdiyi 50 manat pulu tələb edib. Onlar məsələni yeyib-içdikdən sonra həll etmək qərarına gəliblər. İ. Qədirov içki məclisi zamanı Xəyyam Babayevi bıçaqlayaraq hadisə yerində qaçıb.Muxalifet4 - 3-06-2018
İranın sünni din xadimi molla rejiminə etiraz etdi – “40 il keçməsinə baxmayaraq...”
İranda İslam İnqilabından 40 il keçməsinə baxmayaraq, burada sünnilər hələ də ayrı-seçkiliklə qarşı-qarşıyadır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın nüfuzlu din xadimlərindən Əbdülhəmid İsmayılzehi deyib.
“İranlı sünnilər, vətənlərinə xidmət üçün idarəçilik pillələri və hərbi vəzifələrdə olmaq istəyirlər”, - din xadimi bildirib.
Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani də ölkədə gənclərin, qadınların və azlıqların hüquqları ilə bağlı dövlətdən şikayətçi olduğunu açıqlamışdı.Muxalifet4 - 3-06-2018
Azərbaycanın bəzi şəhərlərində içməli su olmayacaq
Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.
Muxalifet3 - 3-06-2018
SON DƏQİQƏ: Ərdoğanın iqamətgahına HÜCUM ANI: Görüntülər yayıldı - VİDEO
Türkiyədə 15 iyul çevriliş cəhdinə dair yeni görüntülər məhkəməyə təqdim edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Görüntülərdə FETÖ-çuların prezident iqamətgahını bombalamasına dair yeni kadrlar yer alıb.
Muxalifet3 - 3-06-2018
Səudiyyədə ilk: Mədəniyyət Nazirliyi yaradıldı
Səudiyyə Ərəbistanında Mədəniyyət Nazirliyi yaradılıb.
Muxalifet.az xəbər verir ki, kral Salman bin Əbdüləziz bununla bağlı fərman imzalayıb.
Səudiyyə kralı şahzadə Bədra bin Abdal bin Fərhan Əl Səudu mədəniyyət naziri təyin edib.
Muxalifet3 - 3-06-2018
Daha bir miqrant gəmisi batdı - Faciə
Tunisin cənub sahillərində gəminin batması nəticəsində 37 miqrant həyatını itirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Tunisin Daxili İşlər Nazirliyi məlumat yayıb.
68 miqrantın isə xilas edildiyi bildirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Muxalifet3 - 3-06-2018
Türk ordusu buranı tərk etdi – Səbəb
Türk ordusu Ərbilin Soran mahalının Bermize kəndini tərk edib.
Muxalifet.az xəbər verir ki, bu barədə mahal rəsmisi İhsan Çələbi məlumat yayıb.
“Türk əsgərləri PKK-ya qarşı mübarizədə, onların həbs olunmasında kənd əhalisindən kömək istədilər. Lakin əhali ərazidə hərbi insidentin baş verməsindən ehtiyat etdiyinə görə yardım göstərməkdən boyun qaçırdı. Bundan sonra hərbçilər kəndi tərk etdilər”, - İhsan Çələbi bildirib.
Qeyd edək ki, TSQ mayın 31-də PKK-çılara qarşı mübarizə üçün Bermize kəndinə gəlmişdi.
Muxalifet3 - 3-06-2018
Tarixi an: “Fənərbaxça”nın yeni prezidenti bəlli oldu
Türkiyənin "Fənərbaxça" klubunun yeni prezidenti Əli Qoç olub.
Muxalifet.az xəbər verir ki, səsvermənin nəticəsinə görə, o, 20 ildir kluba rəhbərlik edən Əziz Yıldırımı geridə qoyub.
Qeyd edək ki, Əziz Yıldırım 1998-ci ildən "Fənərbaxça"ya rəhbərlik edirdi. Son vaxtlar klubun azarkeşləri davamlı olaraq onu istefaya dəvət etsələr də, Yıldırım vəzifəsinə davam edəcəyini deyirdi.
Muxalifet3 - 3-06-2018
Berlində atəş səsləri: yaralananlar var
Almaniyanın paytaxtı Berlində katedralda naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində 2 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hələ ki, hadisə ilə bağlı əlavə informasiya verilmir.
Muxalifet3 - 3-06-2018
Gürcülər Tiflisdə yenidən ayağa qalxdı: İstefa tələbi - Foto
Gürcüstanı paytaxtı Tiflisdə yenidən etiraz aksiyaları start götürüb.
Muxalifet.az xəbər verir ki, aksiyaya bir sıra müxalif partiya və hərəkatlar da dəstək verir.
Məlumata görə, aksiya iştirakçıları ədalət tam bərpa olunana qədər hökumətin istefasını tələb etməkdə qərarlıdırlar.
Axşama doğru aksiyanın daha kütləvi xarakter alacağı bildirilir.Muxalifet3 - 3-06-2018
Bəndovan Dövlət Təbiət Yasaqlığında yanğın — 3 hektar əraziyə yayılıb
İyunun 3-də saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb.
Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur.
Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.
Hadisə yerinə dərhal ETSN və FHN-in əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.
Muxalifet3 - 3-06-2018
Kişini maşının içərisində dəfn etdilər - Video
Çin kəndlərindən birində olduqca qəribə hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, yaxınları kişini öz avtomobilinin içində dəfn ediblər.
Bildirilir ki, mərhumun son arzusu məhz “Hunday Sonata” markalı sevimli maşınının içərisində dəfn edilmək olub.
Muxalifet3 - 3-06-2018
ŞOK: Gürcüstanda azərbaycanlıları eşşəklə müqayisə etdilər - FOTO
Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunub.
Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yayıb.
"Gürcüstanda satılan bu fincanın üzərində Gürcüstan xəritəsi çəkilib. Diqqət yetirsək, görərik ki, hər yerdə insan şəkilləri qoyulub, həmyerlərimizin yaşadığı tarixi yurdumuzun yerləşdiyi ərazidə isə eşşək şəkili çəkilib: başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə başını aşağı salıb", - deyə o, qeyd edib.Muxalifet3 - 3-06-2018
Yumurtanın qiyməti bahalaşdı - Video
Azərbaycanda yumurtanın qiyməti bahalaşıb.
Muxalifet.az xəzər xəbər-ə istinadən xəbər verir ki, ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir.
Ancaq bu artım butun mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildirib.
Alıcılar isə yumurtanın qiymətindəki artımın olduca böyük olduğundan şikayətlənirlər.Muxalifet3 - 3-06-2018
Prezidentdən Messiyə TƏHDİD: Əgər Qüdsə gəlsən...
Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub İsrail və Argentina futbol milliləri arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ilə bağlı çağırış edib.
Muxalifet.az xəbər verir ki, o, matça çıxacaqları təqdirdə müsəlman dünyasının Argentina millisi və Lionel Messiyə qarşı kampaniya başladacağını açıqlayıb. Racub Argentinanı İsrail ilə matçdan imtina etməyə çağırıb:
"Messi, matça gəlmə və işğala haqq qazandırma".
Qeyd edək ki, İsrail-Argentina oyununun iyunun 9-da Qüdsdə keçirilməsi gözlənilir.
Muxalifet3 - 3-06-2018
Kərkükdən mühüm xəbər: Talabani həbs edildi
Kərkük Məhkəməsi Kərkük Bölgə Məclisinin kürd əsilli sədri Rebvar Talabani haqqında həbs qərarı çıxarıb.
Muxalifet.az xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub.
Hələ ki, onun neçə il həbsə məhkum ediləcəyi ilə bağlı məlumat verilmir.
Muxalifet3 - 3-06-2018