Axtarış

The search found 105785 results in 0.116 seconds.

Search results

  1. Azərbaycanda silahlı insident: AVTORİTET ŞAHİN TUTULDU

    Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb.

    Report xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

    Muxalifet2 - 9-06-2018

  2. BAKININ HEYRƏT DOĞURAN MƏNZİL BAZARI- MDB məkanında ən bahalı 3-cü şəhər… - ARAŞDIRMA

    İki gün öncə Rusiyadan yayımlanan “Mir” telekanalında MDB ölkələrinin mənzil bazarlarındakı durum təhlil edilirdi. Bu mövzuya həsr olunan verilişdə xüsusilə yeni tikilən binalarda evlərin qiymətinin ölkələr və paytaxtlar üzrə müqayisəsi aparıldı ki, bu zaman da ortaya bizim üçün maraqlı olan statistika çıxdı. Bu statistikadan belə məlum olur ki, Bakı yeni tikilən mənzillərin qiymətinə görə, MDB-də 3-cüdür.

    Muxalifet2 - 9-06-2018

  3. Bakıda atışma: 56 YAŞLI KİŞİ GÜLLƏLƏNDİ

    Bakıda güllələnmə hadisəsi baş verib.

    Teleqraf.com-un məlumatına görə, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

    Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd edib.

    Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Muxalifet2 - 9-06-2018

  4. “Xəstəxanada anamı öldürüb, üzüyünü barmağından çıxarıblar” - Bakıda daha bir həkimə qarşı ÖLÜM İDDİASI

    2 aya yaxındır ki, 53 yaşlı Xəzanə Əliyeva həkim səhlənkarlığının qurbanı olub. “Zob”dan əməliyyat olunan qadın 1 gün sonra elə xəstəxanadaca dünyasını dəyişib. Ailəsi bildirir ki, baiskar isə M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrah-endokrinoloqu Fəridə Saidovadır.

    Muxalifet2 - 9-06-2018

  5. Putinə sərvət vədi: Rusiya ordusu bu ölkəyə girir - ŞOK

    Rusiya və Mərkəzi Afrika Respublikası (MAR) arasında yaranmış yeni münasibətlər dünyanın diqqət mərkəzinə düşüb.

    Muxalifət.az xəbər verir ki, MAR başçısı Faustin Tadera keçən ilin noyabr ayında Moskvaya səfər edərək bir sıra anlaşmalara imza atıb.

    Lakin Rusiya Prezidenti Vladimir Putinin gözlənilmədən MAR-a – illərdir davam edən vətəndaş müharibəsinin xarabalığa çevirdiyi bir Afrika ölkəsinə maraq göstərməsi Taderanın sürpriz səfərindən daha ilginc ehtimallar yaradıb.

    Muxalifet2 - 9-06-2018

  6. Aİ-Azərbaycan sazişi ilin sonuna kimi imzalana bilər - MİLLƏT VƏKİLİ

    “Azərbaycan və Avropa İttifaqı danışıqlar mərhələsindədir. Danışıqların hədəfi yeni tərəfdaşlıq və əməkdaşlıq sazişini imzalamaqdır”.

    Muxalifət.az xəbər verir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev deyib.

    Millət vəkili danışıqların nəticələrinin bu ilin sonu, gələn ilin əvvəlində hazır olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dəyərlərin mübadiləsində maraqlıdır.

    Muxalifet2 - 9-06-2018

  7. NATO İRAQA YENİ HƏRBİ TƏLİMÇİLƏR GÖNDƏRİR

    NATO İraqa yüzə yaxın hərbi təlimçi göndərəcək.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, bu təlimçilər İraq əsgərlərinə təlim keçəcək.

    O, bu təlimlərin İraq ordusuna ölkənin müdafiəsini gücləndirməyə yardım edəcəyini deyib.

    Muxalifet2 - 9-06-2018

  8. Azərbaycan nefti ucuzlaşıb- QİYMƏT

    Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

    Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar ucuzlaşaraq 77,37 dollar olub.

    Muxalifet2 - 9-06-2018

  9. “Bizə hücumların arxasında Prezident Administrasiyası dayanır” – SƏRDAR CƏLALOĞLU PREZİDENTƏ MÜRACİƏT ETDİ

    Azərbaycan Demokrat Partiyası (ADP) son günlər ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə məxsus olan Modern.az, Biq.az, Ölkə.az, Oxu.az, Report.az, və digər saytlarda prezidentliyə keçmiş namizəd ADP sədri S.Cəlaloğlunun şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna zərbə vuran, böhtan və qarayaxma kampaniyasının Prezident Administrasiyasının məsul şəxslərinin dəstəyi ilə başlandığını bəyan edir.

    Muxalifet - 9-06-2018

  10. ABŞ seçkilərinə Rus müdaxiləsi iddialarına IVANKA TRAMPIN DA ADI QARIŞDI

    ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı, qızı Ivanka Trampın ailənin şəxsi vəkili və adı bir müddətdir ki, qalmaqallarla anılan Maykl Coheni Rus olimpiya ştanqçısı ilə işləməyə məcbur etdiyi iddia edilib.
     
     “The Mercury News”-un verdiyi xəbərə görə, Rusiyalı ştanqçı Dimitriy Kloko, Tramp ailəsinin vəkili Cohenə, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş təşkil edə biləcəyini deyib.
     
    İVANKANIN ADI İLK DƏFƏ ANILIR
     

    Muxalifet3 - 9-06-2018

  11. Türkiyədən ABŞ-a S-400 ZƏMANƏTİ

    Türkiyənin müdafiə naziri Nurəddin Canik, ABŞ Senatının S-400 qayğıları ilə əlaqədar olaraq, "Türkiyədə qurulacaq S-400 sistemi heç bir halda, heç bir NATO amilini, F-35 təyyarələri də daxil, narahat etməyəcək və onlar üçün bir təhdid və təhlükə yaratmayacaq zəmanətini verdik" deyib.
     
    Türkiyədən S-400 zəmanəti
     
    ABŞ-ın müdafiə naziri Mattis ilə görüşündə S-400 hava müdafiə sistemlərilə F-35 döyüş təyyarələrinin da gündəmə gəldiyini bildirən Canik,bunları deyib:

    Muxalifet3 - 9-06-2018

  12. Terrorçu YPG-dən MÜNBİÇ OYUNU

    Türkiyə və ABŞ xarici işlər nazirləri arasında varılan anlaşma ilə 3 ay ərzində Münbiçi tərk etməli olan PKK/YPG-lilər, ad dəyişməklə Türkiyəni aldatmağa çalışırlar.
     
    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-lı həmkarı Mayk Pompeo ilə görüşündən sonra razılığa gələrək terror təşkilatı PKK/YPG-nin 3 ay ərzində Münbiçi boşaldacağını açıqlanması terrorçular arasında psixoloji çöküşə səbəb olub.

    Muxalifet3 - 9-06-2018

  13. Gülən yeni çevriliş planlaşdırır - SOYLU

    FETÖ-nun yeni çevriliş, yeni sui-qəsd planları var.

    Muxalifət.az xəbər verir ki, bunu “CNN Türk”ə açıqlamasında Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

    “Onların bu çevrilişi Türkiyədə gerçəkləşdirmək gücü yoxdur. Lakin FETÖ hələ də Balkanlarda güclüdür. Xüsusilə xaricdə təşkilatın logistik fəaliyyətini müəyyən etməyə çalışırıq. Ölkə içində təhdid yaradacaq FETÖ hücrələri hələ də var. FETÖ subliminal mesajlarla çevriliş çağırısı etməyə davam edir. Onlar sosial şəbəkələr vasitəsilə özlərinə dəstək axtarırlar”, – deyə o bildirib.

    Muxalifet2 - 9-06-2018

  14. Görünməmiş hadisə: Kəbədə intihar baş verdi – VİDEO

    Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən, müsəlmənların müqəddəs saydığı Kəbədə intihar hadisəsi baş verib.

    Muxalifət.az xəbər verir ki, bir nəfər gecə namazından sonra özünü üçüncü mərtəbədən aşağı atıb.

    Muxalifet2 - 9-06-2018

  15. Xoşqədəmin verilişindən sonra özünü öldürdü – DƏHŞƏT

    Bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb.

    Muxalifet2 - 9-06-2018

  16. Millimiz Latviya ilə qarşılaşacaq- BU GÜN

    Bu gün Riqa şəhərindəki “Dauqava” stadionunda Latviya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

    Trend-in məlumatına görə, qarşılaşmanı Belarusdan olan hakimlər idarə edəcək:

    Baş hakim: Denis Şerbakov

    Baş hakimin köməkçiləri: Yuri Xomçanka, Andrey Xetsikov

    Dördüncü hakim: Aleksandr Anufriyev

    Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

    Muxalifet2 - 9-06-2018

  17. Ermənilər panikada: Ordumuzun Lələtəpədən sonrakı - HƏMLƏSİ

    Azərbaycan Ordusunun Naxçıvanda mövqelərimizi irəliyə daşıması və ümum hərbi yüksəkliyə nəzarət etməklə iki kəndin üzərində suveren haqlarımızı bərpa etməsi çox mühüm tarixi hadisədir. Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib.

    Muxalifet2 - 9-06-2018

  18. KXDR-dən Sinqapura 100 nəfərlik nümayəndə heyəti gedəcək

    ABŞ-la sammit qurtarana qədər KXDR-in Sinqapurda qalacaq nümayəndə heyətinin sayı 100 nəfərdən çox olacaq.

    Muxalifət.az “Azərtac”a istinadən xəbər verir ki, onların arasında həm rəsmi şəxslər, həm də təhlükəsizlik xidmətinin əməkdaşları var.

    Muxalifet2 - 9-06-2018

  19. Sabah hava NECƏ OLACAQ?

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

    Muxalifət.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Abşeron yarımadasında gecə 16-18° isti, gündüz 24-28° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

    Muxalifet2 - 9-06-2018

  20. Bakıda avtomobillə vurulan iki piyada ÖLDÜ

    Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

    Muxalifet2 - 9-06-2018

Pages