Axtarış

The search found 105793 results in 0.092 seconds.

Search results

  1. Təhsil naziri: "Müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq"

    Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr edilmiş Sabah İncəsənət Festivalının bağlanış mərasimi keçirilib.

    APA-nın xəbərinə görə, mərasimdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, rektorlar iştirak ediblər.

    Muxalifet2 - 11-06-2018

  2. Tbilisidə etirazçıların çadırları SÖKÜLDÜ

    Tbilisdə etirazçıların Rustaveli prospektində qurduğu üç çadır polis əməkdaşları tərəfindən yığışdırılıb.
     
    Məlumata görə, çadırlar parlamentin binası qarşısına daşınıb.
    Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa olunub.
    Bundan öncə çadırlardan birində etirazçılar arasında mübahisə baş verib. Polis əməkdaşları mübahisəyə müdaxilə edərək üç şəxsi saxlayıb.

    Etirazçılar arasında fikir ayrılığı səbəbindən mübahisənin yarandığı bildirilib.

    Muxalifet3 - 11-06-2018

  3. Bakıda iki İNTİHAR HADİSƏSİ

    Hər iki hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Məlumata görə, 1977-ci il təvəllüdlü Əjdər Sadıqov özünü asıb.
     
    Həmin rayonda 1963-cü il təvəllüdlü Elmira Seyfullayeva isə damarlarını kəsib, nəticədə qanitirmədən ölüb. E.Seyfullayevanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
    Hər iki faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 11-06-2018

  4. İlham Əliyev Dünya Çempionatının açılışına qatılacaq - MOSKVDA

    Azərbaycan prezidenti İlham Əliyev Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Moskvadakı açılış mərasimində iştirak edəcək.
     
    Bu barədə RİA Prezidenti Administrasiyasındakı mənbəyə istinadla xəbər yayıb.
    Xatırladaq ki, iyunun 14-də keçiriləcək açılış mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcək. Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın birlikdə iştirak edəcəyi ilk tədbir olacaq.

    Muxalifet3 - 11-06-2018

  5. Yazıçı Karapetyan Qarabağla bağlı İRƏVANA ÇAĞIRIŞ ETDİ - VİDEO

    “Literaturnaya Kanada” almanaxının baş redaktoru, İngiltərə Yazıçılar İttifaqının üzvü, erməni yazıçı Vaaqan Karapetyanın ötən gün bir daha sosial şəbəkələrdə və mediada yayılan video-müraciəti bəzi erməni ziyalılarının Qarabağla bağlı mövqeyini yenidən gündəmə gətirib.

    Muxalifet3 - 11-06-2018

  6. “Tramp hər şeyi məhv edir” – CORC SOROS

    ABŞ Prezidenti Donald Trampın siyasəti dünyanı məhvə doğru sürükləyir.
     
    Bunu “Vaşinqton Post”a müsahibəsində amerikalı milyarder Corc Soros deyib.
    “Trampda dözülməz narsisizm var. Əslində seçkini qazanacağını onun özü də gözləmirdi. Heç Putin də Trampın zəfərini gözləmirdi. Klinton Trampdan daha yaxşı prezident olacaqdı. Təəssüf ki, seçilmədi və artıq özümü təhdid altında hiss edirəm. Mədəniyyətimiz, dəyərlərimiz, sahib olduğumuz hər şey məhvə doğru gedir. Trampla birlikdə bu məhv olmaya yaxınıq”, – deyə o bildirib./axar.az

    Muxalifet3 - 11-06-2018

  7. Deputat Qubanın icra başçısını YIXDI-SÜRÜDÜ

    "Qubanın icra başçısı var idi, işlədiyi dövrdə daşı daş üstə qoymadı. Çox ciddi nöqsanları var idi, mən rəhbərliyə bir neçə dəfə dedim ki, problem yarana bilər. Ona görə də rəhbərlik qərar qəbul etdi. İndi Qubaya təzə icra başçısı gəlib, Ziyəddin Əliyev”.
     

    Muxalifet3 - 11-06-2018

  8. “Qərb Suriya müharibəsini qızışdırır” - ƏSƏD

    Suriya prezidenti Qərbin ölkəsindəki müharibəni qızışdırdığını bildirib.
     
    “Mail”-ə müsahibəsi zamanı Bəşar Əl-Əsəd Qərb ölkələrinin Suriyanın kimyəvi silahlardan istifadə etdiyi barədə yalan söylədiyi və terrorçuları dəstəklədiyini deyib.
    Qərbin Suriya mövqeyi hakimiyyəti dəyişmək, prezidenti hakimiyyətdən uzaqlaşdırmaqdır
    O, Qərbin siyasəti ilə uyğunlaşmayan hökumətinin devrilməsi üçün baş qaldıran üsyanın konspirasiyanın bir hissəsi olduğunu bildirib.

    Muxalifet3 - 11-06-2018

  9. Xalq artisti məmurla dalaşdı: İSTEFA VERDİ

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.
     
    Ölkə.az xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. 

    Muxalifet3 - 11-06-2018

  10. Putin yeni zərbə hazırlayır – iyulun 15-dən sonra vurulacaq ÖLKƏLƏRİN SİYAHISI

    “Rusiya prezidenti Vladimir Putin pauza götürdü və yeni zərbəni hazırlayır”.

    Muxalifət.az xəbər verir ki, bu haqda Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy “Apostrof” nəşrinə bildirib.

    Onun sözlərinə görə, Rusiya prezidenti futbol üzrə dünya çempionatından (14 iyun-15 iyul tarixlərində Rusiyada keçiriləcək –red.) pauza olaraq istifadə etmək niyyətindədir.

    Muxalifet2 - 11-06-2018

  11. Nazirlikdən XƏBƏRDARLIQ – Güclü külək əsəcək, leysan, dolu, çaylarda daşqın gözlənilir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Departamentdən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşəcək. Azərbaycanın rayonlarında da iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq.

    Muxalifet2 - 11-06-2018

  12. “Bu gücə arxalanmayan əsla qalib ola bilməz” - POLKOVNİK BAŞBUĞ

    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, türkiyəli təhlükəsizlik və terror mütəxəssisi, təqaüddə olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib: “Şimali İraq xalqı Afrində mehmetciyin səmimiyyətinə bələd oldu. Başqa sözlə deyilsə, xalq onu illərlə cana yığan terrordan xilas olmaq üçün yeganə və son şansının türk əsgəri olduğunu bildirib. Terrorla mübarizədə ən mühüm məsələ baza dəstəyi və xalq dəstəyidir. Bu, gücə arxalanmayan əsla qazana bilməz.

    Muxalifet2 - 11-06-2018

  13. ABŞ ÖZÜNÜN QURDUĞU İQTİSADİ SİSTEMİ NİYƏ DAĞIDIR? –G-7 zirvələri artıq məna və əhəmiyyətini itirir - TƏHLİL

    Sənayeləşmiş Qərb ölkələrinin və Yaponiyanın dünya iqtisadiyyatını müzakirə etmək üçün ilk dəfə görüş keçirməsi 1975-ci ildə, o dövrdə Fransanın prezidenti olan Valeri Jiskar d`Estenin dəvətilə baş tutmuşdu. Həmin il toplanan 6 ölkəyə ertəsi il – 1976-cı ildə Kanada da əlavə olunca, G-7 ortaya çıxmışdı. 1977-ci ildə Avropa İqtisadi Birliyi, 1997-ci ildə də Rusiya həmin qrupa daxil edilmiş və onun qatılması ilə qrupun adı G-8 olmuşdu. 2014-cü ildə Krımın ilhaq ediməsi səbəbilə Rusiya qrupdan çıxarılınca, G-7-yə geri dönülmüşdü.

    Muxalifet2 - 11-06-2018

  14. İsrail təyyarəsi İrana GİRDİ: XAMNEYİ GENERALI VƏZİFƏDƏN ÇIXARDI

    İranın dini lideri Ayətullah Əli Xamneyi, F-35 döyüş təyyarələrinin ölkənin hava sahəsinə daxil olmasından sonra İran Hərbi Hava Qüvvələrinin general-mayoru Farzad İsmailiyi vəzifədən götürüb.
     
    Küveytdə nəşr olunan “Al Jarida” qəzetinin xəbərinə görə, İranın dini lideri Ayətullah Xamneyinin İran Hava Qüvvətləri Komandanını vəzifədən aldığını yazıb. Xamneyinin bu qərarına səbəb isə İran hava sahəsinə girən İsrail F-35 təyyarısinin Tehran da daxil olmaqla, İranın mühüm şəhərləri üzərində uçması olub.

    Muxalifet3 - 11-06-2018

  15. Üç gün sonra müharibə başlaya bilər - Mümkün SSENARİ AÇIQLANDI

    Ukrayna hərbçiləri Donbasda Avropa İttifaqının siyasi təhlükəsizlik məsələləri üzrə komitəsinin nümayəndə heyətinə qarşı təxribat hazırlayırlar.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “Dövlət Təhlükəsizliyi Nazirliyi”nin mətbuat xidmətindən iddia ediblər.

    Muxalifet2 - 11-06-2018

  16. Paşinyan Sərkisyanın daha bir düşmənini AZAD EDİR

    Ermənistan parlamentinin Yelk Blokundan olan deputatı Alen Simonyan Təsisçi Parlament Hərəkatının həbsdə olan lideri Jirayr Səfilyanın müvəqqəti olaraq azadlığa buraxılması üçün zamin durmağa hazır olduğunu deyib. Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Simonyan öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, artıq Səfilyanın vəkili ilə görüşüb və zamin durmasıyla bağlı bütün sənədlərə qol çəkib. Qeyd edək ki, Səfilyan bundan öncə Ermənistanın polis bölmələrindən birinin ələ keçirilməsində ittiham edilərək, 10,5 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 11-06-2018

  17. “Məhkum olunmuş şəxslər də sürücü işləyə bilərlər” - BNA

    “Məhkumluğu olan şəxs cəzasını çəkib cəmiyyətə inteqrasiya olunmalıdır. Məhkum olan şəxs sürücü kimi fəaliyyət göstərməsin deyə bir məsələ yoxdur. Hər kəsə fərdi yanaşılmalı, onun törətdiyi əmələ baxılmalıdır. Məhkum olunmuş şəxslər də sürücü işləyə bilərlər”.

    Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

    Muxalifet2 - 11-06-2018

  18. İrandan Şimali Koreyaya XƏBƏRDARLIQ: "ABŞ-dan yaxşı heç nə gözləmək olmaz"

    İranın Xarici İşlər Nazirliyi Şimali Koreyaya xəbərdarlıq edib.

    Trend-in məlumatına görə, İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi KXDR lideri Kim Çen Ina xitabən deyib ki, ABŞ beynəlxalq hüquq normalarını pozmağa öyrəşib.

    Qasıminin sözlərinə görə, bu ölkədən yaxşı heç nə gözləmək olmaz.

    Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.

    Muxalifet2 - 11-06-2018

  19. Amansız əmlak davası: Bıçaqla atasının dalınca düşdü... – TƏFƏRRÜAT

    Lənkəran şəhərində qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən 1968-ci il təvəllüdlü Sabit Heydərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Sabit Heydərli öz atası Midaris Heydərov və qardaşı Mahir Heydərov ilə birlikdə yaşadığı Lənkəran şəhəri, Axundzadə küçəsi 25 saylı ünvanda yerləşən, mərhum anası Zərintacın adına qeydiyyata alınmış, atasının faktiki mülkiyyətində olan birmərtəbəli fərdi yaşayış evini gələcəkdə öz adına keçirmək qərarına gəlib.

    Muxalifet2 - 11-06-2018

  20. Tramp G7 bəyanatını niyə imzalamadı? – BƏSİT BƏHANƏ

    AB müstəqil siyasət yürütməyə başlasa, bu, ABŞ-ın hədəflərinə zidd ola bilər və Avropada ABŞ-ın nüfuzunu, mövqeyini itirməsinə gətirib çıxarar.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında beynəlxalq ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Kanadada baş tutan G7 sammitindən əvvəl orada qəbul ediləcək qərarların və razılaşmaların bundan əvvəlki toplantılardan fərqlənməyəcəyi söylənilirdi:

    Muxalifet2 - 11-06-2018

Pages