Axtarış

The search found 105805 results in 0.065 seconds.

Search results

  1. Azərbaycanlı Ukraynada vəzifəyə təyin olunub

    Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.
     
    Nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşov nazirin müşaviri təyin edilib.

    1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

    Muxalifet3 - 14-06-2018

  2. İrəvan məhkəməsi polis öldürmüş qiyamçını azadlığa buraxdı

    2016-cı ilin yayında Ermənistan paytaxtındakı polis alayını silahlı yolla ələ keçirən “Sasna tser” silahlı qruplaşmasının daha bir üzvü məhkəmə zalından azadlığa buraxılıb.
     
    Erməni mediasının verdiyi xəbərdə deyilir ki, İrəvanın Avan və Nor Nork məhkəmələrində keçirilən proseslərdə məhkəmə araşdırması bu gün də davam etdirilib. Hakim Artuş Qabrielyan mühakimə olunan Artur Soqomonyanla bağlı həbs qərarının dəyişdiyini elan edib.

    Muxalifet3 - 14-06-2018

  3. Ramazan bayramında çıxarılacaq fitrə zəkatının məbləğini açıqlandı

    Sabah dünya müsəlmanları Ramazan bayramını qeyd edəcək. Bundan əlavə, mübarək ayın son günüdə məscidlərdə bayram namazları qılınacaq.
     
    Əlamətdar günün yeganə vacib ibadəti fitrə zəkatının ödənilməsidir.

    Muxalifet3 - 14-06-2018

  4. NATO-Rusiya müharibəsi bu ölkədə baş verəcək - ŞOK PROQNOZ

    “Ukrayna Rusiya və NATO arasında döyüş əməliyyatlarının ehtimal edilən teatrıdır”.
     
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Ukrayna sərhədlərində hərbi gücünü artırmasını şərh edən hərbi ekspert Oleq Jdanov “Obozrevatel” nəşrində yazıb.
    Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə sərhədə nüvə döyüş başlıqları ilə təchiz edilə bilən dörd “İsgəndər” raket briqadasını yerləşdirməsi Ukrayna üçün ciddi təhdid yaradır.

    Muxalifet4 - 14-06-2018

  5. “Müəllimə “Son zəng” çıxışını edib, yerində oturdu, elə oradaca ürəyi dayandı” - MƏKTƏB DİREKTORU

    “Nüşabə Ələkbərovanın sağlamlığından heç bir şikayəti olmayıb”
     
    Muxalifət.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Köhnəqala kənd orta məktəbinin direktoru Əli Məmmədrzayev deyib. Onun sözlərinə görə, “Son zəng” tədbiri zamanı dünyasını dəyişən Nüşabə Ələkbərova məktəbin ən təcrübəli müəllimlərindən biri idi:
     

    Muxalifet4 - 14-06-2018

  6. Fransada Qafqaz mafiyası ifşa olundu: Gürcülər, ermənilər və azərbaycanlılar eyni cinayətkar qruplaşmada...

    Fransanın Nansi şəhər məhkəməsində Qafqazdan olan kriminal qruplaşmanın 30-dan çox üzvünün məhkəmə prosesi davam etdirilr.
     
    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, dəstə üzvləri özgə əmlakının güclə ələ keçirilməsi, mənimsənilməsi, çirkli pulların yuyulması və s. bu kimi ağır cinayətlərdə ittiham olunurlar.

    Muxalifet4 - 14-06-2018

  7. Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı

    2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 20-si saat 10:00-dək uzadılıb.
     
    Muxalifət.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunub ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

    Muxalifet4 - 14-06-2018

  8. XİN-dən Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyinə etiraz: "Üzv dövlətləri aldatma cəhdidir"

    Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılması ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
     

    Muxalifet4 - 14-06-2018

  9. "Tramp ən zalım prezidentdir" - RUHANİ

    Donald Tramp son onilliklərdə ABŞ-ın “ən zalım” prezidentidir.
     
    Muxalifət.az
    xəbər verir ki, bu fikri İran Prezidenti Həsən Ruhani səsləndirib.
    H.Ruhani qeyd edib ki, ABŞ-ın bütün hökumətləri İrana düşmən olub:
    “İslam inqilabından bəri ABŞ-ın bütün hökumətləri İran xalqının düşməni olub. Amma ABŞ-ın indiki prezidenti əvvəlkilərlə müqayisədə ən pis, ən ədalətsiz və ən zalımıdır”.

    Muxalifet4 - 14-06-2018

  10. Həmsədrlərdən Ermənistana səfərlə bağlı BƏYANAT

    ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana səfərləri ilə bağlı bəyanat yayıblar.
     
    Apa-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, iyunun 12-14-də Ermənistanda səfərdə olan həmsədrlər xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər.

    Muxalifet4 - 14-06-2018

  11. ​ŞİMALİ KOREYANIN GİZLİ ARSENALI: Kim bütün sirləri ABŞ-a açacaqmı? - TƏHLİL

    Cobi Uorrik
     
    “Washington Post”
     
    Ən azı 20 və bəlkə də 60-a yaxın döyüş başlığı Pxenyanın şimalındakı dağlarda, bunkerlərdə gizlədilib. Bu günə qədər Şimali Koreyadan onların üzə çıxarılması və ya təftişi, hətta konkret harada saxlandıqlarına dair heç bir açıqlama yoxdur.
     

    Muxalifet4 - 14-06-2018

  12. İmişlidə çaydan pasportu tapılan vətəndaş: "Ümid edirik ki, aidiyyəti qurumlar bunu araşdıracaq"

    İmişlidə çaydan pasportu tapılan vətəndaşlardan biri hadisəyə münasibət bildirib.
     

    Muxalifet4 - 14-06-2018

  13. Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi tikiləcək

    "Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək".
     
    Muxalifət.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov bildirib.

    Muxalifet4 - 14-06-2018

  14. 3 ayda Azərbaycandan 603 milyon dollar çıxarılıb

    Bu ilin I rübündə Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.
     
    “APA-Economics” Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 603,4 mln. dollar olub.
    Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 76,6 mln. dollar və ya 11,26% azdır.
    Qeyd edək ki, hesabat dövründə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 71 mln. dollar ödəniş edib.

    Muxalifet4 - 14-06-2018

  15. Məhkəmə Nazəninin vəsatətini təmin etmədi

    Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
     
    Muxalifət.az xəbər verir ki, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb.

    Muxalifet4 - 14-06-2018

  16. REAL liderinin ad günü həbsxana qarşısında qeyd edildi

    İlqar Məmmədov 5-ci ad gününü həbsxanada keçirir
     
    İyunun 14-də REAL Partiyasının lideri İlqar Məmmədovun ad günüdür. O beşinci ad gününü həbsxana divarları arxasaında qarşılayıb.
    Bu gün Məmmədovun bir qrup tərəfdarı onun həbs cəzası çəkdiyi 2 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına gələrək aksiya keçirib. Aksiya iştirakçıları REAL liderinin ad günü münasibəti ilə həbsxana üzərindən şar çəlləngi uçurub, İlqar Məmmədova azsadlıq şüarları səsləndirib.

    Muxalifet3 - 14-06-2018

  17. İradə Cavadova Vəkillər Kollegiyasından araşdırma tələb edir

    Vəkil İradə Cavadova Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və İntizam komissiyasına müraciət edərək onun səlahiyyətlərinin dayandırılması barədə qərara yenidən baxılmasına və obyektiv qərar qəbul edilməsinə çağırıb.
     
    İyunun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti İntizam komissiyasının rəyi əsasında məhkəməyə müraciət edərək İ.Cavadovanın vəkillik fəaliyyətinin dayandırılmasını istəyib. Buna əsas kimi vətəndaş K.M.-nin şikayəti göstərilib. Belə ki, K.M. bildirib ki, vəkil onun saxlanılması haqqında "yalan məlumat" yayaraq ona "xələl gətirib".

    Muxalifet3 - 14-06-2018

  18. Rusiyada pensiya yaşı artırıldı

    Rusiyanın baş naziri Dmitri Medvedev 2019-cu ildən ölkədə pensiya yaşının artırılmasını elan edib.
     
    Muxalifət.az-ın məlumatına görə, yeni qərara əsasən kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlir.
    Baş nazir bildirib ki, bu pensiya müddətinə keçid dövrü kişilər üçün 2028-ci ilə, qadınlar üçün 2034-cü ilədək davam edəcək.
    Qeyd edək ki, Rusiyada hazırda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55-dir.

    Muxalifet4 - 14-06-2018

  19. Rusiyalı qadınlara çağırış: Xarici azarkeşlərlə "intim əlaqələrə" girməyin

    Rusiyalı qadınlar qarışıq irqli uşaqların tək anası qalmamaq üçün Dünya Çempionatına gələn futbol azarkeşləri ilə cinsi əlaqələrdən çəkinməlidirlər, Rusiya parlamentinin qadın, uşaq və ailə işləri üzrə komitəsinin rəhbəri bildirib.
     
    Dövlət Dumasında Kommunist Partiyasını təmsil edən Tamara Pletnyova bu barədə fikirlərilə paytaxt radiosuna verdiyi müsahibədə danışıb.

    Muxalifet3 - 14-06-2018

  20. Eynşteyn "irqçi və ksenofob" idi

    Albert Eynşteynin yeni çap olunmuş səyahət gündəlikləri alimin irqçi və ksenofob baxışlarını üzə çıxarır.
     
    Gündəlik 1922-ci ilin oktyabr və 1923-cü mart aylarında Asiya və Yaxın Şərqə səyahət vaxtı yazılıb.
    Alim öz qeydlərində geniş və mənfi ümumiləşdirmələrə yol verir.
    Onlardan birində, çinliləri "zəhmətkeş, çirkli və küt insanlar" adlandırır.
    Həyatının sondakı illərində insan hüquqlarının müdafiəsinə səsləyən alim irqçiliyi "ağdərili insanların xəstəliyi" kimi təsvir etmişidi.

    Muxalifet3 - 14-06-2018

Pages