Axtarış
The search found 105805 results in 0.065 seconds.
Search results
Avtovağzalda görünməmiş sıxlıq yaşanır - FOTO
Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalında görünməmiş sərnişin sıxlığı müşahidə olunur.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, avtovağzalda olan müxbirimizin sözlərinə görə, hətta əvvəldən bilet alan sərnişinlər belə biletlərində göstərilən saatda avtobusa minə bilməyib.
Sərnişinlərin bir çoxu isə bilet yoxluğundan və avtobus olmamasından şikayətlənib.
Sərnişinlərin şikayəti əsasən Qəbələ, Ağdaş, İsmayıllı, Quba istiqamətində işləyən abtobuslardandır.
Muxalifet2 - 15-06-2018
Hərbi təyyarə və helikopterlər Bakı səmasında
Azərbaycan ordusunun paradına hazırlıq çərçivəsində növbəti məşq keçirilir.
Muxalifət.az xəbər verir ki, hərbi təyyarə və helikopterlər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq çərçivəsində Bakı şəhəri üzərində növbəti uçuşlar keçirirlər.
Hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portreti olan bayraq daşıyıblar. Helikopterlər, əsasən, paradın keçiriləcəyi "Azadlıq" meydanı üzərindən keçiblər.
Muxalifet2 - 15-06-2018
Qəndil ətrafındakı KRİTİK BÖLGƏLƏR TSQ-nin NƏZARƏTİNDƏ
TSQ, Qəndilə qarşı təşkil etdiyi hərəkatda 34 kilometrə qədər dərinliyə irəliləyib. Bölgədə maddi-texniki dəstək üçün 13 kilometrlik bir təhlükəsizlik yolunun tikintisi davam edərkən, terrorçuların yuvalandığı Hakurk və Bermize üçbucağında nəzarət tamamilə Türk əsgərinə keçib. TSQ, regionda daha 3 baza qurub.
Muxalifet3 - 15-06-2018
Atəşkəs rejimi 94 DƏFƏ POZULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.
Muxalifet2 - 15-06-2018
Bələdiyyə başçısı vəzifəsinə namizəd GÜLLƏLƏNDİ
Meksikada Miçoakan ştatının Taretan bələdiyyəsinin başçısı vəzifəsinə namizəd naməlum cinayətkarlar tərəfindən qətlə yetirilib.
Muxalifət.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Silvano Aureoles "Tvitter"də məlumat verib.
İlkin məlumata əsasən, Çavesə seçkiqabağı tədbir zamanı yaxınlıqda keçən avtomobildən atəş açılıb.
Muxalifet2 - 15-06-2018
Həbs olunan Marneuli İH başçısı:“HEÇ ZAMAN QANUNU POZMAMIŞAM”
“Mən qanuna tabe insanam və heç zaman qanunu pozmamışam”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneuli rayonunun icra başçısı Temur Abazov Rustavi məhkəməsində deyib.
O, polis akademiyasını bitirdiyini və qanunun onun üçün birinci yerdə olduğunu söyləyib: “Saxlanılmağım məni təəccübləndirib. İstintaqla əməkdaşlıq edirəm. Mən Marneulidə qanun çərçivəsində işləmişəm”.
T. Abazovu müdafiə edən vəkil onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb edib.
Məhkəmə iclası davam edir.
Muxalifet2 - 15-06-2018
Vulkan püskürdü, hamı sevindi – HAVAYA QİYMƏTLİ DAŞLAR DAĞLIB
Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində qiymətli daşlar göyə sovrulub.
Trend-in məlumatına görə, vulkan püskürməsi nəticəsində adanın küçələrinə “olivin” adlı qiymətli daşlar səpələnib. Bildirilir ki, yaşıl rəngli xırda qiymətli daşlar vulkun püskürdükcə hələ səpələnməkdə davam edəcək.
Havay adalarında Kilauea vulkanı artıq beş həftədir ki, püskürməkdə davam edir. Qeyd edək ki, yüksək keyfiyyətli “olivin”in bir karatının qiyməti 450 dollara yaxındır.
Muxalifet2 - 15-06-2018
Ərdoğana söz verməmişəm, ola bilsin ki... - YUNAN LİDER
Qiyamçı əsgərlərin ekstradisiyası ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana söz verməmişəm.
Muxalifət.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras deyib. O bildirib ki, Ərdoğanla telefon danışığı zamanı məsələnin yanlış anlaşılması mümkündür:
“Belə bir söz verə bilmərəm. Yunanıstan kimi bir ölkədə qüvvələr fərqini bilirəm. Əcnəbi dövlətin rəhbərinə məhkəmə qərarlarının proqnozlarını söyləyə bilmərəm. Mənim ona qarşı münasibətim birmənalıdır”, - deyə baş nazir bildirib.
Muxalifet2 - 15-06-2018
Görüş yeri təyin edildi: YAYIN SONU, MOSKVA...
Qabil Hüseynli: “Ərazi bütövlüyü Azərbaycan üçün gündəmin ən önəmli məsələlərindən biri olacaq”
Xəbər verildiyi kimi, iyunun 13-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Kremldə görüşü olub.
Muxalifet2 - 15-06-2018
Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması QADAĞAN EDİLDİ
Nazirlər Kabineti “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiqləyib.
Muxalifət.az xəbər verir ki, sənəd tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanununun 9.2-ci maddəsinə əsasən hazırlanıb və tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə şamil olunur.
Muxalifet2 - 15-06-2018
Səudiyyə futbolçuları Rusiyaya görə CƏZALANDIRILACAQ
Səudiyyə Ərəbistanının futbol üzrə yığma komadasının bir neçə üzvü Rusiya ilə oyuna görə cəzalandırılacaqlar.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Futbol Federasiyasının rəhbəri Adel İzzət açıqlayıb.
“Biz məğlubiyyətə görə çox məyusuq. Nəticə bizim hazırlıq səviyyəmizi əks etdirmir. Buna görə qapıçı Abdullah əl-Mayyuf, hücumçu Məhəmməd əs-Saxlavi və müdafiəçi Ömər Xavsavi cəzalandırılacaqlar” – deyə o bildirib.
Muxalifet2 - 15-06-2018
Sizin hıçqırıqınız yersizdir, cənablar
Əli Həsənov, Hikmət Babaoğlu, Taleh Şahsuvarlı, Azər Həsrət və başqalarına həsr olunur
İyunun 9-da Media Klub informasiya cəmiyyətindəki problemlerin və çağırışların açıq müzakirəsini keçirdikdən sonra klub üzvlərinin və onun fəaliyyətinin gözdən salınması kampaniyasına başlamaq barədə "yuxarı"dan göstəriş verilib.
Muxalifet2 - 15-06-2018
TANAP və Naxçıvan əməliyyatları: Rusiya niyə susdu?
Rusiyanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərlə münasibətlərində problemlər yaranıb. Demək olar ki, Rusiya bütün qonşuları, hətta öz müttəfiqləri ilə əlaqələrində ciddi problemlərlə üzləşib.
Muxalifət.az-ın xəbrinə görə, Teleqraf.com-a açıqlamasında politoloq Eldar Namazov belə deyib.
Politoloq vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqına üzv olan dövlətlərlə Rusiya arasında keçilməz sədlər yaranır:
Muxalifet2 - 15-06-2018
Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
Muxalifət.az xəbər verir ki, VTİ neftinin qiyməti 0,03 dollar artaraq 66,93 dollar təşkil edib.
“Brent” markalı neftin qiyməti 0,08 dollar azalaraq 75,86 dollar olub.
Muxalifet2 - 15-06-2018
Argentinalı futbolçu olimpiadanın səfiri TƏYİN OLUNDU
Argentina milli komandasının futbolçusu Xavyer Maskerano oktyabrda paytaxt Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının səfiri təyin olunub.
"Report" yarışın rəsmi səhifəsinə istinadən xəbər verir ki, hazırda Çinin "Hebey Çayn Forçun" klubunda çıxış edən yarımmüdafiəçi olimpiya dəyərlərinin dünyaya yayılmasına yardımçı olacaq.
34 yaşlı oyunçu hazırda Rusiyada start götürən dünya çempionatında iştirak edir. Argentina yığması İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda yer alıb.
Muxalifet2 - 15-06-2018
Makedoniya dövləti öz adını niyə dəyişir? – Aİ və NATO-ya üzv olmanın açarı Afinadadır - TƏHLİL
Balkan xalqları öz aralarında mübahisə aparmağı sevirlər. Keçmişlə və ya günümüzdə bağlı, fərq etməz, qonşuları bir-biri ilə üz-üzə qoyan çox şey var.
Bununla yanaşı, bir şey müzakirə olunmur: “uzlaşma” sözü Cənub-Şərqi Avropanın demək olar ki, bütün dillərində mənfi məna daşıyır. Skandinaviya və ya Almaniyadakı siyasətçilər fikir birliyinə gəlmə və əks-fikirlərə dözümlülük qabiliyyəti ilə qürur duyarlar. Ancaq Balkanlarda olan siyasətçilər düşmənləri ilə səhnə arxasında qarşılaşdıqları zaman söz duelindən çəkinmirlər.
Muxalifet2 - 15-06-2018
Putin müsəlmanları TƏBRİK ETDİ
Rusiya prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Muxalifət.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu bayramın bütün ölkə ərazisində geniş formada qeyd olunduğunu bildirib.Muxalifet2 - 15-06-2018
Türkiyədən ağır zərbə: PKK LİDERİ MƏHV EDİLDİ
Türkiyə PKK terror təşkilatının qərargahının yerləşdiyi Qəndil dağına aviazərbələr endirib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
İyunun 12-də həyata keçirilən əməliyyat nəticəsində PKK-nin regional liderlərindən biri, həmçinin 26 terrorçu məhv edilib.
Muxalifet2 - 15-06-2018
Türkiyənin diplomatiya hücumu NƏTİCƏSİNİ VERDİ: TEL RİFATI TƏRK EDƏCƏKLƏR
2,5 ildir ki, terror təşkilatı PKK-nın işğalında olan Tel Rifatın əsil sahiblərinə təhvil verilməsi üçün Rusiya ilə aparılan müzakirələr müsbət nəticə verib. PKK-lı terrorçular, Əsəd şebbihaları və İran milisləri Afrin-Hələb arasındakı kritik bölgəni bir neçə gün ərzində tərk edəcək.
Muxalifet3 - 15-06-2018
Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov kassasiya şikayəti verib – MƏHKƏMƏ BAŞLANIB
Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsindəki məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.
Qərarın elanı qeyri-müəyyən günədək təxirə salınıb.
Muxalifet2 - 15-06-2018