Axtarış
The search found 105805 results in 0.094 seconds.
Search results
Türk ordusu əməliyyata başladı: 28 terrorçu öldürüldü
Türkiyə Silahlı Qüvvələri Hakkari və Qəndildə terrorçulara qarşı əməliyyat aparıb.
Muxalifet.az xəbər verir ki, TSQ hücum hazırlığında olan 2 terrorçunun zərərsizləşdirildiyini bəyan edib.
Qeyd edək ki, 3 gün öncə eyni ərazidə aparılan əməliyyatda 26 terrorçu məhv edilmişdi.
Muxalifet3 - 15-06-2018
"Kim ki, özünə şiə və sünni deyirsə demək o, müsəlman deyil"- Fazil Mustafa - VİDEO
"Kim ki, özünə şiə və sünni deyirsə demək o, müsəlman deyil"- Fazil Mustafa - VİDEO
Muxalifet3 - 15-06-2018
Məhkəmə azərbaycanlı deputatla bağlı qərarını verdi
Gürcüstanın Rustavi şəhər Məhkəməsi Marneuli insidentində adı hallanan azərbaycanlı deputat Azər Süleymanovla bağlı qərar qəbul edib.
Muxalifet.az-ın Gürcüstan bürosunun məlumatına görə, deputat 4 min lari məbləğində cərimə olunub.
A.Süleymanova qarşı zorakılıq üzrə ittiham irəli sürülüb.
Məhkəmə qərarı ilə Marneuli insidentində adı keçən Ramin Allahverdiyev və Marneuli rayon başçısı Temur Abazovun qohumu da hər biri 4 min lari məbləğində cərimə olunub.
Muxalifet3 - 15-06-2018
Pxenyan 5300 ABŞ həbçisinin nəşini geri qaytarır - Tramp
Pxenyan rəhbərliyi Koreya müharibəsində həlak olan ABŞ hərbçilərinin sümüklərini qaytarmağa başlayıb.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks” televiziyasına açıqlamasında söyləyib.
Xatırladaq ki, 950-1953-cü illərdə Şimali Koreya ilə Cənubi Koreya arasında baş verən müharibədə minlərlə ABŞ əsgəri həlak olub. Ümumilikdə 5300 ABŞ hərbçisinin nəşinin Şimali Koreyada qaldığı bildirilir.
Muxalifet3 - 15-06-2018
Azərbaycanda mobil operatorlar nə qədər qazanıb?
2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 715,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,1 faizi əhali tərəfindən istehlak olunub.
Muxalifet.az-ın məlumatına görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,8 faizi və ya 349,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Muxalifet3 - 15-06-2018
Kurts Avropada yeni ittifaq yaradır - Berlin-Vyana-Roma
Avropa Birliyinin sərhədlərində sərt antimiqrasiya siyasəti aparmaq üçün Vyana-Berlin-Roma antimiqrasiya xətti yaradılmalıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə bəyanatı Avstriya kansleri Sebastian Kurts yayıb.Muxalifet3 - 15-06-2018
17 azərbaycanlı Stavropoldan qovuldu - 5 il...
Rusiya Federasiyası Miqrasiya Xidmətinin Stavropol diyar idarəsi 156 miqrantı deportasiya edib.
Muxalifet.az-ın məlumatına görə, onlardan 17 nəfəri Azərbaycan vətəndaşıdır.
Məlumata görə, həmyerlilərimiz 90 gün müddətində Rusiya Federasiyasında qalmaq haqda müddəti başa vursalar da, sonradan miqrasiya qaydalarına riayət etməyiblər.
Onlar 5 il müddətinə Rusiya ərazisinə daxil ola bilməyəcəklər.
Muxalifet3 - 15-06-2018
İngiltərədən Türkiyəyə böyük jest: müddətsiz...
İngiltərə Daxili İşlər Nazirliyi Türkiyə vətəndaşlarına müddətsiz yaşamaq hüququ verəcək.
Muxalifet.az xəbər verir ki, nazirlik İngiltərədə öz biznesini yaradaraq bu ölkədə çalışacaq Türkiyə vətəndaşları üçün yeni vizalar hazırlamağa başlayıb.
Yeni qaydaya görə, Türkiyə vətəndaşları bu ölkədə davamlı olaraq 5 il yaşadıqdan və çalışdıqdan sonra müddətsiz yaşamaq hüququ əldə etmək üçün İngiltərə hökumətinə müraciət edə biləcək.Muxalifet3 - 15-06-2018
Qarabağ problemini tezliklə həll etməliyik - Zaxarova
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün maksimum səy göstərir.
Muxalifet.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin. İkincisi, biz Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda Azərbaycanla Ermənistanın da bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik. Məqsədimiz münaqişənin həllini uzatmaq deyil, tezliklə həll etməkdir", - o qeyd edib.Muxalifet3 - 15-06-2018
Şamaxıda sel və torpaq sürüşməsi: rayonla əlaqə kəsildi
Şamaxının daha bir kəndində torpaq sürüşməsi baş verib, sel suları əhaliyə ziyan vurub.
Şamaxının Zaradxeybəri kəndində baş verən sürüşmə nəticəsində yaşayış məntəqəsinin əsas yolu üzərindəki avtomobil körpüsü dağılıb, əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.Muxalifet3 - 15-06-2018
Soros Moskvanı Roma ilə düşmən etmək istəyir - Rusiya
Rusiya hakimiyyətinin İtaliyanın Şimal Liqası Partiyası ilə əlaqələri haqqında deyilənlər yalandır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.Muxalifet3 - 15-06-2018
İtlərini uşaq arabasında gəzdirən aktrisa tənqid edildi — FOTO
Uzun müddət ekranlardan uzaq qalan türk aktrisa Dilara Öztunç səfərə çıxıb.
Muxalifet.az xəbər verir ki, “Gina” adlı itini uşaq arabasında gəzdirən aktisa sosial şəbəkə izləyicilərinin tənqidinə tuş gəlib.
Xarici ölkələri gəzən Öztunç hazırda İspaniyanın Barselona şəhərindədir.
İtini uşaq arabasına mindirdiyi fotonu sosial şəbəkədə paylaşan Dilara tənqidlərə məruz qalır. İzləyicilər “Hamı uşaq gəzdirir, Dilara isə it gəzdirir” rəyini yazıblar.
Muxalifet3 - 15-06-2018
İran İsrailə hücuma hazırlaşır — İranlı generalın ŞOK SƏSYAZISI
İranlı general bəzi dövlət rəsmiləri ilə görüş keçirib.
Muxalifet.az xəbər verir ki, general iclasda İranın Suriya üzərindən İsrailə zərbə endirməyə hazırlaşdığını bildirib.
Səsyazısı İsrail ordusunun kəşfiyyat xidməti tərəfindən ələ keçirilib. “Times of İsrael” qəzetinin xəbərinə görə ötən həftə Qüdsdə keçirilən iclasda İranın Suriyadakı mövcudluğu müzakirə edilib.
İsrail hərbi kəşfiyyatının generalı gizli çəkilən videoda Suriyadakı İran hərbi bazalarının əks olunduğu xəritəni göstərib:Muxalifet3 - 15-06-2018
ŞoK: Qadınlar bunu bilsələr yatmazlar - ARAŞDIRMA
Natamam yuxu kimi, normadan artıq yatmaq da insan orqanizmində neqativ dəyişikliklərə yol açır.
Muxalifet.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.
Seul universitetinin mütəxəsisləri 2004-2013-cü illər ərzində hər iki cinsdən olan 40-69 yaşlarında 133 mindən çox insanın səhhəti ilə bağlı aparılmış qeydləri yenidən təhlil edib. Təhlil olunan materiallarda iştirakçıların keçirdiyi xəstəliklər, həyat tərzi, pəhrizi, gördüyü fiziki işin həcmi və digər faktorlar nəzərə alınıb.Muxalifet3 - 15-06-2018
Trampdan Putin açıqlaması: Ola bilsin ki, bu yay...
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında bu yay görüş baş tuta bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Tramp özü məlumat verib.
"Ola bilsin ki, bu yay Putinlə görüşümüz oldu", - Tramp qeyd edib.
Muxalifet3 - 15-06-2018
PKK-dan Türkiyə müxalifətinə dəstək
24 İyun prezident seçkiləri öncəsi PKK tərəfdarları Türkiyə müxalifətinə dəstək verib.
Muxalifet.az xəbər verir ki, terrorçular İngiltərədə London körpüsünün üzərində “Tamam” yazılan plakat və YPG bayrağı asıblar.
İngiltərə polisi YPG tərəfdarlarına heç bir müdaxilə etməyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə açıqlamasında “millətimiz “tamam” desə, o zaman kənara çəkilərik” demişdi. Türkiyə prezidentinin bu açıqlamasından sonra bəzi sosial şəbəkə istifadəçiləri Tvitterdə tamam "həştəq"i ilə Ərdoğan əleyhinə kampaniya başlatmışdı.
Muxalifet3 - 15-06-2018
TANAP доставит каспийский газ в Европу, но "Газпром" это не пугает
Заработал газопровод TANAP из Азербайджана в Турцию. Часть газа из него предназначена для ЕС. Но российскому "Газпрому", впрочем, пока конкуренции в данном случае бояться не стоит.
Muxalifet3 - 15-06-2018
Bundan Türkiyəyə təzyiq kimi istifadə edirlər - Rus ekspert
Miqrant problemi Türkiyəyə təzyiq olaraq istifadə edilir.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı eskpert Viktor Nadein söyləyib.
"Qaçqınlar Türkiyə iqtisadiyyatına ciddi maliyyə yükü yaradır, çünki ölkə ehtiyaclarını ödəmək üçün dövlət büdcəsindən xərclər etmək məcburiyyətindədir. AB ilə müqaviləyə gəlincə isə Brüssel qaçqın problemini siyasi alver vasitəsinə çevirməklə, onu Türkiyəyə bir növ təzyiq vasitəsi kimi istifadə edir", - Nadein qeyd edib.
Muxalifet3 - 15-06-2018
Rusiyadan bu ölkəyə mesaj: “Etibarımızı itirirsiniz”
Norveçin öz ərazisindəki ABŞ hərbi kontingentinin sayını iki dəfəyə qədər artırmaq istəməsi, faktiki olaraq Norveçin öz ərazisində sülh vaxtı ənənəvi xarici hərbi kontingentləri yerləşdirməmək siyasətinə ziddir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Norveçin bu addımı ikitərəfli münasibətlərdə etibarlılığı zədələyir. Hazırda Norveç ərazisinə hansı hücumdan söhbət gedə bilər? Norveç özü də dəfələrlə ən yüksək səviyyədə Rusiyanın təhdid yaratmadığını deyib” – deyə o bildirib.Muxalifet3 - 15-06-2018
Portuqaliya-Ispaniya matçı: RONALDO 3 QOL VURDU
2018 Dünya Kubokunda İspaniya ilə Portuqaliya qarşılaşıb., Nəfəs kəsən oyun 3-3 heç-heçə başa çatarkən, Kristiano Ronaldo da, 3 qol vuraraq tarixə keçdi.
2018 Dünya Kubokunda İspaniya və Portuqaliya, Soçi şəhərində qarşılaşıb. Dünya Kubokunun başlanmasına bir gün qalmış komandanı Hierroya əmanət edən İspaniya, son 3 dəqiqəyə qədər irəlidə olsa da, Kristiano Ronaldonun qarşısında duruş gətirə bilməyib və qarşılaşma 3-3 hesabı ilə heç-heçə başa çatıb.Muxalifet3 - 16-06-2018