Axtarış

The search found 105805 results in 0.087 seconds.

Search results

  1. ​Bakıda 11 nəfər liftdə qaldı - FHN köməyə gəldi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 6 nəfər, Nizami rayonunda 4 nəfər və Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
    FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
    Əməliyyatlar başa çatıb.
     

    Muxalifet3 - 16-06-2018

  2. ​Paşinyanın seçki oyunu: istefaya gedir və...

    Yeni Seçki Məcəlləsinin qəbulundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan istefaya getməyə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb. Paşinyanın bununla növbədənkənar parlament seçkisinin keçirilməsini tezləşdirməyə çalışdığı bildirilib.

    Muxalifet3 - 16-06-2018

  3. ​Məşqçilərin dünya reytinqi: Qurban Qurbanov irəlilədi

    Məşqçilərin reytinq siyahısı açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.
    Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdu. 3 pillə irəliləyən 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 458-ci məşqçisidi.
    Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis də Qurbanov kimi mövqeyini yaxşılaşdırıb. 2 rəqibini qabaqlayan təmsilçimiz 894-cü yerə qalxıb.

    Muxalifet3 - 16-06-2018

  4. ​Talibanla razılıq əldə olundu: atəşkəs uzadıldı

    Əfqanıstan hökumətiylə Taliban arasında atəşkəs müddəti uzadılıb.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstan Prezidenti Əşrəf Qəni deyib. O, atəşkəsin nə qədər müddətə uzadıldığını bildirməyib.
    Əfqanıstanın “Pajvak” agentliyi atəşkəsin qarşılığında 46 Taliban üzvünün Əfqanıstan hökuməti tərəfindən azadlığa buraxıldığını yazıb.
    Qeyd edək ki, hökumətlə Taliban arasında razılaşma Ramazan bayramından öncə əldə olunub.
     

    Muxalifet3 - 16-06-2018

  5. ​Sağ qalan Milli Qəhrəmanlarımız — SİYAHI

    Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 215 nəfərə Milli Qəhrəman adı verilib. Sonuncu dəfə bu fəxri ad Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova verilib (ölümündən sonra).

    Muxalifet3 - 16-06-2018

  6. Azərbaycanda mirasın vərəsəyə keçməsində YENİLİKLƏR

    Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilməlidir
    Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduru təkmilləşdirilib, yeni tələblər müəyyənləşdirilib.
    Muxalifet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

    Muxalifet3 - 16-06-2018

  7. ​"Sağlam qida yoxdur" - Bu da səbəbləri...

    Veysman İnstitutunun yəhudi alimləri 800 könüllü üzərində qanda şəkərin səviyyəsini ölçüb və bir maraqlı nəticəyə gəliblər. Muxalifet.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, İsraildə Veysman İnstitutunun alimləri qeyri-adi araşdırma aparıb. Alimlər bir neçə il ərzində 800 nəfərdən ibarət könüllülər qrupunu izləyiblər. Eksperiment iştirakçıları iki qrupa bölünüb.

    Muxalifet3 - 16-06-2018

  8. ​Anar Məmmədxanovun qızının toyudur

    Bu gün “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qızı Məryəmin toyudur.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Məryəm Məmmədxanovanın toyu hazırda “Buta Palace”da keçirilir.
    Toydan görüntüləri aparıcı Emin Musəvi İnstaqram səhifəsində paylaşıb.
    Qeyd edək ki, sabiq deputatın qızı Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə qurur.
     
     

    Muxalifet3 - 16-06-2018

  9. ​"Qəbələ" bu futbolçunu transfer etdi

     “Qəbələ” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.
    Muxalifet.az xəbər verir ki, “qırmızı-qaralar” Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
    Peşəkar karyerasına “Tirana”da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan Sabien “Lokomotiva”nın formasını geyinib. 

    Muxalifet3 - 16-06-2018

  10. ​Uşaqlarda bu xəstəlik qorxudan yaranır

    Müasir dünyanın bəlalarından olan leykemiya xəstəliyi uşaqlarda möhkəm qorxu, stress keçirdikdən sonra əmələ gəlir. Qorxu və stressdən zəifləyən uşağın bu bəlaya düçar olma riski yüksəkdir. Digər səbəblər isə qida və genetik amillərdir.

    Muxalifet3 - 16-06-2018

  11. ​Azərbaycanda ŞOK MÜALİCƏ: Xəstəni ayağından asıb… - VİDEO

    Azərbaycanda onurğasında ağrıları olan Tural İslamov adlı şəxs türkəçarə üsul ilə dərdinə çarə axtarıb.
    Muxalifet.az xəbər verir ki, Turalın üz tutduğu Loğman isə onu ayağından asaraq bel yırtığını “müalicə” edəcəyini bildirib. Nəticədə isə sağalmaq əvəzinə ağrıları daha da artıb.
    Həkim İradə Hacıyeva belə xəstələrə bu kimi risklərdən və həmin xəstəlikdən bir dəfəlik qurtarmaq üçün ixtisaslaşmış mərkəzlərə müraciət etməyi tövsiyə edir. Onun sözlərinə görə, düzgün diaqnozun qoyulmaması böyük fəsadlara səbəb ola bilər.
    Ətraflı süjetdə:
     

    Muxalifet3 - 16-06-2018

  12. ​Məşhur aktrisa Bağdadinin “xilafət” elan etdiyi yerə gəldi

    Məşhur aktrisa Ancelina Coli İraqın Mosul şəhərinə səfər edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Əs-Sumariyə” televiziyası məlumat yayıb.
    Televiziya aktrisanın səfər zamanı İŞİD işğalından azad edilən bölgələrdə olduğunu bildirib.
    Coli həmçinin 2014-cü ildə İŞİD lideri Əbubəkr Bağdadinin “xilafət” elan etdiyi ən Nuri məscidinin qalıqlarının olduğu yerə də gəlib.

     

    Muxalifet3 - 16-06-2018

  13. ​Messi penaltini vura bilmədi, Maradona dava saldı

    Dünya çempionatının bu gün keçirilən Argentina - İslandiya matçından sonra ara qarışıb.
    Muxalifet.az xəbər verir ki, qarşılaşmanı canlı izləyən əfsanəvi futbolçu Dieqo Maradona final fitindən sonra Argentinanın geyim otağına girməyə çalışıb və polis tərəfindən saxlanılıb.
    Maradonanın Lionel Messinin penalti zərbəsini vura bilməməsinə qəzəbləndiyi və buna görə də onunla danışmaq üçün geyim otağına girmək istədiyi deyilir.
     

    Muxalifet3 - 16-06-2018

  14. ​XİN-dən Paşinyanın Qarabağ səfəri haqqında AÇIQLAMA

    "Yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır"
    Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in suallarını cavablandırıb:
    - Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini necə qiymətləndirirsiniz?

    Muxalifet3 - 16-06-2018

  15. ​Nikol Paşinyan Dağlıq Qarabağa gəlib

    Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib. Muxalifet.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan təmas xəttindəki mövqelərə baş çəkib “Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilir. Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.

    Muxalifet - 17-06-2018

  16. Trampın rüsumları ABŞ-ı dünya ilə üz-üzə qoyur

    ABŞ Prezidenti Donald Trampın genişmiqyaslı ticarət müharibəsini başlatmaq təhdidi dünya iqtisadiyyatından ciddi neqativ nəticələrə səbəb olub. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb. “ABŞ-ın müttəfiqləri və rəqiblərinə qarşı tətbiq etdiyi rüsumlar geniş cavab tədbirlərinə səbəb olur və dünya ticarətinə maneələr yaradır. Bu isə iqtisadi inkişafa mənfi təsir göstərə bilər.

    Muxalifet - 17-06-2018

  17. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçirlər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səsverməyə başlayıblar.

    Muxalifet - 17-06-2018

  18. Yaponiyada 7 maqnitudalı zəlzələ olub

    Bu gün Yaponiyada 7 maqnitudalı zəlzələ olub.
    APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ Xonsyu adasının mərkəzindəki Qumma əyalətində qeydə alınıb.
    Yaponiya Meteoroloji İdarəsi zəlzələnin ocağının 20 km dərinlikdə yerləşdiyini açıqlayıb.

    Muxalifet - 17-06-2018

  19. ​Türkiyə ordusu Qəndildə PKK mövqelərinə aviazərbələr endirdi: 35 ölü

    Türkiyə ordusu Qəndildə PKK mövqelərinə aviazərbələr endirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
    Hücum zamanı 35 terrorçu öldürülüb, xeyli sığınacaq məhv edilib. Ordunun bölgədə əməliyyatları davam etdirdiyi bildirilib.

    Muxalifet - 17-06-2018

  20. “BİR YOL VAR: MÜHARİBƏ!…” – “Stalin belə, öz övladını cəbhədən yayındırmadı”

    “ORDUMUZUN İRƏVANA QƏDƏR İRƏLİLƏYƏCƏYİNƏ İNANDIQLARI ZAMAN…”

    “30 ildir Qarabağ erməni işğalı altındadır. Azərbaycan hakimiyyəti isə bütün gücünü müxalifətlə mübarizəyə həsr edib. Demokratik qüvvələri yox etməyə sərf olunan enerji separatizmlə mübarizəyə yönədilsəydi, bu məsələ çoxdan öz həllini tapmışdı”.

    Bunları Ədalət partiyasının sədri İlyas İsmayılov son zamanlar Qarabağ ətrafında baş verən hadisələri şərh edərkən deyib.

    Muxalifet - 17-06-2018

Pages