Axtarış
The search found 105805 results in 0.127 seconds.
Search results
ATƏT-in nümayəndə heyəti Azərbaycana gələcək
ATƏT-in 25 daimi nümayəndələrindən ibarət qrup 18-22 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Muxalifet.az xəbər verir ki, səfirlər hər üç ölkədə rəhbərlik və parlament, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.
Muxalifet3 - 17-06-2018
47 miqrant Aralıq dənizində itkin düşdü
Aralıq dənizi sahillərində göyərtəsində 40-dan çox miqrantın olduğu qayıq batıb.
Muxalifet.az xəbər verir ki, İspaniyanın cənub-şərq sahilləri yaxınlığında batan qayıqda 47 miqrant olub.
İspaniya Xilasetmə Xidməti 4 nəfəri xilas edib, digər miqrantların axtarışı davam edir
Muxalifet3 - 17-06-2018
Rusiya Xəzərdəki gəmilərini Aralıq dənizinə göndərdi
Rusiyanın Xəzər donanmasına məxsus “Qrad Sviyajsk” və “Velikiy Ustyuq” kiçik raket gəmiləri Aralıq dənizinə daxil olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Qara dəniz donanmasının informasiya təminatı şöbəsindən informasiya yayılıb.
Məlumata görə, Sevastopoldan keçən gəmilər gün ərzində keçidi həyata keçirərək Rusiyanın birləşmiş hərbi dəniz donanmasının tərkibinə qatılmalıdırlar.
Muxalifet3 - 17-06-2018
Arpaçay qırmızı rəngə boyandı – Foto
Arpaçayın Ermənistan ərazisindən keçən hissəsi qırmızı rəngə boyanıb.
Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə Arani rayonu ərazisində çəkilmiş görüntülər yayılıb.
Çayın rənginin dəyişməsinə səbəb kimi böyük bir qaya parçasının suya düşməsi göstərilib.
Muxalifet3 - 17-06-2018
Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - Video
Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından biri sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq doldurub.
Muxalifet.az xəzər xəbər-ə istinadla bildirir ki, sürücünün sərnişinlərin həyatını təhlükəyə atması onların etirazına səbəb olub. Lakin sürücü sərnişinlərin etirazına məhəl qoymayıb.Muxalifet3 - 17-06-2018
İsraildən sərt AÇIQLAMA: İran vurulacaq
İsrail İran qüvvələrini yalnız sərhəddə deyil, eyni zamanda bütün Suriya ərazisində vuracaq.
Muxalifet.az xəbər verir ki, “Yerusalem Post” İsrailin Baş naziri Benyamin Netanyahunun Vladimir Putin və Mayk Pompeo ilə telefon danışıqları zamanı məhz bu fikri dilə gətirdiyini iddia edib.
“İlk olaraq İran Suriya ərazisindən çəkilməlidir. İkinci olaraq da İran və vəkillərinin Suriyada həm sərhədə yaxın, həm də ölkə daxilində hərbi varlığını təşkil etmək cəhdlərinə qarşı hərəkətə keçəcəyik. Onsuzda artıq hərəkətə keçmişik”, - Netanyahu bildirib.
Muxalifet3 - 17-06-2018
Danışıqların şok təfərrüatı: Artilleriya geri çəkilsin
Şimali Koreya ilə Cənubi Koreya arasında keçirilən danışıqların gizli təfərrüatları məlum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yenhap” yazıb.
Məlumata görə, görüş zamanı rəsmi Seul Pxenyana uzunmənzilli artilleriya vasitələrini sərhəddən uzaqlaşdırmağı və bununlada gərginliyin azaldılmasına nail olmağı təklif edib.
Qeyd edək ki, arsenalında 14 min artilleriya silahı olan Şimali Koreya bu silahların böyük bir hissəsini Cənubi Koreya ilə sərhəd bölgəsində yerləşdirib
Muxalifet3 - 17-06-2018
Ərdoğan mitinqdə Tansu Çillərlə GÖRÜŞDÜ
Türkiyənin keçmiş baş aziri Tansu Çillər, AK Partiya tərəfindən “Yenikapı” Mitinq Meydanında keçirilən "Böyük İstanbul Mitingində" iştirak iştirak etməklə Ərdoğana dəstəyini nümayiş etdirib.
Türkiyənin keçmiş baş naziri Tansu Çillər, AK Partiya tərəfindən “Yenikapı” Mitinq Meydanında keçirilən "Böyük İstanbul Mitingində" iştirak edib. Çillər, prezident Rəcəb Tayyib Ərdoğan ilə söhbət edib.
Jurnalistlərə açıqlama verən verən Çillər, "Bu gün milli bir şüurla buradayam. Bu açıqlamanı millətimə verməyi də borc bildim" deyib.
Muxalifet3 - 18-06-2018
Türk qırıcıları PKK RƏHBƏRLƏRİNİN TOPLANTISINI VURDU: ARALARINDA O ŞƏXS DƏ VAR
TSQ-nin İraqın şimalında nəzarət altına aldığı regionlardan 2300 terrorçunun Qəndilə qaçdığı öyrənilib. Zergələ bölgəsində 19 yüksək səviyyəli PKK rəhbərlərinin iclas keçirəcəyi məlumatı alındıqdan sonra, toplantının 40-cı dəqiqəsində toplantı məkanının havadan vurulduğu bildirilib.
Türk Silahlı Qüvvələrinin, (TSQ) terror təşkilatı PKK-nın baş qərargahı olan Qəndilə qarşı hava əməliyyatları son 72 saatda intensivləşib.Muxalifet3 - 18-06-2018
Alman mediasında yayımlanan ƏRDOĞAN ANALİZİ
“Der Spiegel”-də yayımlanan analizdə, Türkiyə prezidenti Ərdoğanın gecə yarısına qədər ofisdə çalışdığına diqqət çəkilib.
İyunun 24-də keçiriləcək seçkilər öncəsi Alman mediasının gözü Türkiyədədir.
Almaniyanın “Der Spiegel” jurnalında Maximilian Popp imzası ilə yayımlanan analizdə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın işgüzarlığı qeyd edilib.
GECƏ YARISINA QƏDƏR OFİSDƏ
Ərdoğanın hökumətin hər cür məsələsinə nəzarət etdiyini yazan analizdə, görülən işlərin gecə yarısına qədər davam etdiyi ifadə edilib.Muxalifet3 - 18-06-2018
Birinci xanımdan GÖZLƏNMƏYƏN HƏMLƏ: TRAMPA ŞOK
ABŞ-ın birinci xanımı Melania Tramp, Meksikadan ölkəyə qeyri-qanuni şəkildə daxil olan valideynlər ilə uşaqların bir-birindən ayrılması ilə nəticələnən "sıfır tolerantlıq" siyasəti haqqında açıqlamat verib.
Birinci xanımın sözçüsü Stephanie Grisham CNN-ə verdiyi açıqlamada, "Melania Tramp bütün qanunları yerinə yetirən bir ölkə, ancaq eyni zamanda qəlbilə idarə edən bir ölkə olmağımızın lazım olduğuna inanır" - deyib.Muxalifet3 - 18-06-2018
Fransız ordusu ilə PKK ƏMƏKDAŞLIĞI GÖRÜNTÜLƏNDİ: ETİRAF ETDİLƏR
ABŞ rəhbərliyindəki İŞİD Əleyhinə Koalisiya, Fransız xüsusi təyinatlı qüvvələrinin, Suriyanın Daşişa qəsəbəsində terror təşkilatı PKK/YPG-nin əsas onurğasını təşkil etdiyi SDG ilə iş birliyi içində olduğunu qəbul edib.
İŞİD Əleyhinə Koalisiyanın rəsmi Twitter hesabı, Fransız əsgərlərinin Suriyada İŞİD-ə qarşı artilleriya bombardmanı həyata keçirdiyi fotoşəkli paylaşıb.Muxalifet3 - 18-06-2018
Yaponiyada zəlzələ: Ölənlər və çox sayda yaralananlar var
Yaponiyanın qərbində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 3 nəfər ölüb, 200-dən çoxu da müxtəlif xəsarətlər alıb.
Muxalifet.az xəbər verir ki, zəlzələnin Osaka prefekturasından şimalda qeydə alındığı bildirilib.
Zəlzələ ocağının 13 km dərinlikdə yerləşdiyi deyilir.
Məlumata görə, ölənlər arasında 9 yaşlı qız da var.Muxalifet - 18-06-2018
DÇ-2018: Bu gün İngiltərə, Belçika və İsveç yığmaları mübarizəyə qoşulacaq
Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun olacaq.
Günün ilk matçı F qrupunda baş tutacaq. İsveç millisi Cənubi Koreya ilə qarşılaşacaq.Xatırladaq ki, qrupdakı digər oyunda gözlənilməz nəticə qeydə alınıb- Meksika Almaniyanı məğlub edib.
Daha sonra isə G qrupunun komandaları mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panama, daha sonra İngiltərə Tunislə üz-üzə gələcək.
18 iyunF qrupu
16:00. İsveç - Cənubi Koreya
Nijni Novqorod. Şəhər stadionuG qrupu
Muxalifet3 - 18-06-2018
Paşinyanın Qarabağa niyə gəlib: Bakı zərbəyə hazırlaşır?
Naxçıvandakı son hərbi əməliyyatlardan və Azərbaycan ordusunun keçirdiyi təlimlərdən sonra Ermənistan siyasi siyasi rəhbərliyi təlaş içərisindədir.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, xüsusilə raket qoşunları birləşmələrinin yaradılmasından sonra Ermənistan tərəfinin narahatlıqları artıb:Muxalifet3 - 18-06-2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
Muxalifet - 18-06-2018
Ərdoğan gecə yarısına qədər ofisdə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gecə yarısına qədər ofisdə çalışır və qeydlərlə dolu olan kitabçanı daim üzərində daşıyır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Der Şpigel”də yayımlanan məqalədə deyilir.
Yazıda bildirlir ki, heç bir lider Ərdoğan kimi ölkəni idarə edə bilməyəcək:Muxalifet - 18-06-2018
“Qarabağ Komitəsi”nin lideri öldü
Qarabağ separatçılarının liderlərindən biri İqor Muradyan ölüb.
"Qarabağ Komitəsi"nin ilk rəhbəri İrəvanda dünyasını dəyişib.
O, uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Muradyan "Qarabağ Komitəsi"nin yaradılmasının təşəbbüskarı olub və 1988-ci ilədək komitəyə rəhbərlik edib.
Müxalifət.azMuxalifet3 - 18-06-2018
Makedoniyanın adı dəyişdirildi
Makedoniya ilə Yunanıstanın xarici işlər nazirləri Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı razılaşma imzalayıb.
Xarici işlər nazirləri Dimitri Dimitrov və Nikos Kotsias sənədə Makedoniya, Yunanıstan və Albaniya sərhədində yerləşən Prespa gölünün sahilindəki iqamətgahda imza atıb.
İmza mərasimində Makedoniyanın baş naziri Zoran Zaev, Yunanıstanın baş naziri Aleksis Tsipras , BMT-nin vasitəçisi Matyu Nimetz və digər Avropa rəsmiləri iştirak edib.Muxalifet3 - 18-06-2018
Maradona millinin baş məşqçisini “yıxıb-sürüdü”
Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona millinin DÇ-2018-də İslandiya ilə görüşdəki xal itkisinə (1:1) görə baş məşqçi Xorxe Sampaolini günahlandırıb.
Muxalifet - 18-06-2018