Axtarış
The search found 105805 results in 0.092 seconds.
Search results
Dünya Çempionatındakı Rusiyanın təşkilatçılıq qüsuru
Futbol üzrə DÇ-2018-də Rusiya - Səudiyyə Ərəbistanı qarşılaşmasına bilet alan moskvalı azarkeş xoş olmayan sürprizlə qarşılaşıb.
Azarkeşin bileti A204 blokunda 29-cu sırada 24-cü yer olub. Ancaq azarkeş stadionda həmin yeri tapa bilməyib. Məlum olub ki, həmin sırada yalnız 26-cı yerə qədər olan oturacaqlar mövcuddur.Muxalifet3 - 18-06-2018
Fransa məhkəməsi Avropanı qorxuya salan “qanuni oğru”larla bağlı QƏRAR verdi
Fransa məhkəməsi Qafqaz cinayətkar qruplaşmasının 34 üzvü barəsində hökm çıxarıb.
Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, cinayətkar sözləşmələrdə iştirak və çirkli pulların yuyulmasında ittiham olunan “qanuni oğrular” 18 aydan 10 ilə qədər həbs cəzası alıb.
Qruplaşmanın tərkibinə yaşı 25-dən 61-ə qədər olan 30 kişi və 4 qadın daxil idi. Müqəssirlərin əksəriyyəti gürcülərdir, amma onların arasında azərbaycanlılar, ermənilər və ruslar da var.Muxalifet - 18-06-2018
ABŞ-dan Əsədə AĞIR ZƏRBƏ
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Hərbi-Hava Qüvvələrləri Deyr-ez-Zor əyalətində Suriya ordusunun mövqelərinə zərbələr endiriblər.
Bu haqda Suriyanın dövlət agentliyi SANA bildirib.
Agentliyin verdiyi xəbərə görə,, hökumət güclərinə məxsus 38 əsgər bombardman nəticəsində ölüb, Hərbi qulluqçuları arasında çoxlu yaralananların olduğu da bildirilib.
ABŞ-ın Müdafiə Nazirliyi isə bu iddiaları təkzib edib.
Müxalifət.azMuxalifet3 - 18-06-2018
Çindən Türkiyədəki seçkilərlə bağlı açıqlama
Çin türk xalqının seçiminə hörmət edir və Türkiyədə birlik və sabitliyin qorumasını dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri 24 iyunda Türkiyədə keçirilən prezident seçkilərindan danışan Çinin Xarici İşlər naziri Van İ deyib.
Nazir Türkiyə və Çin arasındakı iqtisadi əlaqələrin inkişafından bəhs edərək, bu münasibətlərin Çin üçün olduqca əhəmiyyətli olduğunu bildirib. Van İ Çinin Türkiyədə, Türkiyənin də Çində təhlükəsizliyə zərər verən hadisələrə icazə verməməsini təqdirə layiqolduğunu bildirib.Muxalifet - 18-06-2018
Sürücü avtobusu festival iştirakçılarının üzərinə sürdü - 1 ölü, 3 yaralı
Niderlandın cənubunda naməlum şəxs kiçik avtobusu musiqi festivalının tamaşaçılarının üzərinə sürüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, “De Morgen” qəzeti polisə istinadən bir nəfərin öldüyünü, üçünün yaralandığını yazıb.
İnsident məşhur “Pink Pop” festivalı zamanı baş verib.
Polisin məlumatına görə, avtobus sürücüsü hadisə yerindən qaçıb gizlənə bilib. Hazırda o axtarırlar.
Hadisənin motivi müəyyənləşdirilir.Muxalifet - 18-06-2018
HDP VƏ CHP ittifaqının təməli ABŞ-da MKİ OFİSİNDƏ ATILIB
Türkiyədə “Ədalət Yürüşü” və sonra başlayan CHP-HDP gizli ittifaqının əsasının FETÖ-nun məktub daşıyanı CHP-li Ayda Erdemir ilə Öztürk Yılmaz tərəfindən ABŞ-da MKİ ofisində atıldığı ortaya çıxıb.
Muxalifet3 - 18-06-2018
Tanınmış hüquqşünas faciəvi şəkildə öldü - Foto
Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib.
O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb.Muxalifet - 18-06-2018
Hadisə xəstəliyini ilk dəfə etiraf etdi
Ramazan bayramının ikinci günündə Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə çıxan Türkiyənin məşhur müğənnisi Hadisə müsahibəsində onu sevənləri üzəcək etiraf edib.
Muxalifet.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müğənni yaddaş xəstəliyinə tutulduğunu bildirib.
Hadisə B12 vitamini olan həbləri mütəmadi qəbul etdiyini deyib.
Onun sözlərinə görə, xəstəliyi barədə illərdir yalnız yaxınları bilirdi.Muxalifet - 18-06-2018
ŞOK KORRUPSİYA FAKTI: İcra başçısı cəbhəyə ayrılan milyonları talan edib
2016-cı il aprel hadisələri zamanı cəbhəyanı rayonların icra hakimiyyətlərinin yeyintisi ilə bağlı maraqlı məlumatlar əldə etmişik.
Muxalifet.az xəbər verir ki, yenicag.az-a adının açıqlanmasını istəməyən bir neçə icra nümayəndəsinin verdiyi məlumata görə, aprel döyüşləri zamanı insanların cəbhə xəttinə yaxın kəndlərdən təxliyyəsi üçün hər ailə başına 50 manat dövlət tərəfindən pul ayrılıbmış. Bu məbləğin ayrılmasında məqsəd vətəndaşların kəndlərdən çıxarılması zamanı avtomobilə yanacağın alınması və yaxud taksilərdən istifadə olunarsa, onlara ödənilməsi olub.Muxalifet4 - 18-06-2018
Paşinyan rus qırıcısında poz verdi - "Dünyanın ən yaxşı qırıcıları..."
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində İrəvan ətrafındakı “Erebuni” hərbi aerodromunda Su-30SM çoxməqsədli qırıcısının pilot kabinəsində çəkilmiş fotosunu paylaşıb. Bildirib ki, hazırda dünyanın ən yaxşı qırıcılarından birinin kabinəsindədir.
Dərhal sual yaranıb: Rusiyanın 3624-cü aviabazasının yerləşdiyi “Erebuni” aerodromunda Su-30SM qırıcısı haradandır? O, Rusiya Hava-Kosmik Qüvvələrinə məxsusdur, yoxsa Ermənistana verilib?
Muxalifet4 - 18-06-2018
Sabah Bakıda 31, rayonlarda 34 dərəcə isti olacaq
Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-750 %, gündüz 40-45 % olacaqMuxalifet - 18-06-2018
Ərdoğan PKK RƏHBƏRLƏRİNİN TOPLANTISININ VURULDUĞUNU TƏSDİQ ETDİ
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan, Qəndilə qarşı son əməliyyatlarda separatçı terror təşkilatına məxsus rəhbərliyin keçirdiyi toplantı mərkəzinin vurulduğunu bildirərək, "Hələ nəticəsini almamışıq, amma vurulduqları qətidir" deyib. Ərdoğan, "Sizə bir neçə gün ərzində yaxşı xəbərim var, dediyim də bu idi” deyə, bildirib.
Keçirilən əməliyyatlardan sonra izlənmə işinin dayanmadığını, kəşfiyyat işlərinin davam etdirdiyi vurğulayan Ərdoğan, bu məlumatları verib:Muxalifet3 - 18-06-2018
Güclü külək bu rayonlarda ciddi fəsadlar törətdi
İyunun 17-də axşam saatlarından başlayaraq güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı, Kürdəmir və Ağsu rayonlarında ciddi fəsadlar törədib.
İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, güclü külək və yağış Çəmənli kənd sakini Eminov Natiq Şakir oğluna məxsus 60 kvadratmetrlik evin, Qalınçaq kənd sakini Əzizov Mövsüm İsmayıl oğluna məxsus mal tövləsinin dam örtüyünü dağıdıb. Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin və yardımçı tikilinin damı uçub.Muxalifet - 18-06-2018
Gürcüstanda "Lotu Quli"nin adamları saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) “oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.Muxalifet - 18-06-2018
Dünya çempionu velisopeddən yıxılaraq öldü
Triatlon idman növü üzrə amerikalı dünya çempionu və televiziya aparıcısı Yelizabet Braket 77 yaşında dünyasını dəyişib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, onun velisopeddən yıxılaraq onurğasını qırdığı deyilir.
Tanınmış idmançı müalicə aldığı xəstəxanada vəfat edib.Muxalifet - 18-06-2018
Murad və Tuba yenidən bir arada
2007-ci ildə "Asi" serialında baş rolları paylaşan aktyor Murat Yıldırım və aktrisa Tuba Büyüküstün yenidən bir araya gələcək.
Yeni ekran işi üçün Murat artıq razılığını verib. Tubanın da "Hə" cavabı verəcəyi deyilən serialın yaxın vaxtlarda çəkilişinə başlanacağı bildirilir.
Qeyd edək ki, 11 il öncə çəkilən "Asi" böyük tamaşaçı kütləsi toplamışdı. Ekran işi nəinki Türkiyə, eyni zamanda, Qazaxıstan, Makedoniya, Özbəkistan, Kosova, Azərbaycan, Rumıniya, Ukrayna kimi ölkələrdə yayımlanmışdı.Muxalifet - 18-06-2018
“Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” – RƏSMİ BAKIDAN SƏRT AÇIQLAMA
Azərbaycan XİN Ermənistan baş naziri Nikol Paşinyanın şənbə günü Azərbaycanın işğal edilmiş ərazilərinə və qoşunların təmas xəttinə səfərini təxribat və müharibəyə çağırış hesab edir.
Muxalifet.az Turan-a istinadən xəbər verir ki, bu fikri XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz şərhində bildirib.
Onun fikrincə, bu addım münaqişənin sülh yolu ilə həllinə deyil, vəziyyətin gərginləşdirilməsinə doğru atılmış qərəzli addımdır.Muxalifet4 - 18-06-2018
Ərdoğandan ordu ilə bağlı təlimat
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin peşəkarlığının artırılması ilə bağlı təlimat verib.
Muxalifet - 18-06-2018
Putindən NATO-ya qarşı HƏMLƏ: ZƏRBƏYƏ HAZIRLAŞIR
Rusiya, NATO ilə son zamanlar artan gərginliyə etdiyi həmlə ilə cavab verdb. Rusiyanın Baltik dənizi sahilində yerləşən və içində nüvə silah başlıqlarının olduğu düşünülən Kaliningraddaki bazasını genişləndirdiyi və möhkəmləndirdiyi ortaya çıxıb.
Baltik dənizi sahilində NATO ilə gərginlik yaşayan Rusiya, Kaliningraddaki nüvə arsenalını artırmağa başlayıb. Nüvə silahlarının olduğu anbarlara yeni beton dam örtüyünün salındığı və sığınacağın bu şəkildə gücləndirildiyi qeyd olunub.Muxalifet3 - 18-06-2018
Kərkükdə Türkmən BAŞQANA QARŞI SUİ-QƏSD TÖRƏDİLDİ
Kərkükdə, Səhiyyə Nazirliyinə bağlı Kərkük Planlaşdırma Şöbəsinin müdiri İstibrak Abdullatif,evinde uğradığı sui-qəsddə həyatını itirib.
İraqın Kərkük şəhərində, Səhiyyə Nazirliyinə bağlı Kərkük Planlaşdırma Şöbəsinin müdiri İstibrak Əbdüllətif, evində məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirib.
Kərkük Polis İdarəsinin sözçüsüı Afrasyav Kamil, etdiyi açıqlamada, "İraq Səhiyyə Nazirliyinə bağlı Kərkük Planlaşdırma Şöbəsinin müdiri İstibrak Əbdüllətif, evində naməlum şəxslər tərəfindən edilən silahlı hücum nəticəsində həyatını itirib" deyib.Muxalifet3 - 18-06-2018