Axtarış

The search found 105805 results in 0.112 seconds.

Search results

  1. Məhəmməd, rusları Yerə qaytar...

    Bu gün H qrupunda ilk oyunlar keçiriləcək, Rusiya-Misir qarşılaşması ilə 2-ci tur başlayır...

    Bu gün H qrupundakı komandalar- Polşa-Seneqal və Kolumbiya-Yaponiya qarşılaşması ilə mundialda ilk tura yekun vurulacaq. Elə bu gün saat 22:00-da A qrupunda Rusiya və Misir yığmalarının qarşılaşması ilə ikinci tura start veriləcək.

    Polşa və Seneqal indiyədək mundiallarda qarşılaşmayıblar. Polşa millisi sonuncu dəfə mundialda 2006-cı ildə iştirak edib və qrup mərhələsində mübarizəni dayandırıb. 

    Muxalifet2 - 19-06-2018

  2. Neftçalada beton parçası 7 yaşlı uşağın üstünə düşdü

    Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Muxalifət.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

    Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

    Faktla bağlı araşdırma aparılır. (report)

    Muxalifet2 - 19-06-2018

  3. Menbiç əməliyyatında dünya üçün TARİXİ DETAL

    ABŞ və Türkiyə arasında müəyyən qədər inamsızlıq var idi.

    Muxalifət.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Abdullah Ağar deyib.

    "Menbiç razılaşması iki ölkə arasında işbirliyinin bərpası üçün tarixi əhəmiyyət daşıyır. PKK-nın Menbiçdəki təsirini azaltmaq çox vacibdir. Bu baxımdan sözügedən anlaşma dünya miqyasında əhəmiyyət kəsb edir.

    Beynəlxalq aləm də Türkiyə ordusunun gücünü başa düşdü. NATO komandanlarından biri dedi ki, biz Türkiyə olmadan Avropanın təhlükəsizliyini təmin edə bilmərik", - ekspert bildirib.

    Muxalifet2 - 19-06-2018

  4. Kim Çen Inın Çinə SƏFƏRİ BAŞLAYIB

    Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.

    Muxalifət.az xəbər verir ki, KXDR liderinin təyyarəsi Pekinin hava limanına enib. Kim Çen In Pekində Çin sədri Si Cinpin ilə görüşəcək. Danışıqların detalları açıqlanmır. Bu, Kim Çen Inın son üç ayda Çinə üçüncü səfəridir.

    Bundan əvvəl “Nikkei Asian Review” bildirib ki, tərəflər iyunun 12-də Sinqapurda keçirilən KXDR-ABŞ sammiti və gələcək danışıqların strategiyasını müzakirə edəcəklər.

    Muxalifet2 - 19-06-2018

  5. Rusiyada UNO çaxnaşması: FUTBOL İZLƏMƏYƏ GƏLƏNLƏR... – Foto

    Dünya çempionatına ev sahibliyi edən Rusiyada uçan naməlum obyektlərə (UNO) bənzər görüntülər çaxnaşma yaradıb.

    Muxalifət.az xəbər verir ki, turistlər UNO-ları telefonla çəkməyə çalışıblar.

    Səmadakı qeyri-adi cismlərin şəkillərini turistlər sosial mediada paylaşıblar. Sosial şəbəkələrdə geniş yayılmış görüntülər mətbuatın da diqqətini çəkib.

    Rusiya Kosmik Agentliyi səma cismlərinin UNO olmadığı barədə açıqlama yayıb.

    Muxalifet2 - 19-06-2018

  6. Senatdan KRİTİK TÜRKİYƏ QƏRARI

    Anadolu Agentliyinin məlumatına görə, ABŞ Senatı, Müdafiə Nazirliyinə (Pentaqon) 2019 maliyyə ili üçün 716 milyard dollarlıq büdcə ayrılmasını nəzərdə tutan qanun layihəsini 10 əleyhinə, 85 lehinə olmaqla qəbul edib. Layihədə F-35 döyüş təyyarəsi, Patriot hava müdafiə sistemləri, Chinook surəti ağır nəqliyyat vertolyotu, AH-1 tipi Kobra, H-60 Black Hawk tipli vertolyotları ilə F-16 təyyarələrinin Türkiyəyə satılmasının qadağan olunması lazım olduğunu nəzərdə tutan bir bölüm də yer alıb.
     

    Muxalifet3 - 19-06-2018

  7. Dərnəgüldə yanğın - Bakını qara tüstü bürüdü, yollar bağlandı

    Bakının Dərnəgül şossesi ətrafında yerləşən tikinti malları bazarında yanğın baş verib.

    Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, FAB ticarət mərkəzinin yaxınlığındakı obyektlərdən biri yanır. Ehtimal olunur ki, yanğın tikinti üçün rəng (kraska) satan dükanlardan birində baş verib. Hazırda Dərnəgül şossesində yollar bu səbəbdən tıxacdır.

    Muxalifet2 - 19-06-2018

  8. Paşinyanın Qarabağ siyasətini kimlər dəyişdi? - PLAN

    Bu gün üçün Ermənistandakı “inqilab” görüntüsü ermənilərin ümumi maraqları üçün kifayət edir. Amma ola bilsin ki, müəyyən müddət sonra yenidən prosesdə imic üstünlüyü əldə etmək istəyəndə Xankəndidə hansısa “dəyişikliy”ə şahid olaq.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, 1988-90-cı illərdə də Ermənistanın qəbul etdiyi qərarlar Azərbaycan ərazisini özünə birləşdirməklə bağlı idi:

    Muxalifet2 - 19-06-2018

  9. Bakıda sürücü avtomobildən düşərkən ona 4 BIÇAQ ZƏRBƏSİ VURULDU

    Binəqədi rayonunda orta yaşlı kişi tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

    "Report" xəbər verir ki, hadisə Atatürk prospektində baş verib.

    Ayna Sultanova adına parkın yaxınlığında ailəsi ilə birgə avtomobilindən enən 1987-ci il təvəllüdlü Atakişiyev Elvin Məhərrəm oğluna 2 nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri qəfil E.Atakişiyevə 4 bıçaq zərbəsi vurub.

    Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Muxalifet2 - 19-06-2018

  10. PKK, Qəndil ətrafındakı 7 DÜŞƏRGƏNİ BOŞALTMAĞA BAŞLADI

    Türk Silahlı Qüvvələri (TSQ), Qəndilə qarşı əməliyyatın birinci mərhələsini başa çatdırıb. İkinci və üçüncü mərhələ üçün bölgəyə hərbi və lojistik güc toplamağa başlayıb. Dünən etibarilə bölgədə qurulan "dərin" bazalardan artilleriya atəşlərinə da başlanıb. Daha təsirli topçu atışları nəticəsində terror təşkilatı PKK-nın Kanireş, Hakurk, Gocan, Dergala və Çoman bölgələrinə yaxın 7 ərazilərdəki düşərgələrini boşaltdıqları qeyd edilib.
     

    Muxalifet3 - 19-06-2018

  11. Obama prezidentliyə NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏ BİLƏR

    ABŞ-ın keçmiş prezidenti Barak Obama 2020-ci ildə növbəti prezident seçkilərində Demokrat partiyasından namizəd olaraq çıxış edə bilər, bu barədə Vanity fair jurnalı yazır.

    Amerika Birləşmiş Ştatlarının Demokrat partiyasının üzvləri beynəlxalq arenada ölkənin vəziyyətindən və prezident Donald Trampın imzalandığı qanunlardan narazıdırlar. Nəşrin məlumatına görə, respublikaçıların hədsiz hakimiyyətindən bezən demokratlar Barak Obamaya kömək üçün müraciət etdilər.

    Muxalifet2 - 19-06-2018

  12. Ermənilər atəşkəsi 95 DƏFƏ POZDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozdu.

    Muxalifət.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet2 - 19-06-2018

  13. Yevlaxda 16 yaşlı oğlan ÇAYDA BATDI

    Yevlaxda bir nəfər çayda batıb.

    APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 18 iyun 2018-ci il tarixində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun batması barədə məlumat daxil olub.

    Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

    Muxalifet2 - 19-06-2018

  14. İrəvanı ciddi qarşıdurmalar gözləyir – POLİTOLOQ

    Ermənistanı qarşıda daha ciddi qarşıdurmalar gözləyir, proseslərin daha da dərinləşəcəyi istisna edilmir.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Paşinyanın idarəçilik sahəsində heç bir təcrübəsi yoxdur:

    Muxalifet2 - 19-06-2018

  15. İsrail yanan toplara cavab olaraq Qəzzaya HAVA HÜCUMU TƏŞKİL ETDİ

    İsrail aviasiyası, fələstinlilərin sərhədin əks tərəfində yanğın təşkil etmək məqsadilə buraxdığı yanan balonlara cavab olaraq, Qəzza zolağında Həmas hərəkatının infrastruktur xəttlərinə hücum təşkil etdi. Bu haqda Trend, ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

    Martın sonundan etibarən İsrail ilə Qəzza Zolağının sərhədi boyunca fələstinlilərin etiraz aksiyalarının başlanması ilə yanacaq və ya partlayıcı maddələri olan toplar şəklində yeni bir təhlükə ortaya çıxdı.

    Muxalifet2 - 19-06-2018

  16. “Yunanıstan batdı, GÜCLÜ TÜRKİYƏNİN YANINDA DURAQ” – ALMAN MEDİASI

    Yunan iqtisadiyyatının gündən-günə pisləşdiyini qeyd edən Almanlar, Türkiyənin Avropa üçün daha da önəmli vəziyyətə gələcəyini yazıb.
     
    Yunanıstan-Türkiyə gərginliyi Alman mətbuatında
     
    Almaniyada nəşr edilən “Die Welt” qəzetində çıxan yazıda, Türkiyə ilə Yunanıstan arasındakı gərginlik müzakirə olunub.
    Yunan iqtisadiyyatının gündən-günə pisləşdiyini yazan qəzet, Türkiyənin isə çox daha güclü bir vəziyyətə gələcəyini bildirib.
     
    TÜRKİYƏ VAR GÜCÜ ilə SİLAHLANIR
     

    Muxalifet3 - 19-06-2018

  17. NEFT UCUZLAŞDI

    Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.

    Muxalifət.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,36 dollar və ya 0,55% azalaraq 65,49 dollar təşkil edib.

    ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,54 dollar və ya 0,72% azalaraq 74,80 dollar təşkil edib.

    Muxalifet2 - 19-06-2018

  18. Bakıda BAZAR YANIR - VİDEO (YENİLƏNDİ)

    Bakının Nərimanov rayonu ərazisində yanğın başlayıb. REAL-ın məlumatına görə, hadisə “Dərnəgül” tikinti materialları bazarında baş verib.

    Hazırda bazarda tikinti materialları satışı ilə məşğul olan bir neçə mağaza yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib.

    Real TV-nin əməkdaşı hadisə yerindən son məlumatları çatdırır.

    ***

    Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

    Muxalifet2 - 19-06-2018

  19. Bakıda restoran YANIR

    Bakıda restoran yanır.

    Muxalifət.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

    Yanğınsöndürmə işləri davam etdirilir.

    Muxalifet2 - 19-06-2018

  20. ABŞ Türkiyənin qarşısında DİZ ÇÖKDÜ – Türkman lider

    Türkiyənin Menbiçə daxil olması bizim üçün vətənə qayıdış deməkdir.

    Muxalifət.az xəbər verir ki, bu sözləri Suriya Türkman Məclisinin sədri Məhəmməd Vəcihə Cümə deyib.

    “Böyük sevinc yaşayırıq, çünki vətənimizə, doğma torpaqlarımıza qayıdacağıq. Amma unutmayaq ki, “Zeytun budağı” hərəkatı olmasaydı, Menbiç əməliyyatı da olmazdı. PKK Menbiç xalqına zülm edirdi. Türkiyəyə, əsgərlərinə minnətdarıq. Onların sayəsində öz evlərimizə dönəcəyik.

    Muxalifet2 - 19-06-2018

Pages