Axtarış
The search found 105805 results in 0.06 seconds.
Search results
“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz”- Psixoloqdan efirdə qalmaqallı sözlər- FOTO
"Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq” verilişində psixoloq Könül Cəfərova gözlənilməz fikirlər səsləndirib.
Muxalifet.az-ın ölkə.az-a istinadən məlumatına görə, hüquqşünas Türkel Süleymanlının Milli Qəhrəman Mübariz İbrahimovla 20 yanvar hadisələrində şəhid olmuş İlham və Fərizəni müqayisə etməsi psixoloq tərəfindən etirazla qarşılanıb:Muxalifet3 - 18-06-2018
Trampdan müharibə açıqlaması: milyonlar öləcəkdi
Ağ Evin keçmiş rəhbəri Barak Obama administrasiyasının Şimali Koreya ilə başlamaq istədiyi müharibə milyonlarla insanın ölümünə səbəb ola bilərdi.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Mənim Şimali Koreya ilə bağlı atdığım addımı Obama atsaydı, yalançı mətbuat onu milli qəhrəman adlandırmışdı”, - Tramp bildirib.
Muxalifet3 - 18-06-2018
İranda etirazlar: qadın küçədə hicabı açdı və... - Video
İranın Qəzvin şəhərində hökumətin məcburi hicab siyasətinə etiraz edən aksiyaçılar, küçədə baş örtüyünü açan bir xanıma dəstək verərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.
Muxalifet.az xəbər verir ki, aksiyaçılar baş örtüyünü açan xanımın polis tərəfindən tutulmasının qarşısını alıblar.Muxalifet3 - 18-06-2018
Pentaqondan Menbiç açıqlaması: Türk ordusu…
Menbiçə Türkiyə hərbçiləri ilə birlikdə nəzarət edirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon deyib.
“Lakin bu nəzarət müstəqil şəkildə həyata keçirilir. Yəni türk əsgərləri bir tərəfdə, bizim əsgərlərimiz başqa bir tərəfdə xidmət edirlər. Hər iki ordu Menbiçin təhlükəsizliyini təmin etmək üçün oradadır”, - Pahon bildirib.
Muxalifet3 - 18-06-2018
SON DƏQİQƏ: ABŞ dünyanı kosmosdan “vuracaq” - Yeni ordu yaradılır
ABŞ Prezidenti Donald Tramp Pentaqona təcili şəkildə hərbi-kosmik qüvvələrinin yaradılması ilə bağlı tapşırıq verib.
Muxalifet.az xəbər verir ki, bu qərarını Tramp Vaşinqtonda çıxışı zamanı elan edib.
“Məsələ ABŞ-ın müdafiəsidirsə, kosmosda varlığımız bəs etmir. Biz ABŞ-ın kosmosdakı üstünlüyünü bərqərar etməliyik”, - Tramp deyib.
Muxalifet3 - 18-06-2018
Kaliniç Xorvatiya millisindən qovuldu
Xorvatiya yığmasında şok ayrılıq baş verib.
Muxalifet.az-ın məlumatına görə, hücumçu Nikola Kaniliç millidən qovulub.
Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub. Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.
Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə, Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.
Muxalifet3 - 18-06-2018
Belarusda borc üçün taxta tualet satışa çıxarıldı
Belarusun dövlət onlayn hərrac şirkəti RUP "Belyorobespeçenie" rəsmi saytında istifadə olunmuş taxta tualeti hərraca çıxarıb. Muxalifet.az Sputnik Belarus-a istinadən xəbər verir ki, qeyri-adi hərrac "PMK-225" "Bərabər potensiallı bağlantı sistemi" borclarının geri qaytarılması üçün təşkil edilib. Təklif etibarsız sayılıb. Lot üçün ilkin məbləğ 200 Belarus rublu (təxminən 100 dollar), depozit məbləği isə 20 rubl təşkil edib. "Belyorobespeçenie" bu uğursuz hərrac zamanı 12,09 rubl xərcləyib. Hərrac haqqında məlumatlar hətta rəsmi dövlət mətbuatında da yerləşdirilib.
Muxalifet3 - 18-06-2018
Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatıb
Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyedə keçirilən aksiyalarda xəsarət alanların sayı 17-ə çatıb.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, 26 aksiya iştirakçısı saxlanılıb.
Ölkənin daxili işlər nazirliyinin yaydığı məlumata görə, parlament binası qarşısında keçirilən etirazlarda toqquşmalar zamanı 7 polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, dünən Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.Muxalifet3 - 18-06-2018
Kralın kürəkəni bu həbsxanada cəza çəkəcək
İspaniya şahzadəsi Kristinanın həyat yoldaşı İnyaki Urdaqarin iyunun 18-də səhər saatlarında həbs müddətini çəkmək üçün yaşadığı Cenevrədən Avila şəhərinə gəlib.
Muxalifet.az xəbər verir ki, ötən çərşənbə günü Palma məhkəməsi Urdaqarinə həbsxana seçməsi üçün 82 variant və 5 gün müddət vermişdi. Kralın kürəkəni beş il on aylıq cəzasını çəkmək üçün Avila həbsxanasını seçib.Muxalifet3 - 18-06-2018
Ruhani Qətər əmirinə zəng etdi: Yeganə yol...
İran Prezidenti Həsən Ruhani Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Saniyə zəng edib.
Muxalifet.az xəbər verir ki, Ruhani telefon danışığı zamanı Yəmən böhranının siyasi yollarla həll edilməli olduğunu deyib. Qətər əmiri də öz növbəsində bölgədəki problemlərin yalnız danışıqlar yolu ilə çözülməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Yəmən qüvvələri və BƏƏ ölkənin Hudeydə şəhərində hərbi əməliyyatlar keçirir.
Muxalifet3 - 18-06-2018
"Qarabağ münaqişəsinin həlli yolunu tapmaq lazımdır" — Avropa İttifaqı
Qarabağ münaqişəsi tərəfləri danışıqlar masasına oturmalı və razılıq əldə etməlidirlər.
Muxalifet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Avropa Parlamentinin xarici işlər üzrə komitəsinin sədri Deyvid Makallister iyunun 18-də Yerevanda keçirdiyi mətbuat konfransı zamanı deyib.
Ermənistana səfər edən Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, atəşkəs rejiminə riayət etmək və hərbi ritorikanı dayandırmaq lazımdır.Muxalifet3 - 18-06-2018
İsrailin eks-naziri İrana casusluğa görə həbs edildi
İsrail Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq etməkdə təqsirləndirilərək həbs olunub.
Muxalifet.az vesti.ru-ya istinadla xəbər verir ki, bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında deyilir.
Qeyd edək ki, iyunun 15-də Qüds Rayon Prokurorluğunda müharibə dövründə düşmənə yardım göstərmək, İsrailə qarşı casusluq və kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi yolu ilə cinayət törətməkdə şübhəli bilinən keçmiş nazirə qarşı iddia qaldırılıb.Muxalifet3 - 18-06-2018
ABŞ-ın Ankaradakı yeni səfiri bəlli oldu
ABŞ-ın Türkiyədəki yeni səfirinin adı açıqlanıb.
Muxalifet.az xəbər verir ki, CNN Türk-ün yaydığı məlumata görə, Devid Satterfild Ankaraya səfir təyin edilib.
Satterfildin daha əvvəl Misir, Livan və İraqda müxtəlif vəzifələrdə çalışdığı bildirilib.
Muxalifet3 - 18-06-2018
Jirinovskidən Trampa çağırış: Onu cəzalandır
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ Prezidenti Donald Trampı aktyor Robert de Nironu cəzalandırmağa çağırıb.
Muxalifet.az xəbər verir ki, Jirinovski bu barədə Tvitter hesabında yazıb.
Rusiyalı siyasətçinin fikrincə, Robert de Nironun dövlət başçısının ünvanına səsləndirdiyi fikirlər qəbuledilməzdir.
“Aktyor Robert de Nironu kobudluğuna görə cəzalandırın. Ulduz olması ona belə hərəkətlər etməyə əsas vermir”, - Jirinovski bildirib.Muxalifet3 - 18-06-2018
İbrahimovun 101 metrlik lüks yaxtası Bodrumda - Foto
Məşhur qazax milyarder Əlican İbrahimovun lüks yaxtası Bodrumda görüntülənib. Muxalifet.az xəbər verir ki, 101 metr uzunluğu olan yaxta dənizdəki nəqliyyat sıxlığına görə təxminən 2 saat lövbər sala bilməyib. Axtarışlardan sonra yaxta nəhayət ki, Yalıkavak sahillərində dayanıb.
Muxalifet3 - 18-06-2018
Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
Cənab Məhərrəmin köhnə dəftərlərini açacağıq, bəlkə, utanıb-qızarar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda çıxışı zamanı deyib.
"Seçki dönəmində onun taxdığı maskanın arxasındakı çirkinlikləri vətəndaşlarımıza göstərəcəyik. Onun şairlik məharəti də var. Məhərrəm İncənin şeirlər kitabında yazılanları oxumayacağam, gənclərimiz özləri oxuyub, hər şeyi görəcəklər. Heç kim bu milləti aldada bilməyəcək", - Ərdoğan bildirib.
Muxalifet3 - 18-06-2018
Tel Rifata TÜRK VALI TƏYİN OLUNDU: TÜRK ƏSGƏRİ BÖLGƏYƏ GİRİR
Afrindən sonra terrorçularının böyük hissəsi Tel Rifata keçən PKK-nın region daxilində varlığına son qoyulub. Türk və Rus nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində PKK ilə bərabər Əsəd güclərinin də bölgədən çıxması məsələsində razılıq əldə olunub. Bununla da Türkiyə Tel Rifata koordinator vali təyin edib. Türkiyənin Suriya ilə həmsərhəd bölgəsi olan Kilis vilayətinin valisinin müavini işləyən Məhəmməd Qaya, Tel Rifatda koordinator vali olaraq vəzifələndirilib. Tel Rifat qəsəbə mərkəzindən və 19 kənddən əvvəl PKK, sonra isə Əsəd qüvvələri çəkilib.
Muxalifet3 - 19-06-2018
Dünya Çempionatının oyunçularını DAŞIYAN TƏYYARƏ GÖYDƏ ALOV ALDI
Səudiyyə Ərəbistanının Milli Komandasını Uruqvay ilə oynayacağı matç üçün Rostova daşıyan təyyarə mühərrikdəki zədə səbəbindən alov alıb. Səudiyyə Ərəbistan Federasiyası, təyyarənin təhlükəsiz bir şəkildə endiyini açıqlayıb.
Müxalifət.azMuxalifet3 - 19-06-2018
Türkmən liderdən “Münbiç” açıqlaması: ABŞ TÜRKİYƏ QARŞISINDA DİZ ÇÖKDÜ
Suriya Türkmən Məclisinin sədri Məhəmməd Vəch Cümə, Türkiyə ilə ABŞ arasında razılaşdırılan "Münbiç yol xəritəsinin" onlar üçün "vətənə dönüş razılığı" anlamına gəldiyini bildirərək, “"Zeytun Budağı” Hərəkatı olmasaydı, Münbiç razılığı heç olmazdı" deyib.
Münbiçdə doğulan Cümə, Türk əsgərinin Münbiçdə patrul vəzifəsinə başlaması ilə bağlı Anadolu Agentliyinə münasibət bildirib.
BÖYÜK SEVİNC İÇİNDƏYİK
Muxalifet3 - 19-06-2018
Quranın qanunları ilə yaşayan ölkə - ŞOK NƏTİCƏ
Bizim ölkəmiz də daxil, əhalisinin böyük əksəriyyəti müsəlman olan bir çox ölkədə müqəddəs Ramazan bayramı qeyd edildi.
Sözü çox uzatmadan deyim ki, çox qəribə bir məsələ var. Məsələ o ki, dünyada Allahın müqəddəs kitabı Qurani-Kərim əxlaqına tabe olan, islam mədəniyyətinə uyğun yaşayan ölkələrin ən birincisi İrlandiyadır. Yox, əsla təəccüblənməyin əsla, indi İrlandiyanın nömrə bir olmasının səbəbini yazım, siz də ona görə heyrətlənməyə davam edin...
Muxalifet2 - 19-06-2018