Axtarış
The search found 105805 results in 0.146 seconds.
Search results
PKK liderərindən biri öldürüldü - KİV
PKK terror təşkilatının komandirlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Qəndildə keçirdiyi hərbi əməliyyatlar zamanı öldürülüb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Rudav” saytı informasiya yayıb. Sayt öldürülən terrorçunun adının hələlik açıqlanmadığı bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə TSQ-nin Qəndildə terrorçuların toplantı məkanlarını vurduğunu açıqlamışdı. Ərdoğan vurulan məkanlarda terror təşkilatının liderlərinin olub-olmaması sualına isə “böyük ehtimalla olduqlarını” cavabını vermişdi.
Muxalifet2 - 19-06-2018
PAŞİNYANI QƏTLƏ YETİRMƏK İSTƏDİLƏR
Bir sıra qruplar Nikol Paşinyanı aradan götürmək istəyiblər.
Virtualaz.org Ermənistanda dərc olunan “Aravot” nəşrinə istinadən xəbər verir ki, bu barədə bu gün Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan hökumətin növbədənkənar iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Baş nazirin şəxsi təhlükəsizliyinə aid suala cavab verərkən MTX direktoru bildirib ki, onlarda olan məlumata görə, bəzi qruplar Nikol Paşinyanı aradan götürməyi planlaşdırırmış.
Muxalifet2 - 19-06-2018
Bakıda motosiklet oğrusu SAXLANILDI
Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Muxalifət.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib.
Muxalifet2 - 19-06-2018
NATO-nun birliyi təhlükədədir - STOLTENBERQ
NATO-nun birliyi ABŞ və Avropanın fikir ayrılıqları səbəbindən təhlükədədir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“ABŞ və başqa müttəfiqər arasında ticarət, iqlim dəyişikliyi və İranın nüvə razılaşması səbəbindən real fikir ayrılıqları var”, - Stoltenberq bildirib.
Onun sözlərinə görə, bu fikir ayrılıqları realdır və qısa müddət ərzində bitməyəcək.
Muxalifet2 - 19-06-2018
Zəhərlənən pambıqçılarla bağlı son xəbər - FOTOLAR
Muxalifət.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Qafqazinfo"ya bildirib.
Onun sözlərinə görə, zəhərlənənlərdən 20-nə ambulator yardım göstərilib, digərlərinin müayinəsi isə davam etdirilir.Muxalifet2 - 19-06-2018
Türkmənistanda gözlənilən qadağa…
Türkmənistanda “Ailə məcəlləsi”nə daxil edilən yeni normaya əsasən, ölkədə çoxarvadlılıq qadağan olunub.
Muxalifet.az xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalayıb.
Məcəllənin 7-ci maddəsinə əsasən, çoxarvadlılıq qadağan edilib.
“Çoxarvadlılıq dedikdə iki və ya bir neçə qadınla eyni zamanda bir yerdə ümumi təsərrüfat yaratmaq nəzərdə tutulur”, - dəyişiklikdə qeyd olunub.Muxalifet - 19-06-2018
Əhəd Abıyevdən metrodakı şortikli qızla bağlı... ŞOK SÖZLƏR
“O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər. Birincisi, onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”.
Muxalifet.az publika.az-a istinadən xəbərinə görə, bunu Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev “interpress.az”a açıqlamasında bildirib.Muxalifet - 19-06-2018
Xaçmazda yanğın
Xaçmazın Qusarçay kəndində yanğın olub.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü, bir otağının yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Muxalifet - 19-06-2018
Yəməndə qarşıdurma davam edir: Husilər hava limanını itirdi
Yəməndə hökümət qüvvələrinin Husilərə qarşı başladığı əməliyyatlar davam edir.
Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ötən günlərdə başlayan əməliyyat çərçivəsində Hudayda hava limanı Husilərdən alınıb. Husi nümayəndəsi Məhəmməd Əl Behiti isə hava limanı ətrafında döyüşlərin davam etdiyini bildirib.
Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi hökm sürür. Hökümət qüvvələrinə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri, Husilərə isə İran dəstək verir.Muxalifet - 19-06-2018
Afrinli yaşlı qadın, TÜRK ƏSGƏRİNİN ALNINDAN ÖPDÜ
Türk Silahlı Qüvvələri (TSQ), Afrində son bir həftə içərisində AFAD və Qırmızı Aypara əməkdaşlığında 28 fərqli yaşayış yerində təxminən 5 min ailəyə isti yemək və humanitar yardım materialı paylanıb. TSQ-nin çatdırdığı yardıma dair fotolar da dərc olunub.
Muxalifet3 - 19-06-2018
Türkiyə Rusiyadan S-400 almaq barədə son qərarını verdi...
Ankara Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.
Muxalifet.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qeyd edək ki, ötən gün ABŞ Senatı 2018-ci il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib.Muxalifet - 19-06-2018
ABŞ mətbuatı xəbər verdi: HÜCUMU İSRAİL HƏYATA KEÇİRİB
CNN Televiziyası, Amerikalı bir rəsmiyə əsaslanaraq verdiyi xəbərdə bazar günü Suriyanın İraqla sərhədində keçirilən və onlarla Suriya əsgərinin ölümü ilə nəticələnən hava hücumundan İsrailin məsul olduğunu yazıb.
Qeyd edək ki, Suriya dövlət televiziyası, təcavüzün İraq-Suriya sərhədində rejim tərəfdarı qüvvələri hədəf aldığını və çoxsaylı itkiyə səbəb olduğunu bildirmişdi.Muxalifet3 - 19-06-2018
Yaponiya mundiala qələbə ilə başladı...
Bu gün dünya çempionatında ilk tura yekun vurulacaq.
Qol.az-ın xəbərinə görə, H qrupunda iki oyun keçirləcək.
Qrupun ilk matçında Kolumbiya və Yaponiya milliləri üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da, sonda qələbəni asiyalılar bayram ediblər.
Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşacaq. Levandovski-Mane mübarizəsi adlandırılan bu görüşə də maraq böyükdür.Muxalifet - 19-06-2018
Girovların qaytarılması üçün milyard dollar... – QƏTƏRİN AZƏRBAYCANDAKI SƏFİRİ HAQDA ŞOK FAKTLAR
Və yaxud İraqdakı terrorçularla Qətər şövdələşməsində maestro
Muxalifet4 - 19-06-2018
Türkiyəli aktyor narkotik ticarəti və polisləri öldürməyə təşəbbüsdən həbs olundu...
“Möhtəşəm Yüz İl” serialındakı “Bəhram paşa” rolu ilə məşhurlaşan aktyor Adnan Koç və qardaşları narkotik ticarəti ilə məşğul olduqları və daha sonra polisləri öldürməyə təşəbbüs etdikləri üçün həbs olunaraq məhkəməyə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, onlar haqqında 90 il 7 ay 15 gün həbs cəzası tələb edilib.Muxalifet - 19-06-2018
CHP, HDP və İP-dən ANKARADA GIZLI TOPLANTI IDDIASI
Twitter fenomeni Kuşçubaşı Əşrəf, diqqət çəkən bir iddia ilə çıxış edib. Əşrəf, dünən gecə CHP, HDP və İP başqanlarının nümayəndələrinin ABŞ və Almaniya səfirliklərində çalışan şəxslərin iştirakı ilə içkili bir toplantı keçirdiyini bildirib.
İfşaedici məlumatları ilə fenomen olan Twitter hesabı Kuşçubaşı Əşrəf, yenə çox danışılacaq bir iddia ortaya atıb. Əşrəf dünən gecə Ankarada CHP, HDP və İP başçılarının nümayəndələrinin ABŞ və Almaniya səfirliklərində çalışan 4 nəfərin iştirakı ilə xüsusi yeməkli və içkili bir tədbir keçirdiyini idddia edib.
Muxalifet3 - 19-06-2018
BMT ABŞ-a etiraz edib
BMT son 6 həftədə ABŞ-a qeyri-qanuni yollara daxil olan meksikalı miqrantların uşaqlarının Birləşmiş Ştatlar tərəfindən əllərindən məcburi alınmasına münasibət bildirib. Təşkilat Birləşmiş Ştatlardan siyasətində təcili dəyişiklik etməsini istəyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BMT iyulun 6-dək Cenevrədə davam edəcək iclasında bu məsələni müzakirəyə çıxaracaq.Muxalifet - 19-06-2018
Qadınlardan soyğunçuluq edən şəxslər yaxalandı
Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 18-də Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan iki qadın həmin gün saat 18 radələrində rayon ərazisindəki ayrı-ayrı ünvanlarda naməlum şəxsin zor tətbiq edərək onların içərisində parfümeriya, bijuteriya və sənədləri olan çantalarını almağa çalışdığını, lakin istəyinə nail olmadıqda qaçıb aradan çıxdığını bildirib.Muxalifet - 19-06-2018
Suriya məsələsində növbəti 3-lü görüş...
İran, Türkiyə və Rusiya yaxın müddətdə Cenevrəyə çağrılacaq.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura söyləyib.
O, İsveçrədə hər 3 ölkənin iştirakı ilə keçirilən görüşlərin çox faydalı olduğunu deyib.Muxalifet - 19-06-2018
SOS: Bu çimərliklərə getməyin, xəstəlik saçır - Video
Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə apardığı monitorinqlərin nəticələrini açıqlayıb.
Muxalifet.az-ın ARB-yə istinadən verdiyi xəbərə görə, GEM-nin şöbə müdiri Ziyəddin Kazımov paytaxt çimərliklərində bakteroloji çirklənmə aşkarlanmadığını bildirib.
Onun sözlərinə görə, cənub və şimal zonalarında da aparılan monitorinqlərdən sonra çirklənmə qeydə alınmayıb.
Hazırda yalnız Şıx və Sahil çimərliklərindən götürülən nümunələr zamanı suyun standartlara cavab vermədiyi müəyyən olunub.Muxalifet3 - 19-06-2018