Axtarış
The search found 105805 results in 0.134 seconds.
Search results
Bulvarda həyəcanlı anlar
Dənizkənarı Bulvarda orta yaşlı qadının halı pisləşdi.
Muxalifet.az xəbər verir ki, Bulvar ərazisində təxminən 35 yaşlarında olan bir qadının halı qəfil pisləşib.
Bu səbədən o, müvazinətini saxlaya bilməyib və yıxılıb. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Qadının yıxılarkən ayağını sındırdığı bildirilib.
Muxalifet3 - 19-06-2018
ABŞ-a adekvat cavab verəcəyik - Rusiya
ABŞ-ın polad və alüminiumun idxalı ilə bağlı tətbiq etdiyi vergi rüsumlarına qarşı Rusiya adekvat cavab verəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya İqtisadiyyat naziri Maksim Oreşkin deyib.
O bildirib ki, ABŞ-ın bu qərarına cavab olaraq bu ölkədən idxal edilən bəzi mallara vergi rüsumları tətbiq ediləcək.
Nazir qeyd edib ki, tətbiq ediləcək rüsumlar Rusiyanın makroiqtisadiyyatına təsir göstərməyəcək.
Muxalifet3 - 19-06-2018
KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 3 uşaq öldü
Hindistanın şimalında baş verən kütləvi zəhərlənmədə 250-dən çox insan xəstəxanaya yerləşdirilib, 3 uşaq ölüb.
Trend-in məlumatına görə, hadisə ölkənin qərbində olub.
"Vaştu Şanti" adlanan təmtəraqlı "evgördü" qonaqlığına təxminən 500 nəfər dəvət olunub.
Həkimlər zəhərlənmənin qidadan baş verdiyini ehtimal edir.
Muxalifet3 - 19-06-2018
Sabah bu ərazilərdə su olmayacaq
Sabah günorta saatlarında paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq
Muxalifet.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, H.Əliyev küçəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişində sabah günorta saatlarına qədər fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Muxalifet3 - 19-06-2018
Türk nazir Türkiyəyə meydan oxuyan terrorçubaşı QARAYILANIN CAVABINI VERDİ
Türkiyənin daxili işlər naziri Süleyman Soylu, “PKK-nın belini qırdıq. Dağlarda siçovul kimi qaçırlar. İndi biz bu işimizi yarımçıq qoyaq? Terror məsələsində siz daha işin fraqmentini gördünüz. 24 iyundan sonra nələr nələr edəcəyik, görəcəksiniz” deyib.
OX YAYDAN ÇIXIB ARTIQ
Muxalifet3 - 20-06-2018
İsrail İHA-sı SURİYADA DÜŞDÜ: KƏŞFİYYAT MƏLUMATLARI İFŞA OLUNA BİLƏR
İsrail ordusuna aid bir insansız hava vasitəsinin (İHA) Suriya sərhədində düşdüyü bildirilib.
İsrail ordusundan verilən məlumata görə, orduya aid Skylark model İHA, Suriya sərhədində texniki bir qəza səbəbiylə qəzaya uğrayıb.
Açıqlamada, müşahidə məqsədilə regionda uçduğu bildirilən İHA-dan hər hansı bir informasiyanın alınması ehtimalının olmadığı ifadə edilib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, daha çox kəşfiyyat məlumatı toplamaq məqsədilə istifadə edilən sözügedən hava vasitəsi sərhədin Suriya tərəfinə düşüb.Muxalifet3 - 20-06-2018
ABŞ-dan növbəti İsrailyönlü addım! RƏSMİ OLARAQ AYRILDILAR
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, ölkəsinin BMT İnsan Haqları Şurasından ayrıldığını açıqlayıb
ABŞ-ın Şuradan ayrıldığını bildirən Haley, "Şuranın İsrailə qarşı xroniki bir ön mühakiməsi var" deyib.
Haley həmçinin, Şuranın tərkibində edəcəyi yeniliklərdən sonra ABŞ-ın təkrar qatıla biləcəyinə qeyd edib.
Haley, "Bu Şura adına layiq deyil" deyə, dəyərləndirmə edib.
Müxalifət.azMuxalifet3 - 20-06-2018
Avropa Liqasında yeni mövsümün ilk püşkatma mərasimi keçiriləcək
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.Muxalifet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycanın da 3 klubunun rəqibləri müəyyənləşəcək.
Onların hamısı püşkatma zamanı daha yüksək reytinqlilərdən ibarət Səpələnmişlər səbətindən yer alacaq.Muxalifet - 20-06-2018
Corc Sorosdan QƏRBƏ “TÜRKİYƏNİ DAYANDIRIN” ÇAĞIRIŞI
Siyasi hakimiyyət çevrilişləri, iqtisadi böhranların taleyini müəyyən edən milyarder investor və fond rəhbəri Corc Soros, Balkanlardakı Türkiyə-Rusiya-Çin təsirinin qırılması üçün ABŞ və Aİ-nı vəzifəyə çağıran bir məqalə yayıb.
ABŞ-lı milyarder Corc Soros ilə oğlu Aleksandr Soros, Makedoniyanın adı ilə bağlı Afina ilə Üsküp arasında imzalanan müqaviləyə dair bir məqalə qələmə alıb.Muxalifet3 - 20-06-2018
Səudiyyə Qətəri adaya çevirir
Səudiyyə Ərəbistanı hökuməti Qətəri adaya çevirəcək kanalın inşası üçün iyunun 25-də tender elan edəcək.Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, tenderə 5 beynəlxalq şirkətin maraq göstərdiyi deyilib. Belə ki, tenderi qazanacaq şirkətlər 3 ay ərzində elan ediləcək və dərhal tikintiyə başlanılacaq.
Planın həyata keçirilməsi üçün 1 il vaxt veriləcək. Qətərlə Səudiyyə sərhədi boyunca uzanacaq su kanalının uzunluğu 60 km, eni 200 metr, dərinliyi isə 15-20 metr olacaq.Muxalifet - 20-06-2018
Bakıda qadınlar arasında kütləvi dava
Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.Muxalifet.az xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.
Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.
V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.Muxalifet - 20-06-2018
PKK Qəndildə ƏHALİNİN MOBİL TELEFONLARINI ALIB
TSQ-nin, Qəndil hərəkatı uğurla davam edərkən terror təşkilatı PKK-nın, Qəndil və ətrafındakı kəndlərdən məlumat sızmasını əngəlləmək üçün vətəndaşların telefonlarını aldığı, Gocan, Zergele, Berazgir və Halgurt ilə 6 bölgədə mobil baza stansiyalarını da sıradan çıxardığı bildirilib. Dinc kəndlilərin küçəyə çıxmasına qadağa qoyan terror təşkilatı, bölgəyə girişlərə də nəzarəti artırıb.
Muxalifet3 - 20-06-2018
ABŞ bu qurumdan imtina etdi
Rusiya BMT-nin İnsan Haqları Şurasının tərkibinin müəyyənləşdirilməsiylə bağlı keçirilən seçkiyə namizədliyini irəli sürüb.Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu nu jurnalistlərə açıqlamasında Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat katibi Fyodor Strjijovski deyib.Muxalifet - 20-06-2018
Ermənilər atəşkəs rejimini 87 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 20-06-2018
Senatın QALMAQAL F-35 QƏRARININ ARXASINDAN ONLAR ÇIXDI
ABŞ senatı Türkiyəyə F-35 döyüş təyyarələri də daxil, silah satışını qadağan edən layihəni qəbul edib. Bəs o layihəni hazırlayan senatorlar kimlərdir? Bu məsələdə 3 isim ön plana çıxır. Bunların üçü də ABŞ-dakı FETÖ şəbəkəsi ilə əməklıqda olan senatorlardır. Janna Shaheen, Thom Tillis və Rocer Wickers.
SENATOR YANNA SHAHEENİN FETÖ İLƏ ƏLAQƏLƏRİ
Türkiyəyə qarşı sanksiya ehtiva edən layihəNİ hazırlayan Janna Shaheen Demokrat Partiyasından olan Missuri senatorudur.
Muxalifet3 - 20-06-2018
"Dağlıq Qarabağ problemi təcili siyasi həllini tapmalıdır"
“Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır”.
APA-nın xəbərinə görə, bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqımünasibətləri haqqında sənəddə qeyd olunur.Muxalifet - 20-06-2018
HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi
Qəzza sektorundan ötən gecə İsrail istiqamətində 30 raket buraxılıb.Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, raketlərdən 7-si havada zərərsizləşdirilib, 3-ü Qəzza zolağının yaxınlığında boş əraziyə düşüb.
İsrail tərəfi cavab olaraq HƏMAS-a məxsus hərbi təyinatlı 25 obyektə aviazərbə endirib.Muxalifet - 20-06-2018
Türkiyənin F-35 TƏPKİSİNDƏNDƏN SONRA ABŞ-dan YENİ QƏRAR
ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Senatın, Türkiyəyə F-35 döyüş təyyarəsi satışını qadağan edən qərar layihəsini qəbul etməsinə qarşı, iki ədəd təyyarənin cümə günü Texas ştatına bağlı Fort Worth şəhərində keçiriləcək bir mərasimlə Türkiyəyə təslim ediləcəyini bildirib.
Muxalifet3 - 20-06-2018
Tərtər-Ağdərə istiqamətində partlayış, 3 erməni hərbçisinin ölümü
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühəndis xidmətinin rəisi olmuş mayor E.Qriqoryan (bu ilin fevralında xidmətdən uzaqlaşdırılıb) 3 hərbçinin ölümünə, birinin ağır yaralanmasına səbəb olan xidməti yarıtmazlıqda ittiham olunur. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komitəsi mayora əsgərlərin ölümü ilə bağlı cinayət işi çərçivəsində rəsmi ittiham elan edib.Muxalifet - 20-06-2018
Sabah 64800 şagird buraxılış imtahanı verəcək
Sabah Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Muxalifet.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771).Muxalifet - 20-06-2018