Axtarış
The search found 105805 results in 0.136 seconds.
Search results
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.Muxalifet - 20-06-2018
“Assciated Press”-in Türk əndişəsi: “TÜRKİYƏ SURİYANI NƏZARƏT ALTINA ALIR”
ABŞ-ın “Assciated Press” xəbər agentliyi, Türk əsgərinin Suriya xalqı ilə olan bağına diqqət çəkərək, Türkiyənin Suriyanı nəzarəti altına aldığını yazıb.
ABŞ-ın “Assciated Press” xəbər agentliyi, Türkiyənin Suriyadakı mövcudluğundan narahatlığını bildirən bir məqalə qələmə alıb.
UŞAQLAR TÜRK ƏSGƏRİNİ ÇOX SEVİR
Muxalifet3 - 20-06-2018
Külək İsmayıllıda evlərə ziyan vurdu, 60 kənd işıqsız qaldı
“İyunun 17-də rayon ərazisində müşahidə edilən hava şəraiti ilə bağlı bəzi tikililərin dam örtüyü zədələnib, yaşayış məntəqələrinin elektrik enerji kəsilib. Ən böyük ziyan isə Çəmənli kəndində bir evə dəyib”.Bu barədə Publika.az-a İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.Muxalifet - 20-06-2018
İrandan TÜRKİYƏYƏ DƏSTƏK AÇIQLAMASI
İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Cavad Camalı Nubendegani, Türkiyənin terror təşkilatı PKK-ya qarşı apardığı mübarizəni dəstəklədiklərini deyib.
İran Məclisinin Xəbər Agentliyi “İCANA”-nın xəbərinə görə, Türkiyə ilə İranın PKK-ya qarşı əməliyyatlarla bağlı danışıqları haqqında açıqlama verən Nubendegani, "PJAK və PKK kimi terror təşkilatları ölkəmizin, Türkiyənin, hətta Suriyanın belə təhlükəsizliyinə mənfi təsir göstərir" deyib.Muxalifet3 - 20-06-2018
Azərbaycan vətəndaşı Kiyevdə kütləvi dava nəticəsində güllə yarası alıb
Azərbaycan vətəndaşı Kiyevdə kütləvi dava nəticəsində yaralanıb."Report"un UNN-a istinadən verdiyi məlumata görə, hadisə iyunun 20-nə keçən gecə saat 2 radələrində bazarın yaxınlığında baş verib.
Həkimlərin məlumatına görə, 32 yaşlı Azərbaycan vətəndaşı baldır nahiyəsindən güllə yarası alıb və şəhər klinik xəstəxanasına yerləşdirilib.
Mənbə bildirib ki, kişi həmyerliləri arasında baş verən dava nəticəsində xəsarət alıb. Digər yaralılar barədə məlumat yoxdur.Muxalifet - 20-06-2018
Məsud Özili linç edən Alman mətbuatının AĞLI BAŞINA GƏLDİ
Türkiyə prezidenti Ərdoğanla şəkil çəkdirdi deyə, türk futbolçunu mediada linç edənlər, Meksikaya uduzandan sonra Almaniyanın “Die Welt” qəzeti Alman Milli Komandasında forma geyinən Türk əsilli futbolçu Məsud Özili tərifləyib.
Məsud Özili manşetinə daşıyan qəzet, Almaniyanın Məsud Özilə çox şey borclu olduğunu yazıb.Muxalifet3 - 20-06-2018
"Qadınların susdurulduğu cəmiyyətdə yaşayırıq"
Vətəndaş cəmiyyəti nümayəndəsi Nisə Hacıyeva Bakı metrosundakı insidenti şərh edir
Bu günlər Bakı metrosunda şort geyən qızla onun geyim tərzini qınayan bəzi sərnişinlər arasında baş vermiş qarşıdurma sosial mediada debatlara yol açıb. Amerikanın Səsi insidentlə əlaqədar vətəndaş cəmiyyəti nümayəndəsi Nisə Hacıyeva ilə söhbət aparıb.Muxalifet3 - 20-06-2018
Zakir Həsənov Azərbaycan ordusunun səhra məşğələlərini izləyib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib.Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfinə gəlib.Muxalifet - 20-06-2018
Hərbi paradda Azərbaycan hansı yeni silah növlərini nümayiş etdirəcək?
İyunun 26-da keçiriləcək hərbi paradda Azərbaycanın raket hücumundan müdafiə sistemi nümayiş etdiriləcək. Bu barədə müdafiə naziri Zakir Həsənov Ali Hərbi Məktəbin kursantlarının qarşısındakı çıxışında bildirib.
Söhbət düşmənin ərazisinin dərinliyində yerüstü və hava hədəflərini məhv etməyə qadir olan uzaq məsafəli raket-artilleriya sistemindən gedir.Muxalifet3 - 20-06-2018
İmişlidə pambıq tarlasında zəhərlənən şəxslərdən 12 nəfəri xəstəxanadadır
İmişli rayonunda pambıq tarlasında zəhərlənən şəxslərdən hazırda 12 nəfəri xəstəxanadadır. Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, zəhərləndiyindən şübhələnən 141 nəfər xəstəxanaya müraciət edib. Sözügedən 12 nəfərdən başqa qalanları müayinədən sonra evə buraxılıb.
Zəhərlənmənin səbəbləri hələlik məlum deyil. Götürülən analizlərin nəticəsi 3-4 gündən bir həftəyədək məlum olacaq.Muxalifet3 - 20-06-2018
Çavuşoğundan Qəndil və Münbiç ƏMƏLİYYATI AÇIQLAMASI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, “Münbiç təqvimi saat kimi işləyir. Yol xəritəsi problem çıxmadan davam edir. Qəndil əməliyyatında qanuni haqqımızı istifadə edirik” - deyib.
Çavuşoğlu mediaya açıqlamasında Münbiş və Qəndil əməliyyatlarına da toxunub. Onun açıqlamasından bəzi sətirləri təqdim edirik:
“Münbiç təqvimisaat kimi işləyir. Yol xəritəsi problem çıxmadan davam edir. Əzm və qətiyyətimiz mühüm nailiyyətləri təmin etdi”.Muxalifet3 - 20-06-2018
Azərbaycan xüsusi təyinatlıları cəbhəyə YERİTDİ VƏ... - Abramyandan TƏŞVİŞDOLU SÖZLƏR
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidentinin” “müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb.
Muxalifət.az xəbər verir ki, T.Abramyan Azərbaycan Ordusunun təmas xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini iddia edib.
Muxalifet2 - 20-06-2018
Almaniya açıqladı: BİOLOJİ HÜCUMUN SON ANDA QARŞISI ALINDI
Alman polisi, Tunisli bir şübhəlinin nəzarətə almaqla ölkədə bioloji bir hücumun qarşısınıaldığını bildirib.
“AFP” xəbər agentliyi, Almaniyada ötən həftə ələ keçirilən Tunis vətəndaşı bir adamın evində zəhərli bioloji maddə olan “risin” olduğu, bunun yanında bomba istehsalında istifadə edilən materialların ələ keçirildiyi ifadə edilib.
Almaniya Federal Kriminal Polis Departamentinin rəhbəri Holger Muench Almaniyada bioloji bir hücum planlaşdırdığını bildirib.
Müxalifət.azMuxalifet3 - 20-06-2018
Trampın ticarət müharibəsi: “ABŞ-A ZİYAN VURUR”
ABŞ bütün dünyaya, o cümlədən qonşularına, Çinə, Avropa İttifaqı ölkələrinə ticarət müharibəsi elan edib. Bir çox mallara yeni gömrük rüsumları təyin edib. Çindən gələn məhsullara 250 milyard dollar əlavə gömrük rüsumu tədbiq olunacaq. Kanada, Meksika, Aİ ölkələrindən gətirilən malların da gömrük rüsumları artırılacaq.
Muxalifət.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert qeyd edib ki, bu, ABŞ-ın yerli istehsalçıları və əhalinin bir qisminin maraqlarına uyğundur:Muxalifet2 - 20-06-2018
Rusiyalı analitik:“Türkiyəni dünyanın əsas siyasi oyunçuları sırasına qatan Ərdoğan prezident seçkilərində hökmən qalib gələcək” – TƏHLİL
Türkiyə müxalifəti prezidentin “həmişəlik diktator”a çevrilməsinə qarşı fəal müqavimət göstərir. Amma güman etmirəm ki, o, seçkiləri uduzacaq – hətta Qərblə “soyuq savaş” hesabına olsa da.
Muxalifet2 - 20-06-2018
UEFA-dan "Qarabağ"la bağlı MÜHÜM QƏRAR
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” və “Olimpiya” (Sloveniya) arasında keçiriləcək oyunların vaxtını dəyişdirib.
Muxalifət.az xəbər verir ki, dəyişikliyə əsasən, Sloveniyanın paytaxtı Lyüblyanada keçiriləcək ilk görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 11-də deyil, 10-da olacaq. Bakıda keçiriləcək cavab matçı da öncə nəzərdə tutulduğundan bir gün tez, yəni iyulun 17-də baş tutacaq.
Muxalifet2 - 20-06-2018
Avropa Şurası Ermənistan XİN-in bəyanatını CƏFƏNGİYYAT ADLANDIRDI
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın guya Azərbaycanın qurumda üzvlüyünün dayandırılması təşəbbüsü ilə çıxış etdiyini bəyan etməsi cəfəngiyyatdır.
Muxalifət.az xəbər verir ki, bu barədə trend-ə Avropa Şurası baş katibinin mətbuat katibi Daniil Holdqen deyib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.
Muxalifet2 - 20-06-2018
Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların sayı 276 minə çatıb”
"Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir".
APA-nın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç deyib. O bildirib ki, TANAP layihəsinin açılış mərasimi ilə Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya nəqli bu yaxınlığı daha da möhkəmləndirib.
Muxalifet2 - 20-06-2018
Dəhşətli qəza: 5 NƏFƏR ÖLDÜ – Helikopter göndərildi
Bu gün səhər saatlarında Güney Azərbaycanda dəhşətli yol-nəqliyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, Təbriz-Urmiya yolunda iki “Prayd” markalı avtomabilin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerinə dərhal Təbriz şəhər Təcili Tibbi Yardım İdarəsindən iki ambulans və bir helikopter göndərilib. Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Muxalifet2 - 20-06-2018
Tereza Meyə sui-qəsd planı: “Başını qoparmaq istəyirmişlər…” –"The Independent" TƏFƏRRÜATI YAZIB
Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı sui-qəsd hazırlayan şəxs onun başını qoparmağı planlaşdırırmış.
Baş nazirə qarşı hazırlanan terror aktının təfərrüatları barədə yazan “The Independent” qəzeti yazır ki, 20 yaşlı İŞİD üzvü Naaimur Zəkəriyyə Rəhmanın iqamətgah qarşısında daha öncədən hazırladığı partlayıcı qurğunu işə salmağı planlaşdırırmış.
Plana əsasən bundan sonra xüsusi kiçik qaz balonlarını partlatmaqla iqamətgahın mühafizəsni zərərsizləşdirməyi və binaya daxil olmağı düşünübmüş.
Muxalifet2 - 20-06-2018