Axtarış
The search found 105805 results in 0.077 seconds.
Search results
ABŞ və Rusiya nüvə sayını azaltdı - Hesabat
Stokolm Sülh Araşdırmaları İnstitutu nüvə silahlı ilə bağlı müxtəlif ölkələrin illik statistikasını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, hesabatda nüvə silahlarının sayını artıran və azaldan ölkələrin adları qeyd olunub.
Statistikaya görə, ABŞ son bir il ərzində nüvə silahlarının sayını 6800-dən 6450-ə, Rusiya isə 7000-dən 6850-ə endirib.
Çin, Hindistan və Pakistan isə nüvə silahı sayını 2016-cı illə müqayisdə bir qədər artırıb.
İngiltərə, Fransa, İsrail və Şimali Koreyanın nüvə silahlarının sayında əvvəlki illə müqayisədə dəyişiklik olmayıb.
Muxalifet3 - 19-06-2018
Rusiyadan kürdlərə böyük dəstək
Kürdlər Suriyanın yeni konstitusiya komissiyasında təmsil olunacaq.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
Məsələ ilə bağlı əlavə məlumat verilməyib.
Muxalifet3 - 19-06-2018
Bakıda dindar biznesmenlərin qanlı DAVASI - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ANBAAN KAMERAYA DÜŞDÜ - VIDEO
Bakıda dindar biznesmenlər arasında qanlı dava olub.
Dava bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində baş verib və İran vətəndaşı bıçaqlanıb. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olan şəxslərdir. Onların mübahisəsi ilə qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınında bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirir.
Muxalifet3 - 19-06-2018
Polşa və Seneqal qarşı-qarşıya - DÇ
İyunun 19-da “Rusiya 2018”in altıncı gününün “H” qrupunun ikinci oyunu start götürüb. Mundialın birinci turunun sonuncu oyununda Polşa və Seneqal milliləri üz-üzə gəlir.
Muxalifet.az xəbər verir, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşü bəhreynli Navaf Şükrallah idarə edir.
Polşa millisinin start heyətində Voycex Şesnı, Mixal Pazdan, Tiaqo Conek, Arkadiuş Milik, Robert Levandovski, Djeqoş Krixovyak, Kamil Qrosiçki, Macey Rıbus, Yakub Blaşikovski, Petr Zelinski, Lukaş Pişek meydana çıxıblar. Komandanın baş məşqçisi Adam Navalkadı.Muxalifet3 - 19-06-2018
Çin lideri Kim Çen İnlə görüşdü
Çin Xalq Respublikasının rəhbəri Şimali Koreya lideri Kim Çen İnlə görüşüb.
Muxalifet.az xəbər verir ki, Si Tzinpin görüş zamanı bəyan edib ki, Pxenyanı beynəlxalq arena və regiondakı vəziyyətdən asılı olmayaraq dəstəkləyir.
Kim Çen İn isə bildirib ki, ABŞ-Şimali Koreya sammitində pozitiv nəticələr əldə edilib. Bu, hər iki tərəfin maraqlarına cavab verir:
“Əgər hər iki tərəf müntəzəm olaraq konsensus reallaşdıra bilsə, Koreya yarımadasında böyük dəyişikliklər olacaq”.Muxalifet3 - 19-06-2018
Kürdəmir və Cəlilabadda taxıl sahəsi yanıb
Kürdəmir rayonunun Karrar qəsəbəsində 5 ha biçilməmiş taxıl sahəsi yanıb. Muxalifet.az FHN-in saytına istinadən xəbər verir ki, taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Cəlilabad rayonunun Dövlətalıbəyli kəndində 0,4 ha biçilməmiş taxıl sahəsi və 0,6 ha kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Muxalifet3 - 19-06-2018
Fikri İşıq: Terrorun beli qırılıb
Türkiyədə terrorun beli qırılıb.
Muxalifet.az-ın TRT HABER-ə istinadən xəbərinə görə, bunu sabiq müdafiə naziri, hazırda baş nazirin müavini olan Fikri İşıq bildirib.
Onun sözlərinə görə, ancaq Türkiyədə bütövlükdə terrorun və terrorçuların kökünün kəsilməsi lazımdır:
"Biz terrorla mübarizədə böyük zəfər əldə etmişik.
Türkiyədə terrorun beli qırılıb, ancaq onun tam sonuclandırılması lazımdır və bu istiqmətdə də bütün addımlar atılır.Muxalifet3 - 19-06-2018
İlk haker qruplaşmalarından biri məhv edilib
Avropol təşkilatı bir neçə ölkənin hüquq mühafizə orqanlarının dəstəyi ilə dünyanın ən erkən haker qruplaşmalarından sayılan “Rex Mundi”nin azadlıqda olan sonuncu üzvünü həbs edib.
Muxalifet.az xəbər verir ki, bu haqda “Lenta.ru” məlumat yayıb.
“Rex Mundi”yə qarşı mübarizə 2017-ci ilin may ayında Britaniyanın iri korporasiyalarından birinə edilən kütləvi virtual hücumdan sonra gücləndirilib. Həmin vaxt hakerlər şirkətin müştəri bazasından külli miqdarda şəxsi məlumatları hasil edib.Muxalifet3 - 19-06-2018
"Olimpiya"nın prezidenti: "Qarabağ"la görüşü son 10 ilin ən çətin matçı olacaq
"Bizə ən çətin rəqiblərdən biri düşdü".
"Report"un məlumatına görə, bunu Sloveniyanın "Olimpiya" klubunun prezidenti Milan Mandariç futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ" barədə danışarkən deyib.
80 yaşlı funksioner bildirib ki, Azərbaycan təmsilçisi Avropa miqyaslı yarışlarda böyük təcrübə və uğurlara malikdir: "Ümidvaram ki, bu, "Olimpiya" üçün son 10 ildə ən çətin matçlardan biri olacaq. Bu, bizim üçün test sayılacaq. Biz harada olduğumuzu, faktiki oyun keyfiyyətimizi və perspektivlərimizi görəcəyik".Muxalifet3 - 19-06-2018
SON DƏQİQƏ: İran ABŞ-a müharibə elan etdi - Bölgəyə ORDU YERİDİLDİ
İran Əsəd ordusu ilə birlikdə Suriyanın cənubundakı Dera bölgəsinə hücuma hazırlaşır.
Muxalifet.az xəbər verir ki, Suriya ordusu dünən gecə Deranın şərqinə ən azı 60 zirehli avtomobil göndərib.
Hücum ABŞ-ın bölgədə dəstəklədiyi qruplara qarşı həyata keçiriləcək.
Əməliyyat planına görə, Deranın mərkəzi və məhəlləri, eləcə də Zimrin bazası, Kafr Şam və Maşara bölgələri, ardınca da şərqdəki Talah hava bazası, şimal-şərqdəki İzra benzin bazaları ələ keçiriləcək.
Muxalifet3 - 19-06-2018
"Möhtəşəm Yüz İl"in yaraşıqlı aktyoruna 90 il həbs tələbi - ŞOK SƏBƏB
“Möhtəşəm Yüz İl” serialındakı “Bəhram paşa” rolu ilə məşhurlaşan aktyor Adnan Koç və qardaşları narkotik ticarəti ilə məşğul olduqları və daha sonra polisləri öldürməyə təşəbbüs etdikləri üçün həbs olunaraq məhkəməyə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, onlar haqqında 90 il 7 ay 15 gün həbs cəzası tələb edilib.
Koç qardaşları isə ittihamları qəbul etməyərək işgəncəyə məruz qaldıqlarını önə sürüblər. onlar bildiriblər ki, polisləri soyğunçu zənn etdikləri üçün hücum ediblər. Gerçək polis olduqlarını öyrəndikdə isə peşman olublar.Muxalifet3 - 19-06-2018
"Ekstremal çəkidə dünyaya gələn 260 uşaqdan 9-nu xilas edə bilmişik" - Baş pediatr
"Neonatologiya insan həyatının doğumunda başlayan və ilk 28 gün boyunca davam edən dönəmdir. Elə buna görə də yenidoğulmuşların bu dönəmi sağlam başa vurması çox önəmlidir. Heç kimə sirr deyil ki, dünyasını dəyişən yeni doğulmuşların çoxu vaxtından əvvəl doğulan uşaqlar olur. Doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya) yeni doğulmuşların ölümünə səbəb olan xəstəliklər arasında çox az faiz təşkil edir".
Muxalifet.az xəbər verir ki, bunu apa tv-yə açıqlamasında professor-doktor, Ankara Universitetinin neonatoloqu Ömər Erdeve deyib.Muxalifet3 - 19-06-2018
Ərdoğan AÇIQLADI: Bu şəhərlərə ordu yeridəcəyik
Qəndili bölücü terror şəbəkəsinin başına uçurduq və uçurmağa da davam edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinqdə çıxışı zamanı deyib.
“Qəndilə də, Sincara da, Afrinə də, Cerablusa da ordu yeridəcəyik” – deyə Ərdoğan bildirib.
Muxalifet3 - 19-06-2018
Ermənistan Rusiyanı bu əsasla şantaj edir: “Bizdən asılısınız...” - AÇIQLAMA
Politoloq Stepan Qriqoryana inansaq, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır.
Muxalifet3 - 19-06-2018
Bu körpü 3 günə istifadəyə veriləcək
İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün bərpası istiqamətində görülən işlər başa çatmaq üzrədir.
Muxalifet3 - 19-06-2018
Ermənistanda "Ural" aşdı: 5 hərbçi...
Ermənistanın Ararat vilayətinə “Ural” markalı hərbi avtomobilin aşması nəticəsində 5 əsgər yaralanıb.
Muxalifet.az xəbər verir ki, xəsarət alanlar Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalına yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.
Muxalifet3 - 19-06-2018
İŞİD-in sonu çatdı: Əsas liderlərdən biri məhv edildi
İŞİD-in neft və qaz satışını qanunsuz həyata keçirən rəhbərlərindən biri – Əbu Xəttab əl-İraqi məhv edilib.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ koalisiyasının nümayəndəsi Şon Rayan deyib.
O bildirib ki, Xəttab daha 3 İŞİD döyüşçüsü ilə birgə mayın 26-da öldürülüb.
Rayanın sözlərinə görə, sözügedən terrorçunun öldürülməsi İŞİD-in Suriya və İraqdakı əməliyyatlarını xeyli zəiflədəcək.
Muxalifet3 - 19-06-2018
Deputatın bacısı oğlu faciəli şəkildə öldü
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş” markalı "10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.
Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Muxalifet3 - 19-06-2018
Şotlandiyada 14 medal qazanan cüdoçularımız vətənə qayıdıblar — FOTO
Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər.
Muxalifet.az report-a istinadən xəbər verir ki, mötəbər turnirdə 5 qızıl, 9 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında 4-cü olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.Muxalifet3 - 19-06-2018
Ağsuda dəhşət: arvadını namaz qılarkən bıçaqladı
Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Muxalifet.az-ın xəbərinə görə, bu gün axşam saatlarında rayonun Qaraqaşlı kənd sakini, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızı həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. O, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.Muxalifet3 - 19-06-2018