Axtarış

The search found 105805 results in 0.089 seconds.

Search results

  1. Bayram namazının vaxtı açıqlandı

    Sabah Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.
     
    Muxalifət.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
    Qeyd edək ki, QMİ-nin verdiyi fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edir və həmin gün ölkədə bayram namazı qılınacaq.

    Muxalifet4 - 14-06-2018

  2. “Maşının “kuzasına” minib keçirik” - Dəhşətli sel daha bir kəndin rayonla əlaqəsini kəsdi - VİDEO

    Qəbələnin Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.
     
    Muxalifət.az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
     
    Rafiq Salehov – Sakin: “20 günə yaxındır ki, bizim kəndimizin yolu bu formadadır. Gedib gələ bilmirik. Nəsə narahatçılıq olanda, xəstəmiz olanda rayon mərkəzinə getmək bizə çox əziyyət verir”.
     

    Muxalifet4 - 14-06-2018

  3. Rusiyada mason sammiti, Azərbaycan masonları da ora yığışdı - FOTO

    Rusiyanın Perm şəhərində dünya masonlarının sammiti keçirilib.
     
    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Böyük Lojasının Böyük ustadı, siyasi texnoloq Andrey Boqdanov özünün Facebook səhifəsində bildirir. Mason qurultayı “Qızıl açar” mason lojasının 235 illiyinə və Uralda masonluğa həsr edilib.

    Muxalifet4 - 14-06-2018

  4. Həsən Ruhani İlham Əliyevə məktub göndərdi

    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
     
    Muxalifət.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
     
    "Allahın salamı, rəhməti və bərəkətləri üzərinizə olsun!
     
    Böyük sevinclə Allah təalaya bəndəçilik və ilahi sınaq yolunda mükafat sayılan Fitr bayramı münasibətilə sizi və müsəlman Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm.
     

    Muxalifet4 - 14-06-2018

  5. Əbülfəz Elçibəy – 80

    Deməyə sözüm var... 
    Cəmil Həsənli

    Muxalifet3 - 14-06-2018

  6. Təhsil Nazirliyi: 1726 müəllimin iş yeri dəyişdirildi

    Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb.
     
    Muxalifət.az bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 4-11 iyunda keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib.

    Muxalifet4 - 14-06-2018

  7. Gürcüstan prezidentindən çağırış: Baş nazir maskaradına son qoyun

    "Hakim partiyanın lideri Bidzina İvanişvili baş nazir olmalıdır", - Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib.
     
    Onun sözlərinə görə, Gürcüstanda maskarada son qoymaq lazımdır, ictimaiyyət baş nazirləri kimin və niyə çıxardığını bilmir.

    Muxalifet3 - 14-06-2018

  8. AXCP fəalı saxlanılıb

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatının fəalı Rauf Əbdürrəhmanlı iyunun 13-də Bakıda saxlanılıb.
     
     Bu barədə AXCP-dən bildiriblər. O, Bakıdan Şəkiyə göndərilib, orada yerli polis şöbəsində saxlanılır.
    AXCP-də hesab edirlər ki, Əbdürrəhmanlının saxlanması onun siyasi fəaliyyəti, hakimiyyəti tənqid etməsi ilə bağlıdır.
    DİN fəalın saxlanması haqqında məlumatı şərh etmir. 
     

    Muxalifet3 - 14-06-2018

  9. XƏZƏRİN YENİ ÇAĞIRIŞLAR YARADAN STATUSU - Rusiya məmurları danışıqlardan niyə narazıdırlar? - TƏHLİL

    Viktoriya Panfilova
     
    Nezavisimaya gazeta, 14.06.2018
     
    Xəzər dövlətləri başçılarının avqustda Aktauda baş tutacaq beşinci yubiley sammitində Xəzərin statusu üzrə Konvensiyanın imzalanması nəzərdə tutulub. Saziş Mərkləzi Assiya karbohidrogenlərinin Azərbaycana və sonra Avropaya daşınmasını təmin edəcək Xəzər boru kəmərləri layihələrinin inşasına imkan açır. Hesab olunur ki, bu layihələr Rusiya maraqlarına qarşıdır.
     

    Muxalifet4 - 14-06-2018

  10. Rusiya müxalifətinin lideri Aleksey Navalnı azadlığa buraxılıb

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı ötən ay prezident Vladimir Putin əleyhinə kütləvi etirazlar təşkil etdiyinə görə 30 gün həbs cəzası çəkəndən sonra cümə axşamı azadlığa buraxılıb. Navalnı Tvitterdə həbsdə keçirdiyi müddətlə bağlı zarafat edərək yazıb ki, “mən 30 günlük işgüzar səfərdən sonra yenidən sizinləyəm. Mən azadlıqda olduğuma görə çox xoşbəxtəm.” O, icazəsiz aksiya keçirməkdə ittiham olunandan sonra həbs edilmişdi. Navalnı və onun yüzlərlə tərəfdarı Putinin əlavə altı il müddətinə prezidentlik vəzifəsinə inaqurasiyasından öncə keçirilən may nümayişlərində həbs olunmuşdu.

    Muxalifet3 - 14-06-2018

  11. Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

    Respublika Narkoloji Mərkəzinin yeni inşa olunan binası istifadəyə verilib.
     
    Muxalifət.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 4 korpus, 300 çarpayılıq müəssisə Bakının Sabunçu rayonunda yerləşir.
    Respublika Narkoloji Mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb və bu ilin iyununda başa çatdırılıb. 1,9 hektar ərazidə inşa olunan Mərkəz ən yüksək standartlara cavab verən tibbi avadanlıqlıq və lazımi dərman preparatları ilə tam təmin və təchiz edilib.

    Muxalifet4 - 14-06-2018

  12. Bakıda küçə ticarətçisi özünə od vurdu

    Bakıda intihara cəhd olub.
     
    Muxalifət.az apa-ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının yaxınlğında naməlum kişi özünü yandırmağa cəhd edib.
    Hadisə yerinə gələn polis əməkdaşlarının səyi nəticəsində cəhdin qarşısı alınıb.
    İlkin məlumata görə, intihara cəhd edən küçə ticarəti ilə məşğul olan şəxsdir.

    Muxalifet4 - 14-06-2018

  13. "Britaniya və ABŞ arasında bəzi məsələlərdə fikir ayrılığı var" - TEREZA MEY

    Britaniya və ABŞ arasında bəzi məsələlərdə fikir ayrılığı var, amma tərəflər yenə də əvvəlki kimi çıxış yolu axtarırlar.
     
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu CNBC televiziyasına müsahibəsində Britaniya Baş naziri Tereza Mey deyib. Onun sözlərinə görə, bəzi məsələlərdə fikir ayrılığının olması iki ölkə arasında xüsusi münasibətlərin ləğv edilməsi anlamına gəlməməlidir.

    Muxalifet4 - 14-06-2018

  14. "Bir paltarı 50 dəfə geyinirəm" - ƏMƏKDAR ARTİST

    Əməkdar artist Elnarə Abdullayeva "Geriyə baxanda" verilişinin qonağı olub.
     
    Muxalifət.az axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı geyimləri ilə bağlı deyilən iradlara cavab verib:
    "Bir paltarı 50 dəfə geyinirəm. Gedim paltarı kimdən alım? Bu, mənim paltarımdır, nə edim? Kim qəbul edir etsin. Mən geyimdən, yeməkdən utanan deyiləm. Ay, bunu 5 dəfə geyinsəm məni qınayacaqlar, düşünən deyiləm".

    Muxalifet4 - 14-06-2018

  15. DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

    Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib. 
     
    Muxalifət.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 09.00-dan axşam saat 19.00-dək davam edəcək.

    Muxalifet4 - 14-06-2018

  16. Uşaq zorakılığına görə tutulan tərbiyəçi barəsində HƏBS QƏRARI

    Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib.
     
    Muxalifət.az xəbər verir ki, bu barədə apa-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Muxalifet4 - 14-06-2018

  17. Ərdoğanın təklifi rusları şoka saldı - Ekspert açıqladı

    Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya ilə uzunvədəli əməkdaşlıq qurmağı planlaşdırır.
    Muxalifetaz xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
    O, Ərdoğanın S-500 sistemlərinin Rusiya ilə birlikdə istehsal edilməsi ilə bağlı təklifini tamamilə siyasi adlandırıb:
    “S-500-lər hələ yeni yaradılır. Bu sistemlərin detalları sınaq mərhələsindədir. Yəni, bu gün Rusiya və Türkiyənin S-500-ü birlikdə istehsal edəcəyini demək, həqiqətə uyğun olmaz”.

    Muxalifet3 - 14-06-2018

  18. Putindən Paşinyana QULAQBURMASI: ”Özbaşına deyilsiniz...”

    Rusiyada futbol üzrə dünya çempionatı bu gün start götürür.
    Muxalifet.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev də açılışda iştirak etmək üçün Moskvada səfərdədir. Dünən Rusiya prezidenti İlham Əliyevi qəbul edib. Bir gün sonra isə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüş keçirib.
    Politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında Putinlə Paşinyanın görüşünü şərh edib:

    Muxalifet3 - 14-06-2018

  19. ​Rusiya Səudiyyəni məğlub edir: DÇ-də ilk qol - Foto

    Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başa çatıb.
    Mərasimin keçirildiyi "Lujniki" stadionunda Rusiya Prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.
    Açılışın ardınca DÇ-2018-in ilk oyunu keçiriləcək.
    Rusiya-Səudiyyə Ərəbistanı matçı başlayıb.
    Məlumata görə, 12-ci dəqiqədə Rusiya millisinin oyunçusu Qazinski baş zərbəsi ilə hesabı açıb: 1 - 0
     

    Muxalifet3 - 14-06-2018

  20. ​Bu qurum bayram günləri də işləyəcək

    Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 09.00-dan axşam saat 19.00-dək davam edəcək.
     

    Muxalifet3 - 14-06-2018

Pages