Axtarış
The search found 105805 results in 0.109 seconds.
Search results
ABŞ-dan kritik F-35 AÇIQLAMASI
F-35-ləri istehsal edən “Lockheed Martin” şirkətindən bir səlahiyyətli, ABŞ mətbuatına açıqlama verib. 21 iyunda Türkiyəyə F-35 təyyarəsinin təhvil veriləcəyini deyən səlahiyyətli, Konqresdə buna qarşı müxalifitin olmasına baxmayaraq hazırlıqların sürətlə davam etdiyini bildirib.
Muxalifet3 - 14-06-2018
Azərbaycan əhalisinin SAYI AÇIQLANDI
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9923103 nəfərə çatıb.
Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.
Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Muxalifet2 - 14-06-2018
Azərbaycanlı deputat 6 saat ifadə verdi - “TƏXRİBATDIR...”
Gürcüstan parlamentinin “Milli hərəkat” partiyasının deputatı Azər Süleymanov Marneuli sakininin döyülməsi ilə hər hansı əlaqəsinin olmasını inkar edib.
Muxalifet2 - 14-06-2018
Qarabağ yenidən qarışdı, ermənilər İrəvanı istəmir, Bakının... - 1 gün sonra HÜCUM OLACAQ
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yenidən etiraz aksiyaları başlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, ermənilər Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyanın istefasını tələb ediblər.
Məlumata görə, separatçı “Milli dirçəliş” partiyası Xankəndinin “Dirçəliş” meydanında mitinq keçirmək istəyiblər. Lakin separatçı rejimin “polis qüvvələri” meydanı mühasirəyə alıb. Bundan sonra etirazçılar şəhər parklarından birinə toplaşıblar.
Muxalifet2 - 14-06-2018
Koreya yarımadasında 10 il sonra ilk – DANIŞIQLAR BAŞLADI
Cənubi və Şimali Koreya arasında son 10 ildə ilk dəfə olaraq hərbi məsələlər və sərhəd bölgəsində gərginliyin azaldılması istiqamətində danışıqlar keçirilir.
Muxalifət.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Görüşdə hər iki orduya məxsus generalların iştirak etdiyi bildirilir.
Məlumata görə, iki ölkə arasında eyni zamanda nazirlər səviyyəsində müdafiə və hərbi məsələlərin müzakirəsi üçün görüş keçirilməsi ilə bağlı danışıqlar aparılır.
Muxalifet2 - 14-06-2018
2 uşaq anası intihar etdi - İMİŞLİDƏ
İmişlidə 2 uşaq anası özünü asaraq intihar edib.
Muxalifət.az xəbər verir ki, İmişli şəhər sakini, 1991-ci il təvəllüdlü Mütəllimova Turanə Elxan qızı bu gün səhər saatlarında yaşadığı M.Müşfiq küçəsindəki fərdi yaşayış evinin həyətində çardaqdan özünü asıb. Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İntiharı səbəbləri aydınlaşdırılır.
Muxalifet2 - 14-06-2018
Putin üç gün VAXT VERDİ: dünya III Dünya müharibəsinin BİR ADDIMLIĞINDA
Suriyada müharibə artıq yeddi ildir aparılır. Kənardan Suriyanın hökumət qoşunları və müxalifət döyüşçüləri arasında vətəndaş müharibəsi kimi görünə bilər, ancaq həqiqətdə bu, Rusiya və NATO ölkələri arasında ölümcül döyüşdür.
Muxalifət.az xəbər verir ki, bu haqda Suriyadakı son prosesləri şərh edən Çin KİV-ı yazıb.
Muxalifet2 - 14-06-2018
İvanişvili onu arzulayan baş nazirini necə bitirdi?
Gürcüstanda siyasi böhran dərinləşməyə başlayıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, dünən Baş nazir Georgi Kvirikaşvilinin istefaya getməsindən sonra faktiki olaraq hökumət də səlahiyyətlərini dayandırıb. Kvirikaşvilinin gözlənilməz addımına səbəb isə onun Bidzina İvanişvili ilə münasibətlərinin kəskinləşməsi olub. Belə ki, partiyanın iclasında çıxış edən İvanişvili Kvirikaşvilini sərt tənqid edərək, onu dövləti parçalamaqda ittiham edib.
Muxalifet2 - 14-06-2018
Fuad Muradov Gürcüstanda yaşayan AZƏRBAYCANLILARLA GÖRÜŞDÜ
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qonşu Gürcüstan respublikasına rəsmi səfəri davam edir.
Muxalifət.az xəbər verir ki, Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstanın Marneuli şəhərində olub və Komitə sədri bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.
Onlarla soydaşımızın iştirak etdiyi görüşdə onları maraqlandıran bir çox məsələlər müzakirə olunub.
Muxalifet2 - 14-06-2018
NATO generalından Akara VACİB ZƏNG
Türkiyə Silahlı Qüvvələrinin Baş Qəragah rəisi Hulusi Akarla NATO Birləşmiş Qoşunlarının baş komandanı Körtis Skaparotti arasında telefon danışığı baş tutub.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Generallar telefon danışığı zamanı Menbiç məsələsini müzakirə ediblər.
Muxalifet2 - 14-06-2018
Qəribə olay: çaydan 56 pasport tapıldı – DİN ARAŞDIRMA APARIR
İyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib.
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, müəyyən edilib ki, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.
Muxalifet2 - 14-06-2018
İran təzyiqlərə boyun əymədi: URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİNƏ BAŞLAYIR
İran çərşənbə axşamı uranın zənginləşdirməsi potensialının artırılması prosesinə başlayacağı ilə MAQATE-ni məlumatlandıracaq.
Bu haqda İranın nüvə enerji sözçüsü Bəhruz Kamalvandi “İnterfaks”a məlumat verib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, rəsmi Tehran bununla bağlı MAQATE-yə rəsmi məktub göndərəcək.
Qeyd edək ki, bazar ertəsi İranın ali lideri Ayətullah Xamneyi uranı zənginləşdirmək üçün sentrifuqların sayını artırmaq tapşırığını verib.Muxalifet3 - 14-06-2018
İstanbulda silsilə terakt hazırlığı: 11 TERRORÇU...
İstanbulda sensasiyalı terror aktları törətməyə hazırlaşan İŞİD üzvləri saxlanılıb.
Muxalifət.az xəbər verir ki, Türkiyə təhlükəsizlik orqanları daxil olan kəşfiyyat məlumatı əsasında 14 ünvana eyni zamanda basqın təşkil edib. Əməliyyat nəticəsində şübhəli bilinən 11 nəfərdən 8-i saxlanılıb. İŞİD düşərgəsində kamikadze təlimi keçmiş terrorçuların İstanbulda silsilə terror aktlarına hazırlaşdığı müəyyən edilib.
Hazırda digər 3 şübhəlinin saxlanması istiqamətində iş aparılır.
Muxalifet2 - 14-06-2018
Putin internet üzrə müşavirini VƏZİFƏDƏN AZAD EDİB – Klimenko nə tələb edirdi?
Rusiya prezidenti Vladimir Putin özünün internet məsələləri üzrə əsas müşavirini vəzifədən azad edib.
İyunun 13-də Kremlin internet saytında dərc edilmiş sərəncamda German Klimenkonun işdən çıxarılmasının səbəbi bildirilmir. Klimenko Putinin dördüncü prezidentlik müddətində komandasında saxlamadığı azsaylı kadrlardan biridir.
Muxalifet2 - 14-06-2018
Tələyə qısıldılar! TERROR TƏŞKİLATI YPG-dən YENİ HƏMLƏ
Terror təşkilatı PKK/YPG, Əsəd rejimi ilə heç bir şərt qoymadan dialoqa hazır olduqlarını bildirərək, problemlərin dialoqla həll edilməsini istəyir.
Türkiyə, “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatından sonra növbəti hədəf kimi Münbiçi göstərmişdi. Bu istiqamətdə "Münbiçə gir" əmrini gözləyən Türk əsgəri sərhəddə hazırlıqlarını tamamlarkən, digər tərəfdən də Ankara ilə Vaşinqton arasında diplomatiya yolu intensivləşdi.
TÜRKİYƏ-ABŞ RAZILAŞDI
Muxalifet3 - 14-06-2018
Paşinyan bu şəxsə vəzifə verdi - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Smbat Qoqayan Ermənistanın Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının sədri təyin olunub.
Muxalifet3 - 14-06-2018
Azərbaycan MÜHARİBƏYƏ HAZIRLAŞIR - RÜS HƏRBİ EKSPERTİ
““POLONEZ” komplekslərinin Azərbaycana çatdırılması regionda güc balansını pozur. Azərbaycan müharibəyə hazırlaşır”.
Bunu Azərbaycanın Belarusdan “POLONEZ” komplekslərini almasını şərh edən Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik bildirib.Muxalifet3 - 14-06-2018
FİFA və Rusiya FIRILDAQÇILIQDA İTTİHAM OLUNUR
Siyasət və etirazları unudun. Gənc rusiyalılar üçün Dünya Çempionatı ancaq futboldan ibarətdir.
“Dünya Çempionatının Rusiyada olması mənə dəhşət sevindirib. İstəyərdim ki, milli komandamız ən azı yarı-finala çıxsın. Çempion olsa lap əla." - deyə, həvəskar futbolçulardan biri deyib.
Bəlkə bu arzu yerinə yetməyəcək amma Messi, Ronaldo kimi futbol ulduzlarını görmək çoxlu sayda gənci sevindirir.
Dimitri Xalnov Moskva kənarındakı futbol məktəbinin direktorudur.Muxalifet3 - 14-06-2018
“Gürcüstan hakimiyyəti məni həbs etmək üçün “əsas” axtarır” – Azər Süleymanov
“Gürcü arzusu” nəinki azərbaycanlılara, ümumiyyətlə, Gürcüstanın bütün vətəndaşlarına qarşı təzyiq dalğası başladıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan parlamentinin müxalifətçi Vahid Milli Hərəkat Partiyasından olan azərbaycanlı deputatı, son günlərdə ciddi təzyiqlərə məruz qalan Azər Süleymanov deyib.
Azər Süleymanovun sözlərinə görə, Gürcüstan hakimiyyəti onu və Marneuli rayonunun seçilmiş rəhbəri Teymur Abazovu qondarma ittihamlarla sıradan çıxarmağa çalışır:Muxalifet3 - 14-06-2018
“Trampın Yaxın Şərq sülh planı İSRAİLYANLI OLMAYACAQ "
İsrailin “Kanal 10” televiziyası Amerikalı üst səviyyəli bir diplomata əsaslandırdığı məlumata görə, Trampın "Orta Şərq sülh planı” İsrailyanlı olmayacaq".
“Axios.com”-da nəşr olunan xəbərə görə, ABŞ prezidenti Trampın Orta Şərq sülh planını hazırlayan diplomatlardan biri planın İsrailyanlı və tərəfli bir plan olmayacağını qeyd edib. Xəbərdə yer alan ifadələrə görə, Amerikalı səlahiyyətli, "Bizim sülh planımız bir “Bibi” planı deyil" deyib. Qeyd olunan “Bibi” ifadəsi ilə İsrailin baş naziri Benyamin Netanyahunun nəzərdə tutulduğu bildirilir.Muxalifet3 - 14-06-2018