Axtarış

The search found 105805 results in 0.117 seconds.

Search results

  1. NAXÇIVAN ÜZƏRİNDƏN İRƏVANI VURMAQ MÜMÜKÜNDÜRMÜ? – Rusiyalı hərbi ekspertin TƏHLİLİ (MÜSAHİBƏ)

    Azərbaycan ordusunun arsenalında Belorusiya və İsraildən alınmış yeni raket komplekslərinin əmələ gəlməsi Dağlıq Qarabağ ətrafında soyuq müharibədə qüvvələr balansının hissolunacaq dərəcədə dəyişməsinə səbəb olub. Bu faktı hətta Ermənistanın özündə də ucadan təsdiqləyirlər.

    Muxalifet2 - 21-06-2018

  2. Dəhşətli yol qəzası: MAŞINDA YANARAQ ÖLDÜLƏR - Video

    Rusiyanın paytaxtı Moskvada dəhşətli qəza baş verib.

    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Kutuzov prospekti ilə hərkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə qarşı tərəfə keçərək mikroavtobus və daha iki maşınla toqquşub. Zərbənin gücündən “Mercedes” yanmağa başlayıb. Qəza zamanı 4 nəfər həlak olub. Onlardan ikisi yanaraq ölüb. Daha 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

     

    Muxalifet2 - 21-06-2018

  3. ABŞ Rusiyanın qırıcı təyyarələrindən qorxduğunu ETİRAF ETDİ: "Ankara "Su-57" alarsa..."

    ABŞ-ın “Military Watch” hərbi mövzulu dərgisi Rusiya istehsalı olan “Su-57” ilə Amerika istehsalı “F-35” qırıcı təyyarələrini müqayisə edib.

    Muxalifət.az xəbər verir ki, bu iki qırıcının önəmli dərəcədə fərqli olduğu bildirilən xəbərdə “Lokid Martin” şirkətinin məhsulu olan “F-35”in aşağı manevr qabiliyyətinə sahib zəif bir təyyarə olduğu qeyd edilib.

    Muxalifet2 - 21-06-2018

  4. Sərhəddə atışma: DSX rəisi hadisə yerinə getdi – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

    DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zastavasının xid­mə­ti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib

    Muxalifet2 - 21-06-2018

  5. Neft ölkəsində prezident MAAŞLARI, PENSİYALARI İKİ DƏFƏDƏN ÇOX ARTIRDI

    Venesuela prezidenti, bu yaxınlarda növbəti dəfə özünü seçkilərin qalibi elan edən Nikolas Maduro minimal əmək haqqını və pensiyalarını il ərzində üçüncü dəfə kəskin artırıb.

    Beləliklə, indi venesuelalıların minimal əmək haqqı 3 milyon bolivar olub, ərzaq pulu üçün verilən əlavə yardımla birlikdə isə bu məbləğ 5.2 milyon bolivar təşkil edəcək. Lakin həmin məbləğ bolivarın qeyri-rəsmi məzənnəsi ilə heç 2 dollara da çatmır, cəmi 1.85 dollar edir. “Biz pensiyaları və maaşları 103 faiz artırdıq” - bu cüzi məbləğə baxmayaraq Maduro təntənə ilə elan edib.

    Muxalifet2 - 21-06-2018

  6. Düşmənləri qısqandıracaq UĞUR: gələcəyin silahı sınaqdan keçirildi – VİDEO

    Son illər müdafiə sənayesində uğurlu layihələr həyata keçirərək idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldan Türkiyə növbəti uğura imza atıb.

    Muxalifət.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) müdafiə sənayesinin əhəmiyyətli layihələrindən biri olan “SAHİ 209 EMT” elektromaqnit topunun ilk sınaqlarının müvəffəqiyyətlə keçdiyini açıqlayıb.

    Elektronik top gələcəyin silahlarından biri hesab olunur.

    Muxalifet2 - 21-06-2018

  7. CƏNUBİ KOREYA LİDERİ MOSKVAYA GƏLDİ

    Cənubi Koreya Prezidenti Mun Çje İn Rusiyaya gəlib.

    Muxalifət.az xəbər verir ki, bu barədə Kreml rəsmi informasiya yayıb.

    İnin Moskvaya Rusiya Prezidenti Vladimir Putinin dəvətiylə gəldiyi açıqlanıb. Cənubi Koreya liderinin səfərinin iyunun 23-nə qədər davam edəcəyi vurğulanıb.

    Cənubi Koreya liderinin bu gün Dumada çıxış edəcəyi, daha sonra isə Cənubi Koreya-Meksika oyununu izləmək üçün Rostova gedəcəyi gözlənilir.

    Muxalifet2 - 21-06-2018

  8. Ermənistan Müdafiə Nazirliyi naxçıvanlı ÇOBANLARI HƏDƏLƏYİR

    Azərbaycan ordusunun Naxçıvanda mövqelərini irəli çəkməsi və yeni strateji yüksəkliklərdə möhkəmlənməsi, nəticədə min hektarlarla münbit ərazinin faktiki işğaldan azad edilməsi barədə təkzibedilməz faktların-görüntülərin yayılmasından sonra Ermənistan Müdafiə Nazirliyi naxçıvanlı çobanları hədələyib. Virtualaz.org xəbər verir ki, son günlərə qədər Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəlilədiyini və minlərlə hektarlıq ərazini faktiki işğaldan azad etdiyi barədə məlumatları təkzib etməyə çalışırdı.

    Muxalifet2 - 21-06-2018

  9. Şəxsi və ipotekada olan evləri bundan sonra necə satmaq olar? – YENİ QAYDALAR TƏSDİQLƏNDİ

    Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə tərəflərdən birinin digərinə ödəməsinin hansı halda notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçiriləcəyi müəyyənləşib.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

    Muxalifet2 - 21-06-2018

  10. Putin-Paşinyan gərginliyi dərinləşir: SAVAŞ EHTİMALI...

    Danışıqlar başlamasa və Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmasa, gərginlik artacaq.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

    Muxalifet2 - 21-06-2018

  11. "Real Madrid" Zinəddin Zidanın oğlu ilə də YOLLARINI AYIRIR

    İspaniyanın "Real Madrid" klubunun qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək.

    "Report" "Marca"ya istinadən xəbər verir ki, 20 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Xulen Lopeteginin planlarına daxil deyil. Komandanın 3-cü qapıçısı ukraynalı Andrey Lunin olacaq.

    Qeyd edək ki, Luka Zidan "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. O, başa çatan mövsümdə 1 oyunda meydanda olub və qapısında 2 qol görüb. Z.Zidan postunu mayın 31-də tərk edib.

    Muxalifet2 - 21-06-2018

  12. Təcavüzkar Rusiyadan qorunmaq üçün… - NATO

    NATO son onillikdə təhlükəsizlik sferasında ən qeyri-müəyyən situasiyalarla üz-üzədir.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Londonda jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.

    Muxalifet2 - 21-06-2018

  13. Kremldən Putin və Tramp görüşünə reaksiya: ÇƏTİN Kİ...”

    Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ilə bağlı Kremldən açıqlama gəlib.

    Muxalifət.az xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov danışıb:

    “Gördüyünüz kimi bu məsələ ilə bağlı Kreml və Ağ Evdən rəsmi bəyanat verilməyib. Hələ ki deməyə sözümüz yoxdur. Əgər nə vaxtsa hazır olsaq, müvafiq bəyanat verəcəyik.

    “Tayms” qəzetinə gəldikdə, bütün hörmətimə baxmayaraq, çətin ki onlar Britaniya xalqını təmsil edə bilsinlər”.

    Muxalifet2 - 21-06-2018

  14. Çin ABŞ-dakı investisiyalarını 92% azaltdı

    Çin cari ilin yanvar-may aylarında ABŞ-da olan investisiyalarını 92% azaldıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Rhodium Qrup” Konsaltinq Şirkəti yayıb. Ümumilikdə bu dövr ərzində ABŞ-dan 7,8 milyard dollarlıq Çin kapitalının çıxdığı vurğulanıb.

    Şirkət Çin investisiyalarının ABŞ-dan çıxmasına səbəbin iki ölkə arasındakı münasibətlərdəki gərginliyin artması, Pekinin Çindən kapital axınına məhdudiyyət yaratması olduğunu bildirib.

    Muxalifet2 - 21-06-2018

  15. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu BAŞA ÇATDI

    2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə - yay imtahanına) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, yay qəbul imtahanında iştirak üçün ümumilikdə 58 194 nəfər abituriyent (53 461 nəfər Azərbaycan bölməsi, 4733 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

    Muxalifet2 - 21-06-2018

  16. Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür – FOTO

    Göyçayda güclü selin uçurduğu körpünün ətrafında yerləşən ev sökülür.

    Trend-in məlumatına görə, Göyçay çayının yaxınlığında yerləşən həmin ev sel zamanı qəzalı vəziyyətə düşüb.

    Göyçay çayının səviyyəsinin yüksəlməsi çayın kənarında yerləşən evə təhlükə yaradıb. Nəticədə evdə çatlar əmələ gəlib. Orada yaşayan ailə müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülüb və qəzalı vəziyyətdə olduğu üçün evin sökülməsinə qərar verilib.

    Muxalifet2 - 21-06-2018

  17. "İnstaqram"ın auditoriyası 1 milyard oldu

    "Instagram" sosial şəbəkəsindən istifadə edənlərin sayı 1 milyard olub.

    Muxalifət.az xəbər verir ki, bu barədə "İnstagram"-ın rəsmi səhifəsində qeyd olunub. Məlumata görə, indi 1 milyard istifadəçisi olan şəbəkə qlobal bir cəmiyyətə çevrilib: "Biz 2010-cu ildən etibarən cəmiyyət üçün, onun sosial şəbəkələrdən rahat istifadəsi üçün əlimizdən gələni etmişik. Bu gün istifadəçilərin sayının 1 milyarda çatması bizim üçün böyük uğurdur".

    Muxalifet2 - 21-06-2018

  18. Ermənistan şokda: Komandir və 12 zabit HƏBS EDİLDİ

    2017-ci ilin dekabr ayından 2018-ci ilin iyununa qədər Ermənistanın hərbi hissələrindən birində komandirlər yanacağı oğurlayaraq satıblar. Sonuncu partiyanın satışı vaxtı Ermənistan Milli Təhlükəsizlik Xidməti (EMTX) komandirlərdən birini saxlayıb.

    Muxalifət.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, hərbi hissənin komandirləri ayrı-ayrılıqda oğurluq yanacağın satışı üçün yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin sahibi ilə razılaşıblar.

    Muxalifet2 - 21-06-2018

  19. Böyük Britaniyada kilsə bağlandı - QUŞLARA GÖRƏ

    Böyük Britaniyanın Devon şəhərində kilsələrdən biri iki həftə müddətində bağlanıb.

    Muxalifət.az trend-ə istinadən xəbər verir ki, buna quşların orada yuva qurması səbəb olub.

    Qeyd olunur ki, iki həftə əvvəl arıquşular keşişin tribunasında yuva qurub.

    Yeni doğulan quşları narahat etməmək üçün kilsəyə insanların girişi məhdudlaşdırılıb.

    İki həftə sonra quşlar böyüdükdən sonra kilsəni tərk ediblər.

    Muxalifet2 - 21-06-2018

  20. Bakının bu ərazilərində QAZ OLMAYACAQ

    Diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar, bu gündən təmir işləri tamamlanana qədər Bakının Nəsimi rayonunun Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

    Muxalifet2 - 21-06-2018

Pages